Məhkəmə qərarları › İş №1-1(102)-6/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-6/2024

10.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-6/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim İ.M.Quliyev) 29 iyul 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1977-ci ildə Bərdə rayonu Yenidaşkənd kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi şəkildə kənd təsərrüfatı ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatda olmaqla yaşayan Mə hkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 21 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. 7 oktyabr 1998-ci ildə Bərdə rayonu Yenidaşkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edən, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci və 315-ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 315-ci maddəsi 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuş, üzərinə nümunəvi hərbi xidmət keçmək, tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuş, sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsinin qulluq etdiyi hərbi hissənin komandanlığına, xidmət müddəti başa çatdıqdan sonra isə yaşayış yeri üzrə icra və probasiya xidmətinə həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutlara dair məsələlər həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 22 fevral 2023-cü il tarixli qərarı ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1 -ci maddələri ilə, Məhkum2 C inayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 315-ci maddələri ilə məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(098)-166/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(098)-166/2022 saylı hökmü apellyasiya protestinə və şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-2, 177.2.1, 177.2.2 və 177.2.3-2- ci, Məhkum2 isə Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2. 2, 29,177.2.3-2, 177.2.1, 177.2.2, 177.2.3-2 və 315-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən,Məhkum1 2022-ci ilin əvvəllərində bankdan götürdüyü pul kreditini ödəyə bilmədiyinə görə qanunsuz gəlir əldə etmək və varlanmaq məqsədi ilə Tərtər rayonu ərazisində olan əkin sahələrindən müxtəlif şəxslərə məxsus su matorlarını və Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini kəsib satmaqla pul əldə etmək qərarına gələrək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin fevral ayının əvvəllərində Tərtər rayonunun Sarıcalı kəndi ərazisində yerləşən əkin üçün nəzərdə tutulmuş torpaq sahəsindən, Bərdə rayonunun İmamqulubəyli kənd sakini vətəndaş Zərərçəkmiş şəxs2 məxsus, dəyəri 1450 (bir min dörd yüz əlli) manat təşkil edən «Belarus» markalı su motorunu gizli yolla talayıb yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə saxlamaqla Zərərçəkmiş şəxs2 1450 (bir min dörd yüz əlli) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli talamaqla oğurluq etmişdir. Həmçinin Məhkum1, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin fevral ayının sonlarında Tərtər rayonunun Mamırlı kəndi ərazisində yerləşən əkin sahələrindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan 09/263 reper nömrəli subartezian quyusunun 25 metr uzunluğunda olan VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 125 (bir yüz iyirmi beş) man at təşkil edən cərəyan daşıyıcı elektrik xəttini özü ilə gətirdiyi kəsici alətlə kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 125 (bir yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum1 həmin gün, Tərtər rayonunun Mamırlı kəndi ərazisində yerləşən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan 09/220 reper nömrəli subartezian quyusunun 29 metr uzunluğunda, VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edən cərəyan dayışıcı kabeli eyni üsulla kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şə xs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 145 (bir yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin fevral ayının sonlarında Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahələrindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-140 reper nömrəli subartezian quyusunun 37 metr uzunluğunda olan VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 185 (bir yüz səksən beş) manat təşkil edən cərəyan daşıyıc ı elektrik xəttini eyni üsulla kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 185 (bir yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Həmçinin Məhkum1 həmin gün Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahəsindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-53 reper nömrəli subartezian quyusundan VPP-25 markalı, 28 metr uzunluğunda, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 140 (bir yüz qırx) manat təşkil edən cərəyan dayışıcı elektrik xəttini eyni üsulla kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistem ləri İdarəsinə ümumilikdə 140 (bir yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan əlavə, Məhkum1 həmin gün Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahəsindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-157 reper nömrəli subartezian quyusundan VPP-25 markalı, 29 metr uzunluğunda, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edən cərəyan dayışıcı elektrik xəttini eyni üsulla kəsib oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 145 (bir yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Habelə o, həmin gün Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahəsindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-09/189 reper nömrəli subartezian quyusunun 25 metr uzunluğunda, VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 125 (bir yüz iyirmi beş) manat təşkil edən cərəyan dayışıcı kabelini eyni üsulla gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 125 (bir yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini talamaqla oğurluq etmişdir. Bun dan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin mart ayının əvvəllərində Tərtər rayonunun İsmayılbəyli kəndi ərazisində yerləşən əkin sahələrindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan 09/200 reper nömrəli subartezian quyusunun 25 metr uzunluğunda olan VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 125 (bir yüz iyirmi beş) manat təşkil edən cərəyan daşıyıcı elektrik xəttini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 125 (bir yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətl i elektrik xətlərini talamaqla oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin mart ayının əvvəllərində Tərtər rayonunun Evoğlu kəndi ərazisində yerləşən əkin sahəsindən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan 09/228 reper nömrəli subartezian quyusunun 21 metr uzunluğunda olan VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 105 (bir yüz beş) manat təşkil edən cərəyan daşıyıcı elektrik xəttini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 105 (bir yüz beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgə əmlakı sayıla n dövlət və ictimai əhəmiyyətli elektrik xəttini talamaqla oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə oğlu, xx xxxxxxx 1998-ci il tarixdə anadan olmuş, Bərdə rayonunun Yenidaşkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət aparan Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Tərtər rayonunun Zolgəran kəndi ərazisində yerləşən əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğurlamaq qərarına gələrək bu məqsədlə 20 mart 2022- ci il tarixdə saat 22 radələrində oğlu Məhkum2lə birlikdə sonuncunun etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəndə gedib maşını əkin sahəsinin yanında saxlayaraq oğlu Məhkum2 maşında gözləməsini bildirdikdən sonra orada əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-52 reper nömrəli subartezian quyusunun 24 metr uzunluğunda VPP-25 markalı 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 120 (bir yüz iyirmi) manat olan cərəyan daşıyıcı elektrik xəttini özü ilə aparmış xüsusi kəsici alətlə kəsib götürdükdən sonra həmin elektrik kabelini oğlu Məhkum2 idarə etdiyi avtomaşının yük yerinə qoymaqla elektrik xəttini oğlu Məhkum2lə birlikdə talayaraq zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemləri İdarəsinə ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamaqla oğurluq etmişlər. Həmçinin o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə oğlu Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə Tərtər rayonunun Zolgörən kəndi ərazisində yerləşən digər əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğurlamaq qərarına gələrək 20 mart 2022-ci il tarixdə saat 22:30 radələri ndə oğlu Məhkum2lə birlikdə sonuncunun idarə etdiyi VAZ 2106 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əkin sahəsinin yanına gedib oğlu Məhkum2 maşında gözləməsini bildirdikdən sonra əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan BTS-T-54 reper nömrəli subartezian quyusunun 23 metr uzunluğunda VPP-25 markalı, 1 metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 115 (bir yüz on beş) manat olan cərəyan daşıyıcı elektrik xəttini özü ilə aparmış xüsusi kəsici alətlə kəsib götürdükdən sonra həmin elektrik kabelini oğlu Məhkum2 idarə etdiyi avtomaşının yük yerinə qoymaqla elektrik xəttini oğlu Məhkum2lə birlikdə gizli yolla talayaraq oğurlayıb zərərçəkmiş hüquqi şəxs Tərtər rayon Suvarma Sistemlə ri İdarəsinə ümumilikdə 115 (bir yüz on beş) manat məbləğində maddi ziyan vurmuş, ümumilikdə isə Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olan, dövlət və ictimai əhəmiyyətli 266 metr uzunluğunda elektrik xəttini oğurlamaqla zərərçəkmiş şəxs Tərtər rayon Suvarma Sistemləri idarəsinə 1330 (bir min üç yüz otuz) manat məbləğində maddi ziyan vuraraq təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamaqla oğurluq etmişlər. Həmçinin o, təkrarən tamah niyyəti ilə özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaq məqsədi ilə oğlu Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə Tərtər rayonunun Soyulan kəndi ərazisi ndə yerləşən digər əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğurlamaq qərarına gələrək saat 22:40 radələrində oğlu Məhkum2lə birlikdə sonuncunun idarə etdiyi VAZ 2106 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəndin ərazisinə gedərək orada yerləşən əkin sahəsinin yanına çatdıqdan sonra Məhkum2 maşında gözləməsini bildirdib əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan subartezian quyusundan cərəyan daşıyıcı kabeli oğulamaq məqsədi ilə maşından düşüb artezianın yerləşdiyi yerə getdikdən sonra həmin vaxt polis əməkdaşlarının oğlu Məhkum2 idarə etdiyi avtomaşına yaxınlaşdıqlarını görüb ifşa olunduqla rını düşünərək orada yerləşən subartezian quyusunun elektrik daşıyıcı kabelini oğurlaya bilməyib iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş və yaşadığı evə qayıtmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamağa cəhd etmişlər. Həmçinin Müdafiə Nazirliyinin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət aparan Məhkum2 20 mart 2022-ci il tarixdə saat 22:40 radələrində atası Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Tərtər rayonunun Soyulan kəndi ərazisində yerləşən Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elek trik xəttini oğurlamaq məqsədi ilə idarə etdiyi “VAZ 2106” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili həmin kəndin ərazisində yerləşən əkin sahəsinin yanında saxlayıb avtomobilin içərisindən oturaraq əvvəlcədən aralarında əldə etdikləri razılaşmaya əsasən atası Məhkum1 əkin sahəsində olan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğulayıb gətirməsini gözləyərkən həmin vaxt ərazidə xidmət aparan Tərtər rayon polis şöbəsinin post patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət aparan Zərərçəkmiş şəxs1 və həmin bölüyün polis nəfəri, polis serjantı Aslanlı X3 Salah Əsəd oğluna məxsus avtomobilin dayandığını görüb xidmət apardıqları ərazidə subartezian quyularının elektrik naqillərinin oğurlanması halları tez-tez baş verdiyindən sürücü Məhkum2 şübhələnib onun şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Məhkum2 sənədlərini yoxladıqdan sonra ondan şübhələndikləri üçün sonuncuya avtomaşının yük yerinə baxmaq istədiklərini bildirdikdə Məhkum2 atası Məhkum1lə birlikdə oğurladığı və avtomaşının yük yerində saxladığı elektrik naqillərinin polis əməkdaşları tərəfindən aşkar ediləcəyindən qorxaraq polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq avtomaşını sürüb oradan uzaqlaşmış, daha sonra Tərtər rayonunun Soyulan kəndinin ərazisində avtomaşını saxlayıb yük yerində olan oğurlanmış elektrik naqilini yolun kənarına ataraq avtomobilə oturmuş, həmin vaxt Tərtər rayon polis şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs1 və Şahid onu görmüş, bu zaman polis serjantı Zərərçəkmi ş şəxs1 onun idarə etdiyi avtomobilə yaxınlaşıb aşağı düşməsini tələb etdikdə Məhkum2 onun qanuni göstərişlərinə məhəl qoymadığı üçün sonuncunun idarə etdiyi avtomobilin sol yan güzgüsündən və sol qanad hissəsindən tutaraq ona bir daha avtomobildən düşməsinə dair göstərmiş vermiş, Məhkum2 onun qanuni tələbinə məhəl qoymayıb Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərərək avtomaşını sürətlə sürüb orada uzaqlaşmaq üçün avtomobilin sükanını sağa və sola hərəkət etdirərək sol qanad hissəsi ilə polis serjantı Zərərçəkmiş şəxs1 vurmuş, sonuncu əlləri ilə maşından tutduğu üçün təxminən 10-15 metr sürünüb üzü üstə asfalt örtüyə yıxılması nəticəsində hakimiyyət nümayəndəsi olan Tərtər rayon polis şöbəsinin post patrul bölüyünün manqa komandiri, polis serjantı Zərərçəkmiş şəxs1 ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan «sol gözaltı almacıq sağ əlin arxa səthinin çoxsaylı, sağ mil-bilək oynağının arxa-iç-yan səthinin sıyrıqları, hər iki diz qapağının küt travması» xəsarətləri ilə müşayiət olunan xəsarətlər yetirib hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamağa cəhd etdikləri elektrik xəttinin məbləği göstərilmədiyindən, eləcə də iş üzrə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslər barəsində qanun çərçivəsində cəzalandırılmaları ilə bağl ı məhkəmədən xahişlərini nəzərə almadan Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərinə əsasən, Məhkum1 və Məhkum2 barələrində CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2-ci maddələri ilə olan ittihamı xaric etmişdir. Gəncə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi obyektiv qənaətə gəlmişdir. Lakin məhkəmənin qeyd olunan mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, Məhkum1 və övladı Məhkum2 məhkəməyədək və məhkəmə istintaqı zamanı elan edilmiş ittihamlar üzrə özlərini tam təqsirli bilmişlər və özgənin əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini maddi cəhətdən sıxıntıları olduğuna görə oğurlayıb satmalarını qeyd etmişlər. Həmç inin məhkəməyədək və məhkəmə istintaqı zamanı alınmış ifadələrdən görünür ki, Məhkum1 oğlu Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə Tərtər rayonunun Soyulan kəndi ərazisində yerləşən digər əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xəttini oğurlamaq qərarına gələrək saat 22:40 radələrində oğlu Məhkum2lə birlikdə sonuncunun idarə etdiyi “VAZ 2106” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəndin ərazisinə gedərək orada yerləşən əkin sahəsinin yanına çatdıqdan sonra Məhkum2 maşında gözləməsini bildirdib əkin sahəsində olan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin balansında olmaqla dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan subartezia n quyusundan cərəyan daşıyıcı kabeli oğurlamaq məqsədi ilə maşından düşüb artezianın yerləşdiyi yerə getdikdən sonra həmin vaxt polis əməkdaşlarının oğlu Məhkum2 idarə etdiyi avtomaşına yaxınlaşdıqlarını görüb ifşa olunduqlarını düşünərək orada yerləşən subartezian quyusunun elektrik daşıyıcı kabelini oğurlaya bilməyib iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş və evinə getməklə iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmişdir. İşin hallarından göründüyü kimi Tərtər rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşlarının ərazidə ayıq-sayıq xidmət aparmaları və vaxtında müdaxilə etmələri nəticəsində Əsəd və Məhkum2lər iradələrindən asılı olmayan səbəbdən cinayətkar əməllərini başa çatdıra bilməmişlər. Bundan başqa, istintaq materialları ilə və məhkəm ə istintaqı zamanı toplanmış sübutların təhlilindən görünür ki, təqsirləndirilən şəxslər Əsəd Mirzyev və oğlu Məhkum2 tərəfindən talanan hər bir dövlət və ictimai əhəmiyyətli elektrik xətti sayılan subartezian quyusunun elektrik daşıyıcı naqilləri 23-25 metr olmaqla (115 və ya 120 manat) dəyərində olmuşdur. Qeyd olunanlara əsasən sübutlar qiymətləndirilməklə bu nəticəyə gəlinmişdir ki, Əsəd və Məhkum2lər Tərtər rayonunun Soyulan kəndi ərazisində yerləşən digər əkin sahəsində olan subartezian quyusundan iradələrindən asılı olmayan səbəbdən cinayətkar əməllərini başa çatdıra bilmədikləri cinayət əməllərində də eyni ölçüdə və dəyərdə özgə əmlakını talamaq niyyətlərində olmuşlar. Onların talayacaqları əmlakın dəyəri ilə bağlı, yəni qəsdin yönəldiyi əmlakın dəyəri bundan əvvəlki əməllərinin ümu mi fonunda qiymətləndirilmiş, konkretlilik aparılması mümkün olmasa da, qəsdin xarakteri hər dəfə olduğu kimi ən azı 100 manatdan yuxarı olan əmlakın törədilməsinə dəlalət edir. Bu məbləğin az olacağı ilə bağlı müdafiə tərəfindən də məhkəmə istintaqında tutarlı əsaslar gətirilməmiş, hökmdə də məhkəmə bunu əsaslandıra bilməmişdir. Hökmdən görünür ki, məhkəmə məhkumların xeyrinə olmaqla yuxarıda göstərilən sübutların qiymətləndirilməsində ədalətlilik prinsipini pozmuşdur. Bundan başqa məhkəmə hökmdə göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum2 əvvəllər məhkum olunmamış, ilk dəfə az ağır cinayət törətmiş, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəmişdir, Vətən Müharibəsində yaxından fəal iştirak etmiş, döyüşlərdə yaralanmış, təltif edilmişdir. Himayəsində bir azyaşlı övladı olmasını da qeyd etməklə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin aradan qalxdığını əsas tutaraq Məhkum2 cəza çəkmədən islah olunacağını hesab etmişdir. Lakin zərərçəkmiş şəxs Tərtər rayon polis şöbəsinin baş serjantı Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini verinə yetirərəkən xəsarət almasını, məhkəməyədək və məhkəmə istintaqı zamanı dəfələrlə təqsirləndirilən şəxs Məhkum2 qarşı şikayətçi olmasını və qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəməsini məhkəmə nəzərə almamışdır. Şərti məhkum etmə ilə bağlı çıxarılmış bu hökm hüquqi əsas kimi bütünlüklə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin səmimi peşmançılığına və Vətən müharibəsində iştirakına söykənmişdir. Məhkəmə məhkuma cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı Məhkum2 tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da ona CM-in 70-ci maddəsi tətbiq edilməklə 1 il şərti cəza təyin olunmasını əsaslandıra bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla cəza təyin etmə barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Mə hkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, şərti cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamdan CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2-ci maddələrini xaric etməklə düzgün olmayan nəticəyə gəlmiş, əməlin tövsif edilməsini düzgün olaraq əsaslandırmamış, iş materiallarında olan ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların rədd edilməsinin motivlərini göstərməmiş, sübutlar bir-biri ilə müqayisəli şə kildə təhlil edilməmiş və bununla da Г- Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamdan CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2-ci maddələrini xaric etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxs Salah Mirzəvevə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını CM-in 70-ci maddəsinə əsasən şərti hesab etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Kassasiya protestində Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri, Məhkum2 CM-in 177.2.1, 177.2.2, 177.2.3-2 və 315-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarını ləğv edərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə məhkumların, kassasiya protestinin təmin olunması dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq ya lnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apell yasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıd akıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmam ası və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu i lə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində məhkumların əməlinin hüquqi tövsifi mübahisələndirilməklə onlara elan edilmiş ittihamdan CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2-ci maddələrini xaric, həmçinin Məhkum2 təyin edilmiş cəzanın şərti hesab edilməsinin əsassız olması qeyd edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini araşdıraraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxslərə elan edilmiş ittihamdan CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2-ci maddələrini xaric edilməsi barədə gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamağa cəhd etdikləri elektrik xəttinin məbləği göstərilməmişdir. Eyni zamanda, təqs irləndirilən şəxslər tərəfindən cinayətlər təkrarən törədilmişdir və onların növbəti dəfə eyni xarakterli cinayəti törədilməsinə hazırlaşaraq polis əməkdaşlarının onlara yaxınlaşması onları cinayət hərəkətlərinə, ümumiyyətlə başlamadan bu niyyətlərindən daşınmağa məcbur etmişdir. Burada təqsirləndirilən şəxslər tərəfindən cəhd etmələri konkret olaraq hansı obyektə və hansı predmetə yönəlməsi və bu cinayət qəsdin predmetinin qiyməti nə qədər olması da bu səbəbdən müəyyən edilmədiyindən ittihamda göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1 -ci maddəsində göstərilir ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndirilməsi törədilmiş əməlin obyektiv və subyektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur, yəni qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. Kassasiya protestində məhkumlar Məhkum1 və Məhkum2 Tərtər rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşlarının ərazidə ayıq-sayıq xidmət aparmaları və vaxtında müdaxilə etmələri nəticəsində iradələrindən asılı olmayan səbəbdən cinayətkar əməllərini başa çatdıra bilməməsi göstərilsə də, ittiham tərəfinin onların qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talamağa cəhd etmələri barədə dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri və işdə olan digər sübutlarla ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmələr tərəfindən cinayət işinin müəyyən edilmiş hallarından və araşdırılmış sübutlardan göründüyü kimi, məhkumlar tərəfindən özgə əmlakı sayılan dövlət və ictimai əhəmiyyətli elektrik xəttini gizli olaraq talama cinayəti təkrarən törədilmişdir və onların növbəti dəfə eyni xarakterli cinayəti törədilməsinə hazırlaşaraq polis əməkdaşlarının onlara yaxınlaşması onları cinayət hərəkətlərinə, ümumiyyətlə, başlamadan bu niyyətlərindən daşınmağa məcbur etmişdir. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum1 və Məhkum2 törətdikləri əməlin hüquqi tövsifində səhvə yol vermədikləri və elan edilmiş ittihamdan CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2-ci maddələrinin xaric e dilməsi barədə gəldiyi nəticənin əsaslı olması qənaətinə gəlir və qeyd edir ki, kassasiya protestinin bu barədə dəlilləri əsassız olmaqla cinayət işi üzrə toplanmış və araşdırılmış sübutların məcmusu ilə tam təkzib olunur. Aşağı instansiya məhkəmələrinin bu nəticəsi kassasiya protestində iddia olunanların əksinə olaraq cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplan ır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; Məhkəmə kollegiyası Məhkum2 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmaqla şərti hesab olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanun unun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə u yğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlini n törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdilə şdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmi ş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin i slah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünl üyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum2 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halları, yəni dəymiş ziyanı aradan qaldırmasını, Zərərçəkm iş şəxs2 ona qarşı şikayət və tələblərinin olmamasını, digər zərərçəkmiş şəxslərlə barışığa cəhd etməsini, eyni zamanda, himayəsində 2 azyaşlı uşağının olmasını, özünün Vətən Müharibəsi iştirakçısı olmasını, döyüşlərdə yaralanmasını və medallarla təltif edilməsini nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş və Məhkum2 həmin cəzanı çəkmədən də islah olunması qənaətinə gələrək onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və təyin olunmuş c əzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Məhkum2 hərbi qulluqçudur, müharibədə aktiv iştirak etmiş, hazırda da ordumuza yararlı, lazımlı hərbi qulluqçu kimi xarkterizə olunur. Qeyd edilən halların məcmusu belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum2 həqiqətən ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunmasını başa çatdıra və cəmiyyət üçün, xüsusən Silahlı Qüvvələr üçün lazımlı hərbi qulluqçu ola bilər. Kassasiya məhkəmə kollegiyası aşağı insta nsiya məhkəmələrinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi his sədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilməsi müddəti müəyyən edilir. Bel ə ki, cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Bu baxımdan kassasiya protestinin Məhkum2 təyin olunmuş cəzanın şərti tətbiq olunmasının onun islah olunması məqsədinə cavab verməməsi, cəzanı real çəkməsinin məqsədəmüvafiq olması barədə dəlilləri əsassızdır. Şərh olunanlara əsasən kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar