Məhkəmə qərarları › İş №1-1(102)-6/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-6/2023

15.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-6/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası6 hakimləri Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X8, məhkumlar Məhkum2, MəhkumN, Məhkum4, müdafiəçilər Müdafiəçi2, XN, Müdafiəçi9, X9 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısıN tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçisi Müdafiəçi2 və MəhkumN tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər İlqar Quliyev (sədrlik edən), Vidadi Nəsirov (məruzəçi) və Əhməd Sarıyev) 10 noyabr 2020-ci il tarixli, 1(098)-184/2020 nömrəli hökmü ilə xx xxxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, N nömrəli hərbi hissənin komendant bölüyünün hərbi orkestrinin musiqiçisi, əsgər Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) NN2.2.N-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən ona bəraət verilmiş, CM-in NN2.N-cü maddəsi ilə təqsirli bilinərək 0N (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.N-cü maddəsinə əsasən onun 2N fevral 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək həbsdə olduğu 8 (səkkiz) ay 18 (on səkkiz) gün həbsdə saxlama müddəti azadlıqdan məhrum etmə müddətinə, bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş N (üç) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olara q tətbiq edilməsi və barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. xx xxxx 2000-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Göyərçin Veysəlli kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, N nömrəli hərbi hissənin komendant bölüyünün N-cü taqımının 2-ci yol tənzimləyici qrupunun tənzimələyicisi, əsgər MəhkumN Azərbaycan Respublikası CM-in NN2.N-cü maddəsi ilə təqsirli bilinərək N (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.N-cü maddəsinə əsasən MəhkumN 02 mart 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək həbsdə olduğu 8 (səkkiz) ay 8 (səkkiz) gün həbsdə saxlama müddəti azadlıqdan məhrum etmə müddətinə, bir günə bir gün he sabı ilə hesablanmaqla ona təyin edilmiş N (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən MəhkumN təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. 22 iyun 2000-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Baki şəhəri Xətai rayonunda daimi qeydiyyatda olmaqla Sumqayıt şəhərində məcburi köçkünlər üçün yaşayış kompleksində yaşayan, N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının atıcısı, əsgər, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbir i seçilmiş Məhkum4 Azərbaycan Respublikası CM-in NN2.N-cü maddəsi ilə təqsirli bilinərək N (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən Məhkum4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. xx xxxx 2001-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan N ünvanında qeydiyyatda olan və yaşayan Məhkum5 Azərbaycan Respublikası CM-in NN2.N-cü maddəsi ilə təqsirli bilinərək N (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən Məhkum4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və barəsində 1 (bir) il sı naq müddəti müəyyən edilmişdir. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum2 qarşı CM-in NN2.2.N və NN2.N-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında pozaraq zərərçəkmiş şəxsə hədə-qorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını tələb etmiş, habelə təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, E.V.X29 Xidmətinin X5 şəhərinin ərazisində dislokasiya olunmuş N nömrəli hərb i hissəsinin komendant bölüyünün hərbi orkestrində musiqiçi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, hərbi hissənin komendant bölüyündə xidmət etməklə hərbi hissə komandirinin qəbul otağında xidmət aparan əsgər Zərərçəkmiş şəxs2 gizli olaraq smartfon tipli “İ-phone 5S” markalı mobil telefon işlətdiyini öyrənib komendant bölüyünə ezam edilmiş aralarında yaxın dostluq münasibətləri olan hərbi hissənin təminat bölüyünün mühəndis yol taqımının mühəndis yol qrupunun mühəndis qurğularının təmiri üzrə texniki, əsgər Məhkum1 ilə həmin telefonu qanunsuz yolla ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, əsgər Məhkum1lə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2020-ci ilin fevral ayının əvvəllərində, günorta saatlarında əsgər Zərərç əkmiş şəxs2 daimi olaraq hərbi hissənin qərargahında olduğundan onu şəxsən görə bilmədiklərinə görə sonuncu ilə yaxın dostluq münasibətlərində olan hərbi hissə komandirinin xidməti avtomobilinin sürücüsü, əsgər Şahid9 hərbi hissənin tibb məntəqəsinin yanında yanlarına çağırıb orada ona əsgər Ə.A.Norvuzovun bölüyün “starşı” əsgərləri kimi onlardan icazə almadan mobil telefon istifadə etdiyinə görə öz iradlarını bildirmiş, daha sonra guya əsgər Zərərçəkmiş şəxs2 Bakı şəhərində yaşayan bacısının əxlaqsız həyat tərzi keçirdiyini bildirib müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, N8 və 1N8-ci, habelə İntizam Nizamnaməsinin 1 və N-cü maddələrində gö stərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini pozaraq, əsgər Zərərçəkmiş şəxs2 2-N gün ərzində işlətdiyi mobil telefonu onlara verməli olduğunu və telefonu verməyəcəyi təqdirdə onu “cəzalandıracaqlarını, bunun onun üçün pis olacağını” demiş, əsgər Şahid9 onlara yalandan əsgər Zərərçəkmiş şəxs2 telefonu satdığını və artıq işlətmədiyini dedikdə isə, “fərqi yoxdur, onda pulunu versin” deyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əsgər Zərərçəkmiş şəxs2 hədə-qorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını, yəni orta bazar qiyməti 110 manat təşkil edən mobil telefonunu tələb etmişdir. Əsgər Şahid9 həmin gün saat 21 radələrində əsgərlər Məhkum2 və Məhkum1 tələbləri barədə əsgər Zərərçəkmiş şəxs2 məlumat verdikdə o, Şahid9 barəsində yayılmış həqiqətə uyğun olmayan rüsvayedici məlumatları təkzib edərək ümumiyyətlə bacısının olmadığını bildirmiş, daha sonra isə əsgərlər Məhkum2lə Məhkum1 hədələrindən qorxmadığını, onlara mobil telefonunu vermək niyyətində olmadığını və tezliklə onlarla görüşəcəyini demişdir. Bundan sonra əsgərlər Məhkum2 və Məhkum1 əsgər Zərərçəkmiş şəxs2 onların hədələrindən qorxmayaraq tələb etdikləri telefonu vermədiyini görüb növbəti gün saat 14 radələrində əsgər Şahid9 idarə etdiyi hərbi hissə komandirinin “Niva” markalı xidməti avtomobili ilə hərbi hissənin avtomobil parkından çıxdığını və əsgər Ə.V.Novruzovun avtomobilin ön sərnişin oturacağında oturduğunu görüb birlikdə avtomobilin qarşısına keçmiş və hər ikisi əsgər Ə.N.Novruzova onu “tək tutub söhbət edəcəklərini” bildirərək hədələmişdir. Daha sonra əsgərlər Məhkum2 və Məhkum1 həmin gün saat 2N radələrində əsgər Ə.N.Novruzovun komendant bölüyünün baş texniki, baş gizir Şahid10 ilə dəftərxanada çay içdiyini görüb baş gizir Şahid10 əsgər Ə.N.Novruzovla söhbət etmələri üçün onlara icazə verməsini xahiş etmiş, lakin baş gizir Şahid10 buna icazə verməyərək hər ikisindən əsgər yataqxanasına gedib yatmalarını tələb etdiyindən, onlar öz cinayətkar niyyətlərini həyata keçirə bilməmişlər. Bundan əlavə, Məhkum2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 21 fevral 2020-ci il tarixdə saat 20 radələrində əsgər Məhkum1lə, habelə xidmət etdiyi bölüyün N-cü tağımının 2-ci yol tənzimləyici qrupunun tənzimələyiciləri, əsg ərlər MəhkumN, Məhkum4 və 1-ci tağımının 2-ci qrupunun atıcısı, əsgər Məhkum5 ilə birlikdə bölüyün əsgərləri tərəfindən törədilən intizam pozuntuları barədə hərbi hissə komandirinin tərbiyəvi iş üzrə müavinini məlumatlandırdığına görə komendant bölüyünün 1-ci sərhəd zastavasının ştatı hesabına N-cü qrupunun pulemyot köməkçisi, əsgər Zərərçəkmiş şəxs1 cəzalandırmaq və ona qarşı zor tətbiq edib döyməklə qisas almaq qərarına gəlmişdir. Bu məqsədlə onlar saat 20:N0 radələrində bölüyün sinif otağında olarkən əsgər Zərərçəkmiş şəxs1 əsgər yataqxanasına daxil olduğunu görüb arxasınca ora getsələr də, həmin gün cavabdeh olan gizir Şahid12 əsgər yataqxanasına gəlib sinif otağından çıxmalarını irad tutaraq hamının sinif otağına getməsini tələb etdiyi üçün öz cinayətkar niyyətlərini həyata keçirə b ilməmişlər. Daha sonra əsgər Məhkum2 həmin gün saat 20:50 radələrində komendant bölüyünün şəxsi heyəti axşam fasiləsi üçün siqaret çəkmək üçün nəzərdə tutulan yerə gəldikdə, əsgər Zərərçəkmiş şəxs1 çamaşırxana kombinatının sağ yan tərəfində olan qaranlıq əraziyə çağırmış, bunu görən əsgər Məhkum1 digər əsgərlərlə birlikdə onların arxasınca oraya getmişdir. Çamaşırxana kombinatının sağ yan tərəfində olan qaranlıq ərazidə toplandından sonra əsgər Məhkum2 qarşısında dayanmış əsgər Zərərçəkmiş şəxs1 bir gün öncə bölüyün əsgəri Şahid1 ilə söhbət edərkən nalayiq ifadələrdən istifadə etməsini bəhanə edərək onu təhqir etmiş, daha sonra tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxil i Xidmət Nizamnaməsinin 2, 5, N8 və 1N8-ci, habelə İntizam Nizamnaməsinin 1 və N-cü maddələrində göstərilmiş tələbləri təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında pozaraq əsgər Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla bir zərbə vurmuş və ayağına təpiklə bir zərbə vurub badalaq idman fəndi ilə onu yerə yıxmışdır. Əsgər Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra əsgər Məhkum1 arxası üstə yerə yıxılaraq əlləri ilə sifətini tutub zərbələrdən qorunmağa çalışan əsgər Zərərçəkmiş şəxs1 sinə, qarın boşluğu və ayaq nahiyələrinə çoxsaylı təpik zərbələri vurmuş, onun ardınca əsgərlər MəhkumN, Məhkum4 və Məhkum5 hər biri yerdə uzanıqlı vəziyyətdə olan əsgər Zərərçəkmiş şəxs1 sinə, qarın boşluğu, bel və ayaq nahiyələrinə 45 təpik zərbəsi vurmuş, bundan sonra əsgər Zərərçəkmiş şəxs1 zərbələ rdən qorunmaq üçün əlləri ilə başını tutub üzü üstə çevrilmiş və bu vəziyyətdə əsgər Məhkum1 çox sərt şəkildə onun kürək nahiyəsinə tullanıb ayağındakı əsgər çəkməsinin dabanı ilə bel nahiyəsinə çoxsaylı təpik zərbələri vurmuş, bu zaman əsgər Zərərçəkmiş şəxs1 döyülməsinin şahidi olmuş əsgər Şahid1 onu aralaşdırmaq üçün qolundan tutub kənara çəkməyə cəhd etsə də, əsgər Məhkum1 onun əlindən çıxıb yenidən əsgər Zərərçəkmiş şəxs1 təpiklə çoxsaylı zərbələr vurmuş, nəticədə əsgər E.A.Ağayev ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid “qarın boşluğunun küt travması nəticəsində daxilə qanaxma verən dalağın cırılması” xəsarətlərini almışdır. İbtidai istintaq orqanı tərəfindən MəhkumN qarşı CM-in NN2.N-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qabaqcad an əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, R.E.X24 Xidmətinin X5 şəhərinin ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin komendant bölüyünün N-cü taqımının 2-ci yol tənzimləyici qrupunun tənzimələyicisi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 21 fevral 2020-ci il tarixdə saat 20 radələrində həmin bölüyün hərbi orkestrinin musiqiçisi, əsgər Məhkum2 və komendant bölüyündə ezamiyyətdə olan hərbi hissənin təminat bölüyünün mühəndis yol taqımının mühəndis yol qrupunun mühəndis qurğularının təmiri üzrə texniki, əsgər Məhkum1 ona, eləcə də komendant bölüyünün N-cü taqımının 2-ci y ol tənzimləyici qrupunun tənzimələyicisi, əsgər Məhkum4 və 1-ci taqımının 2-ci qrupunun atıcısı, əsgər Məhkum5 bölüyün əsgərləri tərəfindən törədilən intizam pozuntuları barədə hərbi hissə komandirinin tərbiyəvi iş üzrə müavinini məlumatlandırdığına görə komendant bölüyünün 1-ci sərhəd zastavasının ştatı hesabına N-cü qrupunun pulemyot köməkçisi, əsgər Zərərçəkmiş şəxs1 cəzalandırmaq və ona qarşı zor tətbiq edib döyməklə qisas almaq barədə təklif verdikdə buna razılaşmışdır. Bu məqsədlə onlar saat 20:N0 radələrində bölüyün sinif otağında olarkən əsgər Zərərçəkmiş şəxs1 əsgər yataqxanasına daxil olduğunu görüb arxasınca oraya getsələr də, həmin gün cavabdeh olan gizir Şahid12 əsgər yataqxanasına gəlib sinif otağından çıxmalarını irad tutaraq hamının sinif otağına getməsini tələb etdiyi üç ün öz cinayətkar niyyətlərini həyata keçirə bilməmişlər. Daha sonra əsgər Məhkum2 həmin gün saat 20:50 radələrində komendant bölüyünün şəxsi heyəti axşam fasiləsi üçün siqaret çəkmək üçün nəzərdə tutulan yerə gəldikdə, əsgər Zərərçəkmiş şəxs1 çamaşırxana kombinatının sağ yan tərəfində olan qaranlıq əraziyə çağırmış, bunu görən əsgər MəhkumN digər əsgərlərlə birlikdə onların arxasınca oraya getmişdir. Çamaşırxana kombinatının sağ yan tərəfində olan qaranlıq ərazidə toplandından sonra əsgər Məhkum2 qarşısında dayanmış əsgər Zərərçəkmiş şəxs1 bir gün öncə bölüyün əsgəri Şahid1 ilə söhbət edərkən nalayiq ifadələrdən istifadə etməsini bəhanə edərək onu təhqir etmiş, daha sonra əsgər Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla bir zərbə vurmuş və ayağına təpiklə bir zərbə vurub badalaq idman fən di ilə onu yerə yıxmışdır. Əsgər Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra əsgər Məhkum1 arxası üstə yerə yıxılaraq əlləri ilə sifətini tutub zərbələrdən qorunmağa çalışan əsgər Zərərçəkmiş şəxs1 sinə, qarın boşluğu və ayaq nahiyələrinə çoxsaylı təpik zərbələri vurmuş, onun ardınca əsgər MəhkumN tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, N8 və 1N8-ci, habelə İntizam Nizamnaməsinin 1 və N- cü maddələrində göstərilmiş tələbləri qabaqcadan əlbir olan bir qrup şəxs halında pozaraq əsgərlər Məhkum4 və Məhkum5 ilə birlikdə hər biri yerdə uzanıqlı vəziyyətdə olan əsgər Zərərçəkmiş şəxs1 sinə, qarın boşluğu, bel və ayaq nahiyələrinə 4-5 təpik zərbəsi vurmuş, bundan sonra əsgər Zərərçəkmiş şəxs1 zərbələrdən qorunmaq üçün əlləri ilə başını tutub üzü üstə çevrilmiş və bu vəziyyətdə əsgər Məhkum1 çox sərt şəkildə onun kürək nahiyəsinə tullanıb ayağındakı əsgər çəkməsinin dabanı ilə bel nahiyəsinə çoxsaylı təpik zərbələri vurmuş, bu zaman əsgər Zərərçəkmiş şəxs1 döyülməsinin şahidi olmuş əsgər Şahid1 onu aralaşdırmaq üçün qolundan tutub kənara çəkməyə cəhd etsə də, əsgər Məhkum1 onun əlindən çıxıb yenidən əsgər Zərərçəkmiş şəxs1 təpiklə çoxsaylı zərbələr vurmuş, nəticədə əsgər E.A.Ağayev ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid “qarın boşluğunun küt travması nəticəsində daxilə qanaxma verən dalağın cırılması” xəsarətlərini almışdır. İbtidai istintaq orqanı tərəfindən Məhkum4 qarşı CM-in NN2.N-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Məhkum4 Dövlət Sərhəd Xidmətinin X5 şəhərinin ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin komendant bölüyünün N-cü tağımının 2-ci yol tənzimləyici qrupunun tənzimələyicisi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 21 fevral 2020-ci il tarixdə saat 20 radələrində həmin bölüyün hərbi orkestrinin musiqiçisi, əsgər Məhkum2 və komendant bölüyündə ezamiyyətdə olan hərbi hissənin təminat bölüyünün mühəndis yol tağımının mühəndis yol qrupunun mühəndis qurğularının təmiri üzrə texniki, əs gər Məhkum1 ona, eləcə də komendant bölüyünün N-cü tağımının 2-ci yol tənzimləyici qrupunun tənzimələyicisi, əsgər MəhkumN və 1-ci tağımının 2-ci qrupunun atıcısı, əsgər Məhkum5 bölüyün əsgərləri tərəfindən törədilən intizam pozuntuları barədə hərbi hissə komandirinin tərbiyəvi iş üzrə müavinini məlumatlandırdığına görə komendant bölüyünün 1-ci sərhəd zastavasının ştatı hesabına N-cü qrupunun pulemyot köməkçisi, əsgər Zərərçəkmiş şəxs1 cəzalandırmaq və ona qarşı zor tətbiq edib döyməklə qisas almaq barədə təklif verdikdə buna razılaşmışdır. Bu məqsədlə onlar saat 20:N0 radələrində bölüyün sinif otağında olarkən əsgər Zərərçəkmiş şəxs1 əsgər yataqxanasına daxil olduğunu görüb arxasınca oraya getsələr də, həmin gün cavabdeh olan gizir Şahid12 əsgər yataqxanasına gəlib sinif otağından çıxmala rını irad tutaraq hamının sinif otağına getməsini tələb etdiyi üçün öz cinayətkar niyyətlərini həyata keçirə bilməmişlər. Daha sonra əsgər Məhkum2 həmin gün saat 20:50 radələrində komendant bölüyünün şəxsi heyəti axşam fasiləsi üçün siqaret çəkmək üçün nəzərdə tutulan yerə gəldikdə, əsgər Zərərçəkmiş şəxs1 çamaşırxana kombinatının sağ yan tərəfində olan qaranlıq əraziyə çağırmış, bunu görən əsgər Məhkum4 digər əsgərlərlə birlikdə onların arxasınca oraya getmişdir. Çamaşırxana kombinatının sağ yan tərəfində olan qaranlıq ərazidə toplandından sonra əsgər Məhkum2 qarşısında dayanmış əsgər Zərərçəkmiş şəxs1 bir gün öncə bölüyün əsgəri Şahid1 ilə söhbət edərkən nalayiq ifadələrdən istifadə etməsini bəhanə edərək onu təhqir etmiş, daha sonra əsgər Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla bi r zərbə vurmuş və ayağına təpiklə bir zərbə vurub badalaq idman fəndi ilə onu yerə yıxmışdır. Əsgər Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra əsgər Məhkum1 arxası üstə yerə yıxılaraq əlləri ilə sifətini tutub zərbələrdən qorunmağa çalışan əsgər Zərərçəkmiş şəxs1 sinə, qarın boşluğu və ayaq nahiyələrinə çoxsaylı təpik zərbələri vurmuş, onun ardınca əsgər Ə.S.Vəlizədə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, N8 və 1N8-ci, habelə İntizam Nizamnaməsinin 1 və N- cü maddələrində göstərilmiş tələbləri qabaqcadan əlbir olan bir qrup şəxs halında pozaraq əsgərlər MəhkumN və Məhkum5 ilə birlikdə hər biri yerdə uzanıqlı vəziyyətdə olan əsgər Zərərçəkm iş şəxs1 sinə, qarın boşluğu, bel və ayaq nahiyələrinə 4-5 təpik zərbəsi vurmuş, bundan sonra əsgər Zərərçəkmiş şəxs1 zərbələrdən qorunmaq üçün əlləri ilə başını tutub üzü üstə çevrilmiş və bu vəziyyətdə əsgər Məhkum1 çox sərt şəkildə onun kürək nahiyəsinə tullanıb ayağındakı əsgər çəkməsinin dabanı ilə bel nahiyəsinə çoxsaylı təpik zərbələri vurmuş, bu zaman əsgər Zərərçəkmiş şəxs1 döyülməsinin şahidi olmuş əsgər Şahid1 onu aralaşdırmaq üçün qolundan tutub kənara çəkməyə cəhd etsə də, əsgər Məhkum1 onun əlindən çıxıb yenidən əsgər Zərərçəkmiş şəxs1 təpiklə çoxsaylı zərbələr vurmuş, nəticədə əsgər E.A.Ağayev ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid “qarın boşluğunun küt travması nəticəsində daxilə qanaxma verən dalağın cırılması” xəsarətlərini al mışdır. İbtidai istintaq orqanı tərəfindən Məhkum5 qarşı CM-in NN2.N-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Məhkum5 Dövlət Sərhəd Xidmətinin X5 şəhərinin ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin komendant bölüyünün 1-ci taqımının 2-ci qrupunun atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 21 fevral 2020-ci il tarixdə saat 20 radələrində həmin bölüyün hərbi orkestrinin musiqiçisi, əsgər Məhkum2 və komendant bölüyündə ezamiyyətdə olan hərbi hissənin təminat bölüyünün mühəndis yol taqımının mühəndis yol qrupunu n mühəndis qurğularının təmiri üzrə texniki, əsgər Məhkum1 ona, eləcə də komendant bölüyünün N-cü taqımının 2-ci yol tənzimləyici qrupunun tənzimələyiciləri, əsgərlər MəhkumN və Məhkum4 bölüyün əsgərləri tərəfindən törədilən intizam pozuntuları barədə hərbi hissə komandirinin tərbiyəvi iş üzrə müavinini məlumatlandırdığına görə komendant bölüyünün 1-ci sərhəd zastavasının ştatı hesabına N-cü qrupunun pulemyot köməkçisi, əsgər Zərərçəkmiş şəxs1 cəzalandırmaq və ona qarşı zor tətbiq edib döyməklə qisas almaq barədə təklif verdikdə buna razılaşmışdır. Bu məqsədlə onlar saat 20:N0 radələrində bölüyün sinif otağında olarkən əsgər Zərərçəkmiş şəxs1 əsgər yataqxanasına daxil olduğunu görüb arxasınca ora getsələr də, həmin gün cavabdeh olan gizir Şahid12 əsgər yataqxanasına gəlib sinif otağından ç ıxmalarını irad tutaraq hamının sinif otağına getməsini tələb etdiyi üçün öz cinayətkar niyyətlərini həyata keçirə bilməmişlər. Daha sonra əsgər Məhkum2 həmin gün saat 20:50 radələrində komendant bölüyünün şəxsi heyəti axşam fasiləsi üçün siqaret çəkmək üçün nəzərdə tutulan yerə gəldikdə, əsgər Zərərçəkmiş şəxs1 çamaşırxana kombinatının sağ yan tərəfində olan qaranlıq əraziyə çağırmış, bunu görən əsgər Məhkum5 digər əsgərlərlə birlikdə onların arxasınca oraya getmişdir. Çamaşırxana kombinatının sağ yan tərəfində olan qaranlıq ərazidə toplandından sonra əsgər Məhkum2 qarşısında dayanmış əsgər Zərərçəkmiş şəxs1 bir gün öncə bölüyün əsgəri Şahid1 ilə söhbət edərkən nalayiq ifadələrdən istifadə etməsini bəhanə edərək onu təhqir etmiş, daha sonra əsgər Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumru qla bir zərbə vurmuş və ayağına təpiklə bir zərbə vurub badalaq idman fəndi ilə onu yerə yıxmışdır. Əsgər Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra əsgər Məhkum1 arxası üstə yerə yıxılaraq əlləri ilə sifətini tutub zərbələrdən qorunmağa çalışan əsgər Zərərçəkmiş şəxs1 sinə, qarın boşluğu və ayaq nahiyələrinə çoxsaylı təpik zərbələri vurmuş, onun ardınca əsgər Məhkum5 tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, N8 və 1N8-ci, habelə İntizam Nizamnaməsinin 1 və N-cü maddələrində göstərilmiş tələbləri qabaqcadan əlbir olan bir qrup şəxs halında pozaraq əsgərlər MəhkumN və Ə.S.Vəlizədə ilə birlikdə hər biri yerdə uzanıqlı vəziyyətdə olan əsgər Zərə rçəkmiş şəxs1 sinə, qarın boşluğu, bel və ayaq nahiyələrinə 4-5 təpik zərbəsi vurmuş, bundan sonra əsgər Zərərçəkmiş şəxs1 zərbələrdən qorunmaq üçün əlləri ilə başını tutub üzü üstə çevrilmiş və bu vəziyyətdə əsgər Məhkum1 çox sərt şəkildə onun kürək nahiyəsinə tullanıb ayağındakı əsgər çəkməsinin dabanı ilə bel nahiyəsinə çoxsaylı təpik zərbələri vurmuş, bu zaman əsgər Zərərçəkmiş şəxs1 döyülməsinin şahidi olmuş əsgər Şahid1 onu aralaşdırmaq üçün qolundan tutub kənara çəkməyə cəhd etsə də, əsgər Məhkum1 onun əlindən çıxıb yenidən əsgər Zərərçəkmiş şəxs1 təpiklə çoxsaylı zərbələr vurmuş, nəticədə əsgər E.A.Ağayev ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid “qarın boşluğunun küt travması nəticəsində daxilə qanaxma verən dalağın cırılması” xəsarətləri ni almışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Rafail Əliyev və İmanverdi Şükürov) 21 aprel 2021-ci il tarixli, 1-1(107)-5/2021 nömrəli hökmü ilə Tərtər Hərbi Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 1(098)-184/2020 nömrəli hökmü məhkumlar Məhkum2, MəhkumN, Məhkum4 və Məhkum5 aid hissədə ləğv edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in NN2.2.N və NN2.N-cü maddələri ilə, məhkumlar MəhkumN, Məhkum4 və Məhkum5 Azərbaycan Respublikası CM-in NN2.N-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilmişdir. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, müdafiəçilər Müdafiəçi5, Müdafiəç i4, MüdafiəçiN və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Tahir Kazımov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Ələsgər Novruzov) 08 dekabr 2021ci il tarixli, 1-1(102)-92/2021-ci il nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli, 1-1(107)-5/2021 nömrəli hökmü ləğv edilmiş və cinayət işi yenidən apellyasiya baxışına təyin edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Məhkum1 kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Mahir Əsədli) 06 iyul 2022-ci il tarixli, 11(107)-6/2022 nömrəli hökmü ilə Tərtər Hərbi Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 1(098)-184/2020 nömrəli hökmü qismən ləğv edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in NN2.2.N və NN2.N-cü maddələri təqsirli bilinib CM-in NN2.2.N-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in NN2.N-cü maddəsi ilə N (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.N-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.N-cü maddəsinə əsasən Məhkum2 2N fevral 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək, yəni 8 (səkkiz) ay 18 (on səkkiz) gün həbsdə o lduğu müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq N (üç) il N (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və ona N (üç) il sınaq müddəti müəyyən edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 1(098)-184/2020 nömrəli hökmü qalan hissədə baxılmış apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum4 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə” amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.N, 9.N və N0-cu bəndləri tətbiq edilməklə, Məhkum4 Tərtər Hərbi Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 1(098)-184/2020 nömrəli hök mü ilə Azərbaycan Respublikası CM-in NN2.N-cü maddəsi ilə təyin edilmiş N (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum5 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə” amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.N, 9.N və N0-cu bəndləri tətbiq edilməklə, Məhkum5 Tərtər Hərbi Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 1(098)-184/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in NN2.N-cü maddəsi ilə təyin edilmiş N (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Müdafiəçilər Müdafiəçi5, Müdafiəçi4, MüdafiəçiN və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Dövlət ittihamçısıN kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarının məhkumlar Məhkum2, MəhkumN, Məhkum4 və Məhkum5 münasibətdə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini, Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və onun barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini, MəhkumN kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarını n ləğv edilməsini və onun barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini Dövlət ittihamçısıN onunla əsaslandırır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2022-ci il tarixli hökmü əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq kimi vəzifəsinin icrasından yayınaraq sübutların yoxlanılması və qiymətləndirilməsi zamanı subyektiv yanaşma nümayiş etdirmiş, cinayətin bir qrup şəxs halında törədilməsi kimi cəzanı ağırlaşdıran halları nəzərə almadan təqsirləndirilən şəxslərin şəxsiyyətinə və törədilən cinayətin xa rakterinə açıq-aşkar uyğun olmayan cəza təyin edərək həddən artıq “altruizm” nümayiş etdirmişdir. Məhkəmə tərəfindən iş üzrə çıxarılmış hökmdən də görünür ki, məhkəmənin qəbul etdiyi cəzanı yüngülləşdirən hallar, habelə cəza təyini zamanı gətirdiyi dəlillər əsassız olmaqla işin hallarına uyğun olmamış, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkar şəxslərin şəxsiyyəti nəzərə alınmamışdır. Məhkəmə Məhkum2 gənc olması, evin tək oğul övladı olması, cinayətin törədilməsində rolu, əməlində ağırlaşdırıcı halın olmaması, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması, onun cinayət törətməyə meyilli şəxs olmaması və cəmiyyət üçün tam yararsız olmaması kimi halları əsas gətirərək onun barəsində CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyünü q eyd etmişdir. Ancaq məhkəmə yuxarıda qeyd olunanlarla bağlı heç bir zəruri əsaslandırma və təhlil aparmadan, işin hallarına obyektiv yanaşmalı olduğu halda, heç bir hüquqi əsasa söykənmədən şablon cümlələrdən və şərti cəza tətbiq edilməsi üçün yetərli olmayan hallardan istifadə etməklə Məhkum2 törətmiş olduğu cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə laqeyd yanaşaraq, nəticə etibarilə onun real cəzadan kənarda qalmasına şərait yaratmışdır. Belə ki, cinayət işinin materiallarında olan, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Məhkum2 xidmət yeri üzrə müsbət xarakterizə edilmir. Hərbi xidmət etdiyi yer üzrə müsbət səciyyələndirilməyən və eyni zamanda hərbi xidmət əleyhinə cinayət törətmiş şəxsin barəsində təyin edilmiş az adlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsi və bunun nəticəsi olaraq da, həmin şəxsin real cəzadan azad edilməsi, heç bir hüquqi və məntiqi əsasa söykənməyərək, cəzasızlıq mühitinin yaranmasına, gələcəkdə də bu növ cinayətlər törətmiş şəxslərin barəsində tətbiq olunacaq cəzalarla bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına ciddi zərbə vurulması ilə nəticələnə bilər. Məhkəmə cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, Məhkum2 cəza çəkmədən islah olunması qənaətinə gələrək təqsirləndirilən şəxsin barəsində CM-in 70-ci maddəsini tətbiq etmişdir. Məhkəmə hökmdə bu halları konkretləşdirməmiş, yalnız CM-in 70-ci maddədə sadalanan müddəaları hökmdə qeyd etməklə kifayətlənmiş, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun icti mai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin halların cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmamışdır. Göründüyü kimi Məhkum2 barəsində CM-in 70-ci maddəsində təsbit edilmiş hallar mövcud olmamış, onun törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini azaldan, şəxsiyyətini müsbət mənada müstəsna səciyyələndirən hər hansı digər hallar müəyyən edilməsə də, məhkəmə əsassız və qanunsuz olaraq təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərək qərarda cəzanı yüngülləşdirən halları təkr ar sadalamaqla təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması qənaətinə gəlməklə səhvə yol vermişdir. Məhkəmə işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş şəxslər real cəzadan kənarda qalmışlar. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi CPM-ın 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlamamış və qiymətləndirməmişdir. Kassator hesab edir ki, Məhkum2, MəhkumN, Məhku m4 və Məhkum5 təyin edilmiş cəzalar cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun olmamış, məhkəmə kollegiyası onların barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum2 müdafiəçisi Müdafiəçi2 onunla əsaslandırmışdır ki, Məhkum2 Azərbaycan Respublikası CM-in NN2.2.N-cü maddəsi ilə verilmiş ittihamın əsasını Zərərçəkmiş şəxs2, Şahid9 İsa oğlunun və Şahid10 ifadələri və bununla bağlı aparılmış məhkəmə-əmtəəşünaslıq ekpertizasının rəyi təşkil etmişdir. Birinci instansiya məhkəməsi Məhkum2 Azərbaycan Respublikası CM-in NN2.2.Ncü maddəsi ilə bağlı cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları nəzərə alıb Məhkum2 bəraət verdiyi halda, Şəki Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyası cinayət işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları CinayətProsessual Məcəlləsinin 14N-146-cı maddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, sübutların hansına üstünlük verilməsini əsaslandırmamış, təqsirləndirilən şəxslər barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmış, Şəki Apellyasiya Məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında Məhkum2 barəsində ittiham hökmü çıxarmışdır. Zərərçəkmiş telefonu istifadə etdiyi vaxtlarda telefonun sınıq olduğunu və nasaz olduğunu göstərir. Ekspert telefonu tədqiq edərkən mütləq qaydada telefonun vəziyyətini ək s edən şəkilləri çəkməli olduğu halda bunu etməmişdir. Bu da onu göstərir ki, ekspert istintaq orqanın təzyiqinə məruz qalıb məlum olmayan səbəbdən istənilən rəyi verməyə məcbur olmuşdur. Telefonun qüsurlu olmasını gizlətmək məqsədi ilə telefon maddi sübut kimi işdə saxlanılmamışdır. İstintaq orqanı məhkəmənin hökm elan etdiyi müddətə qədər maddi sübutun qorunmasını təmin etməli olduğu halda bunu etməmişdir. Halbuki zərərçəkmiş şəxsin və digər şahidlərin ifadələrindən görünür ki, telefon aparatı nasaz olmuş, cərəyanı saxlamamış, ekranda çat olmuşdur. Belə olan halda məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələri əsaslı olaraq şübhə doğurmuş, maddi sübut itirildiyindən təkrar ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bu isə istintaq orqanın boşluğudur. Dövlət ittihamçısı bu məsələdə ta beliyində olan prokurorluğun kobud nöqsanlarını qabartmadan məhkəməni günahlandırmaqda haqlı olmamışdır. İbtidai istintaq və məhkəmə istintaq zamanı birmənalı olaraq sübuta yetirilmişdir ki, Məhkum1 və Məhkum2 bilavasitə Zərərçəkmiş şəxs2 hədələməmiş və telefonu ondan tələb etməmişlər. Bütün yuxarıda göstərilənlərin fonunda iş üzrə sübutları bir-biri ilə müqayisə edib təhlil edərək, hər bir sübutu mənsubiyyəti, mötəbərliyini və mümkünlüyünü nəzərə alıb hesab edirik ki, Məhkum2 Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil etməyən telefonu hədəqorxu tətbiq etməklə tələb etməmiş, ona qarşı qanunsuzluqlarla bağlı ərizə ilə müraciət etməmiş və bu hallar istintaq orqanı tərəfindən heç bir zərurət olmadan süni ittiham yaradıldığından Məhkum2 əməllərində cinayət tərkibi olmadığından CPM-in 42.1.2-ci madd əsinə əsasən bəraət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, N nömrəli hərbi hissənin komendant bölüyünün əsgərləri Şahid1, X7, X19, Şahid14 Nazım oğlu, X20, Şahid2 Saiməddin oğlu, X1, Şahid6, X10, X12, Şahid4, Şahid17, X21, X16, ŞahidN, Şahid15, X1N, Şahid7, X11 və X17 əsgərlər Məhkum1 və Məhkum2 təsiri ilə vurmaları və ya həmin hadisədə özlərinin də iştirak etmələrinə dair hərbi hissə komandanlığına yazdıqları izahatlar sübut kimi nəzərə alınmamışdır. Beləliklə ilk olaraq onu qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Cinayət-Prosessual Məcəlləsinin 14N-146cı maddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, əsassız olaraq məhkəmədə əldə olunmuş sübutlara deyil ibtidai istintaq zamanı əldə edilmiş sübutlara üstünlük vermiş, təqsirləndirilən şəxslər barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyrimötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında Məhkum2 barəsində ittiham hökmü çıxarmışdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.N-cü maddəsinin şərh edilməsinə dair” 07 yanvar 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma Cinayət Məcəlləsinin NN2.1-ci maddəsinin, zərərçəkmiş şəxsin sağlamlığına ağır zə rər vurma və ya digər ağır nəticələrə səbəb olma isə Məcəllənin NN2.N-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi müəyyən edilərək qəsd obyekti konkretləşdirilmiş və bununla da oxşar cinayətlər bir-birindən fərqləndirilmişdir. Belə olan halda isə Cinayət Məcəlləsinin NN2.N-cü maddəsində “Bu Məcəllənin NN2.1, NN2.1-1, NN2.1-2 və ya NN2.2-ci maddələrində nəzərdə tutulmuş əməllər” dedikdə həmin Məcəllənin NN2.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran və ya digər ağır nəticələrə səbəb olan tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması başa düşülməlidir. Əks yanaşma, yəni Cinayət Məcəlləsinin NN2.1-ci maddəsinin tərkibini yaradan sağlamlığa qə sdən yüngül zərər vurmanın NN2.N-cü maddəsinə münasibətdə zəruri əlamət kimi qəbul edilməsi, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə ədalətli cəza təyin edilməməsinə və s. səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsas prinsiplərindən olan qanunçuluq, ədalət və təqsirə görə məsuliyyət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə qeyd etmişdir ki, şəxs cinayət məsuliyyətinə cəlb olunarkən və ona cəza təyin edilərkən Cinayət Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Bu prinsip lərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Cinayət Məcəlləsinin 5.1, 7.1 və 8.1-ci maddələri). Eyni zamanda istintaq orqanının və hər iki məhkəmə instansiyasının bu şəkildə yanaşması humanistləşmə və dekriminallaşma prinsiplərinə köklənən milli cinayət qanunvericiliyinin ruhuna, habelə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının və Avropa Məhkəməsinin presedent hüququnun təməl norma və prinsiplərinə uyğun gəlmir. Eyni zamanda məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 kollegiyanın iclasında təqsirləndirilən şəxs Məhkum2 ilə münasibətlərinin yaxşı olmasını. Məhkum2 onu vurmamasını, əksinə Məhkum2 onu müdafiə etməsini nəzərə almamışdır. Əgər Zərərçəkmiş şəxs1 döyməklə cəzalandırmaq niyyəti şəxsi heyətdə hamılıqla qəbul edilmişsə və vahid niyyət kimi formalaşmışsa, görəsən onda nə üçün istintaq orqanı sükutla keçərək 25 nəfəri məsuliyyətdən kənar qoymuşdur. Cinayət prosessual qanunvericiliyində heç bir sübutla təsdiq olunmayan, hər hansı əsaslandırma a parılmadan sadəcə olaraq “nəzərə almamaqla cinayət məsuliyyətindən azad etmə” anlamı mövcud deyil. Müstəntiqin xoşu gəldiyi şəxslərin zərərçəkmişi vurmalarına baxmayaraq onların əməlini inzibati xəta kimi qiymətləndirib cinayət məsuliyyətindən azad etməsi dövlət ittihamçısı tərəfindən dəstəklənmiş və eyni hərəkəti edənlərə yüngül cəza verilməsi isə bəyənilməmişdir. Beləliklə iş üzrə əldə olunmuş sübutların məcmusuna istinad edərək hesab edirəm ki, Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.N və N51.N.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərə əsasən Məhkum2 Azərbaycan Respublikası CM-in NN2.2.N və NN2.N-cü maddələri ilə, təqsirliliyi sü buta yetirilməmişdir. Onun təqsirli bilindiyi həmin maddələr üzrə əməllərində cinayət tərkibi olmadığından CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilməlidir MəhkumN kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsi cinayət işinin halları tam araşdırmamış, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq etməyərək məcmusu üzrə qiymətləndirməyərək, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlamayaraq barəmdə ədalətsiz, qanunsuz hökm qəbul etmişdir. Kassator ilk öncə qeyd edir ki, o, 28 iyul 2020-ci il tarixədək müdafiəçisi olmadan dindirilmiş və onun yanında müdafiəçi olmamışdır. Bu isə “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müda fiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin N“C” yarımbəndinin tələbləri pozulmuşdur. Kassator şikayətində məhkəmə istintaqı zamanı özünü təqsirli bilindiyi, yəni ittiham verildiyi maddə ilə təqsirli bilməmiş və ibtidai istintaq zamanı şahidlərə müstəntiq tərəfindən hədə-qorxu gəlinmişdir. İş üzrə şahidlərdən hər hansısa biri Zərərçəkmiş şəxs1 xəsarət (təpik vurmasını) yetirməsini görməmişlər. Bundan başqa müstəntiq ona Məhkum1lə, Məhkum2 üzünə durmasını demiş, lakin o, isə ona Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs1 döydüklərini görməməsini bildirmişdir. İş materiallarındakı şahidlərin ifadələrdən görünür ki, cinayət işi üzrə onlar yalnız təzyiq hədə qorxu altında yəni həbs oluna bilmə hədəsi altında ifadə vermişlər. Belə ki, müstəntiq tərəfindən cinayət işi üzrə ibtidai istintaq düzgün ap arılmamış, əksinə qərəzli şəkildə araşdırma aparılmışdır. Təqsiri olmadığı halda onu ittiham etmişlər. Cinayət işi üzrə şahidlərin onu orada görməməsi, müstəntiqin onlara hədə təzyiq etməsi nəzərə alınmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə mövcud olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar qanunun tələblərinə müvafiq olaraq düzgün qiymətləndirməmiş, ittihamın həlli üçün birinci və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri və müəyyən etdiyi halları təsdiq edən sübutlar nəinki kifayət etməmiş, belə sübutların mövcud olması əsaslı və ciddi şübhələr yaratmış və cinayət təqibi üzrə düzgün və əsaslı yekun qərar qəbul edilməmişdir. İttiham tərəfinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.N-cü maddəsi ilə təqsirli bilinməsi üçün istinad etdiyi sübutlar, iş materiallarında olan digər mötəbər sübutlarla təkzib olunduğu, ziddiyyətli əsaslara söykənməklə, bu təqsirlilik məsələsinin həllində əsaslı şübhələr yaratdığı üçün, mötəbər sübutlar kimi qəbul olunmamalıdır. İttiham tərəfi işin faktiki halları üzrə mövcud olan əsas şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkum hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 6N-cü maddəsinə, Avropa Konvensiyasının 6- cı maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası CPM-in 21.2ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bu şübhələr onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı kimi, məhkəmələr də bəhs edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış və buna görə də ibtidai istintaq orqanı və məhkəmə tərəfindən tərəfindən işin faktiki halları düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hü quqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. MəhkumN kassasiya şikayətinin ilkin dəlili ibtidai istintaq zamanı onun müdafiə hüququnun pozulmasıdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, iş materialları ilə belə halların baş verməsi öz təsdiqini tapmamış, ibtidai istintaq həyata keçirilərkən MəhkumN müdafiə hüququnun pozuntusu barədə də heç bir hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 və MəhkumN kassasiya şikayətlərinin başlıca dəlili ondan ibarətdir ki, onların elan olunmuş ittihamda təqsirləri sübuta yetirmədiyi halda Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in NN2.2.N və NN2.N-cü maddələri, MəhkumN barəsində Azərbaycan Respublikası CM-in NN2.N-cü maddəsi ilə əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi hökmü ziddiyyətli sübutlarla əsaslanmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə tədqiq edərək aşağıda göstərilən səbəblərə görə onları əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbay can Respublikası CM-in NN2.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin cinayət tərkibinin obyektiv cəhəti tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası CM-in NN2-ci maddəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması məsuliyyəti ağırlaşdıran tövsifedici əlamət kimi nəzərdə tutulur və əməlin CM-in NN2.N-cü maddəsi ilə tövsif edilməsinə əsas verir. Azərbaycan Respublikası CM-in NN2.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədəqorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmədə ifadə olunur. Həmin hərəkətlər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməl Azərbaycan Respublikası CM-in NN2.2.N-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası CM-in NN2-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin NN2.1-1-ci maddəsində “xeyli miqdar” dedikdə yüz manatdan yuxarı, lakin min manatdan artıq olmayan məbləğ, CM-in NN2.1-2-ci maddəsində isə “külli miqdar” dedikdə min manatdan yuxarı məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-in 1N9-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanu nu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in N49.N-cü maddəsinə əsasən məh kəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in N49.4-cü maddəsinə uyğun olaraq ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin N49.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin məhkəmə iclaslarında tədqiq edilmiş və apellyasiya məhkəməsinin hökmündə sadalanmış sübutlarla – zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, istintaq hərəkətlərinin protokolları ilə tam təsdiq olunmuşdur. Məhkəmə məhkumlar Məhkum2 və MəhkumN təqsirini müəyyən edən sübutların mümkünlüyü və mötəbərliliyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət edilməklə əldə edilmiş və onların mötəbərliliyini şübhə altına almaq heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və MəhkumN əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı madd ələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında müdafiə tərəfinin apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkumlar Məhkum2 və MəhkumN məhkəmədə verdikləri ifadələrini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib o nların həmin ifadələrinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxslər MəhkumN və Məhkum2 özlərini təqsirli bilməyərək zərərçəkmiş şəxsə təpik vurmadığını qeyd etmişdir. Lakin, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və şahidlər bunun əksini söyləyərək məhkəmə istintaqı zamanı hökmün təsviri hissəsində müəyyən edilmiş halları təsdiq etmişlər. Məhkum2 hazırki cinayət işi üzrə digər Məhkum1lə birlikdə əsgər yoldaşı Zərərçəkmiş şəxs2 110 manat dəyərində olan mobil telefonunu hədə-qorxu ilə tələb etməsi də cinayət işi üzrə sübutlarla – zərərçəkmiş şəxsin və Şahid9 ifadələri, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum2 Azərbaycan Respublikası CMin NN2.2.N və NN2.N-cü və MəhkumN CM-in NN2.N-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilmişdir. İşə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin tö rədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.N); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in NN2.2.N və NN2.N-cü maddələri ilə, MəhkumN barəsində isə Azərbaycan Respublikası CM-in NN2.Ncü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarı qəbul edilərkən məhkəmə tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətlərinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya protestinin başlıca dəlili Məhkum2, MəhkumN, Məhkum4 və Məhkum5 Elsəvər oğlunun barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1ci maddəsinə əsasən islah işlər i, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edi lməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlar Məhkum2, MəhkumN, Məhkum4 və Məhkum5 Elsəvər oğlunun barələrində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və c inayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.N-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmu ş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.N-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxs iyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər Məhkum1 vurmuşdur. Məhkumlar X2N, MəhkumN, Məhkum4 və Məhkum5 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərbələri ilə sonuncunun sağlamlığına zərər vurulmamışdır. Zərərçəkmiş şəxs məhkumlarla barışmış və onun məhkumlara qarşı heç bir şikayət və tələbi yoxdur. Apellyasiya instansiyası məhkəməsi məhkumlar X2N, MəhkumN, Məhkum4 və Məhkum5 cəza təyin edərkən onların t örətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onlara azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Bununla yanaşı məhkəmə işin hallarını, məhkumların şəxsiyyətlərini, onların cinayətin törədilməsində rollarını və cəzanı yüngülləşdirən halları nəzərə alıb məhkumların cəza çəkmədən islah olunmalarını mümkün saymış və cəzaların şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan apellyasiya məhkəməsi məhkumlar barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən qanunun normalarına riayət edilmiş, məhkumlara təyin edilmiş cəza açıq-aydın ədalətsiz hesab edilə bilməz. Odur ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kol legiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli hökmü kassasiya protesti və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli hökmü məhkumlar X18, MəhkumN, Məhkum4 və Məhkum5 aid hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar