Məhkəmə qərarları › İş №1-1(102)-60/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-60/2022

18.10.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-60/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X4 iştirakı ilə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)06/2022 nömrəli 14 aprel 2022-ci il tarixli qərarından Məhku m tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsini (hakim İlham İbrahimov) 11(092)-18/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 348.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 05% (beş faiz) dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Məhkum Cabbarov X5 Muxtar Respublikası Hərbi Məhkəməsini 06 avqust 2020-ci il tarixli hökmündən 24 avqust 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)09/2020 nömrəli 18 sentyabr 2020-ci il tarixli qərarı ilə məhkumun Məhkum ərizəsinə əs asən apelyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Bundan sonra Məhkum 01 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmündən apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatət vermişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsini (hakim İlham İbrahimov) 11(092)-18/2020 nömrəli, 04 mart 2022-ci il tarixli qərarı ilə Məhkum vəsatəti rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əsgər Novruzov (sədrlik edən və məruzəçi), Vüqar Quliyev və Sənan Qarayev) 1-1(108)06/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, M əhkum apelyasiya şikayəti təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)06/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk dəfə apelyasiya şikayəti verdiyi müddət dünyada və ölkə ərazisində Ümumdünya Pandemiyası olduğu üçün vaxtında apelyasiya şikayəti vermə müddətini ötürmüşdür. Həmçinin onun hüquqi savadı olmadığı üçün də, birinci instansiya məhkəməsinin hökm və qərarından neçə gün müddətində şikayət vermə hüququnun olmasını bilməmişdir. Həmçinin məhkəmələr onun müdafiə hüququnu da kobud sürətdə pozmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası iş materiallarını öyrəni b kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11(108)-06/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili apelyasiya şikayətinin verilməsi üç ün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsini 1-1(092)-18/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 348.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 05% (beş faiz) dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Məhkum ilk dəfə hökmdən apelyasiya şikayəti vermiş və iş icraata götürülərək məhkəmə baxışına təyin edilmişdir. Lakin apelyasiya məhkəməsində Məhkum şikayətindən imtina etmiş və apelyasiya şikayətinin bax ılmasına xitam verilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)09/2020 nömrəli 18 sentyabr 2020-ci il tarixli qərarı ilə məhkumun Məhkum ərizəsinə əsasən apelyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Bundan sonra Məhkum təkrarən apelyasiya şikayəti vermiş və şikayətlə yanaşı apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və buraxılmış müddətin bərpası barədə vəsatət rədd edilmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)-06/2022 nömrə li, 14 aprel 2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsini 1-1(092)-18/2020 nömrəli, 04 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Birinci instansiya məhkəməsinin m əhkəmə iclası protokolundan görünür ki, Məhkum hökm elan edildiyi tarixdə, yəni 06 avqust 2020-ci tarixdə məhkəmə iclasında iştirak etmiş, hökm elan olunduqdan sonra hakim hökmdən kassasiya şikayəti vermə müddətini və qaydasını izah etmişdir. İşdən görünür ki, Məhkum ilk dəfə hökmdən apelyasiya şikayəti verərkən müddəti ötürməmiş və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müəyyən etdiyi 20 (iyirmi gün) müddətində, yəni vaxtında apelyasiya şikayəti vermişdir. Lakin Məhkum apelyasiya şikayətindən imtina etmiş və məhkəmədə öz növbəsində işin icraatına xitam vermişdir. Apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdükdən sonra yəni, 01 mart 2022-ci il tarixdə Məhkum təkrarən apelyasiya şikayəti vermiş və məhkəməyə ərizə ilə müraciət edərək apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 06 avqust 2020-ci il tarixdən başlamış və 26 avqust 2020-ci il tarixdə başa çatmışdır. Məhkum apelyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətində qeyd edilmişdir ki, o dünyada və ölkədə ümumi dünya pandemiya ilə əlaqədar şikayəti vaxtında verə bilməmiş və bu səbəbi üzrlü hesab etməsini xahiş etmişdir. Kassasiya şikayətini əsaslanaraq Məhkum eyni ilə qeyd etmişdir ki, dünyada və ölkədə ümumi dünya pandemiya həyəcanı olduğundan vaxtında apelyasiya şikayəti verə bilməmişdir. Bununla yanaşı o, müdafiə hüququn un pozulmasını da qeyd etmişdir. Beləliklə iş materiallarından görünür ki, məhkum qanunla müəyyən edilmiş müddətdə apelyasiya şikayəti vermək imkanına malik olmuş və həmin müddət ərzində apelyasiya şikayəti vermişdir. Lakin sonradan məhkum apelyasiya şikayətindən imtina etmiş və şikayətinə xitam verilməsini xahiş etmişdir. Bundan başqa kollegiya qeyd edirik, Məhkum vəsatətində onun müdafiə hüququnun pozulması barədə qeyd etsə də, həmin pozuntunun nədə ifadə olması göstərməmiş, məhkəmə kollegiyası iş materialları öyrənərkən məhkəmələr tərəfindən məhkumun müdafiə hüququnun pozulmasını müəyyən etməmişdir. Məhkumun apelyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apely asiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsini 1-1(092)-18/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız o lduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apelyasiya şikayəti üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)-06/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)06/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı dəyişdiril

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar