Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-60/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2 iştirakı ilə, Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə təqsirləndirilən Məhkum barəsində cinayət işinin icraatının dayandı rılmasına dair Tərtər Hərbi Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli ilkin baxış qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işi 09 iyul 2020-ci il tarixdə Tərtər hərbi məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin 23 iyul 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs məhkəməyə verilmiş və məhkəmə iclası ilkin olaraq 06 avqust 2020-ci il tarixə təyin edilmişdir. İş üzrə icraat bir neçə dəfə təxirə düşdükdən sonra 08 oktyabr 2020-ci il tarixdə məhkəmə iclası dövlət ittihamçısı və müdafiə tərəfi iştirak etmədən keçirilərək, N nömrəli hərbi hissənin kapitanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmışdır. Dövlət ittihamçısı Azad Orucov tərəfindən 12 noyabr 2020-ci il tarixdə Tərtər hərbi məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya protesti vermə müddətinin bərpasına dair vəsatət və apellyasiya protesti verilmiş, Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmiş, apellyasiya şikayəti vermə müddəti bərpa edilməmişdir. Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apel lyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2021-ci il tarixli ilkin baxış qərarı ilə apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, Tərtər hərbi məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddəti bərpa edilmiş və qərar icra olunması üçün cinayət işi 02 mart 2021-ci il tarixdə Tərtər hərbi məhkəməsinə göndərilmişdir. Tərtər hərbi məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmiş və məhkəmə baxışı 31 mart 2021-ci il tarixə təyin edilmişdir. Tərtər hərbi məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli cinayət işinin icraatının dayandırılması barədə qərarından dövlət ittihamçısı Azad Orucov tərəfindən ver ilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 08 may 2021-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən, qərarı isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Tərtər Hərbi Məhkəməsinin qeyd edilən qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üz rə icraat dayandırılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, məhkəmə öz qərarında təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadisələr üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və CPM-in tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, CPM-in axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuş, habelə qətimkan tədbirini də ləğv etmişdir. Bu isə, məhkəmənin mövqeyinin heç də əsaslı və qanunauyğun olması demək deyil, hərçənd ki, gələcək məhkəmə təcrübəsində cinayət təqibi üzrə icraatın dayandırılması zamanı daha ağır qətimkan tədbirinin seçilməsi yox, var olan bir qətimkan tədbirinin də ləğvi və axtarış elan edilməməklə cinayət təqibi üzrə icraatın dayandırılmasının mümkünlüyü barədə məhkəmə təcrübəsi üzrə mübahisələrə yol açacaqdır. Məhkəmə kollegiyasının apelyasiya protestinin dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsi ilə bağlı dəlili üzrə mövqeyinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən bu halda CPM-in 84.6, 84.7 və 314.1 -ci maddələrinin tələbləri pozulmuşdur. Lakin bu pozuntu birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb olacaq səviyyədə deyildir. Belə ki, məhkəmənin cinayət işi üzrə icraatı dayandırma qərarı yekun qərar deyil və dövlət ittihamçısı CPM-in 314.1 -ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə iclasında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün CPM-in 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqları istifadə etmək və vəzifələrini yetirənə yetirmək imkanından cinayət işi üzrə məhkəmə baxışının növbəti mərhələlərində istifadə edə bilər. Göründüyü kimi CPM-nin 314-cü maddəsində üzrlü və ya üzrsüz olsa da dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün edən müddəa yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi çəkişmə prinsipinə uyğun olaraq ittiham və müdafiə tərəfin iştirakını təmin etmədən mühüm cinayət-prosessual qərar qəbul etməklə faktiki olaraq cinayət-prosessual qanunvericiliyin tələblərinə cavab verməyən qanunsuz qərar çıxarmışdır. Məhkəmə kollegiyasının mövqeyinə əsasən, dövlət ittihamçısı apelyasiya protestində CPM-in 399.1.4-cü maddəsinə istinad edərək birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə birinci instansiya məhkəməsinin cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin, apelyasiya protestində birinci instansiya məhkəməsinin cinayət qanununun hansı maddəsinin tələblərini pozması qeyd edilməmişdir. Məhkəmə kollegiyasının fikrincə, bu halda dövlət ittihamçısı CPM-in normasına (CPM-in 399.1.4-cü maddəsinə) düzgün istinad etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası k assasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində göstərilmişdir ki, məhkəmə öz qərarında təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadisələr üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və CPM-in tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayan dırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, CPM-in axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının CPM-də təqsirləndirilən şəxsin hərbi xidmətdə olduğu hərbi hissənin döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar cinayət işinin icraatının dayandırılması və ya təxirə salınması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CPM-nin 319.1-ci maddəsinə əsasən məhkəmə iclasına çağırılmış şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsinə görə və ya məhkəmənin təşəbbüsü ilə, yaxud cinayət prosesi tərəflərinin vəsatətləri üzrə yeni sübutların tələb edilməsi zərurəti ilə əlaqədar məhkəmə baxışının keçirilməsi mümkün olmadıqda məhkəmə: 319.1.1. təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışını təxirə salır; 319.1.2. məhkəmə iclasına şəxsin gəlməsi və ya yeni sübutların tələb edilməsi üçün lazımi tədbirlər görür. Bu qanunun mənasına görə olduğu yer müəyyən olan şəxslərdən biri (o cümlədən təqsirləndirilən şəxs) məhkəmə iclasına gəlmədikdə təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışı təxirə salınır. Lakin hazırkı cinayət işi üzrə vəziyyət qanunda nəzərdə tutulmuş məhkəmə baxışının təxirə salınmasına əsas verən hallardan fərqli olmuşdur. Təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin iştirak etdiyi döyüş əməliyyatlarının qurtarması vaxtı qabaqcadan bəlli olmamışdır. Ona görə də belə vəziyyətdə cinayət işinin məhkəmə baxışının təxirə salınmalı olm ası barədə dəlillər əsaslı hesab edilmir. Məlum olan fakt odur ki, cinayət işinin icraatının dayandırıldığı tarixdə təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş və Tərtər Hərbi məhkəməsinin yerləşdiyi Tərtər rayonu düşmənin intensif atəşləri altında olmuşdur. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, Məhkum xidmət etdiyi N nömrəli hərbi hissə hazırda döyüş əməliyyatlarını həyata keçirdiyndən Məhkum məhkəmə iclasına gəlməsi və ya göndərilməsi mümkün deyildir. Döyüş əməliyyatlarının hansı tarixdə başa çatması isə qeyri-müəyyən olduğundan məhkəmə iclasının təxirə salınması əhəmiyyətini itirmişdir. Bu baxımdan məhkəmə cinayət təqibi üzrə icraatın dayandırılması barədə məsələyə baxaraq hesab edir ki, Məhkum xidmət etdyi hərbi his sənin hazırda harada döyüş əməliyyatlarını yerinə yetirməsi müəyyən deyildir və bu səbəbdən onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırmalıdır. Azərbaycan Respublikası CPM-nin 141.1. cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur: 141.1.1. ümumi məlum olan faktlar. Təqsirləndirilən şəxsin hərəkətlərindən asılı olmayaraq yaranmış, ümumi məlum olan belə vəziyyət onun məhkəmə iclasına gəlməsini qeyri-mümkün etmişdir. Belə vəziyyət Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsində göstərilən hala daha uyğundur. Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyri-mümkü n olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrı-ayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır. Kassasiya protestində göstərilən axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini birinci instansiy a məhkəməsinin pozmasına gəldikdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum vətəni müdafiə üzrə vətəndaşlıq borcunu yerinə yetirən hərbi qulluqçu olaraq onun barəsində axtarış elan edilməsi və qəbul edilmiş qərarın icra edilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi, işin faktiki vəziyyətinə və qanunun mənasına da uyğun sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Təqsirləndirilən şəxs Məhkum cinayət işinin icraatı dayandırılan zaman xidmət etdiyi hərbi hissənin tərkibində vətəni müdafiə üzrə borcunu yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmiş, onun məh kəmədən gizlənməsi və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulması barədə sübutla və hər hansı məlumat olmamışdır. Ona görə də Azərbaycan Respublikası CPM-nin 53.3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs Məhkum haqqında axtarış elan edilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan məhkəmə iclas protokollarından müəyyən edilir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 25 sentyabr 2020-ci il tarixdə dövlət ittihamçısı X5 iştirakı ilə keçirilmiş və cinayət işinə mahiyyəti üzrə məhkəmə baxışı 08 oktyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının 08 oktyabr 2020-ci il tarixə təyin edilməsi barədə qərar məhkəmə iclasında dövlət ittihamçıssı X5 iştirakı ilə elan edilmişdir. Lakin 08 oktyabr 2020-ci il tarixdə dövlət ittihamçısı və m üdafiəçi məhkəmə iclasına gəlmədiklərindən, cinayət işi üzrə icraatın dayandırılması barədə qərar onların iştirakları olmadan qəbul edilmişdir. Nəhayət Tərtər Hərbi məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmiş və mahiyyəti üzrə məhkəmə baxışının keçirilməsi üçün təyin edilmişdir. Cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi zaman müdafiə və ittiham tərəflərinin məhkəmə iclasında iştirak etməmələri vəziyyətində dayandırılması müvəqqəti xarakter daşıdığından, təqsirlilik barədə məsələnin həll edilməsinə aid qərar qəbul edilmədiyindən və artıq icraat təzələndiyindən çəkişmə prinsipinin kobud pozulması halı baş verməmişdir. Həmin məsələnin həlli qanunla məhkəmənin səlahiyyətinə aid edilmiş, həmin məsələnin həlli zamanı müdafiə və ittiham tərəfinin (dövlət ittihamçısının) məcburi iştirakı nəzərdə tutulmamışdır. Bundan başqa birinci instansiya məhkəməsinin qərarından protest vermiş dövlət ittihamşıcı kimi göstərilmiş Natiq Abdullayev qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə (cinayət qanunu normasının düzgün tətbiq edilməməsi), protest vermə səlahiyyətini əsaslandırarkən isə Azərbaycan Respublikası CPM-nin 84.6.1-ci və 383.2-ci maddələrinə istinad etmişdir. Tərtər Hərbi məhkəməsinin hazırlıq iclasında dövlət ittihamçısı kimi X10 iştirak etmiş, lakin cinayət işinin icraatının dayandırılması barədə qərardan həmin iş üzrə dövlət ittihamçısı kimi iştirak etməyən Natiq Abdullayev özü də Azərbaycan Respublikası CPM-nin 383.2-ci ma ddəsinə istinad etməklə apellyasiya protesti vermişdir. Həmin qanuna görə protest vermək səlahiyyətin Azərbaycan Respublikasının baş prokuroru və ya onun müavini malikdir. Göstərilənlərə əsasən artıq icraatı təzələnmiş iş üzrə icraatın dayandırılması qərarının ləğv edilməsi barədə kassasiya protestinin dəlilləri formal xarakterli olmaqla əsassız hesab edilir və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini r əhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-60/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-60/2021
13.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver