Məhkəmə qərarları › İş №1-1(102)-60/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-60/2018

18.07.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-60/2018 18.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ “05” iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X15 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Məhkum Z3nun müdafiəçisi-Bakı şəhəri 15 saylı Hüquq Məsləhətxnansının vəkili X3 iştirakı ilə, Məhkum Z3nun müdafiəçisi X6 ilə birgə Şirvan Apellyasiya Məhkəməsinin H ərbi Kollegiyasının xx xx 2016-cı il tarixli qərarından verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Cəlilabad Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.İ.Məmmədov, hakimlər İ.Ə.Neymanov (məruzəçi) və M.M.Əliyevdən ibarət tərkibdə) Məhkum Z3 (xx xx 1989-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Astara şəhəri, EV1 də yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2, 32.5,149.2.1, 32.5,29, 150.2.1 və 310-cu maddələri ilə təqsirli bilinərək, CM-nin 157.2-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 32.5,149.2.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə, CM-nin 32.5,29,150.2.1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müdd ətə, CM-nin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkçə müddətinin əvvəli xx xx 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2016-cı il tarixli qərarı ilə (sədrlik edən Ə.Ə.Novruzov, hakimlər Z.B.Babayev və A.Q.Dosiyevdən ibarət tərkib) Məhkum CM-in 32.5,29,150.2.1-ci maddəsi ilə təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qədər artırılmış, CM-in 32.5, 149.2.1-ci maddələri ilə təyin olu nmuş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qədər azaldılmış, həmin cəzalar hökmlə təyin edilmiş CM-in 310-cu maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum emə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla Məhkum 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum Z3 müdafiəçisi X6 ilə birgə kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Z3 təqsirli bilinib məhkum edilmişlərr ona görə ki, X16 N saylı hərbi hissəsinin qərargah taborunun müşahidə rayonunun hərəkətedən radiotexniki müşahidə tağımının Astara rayonunda yerləşən manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 17 noyabr 2014-cü il tarixdə tanışları-Astara şəhər sakinləri Məhkum Z3, X17 və X5 ilə birlikdə saat 18-19 radələrində Astara şəhərində yerləşən “Mişanın obyekti” adlanan çayxanada görüşüb çay içdikdən sonra mağazadan sosiska və araq alıb Astara şəhərində yerləşən “Şindan” restoranına getmiş və orada saat təxminən 20:00 radələrindən 00:30 radələrinədək şam yeməyi yeyərək spirtli içki qəbul etmişlər. Həmin vaxt aralarında olan söhbət zamanı X24 şəhərində iki qızın pul müqabilində kişilərlə cinsi əlaqədə olduğunu bildirmiş, bu sözdən sonra yemək məclisində olanların hamısı həmin qızlarla cinsi əlaqədə olmaq qərarına gəlmişdir. Onlar xx xx 2014-cü il tarixə keçən gecə saat 00:30 radələrində “Şindan” restoranından çıxdıqdan sonra X1 idarə etdiyi «xxxx» markalı, «**-VP-***» dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib bir müddət Astara şəhərində gəzmiş, daha sonra Astara şəhərində “Bayraq Meydanı” adlanan yerə gələrək orada xidmət aparan tanışları«Riyad Mühafizə Xidməti”ndə mühafizəçi işləyən Astara şəhər sakini X10 da özləri ilə götürmüşlər. Bundan sonra onlar hamısı birlikdə həmin qızların yaşadığı evə getməyi və qızlarla onlara pul vermədən cinsi əlaqədə olmağı qərarlaşdırmış, bunun üçün, özlərini həmin qızlara hüquq-mühafizə orqanın əməkdaşları kimi təqdim edəcəkləri və qızları qorxudub onlarla hamısının növbə ilə cinsi əlaqədə olacaqları barədə razılaşmışlar. Həmin məqsədlə X2 Astara şəhəri ərazəsində istintaqa məlum olmayan mənbədən polis işçisinin geyimi olan gödəkçəsini əldə etmiş və əyninə geyinmiş, həmçinin A5 Məhkum əyni ndə olan mühafizə işçisinin xidməti gödəkçəsini və papağını vermiş, Məhkum gödəkçəni geyinmiş, papağı isə başına qoymuş, X3 əynində isə özünə məxsus mühafizə işçisinin xidməti şalvarı və köynəyi qalmış, X5 və M.Ağazadə isə özlərinin mülki geyimlərində olmuş, bundan əlavə A5 istintaqa məlum olmayan mənbədən “elektroşok” aparatını əldə edərək, həmin qızların onlarla cinsi əlaqədə olmaqdan imtina edəcəkləri təqdirdə, onları zorlayacaqları zamanı, zorlamanı asanlaşdırmaq niyyəti ilə onların müqavimətlərini sındıraraq zərərsiz, hərəkətsiz hala gətirmək vasitəsi kimi istifadə etmək üçün “elektroşok” aparatını paltarının cibində gizlətmişdir. Bundan sonra onlar birlikdə həmin avtomobillə, saat 02:00 radələrində Qadir Novruzovun bələdçiliyi ilə X7 və X1 kimi yaşadıqları Astara şəhəri Nizami küçəsi ndə yerləşən ünvanı olmayan evin darvazasının qarşısına gəlmişlər. Darvazanın qapısı açıq olduğundan onlar sərbəst şəkildə evin həyətinə daxil olmuş, X2 evin qapısını döymüş, içəridən Vüsalə Muradova onların kim olduğunu soruşduqda X2 özünü guya “əxlaq polisinin rəisi” kimi təqdim edərək evə daxil olmaq istədiyini bildirmişdir. V.Muradova qapını açdıqda X2 X4n sinəsindən əli ilə kənara zorakılıqla itələdikdən sonra hamısı onun iradəsi ziddinə evə daxil olmuşlar. Evə daxil olarkən A.Abdullazadə, A5 və X5 özünü polis əməkdaşları kimi, M.Ağazadə isə yeni işə qəbul edilmiş və təcrübə keçmək üçün bu “əməliyyata” göndərilmiş “məxfi polis əməkdaşı” kimi təqdim etmişlər. Evə daxil olan kimi X2 M.Ağazadə ilə birlikdə şüşəbəndin sonunda sağ tərəfdə yerləşən otağa daxil olub orada olan A4nın tanışı- Astara rayon sakini X13 qolundan tutaraq zorla həyətə çıxarmış və M.Ağazadəyə A1i, onun kənar şəxslərə məlumat verməsinin qarşısını alaraq yanında olub nəzarət altında saxlamasını tapşıraraq yenidən evə qaytmış, A4nı şüşəbənddə olan divanın üstündə otuzduraraq X5 və Məhkum isə, cinsi əlaqədə olmaq üçün evdən qaçmasının qarşısını almaq məqsədilə A.Səfərovaya nəzarət etməyi tapşırmış, X2in göstərişinə əsasən X5 divanda, Məhkum isə divanla üzbəüz kresloda əyləşmiş, həmin məqsədlə A5 isə şüşəbəndin giriş qapısında dayanmışdir. Bundan sonra X21 Muradovanın qolundan zorla tutub dartaraq A1i çıxartdığı otağa salmış, qapını içəridən bağlayaraq işığı söndürmüş və orada cinsi ehtirasını təmin etmək məqsədi ilə V.Muradovadan onunla cinsi əlaqədə olmasını tələb etmiş, V. Muradovanın razılaşmadığını görüb əvvəlcə onu evdə əxlaqsızlıq yuvası saxlamaqla pul müqabilində kişilərlə cinsi əlaqədə olmağını bildirmiş, X4n onun təklifinə razı olmadığını görüb saçından tutaraq dodağından öpmüş, sinəsindən itələyərək otaqda olan divanın üstünə yıxmış, bir əli ilə onun iki əlini başının arxasında tutmaqla digər əli ilə onun üstündə olan idman gödəkçəsinin sepini açmış, onun müqavimət göstərdiyini görüb üz nahiyəsinə bir sillə zərbəsi vurmuş, müqavimət göstərməsi zamanı fiziki zor tətbiq etməsi nəticəsində ona sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən “sol qulaq seyvanı, sol döş vəzi, sağ bazu, sol bud nahiyələrinin qançırları» xəsarətlərini yetirmiş, daha sonra onun üstünə atılaraq əynində olan idman şalvarını və öz şalvarını çıxarmış, əlləri ilə X4n əllərini kənara aralayı b tutmaqla onun sakitləşməsinə çalışmış, ardınca əllərini buraxıb ayaqlarını aralayıb çiyinlərinə qoyaraq cinsiyyət orqanını X4n uşaqlıq yoluna daxil etmiş, müqavimətini tamam qırmaq məqsədi ilə bu vəziyyətdə yenidən X4n əllərini yanlara aralamaqla tutmuş, bu vəziyyətdə təxminən 20 dəqiqə ərzində V.Muradova ilə təbii yolla zorla cinsi əlaqədə olmuşdur. Həmçinin X2 X4 zorladıqdan sonra A.Səfərovaya nəzarət etmək üçün onun yanında divanda və kresloda oturan X5 və Məhkum X4n qışqırıb ağlamasını eşidib baş vermiş cinayət hadisəsində özlərinin köməkçi qismində iştiraklarını gizlətmək və bu yolla gələcəkdə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə yalandan, özlərini guya qızlara qarşı törədilmiş cinayət hadisəsinin qarşısını almağa çalışan şəxslər kimi göstərmək üçün X2 X4 zorladıqdan s onra otağın qapısını döyməklə X2in otaqdan çıxmasını və bu əməlinə son qoymasını “tələb etmişlər”. X12 “nəzarəti altında” olan A1 evdən A2 və X4n qışqırıq səslərinin gəldiyini eşidib evə girmək üçün M.Ağazadədən icazə istəmiş, lakin M.Ağazadə X2i nəzərdə tutaraq “gözlə, rəis gəlsin, buraxaram” deyə A1ə evə girməyə icazə verməmiş, qızların “bəsdir, eləməyin” qışıqırıq səslərinin gücləndiyini eşidən A1 yenidən evə girmək üçün həyətə onların yanına gələn Məhkum icazə istəmiş, Məhkum X2i nəzərdə tutaraq “rəis qızları sorğu-sual edir” deyərək A1ə evə girməyə icazə verməməklə həmin vaxt evdə olan X2in, X3 və X5un növbə ilə qızlarla zorla cinsi əlaqədə olmaları üçün vaxt qazanmağa çalışmışdır. Həmin vaxt evin dəhlizində olan A5 həyətdə A1in və M.Ağazadənin yanında dayanmış Məhkum “komandir” deyə müraciət edərək “rəis zəng edir, soruşur ki, nə oldu qurtarmadı, yoxlama?” deyə bildirmiş, Məhkum isə A3 “yox hələ, zəng edib özümüz xəbər verərik” deyə cavab verməklə özlərinin əsl niyyətini gizlətməklə əməllərini qanunilik pərdəsi altında ört-basdır etməyə çalışmışlar və zərərçəkmiş şəxslərə qarşı digər zorakılıq hərəkətlərini davam etdirilməsinə şərait yaratmışlar. X2 X4 otaqda zorladıqdan sonra evdən bayıra çıxaraq siqaret almaq üçün getmiş, təxminən 10 dəqiqədən sonra evə daxil olaraq divanda oturan A4 ilə cinsi əlaqədə olmaq məqsədilə onun qolundan tutaraq zorla dartıb şüşəbəndin sonunda yerləşən hamama salmış, qapını içəridən bağlayaraq A4 kürəyini divara söykəmiş, cinsi ehtirasını təmin etmək məqsədi ilə A.Səfərovaya onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq və ya cinsiyyət orqa nını ağzına almasını tələb etmiş, A2qız olduğunu bildirərək bakirələyinin pozulmaması üçün onu buraxmasını xahiş etmiş, lakin X2 buna məhəl qoymayaraq A4belindən qucaqlayaraq öpmüş, sonuncu ona müqavimət göstərdikdə sonuncuya zor tətbiq edib ona sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən «sol bud nahiyəsinin qançırı” xəsarətini yetirmiş və ona nəlayiq formada “əxlaqsız” deyərək onu təhqir edib ardınca üz nahiyəsinə bir sillə zərbəsi vuraraq onun iradəsini qırmağa və müqavimətini sındırmaqla cinsi əlaqədə olmağa çalışaraq belindən qucaqlayıb öpməklə onunla seksual xarakterli digər zorakı hərəkətələr etməyə cəhd etmiş, lakin bu vaxt A.Səfərovada “qıcolma” başladığını görüb qorxusundan hərəkətlərini dayandırmağa məcbur olub onun üzünə su vurub ayıltmağa çalışmış, bir a zdan A2özünə gəlib bu vəziyyətdən istifadə edərək onu itələyib qapını açaraq hamamdan bayıra çıxa bilmiş, bununla da X2 zorlama və seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmişdir. Bundan sonra Z2 V.Muradovaya yaxınlaşıb onunla cinsi əlaqədə olmaq məqsədilə, onun Abdullayev A4lə birlikdə cinsi əlaqədə olduğu otağa keçməsini tələb etmiş, V.Muradova buna etiraz etdikdə o zorla X4n əlindən tutaraq dartaraq sürükləyib həmin otağa salmış, qapını içəridən bağlayaraq işığı söndürmüş, cinsi ehtirasını təmin etmək məqsədi ilə V.Muradova ilə cinsi əlaqədə olmaq istədiyini bildirərək ondan soyunmasını tələb etmişdir. V.Muradova buna etiraz etdikdə A5 onu zorlamaq məqsdilə sol əli ilə X4n boğazından tutar aq üzərində olan “elektroşok” aparatını çıxarıb onun böyür nahiyəsinə dirəmiş, səsini çıxaracağı və müqavimət göstərəcəyi təqdirdə həmin aparatla ona cərəyan verəcəyi ilə hədələyərək qorxutmuş, həmin vaxt aparatın işlək olmasını göstərmək məqsədi ilə böyründən kənara çəkərək düyməsini basmış, aparatdan elektrik cərəyanı çıxmış, bundan sonra X4n kürəyini divara sıxıb həmin aparatı onun ağzına dirəmiş, X4n iradəsini və müqavimətini qırdığını görüb divanda oturmağa məcbur etmişdir. Ardınca o, həmin vəziyyətdə aparatı X4n boynunun arxasına tutaraq şalvarının sepini açmış, ondan cinsiyyət orqanının ağzına almasını tələb etmiş, V.Muradova X3 ona həmin aparatla elektrik cərəyanı verəcəyindən və huşsuz vəziyyətə salınacağından qorxaraq onun cinsiyyət orqanını ağzına almağa məcbur olmuş, daha sonra A5 X4n idman şalvarını soyundurub cinsiyyət orqanını onun uşaqlıq yoluna salaraq 7-8 dəqiqə ərzində onunla təbii yolla cinsi əlaqədə olmuş, daha sonra cinsiyyət orqanını uşaqlıq yolundan çıxarıb X4n ağzına salaraq spermasını onun ağzına boşaltmış və otaqdan çıxmış, V.Muradova otaqda qalıb ağlamışdır. Həmçinin A5 X4 zorladıqdan sonra A,Səfərovaya nəzarət etmək üçün onun yanında divanda və kresloda oturan X5 və Məhkum X4n qışqırıb ağlamağını eşidib baş vermiş cinayət hadisəsində özlərinin köməkçi qismində iştiraklarını gizlətmək və bu yolla gələcəkdə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə yalandan, özlərini guya qızlara qarşı törədilmiş cinayət hadisəsinin güya qarşısını almağa çalışan şəxslər kimi göstərmək üçün A5 X4 zorladıqdan sonra otağın qapısını döyməklə X3 otaqdan çıxmas ını və bu əməlinə son qoymasını “tələb etmişlər”. Bundan sonra Z2 şüşəbənddə qoyulmuş divanın üstündə oturmuş A4ya yaxınlaşaraq onunla cinsi əlaqədə olmaq niyyəti ilə, qolundan zorla tutub dartaraq mətbəxə aparmış, cinsi ehtirasını təmin etmək üçün qeyri-təbii yolla cinsi əlaqədə olmaq və cinsiyyət orqanını onun ağzına salmaq üçün A.Səfərovanı qucaqlayıb dodaqlarından öpmək istəmiş, A2müqavimət göstərərək A5ni kənara itələmiş, A5 mətbəxdə stolun üstündə olan mətbəx bıçağını götürüb ona tərəf tutaraq paltarlarını soyunmasını tələb etmiş, elə bu zaman Qadir Novruzov mətbəxin qapısını döyərək ona qapını açmasını bildirmiş, A5 qapını açmış, X5 içəri daxil olmuş, X5un otağa daxil olduğu görən A2X5un da A5 ilə birlikdə qrup halında onu zorlayacaqlarını düşünüb qorxusundan möhkəm qışqıraraq kənar şəxsləri köməyə çağırdığından A5 A.Səfərovaya qarşı qanunsuz hərəkətlərini dayandırmağa məcbur olmuş, A5 və X5 mətbəxdən çıxmış, A2otaqda tək qalıb ağlamağa başlamış, bununla da A5 seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş, bu zaman həyətdə olan Mirkamal Ağazadə evə daxil olaraq mətbəxə keçmiş, orada A2yaxınlaşıb, ona “mən də bu hərəkətləri edə bilərdim, lakin mən eləmirəm, siz bu barədə şikayət etsəniz, özünüz biabır olacaqsınız!” deyə onu gələcəkdə hüquq-mühafizə orqanlarına şikayət verməkdən çəkindirməyə çalışmışdır. Bundan sonra saat 03.30 radələrində Z1 və Z2 siqaret almaq üçün evdən getmiş, saat 04.00 radələrində evə qayıtmış, X2 Məhkum mobil telefonla zəng edərək onun özünün, X5un və M.Ağazadənin evdən çıxıb onların yanına gəlmələrini və birlikdə evdən getmələrini təklif etmiş, lakin onlar gəlməmiş, həmin vaxt evdə olan X5, M.Ağazadə və Məhkum qızları dilə tutaraq onları şikayət etməkdən çəkindirməyə çalışmışlar, saat 04.35 radələrində X2 növbəti dəfə Məhkum mobil telefonla zəng etdikdən sonra onlar hər üçü gəlib birlikdə həmin avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Kassasiya şikayətinin dəlilləri: Məhkum Z3nun müdafiəçisi X11 ilə birgə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilibqiymətləndirilməmiş, nəticədə ümumiyyətlə cinayət törətmədiyi halda Məhkum əsassız olaraq - Cinayət Məcəlləsinin 157.2, 32.5,149.2.1, 32.5,29, 150.2.1 və 310-cu maddələri ilə təqsirli bilinmişdir. Kassasiya şikayətində qeyd olunur ki, Məhkum tanışı A4 ilə qızlarla görüşmək üçün həmin ünvana getmiş, lakin qızlarla görüşmədən həmin evin eyvanında və həyətində olmuşdur, cinayətin törədilməsində iştirak etməmişdir, habelə zərərçəkmiş şəxslərlin Məhkum heç bir şikayət və tələbləri yoxdur. Kassasiya şikayətində həmçinin Məhkum təyin olunmuş cəzanın həddindən artıq ağır cəza olduğu da qeyd edilmişdir. Kassasiya şikayətinin müəllifləri kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2016-cı il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə icraata Məhkum Z3 barəsində bəraətverici əsasla xitam verilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Z3 müdafiəçisi X6 ilə birgə verdiyi kassasiya şikayətində sübutların cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə tədqiq etmədiklərini, nəticədə Məhkum cinayət törətməsi sübuta yetirilmədiyi halda onun barəsində CM-in 157.2, 32.5,149.2.1, 32.5,29, 150.2.1 və 310-cu maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının çıxarıldığını, eyni zamanda Məhkum həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum bəraət verilməsi barədə tələblərini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsin i və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.6, və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Bu isə onu göstərir ki, məhkum və müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birin ci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kas sasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkum ilə müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəl illərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2, 32.5,149.2.1, 32.5,29, 150.2.1 və 310-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayətlərinin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əs asların olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin müxtəlif ifadələri, şahidlərin verdikləri məlumatlar, ekspertiza rəyləri, məhkəmə və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini d aha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum həddindən artıq ağır cəzaya məruz qalması barədə kassasiya şikayətində irəli sürülmüş iddiaya gəldikdə, məhkəmə kollegiyası bu iddianın da əsassız olması qənaətindədir. Çünki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrində təsbit edilmiş digər əsaslarla (cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri ilə) yanaşı, həm də cəzanı yüngülləşdirən halların olmamasını və CM-in 157.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi c əzanı ağırlaşdıran hal kimi qiymətləndirilmiş Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 157.2, 32.5,149.2.1, 32.5,29, 150.2.1 və 310-cu maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla Məhkum 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzanın təyin edilməsində əhəmiyyət kəsb edən hallar kifayət qədər nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41.2), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58.3) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbləri) gözlənilmişdir. Bu səbəblərdən məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş cəzanın təyin edilməsi məsələsində əhəmiyyət kəs b edən halları, o cümlədən məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halları apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsindən fərqli şəkildə qiymətləndirmək, Məhkum təyin olunmuş cəzanı yüngülləşdirmək üçün əsas görmür. Bütün bunlar, ümumiyyətlə cinayət işinin materialları kassasiya şikayətləri ilə ehtiva olunan – birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq etməmələri, əməlində cinayət tərkibinin əlamətləri olmadan və təqsirliliyi sübuta yetirilmədən birinci instansiya məhkəməsinin Məhkum haqqında ittiham hökmü çıxarması və apellyasiya məhkəməsinin onu dəyişdirilmədən saxlaması, Məhkum həddindən artıq ağır cəzaya məruz qalması, yəni məhk əmələrin cinayət-prosessual qanunun 416.0.2, 416.0.6, və 416.0.21-ci maddələrində göstərilən pozuntulara yol vermələri barədə dəlilləri təkzib edir və mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız və qanunsuz hesab edilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçi Rövşən Mərənskinin, eləcə də kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Məhkum barəsində olan xx xx 2016-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbayc an Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Z3nun müdafiəçisi X6 ilə birgə verdiyi kassasiya şikayəti təmin edilməsin. Məhkum Z3nun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin kollegiyasının xx xx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Hərbi Sədrlik edən: Əziz Seyidov Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov Düzdür. Ali Məhkəmənin hakimi: Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar