Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-60/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun və müdafiəçisi Mahmudov Cəlil Yunis oğlunun iştirakları ilə, xx xxxxx ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyini n N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, Ağstafa rayonunun Soyuq Bulaq xxxxxxxx qeydiyyatda olan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 232.2.3 və 3N5.1ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli, 1-1(10N)-19/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1-1(095)-070/2021 nömrəli hökmü ilə (hakimlər V.K.Məmmədov (sədrlik edən), N.N.Hüseynli və K.N.Muxtarovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 232.2.3 və 3N5.1-ci maddələri ilə nəzərdə tutu lan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-in 232.2.3-cü maddəsi ilə 05 (beş) il müddətə, CM-in 3N5.1-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalarını cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Həmçinin məhkəmənin 12 oktyabr 2021-ci il tarixli qərarına əsasən dövlət ittihamçısı X5 Məhkum qarşı CM-in 3N9.2.N-cü maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina etdiyinə görə Məhkum CM-in 3N9.2.N-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmişdir. Biri nci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarı ilə, (hakimlər: S.B.Hüseynov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Müdafiə Nazirliyinin döyüş şəraitində yerləşən N N°-li hərbi hissəsinin N-cü taborunun 11-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının at ıcısı vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmətdə olarkən, 28 sentyabr 2020-ci il tarixdə saat 05:30 radələrində Azərbaycan Respublikasının işğal altında olan torpaqları uğrunda gedən döyüşlər zamanı Daşkəsən rayonu ərazisində yerləşən düşməndən azad edilmiş, həmin hərbi hissənin 2-ci taborunun müdafiə zolağında olan şərti olaraq «Üç təpə» adlandırılan döyüş mövqeyində aktiv döyüş əməliyyatında olarkən döyüş meydanını özbaşına tərk etmiş, 03 oktyabr 2020-ci il tarixdə saat 1N:5N-də Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində saxlanılaraq N nömrəli hərbi hissəyə təhvil verilmişdir. Bundan başqa Məhkum qeyd olunan yerdə və vəzifədə xidmətə olduğu zaman 28 sentyabr 2020-ci il tari xdə saat 05:30 radələrində Azərbaycan Respublikasının işğal altında olan torpaqları uğrunda gedən döyüşlər zamanı Daşkəsən rayonu ərazisində yerləşən düşməndən azad edilmiş, şərti adı «Üç təpə» olan döyüş mövqeyini özbaşına tərk edərkən qulluq mövqeyinə görə ona verilmiş N nömrəli hərbi hissəyə məxsus, ümumi dəyəri N08 manat 25 qəpik olan, döyüş əməliyyatlarında istifadə etməsi üçün hərbi hissədən ona verilmiş odlu silahı, döyüş sursatını və partlayıcı qurğuları, yəni həmin vaxt üzərində olan, 236 manat dəyərində adına təhkim olunmuş, bir ədəd AkMs markalı, 3N61 nömrəli avtomat silahı, həmin silah üçün nəzərdə tutulmuş, bir ədədinin dəyəri 8 manat 50 qəpik, ümumilikdə 3N manat təşkil edən dörd ədəd patron darağını, həmçinin həmin daraqlarda olan bir ədədinin dəyəri 0,98 qəpik, ümumilikdə d əyəri 117 manat 6 qəpik təşkil edən 120 ədəd 7,62 mm kalibirli döyüş patronunu, 10 manat 80 qəpik dəyərində olan bir ədəd F-1 döyüş əlqumbarasını və 9 manat 85 qəpik dəyərində olan bir ədəd RQD-5 döyüş əl qumbarasını öz qulluq mövqeyindən istifadə etməklə talamışdır. Bundan sonra o, 28 sentyabr 2020-ci il tarixdə saat 05:30 radələrində qulluq mövqeyindən istifadə etməklə qeyd olunan silah və döyüş surtsatlarını talayıb döyüş meydanını öz başına tərk etdikdən sonra yuxarıda qeyd olunan partlayıcı qurğuları, odlu silahı və döyüş sursatlarını həmin gün, yəni 28 sentyabr 2020-ci il tarix saat 10 radələrinədək N nömrəli hərbi hissənin Daşkəsən rayonu ərazisində yerləşən şərti adı "Orta post” olan döyüş mövqeyinin yaxınlığına qədər özü ilə gətirmiş və həmin yerdə qayalıq ərazidə atmış və həmin v axta qədər qanunsuz olaraq üzərində daşıyaraq gəzdirmişdir. Bundan əlavə Məhkum qeyd olunan yerdə və vəzifədə xidmətdə olan zaman 28 sentyabr 2020-ci il tarixdə saat 05:30 radələrində Azərbaycan Respublikasının işğal altında olan torpaqları uğrunda gedən döyüşlər zamanı Daşkəsən rayonu ərazisində yerləşən düşməndən azad edilmiş, şərti adı «Üç təpə» olan döyüş mövqeyində döyüş əməliyyatında olarkən döyüş meydanını özbaşına tərk edərkən taladığı N nömrəli hərbi hissəyə məxsus, ümumi dəyəri N08 manat 25 qəpik olan, döyüş əməliyyatlarında istifadə etməsi üçün hərbi hissədən ona verilmiş odlu silahı, döyüş sursatını və partlayıcı qurğuları, yəni həmin vaxt üzərində olan, 236 manat dəyərində adına təhkim olunmuş, bir ədəd AKMS markalı, 3N61 nömrəli avtomat silahı, həmin silah üçün nəzərdə tutu lmuş, bir ədədinin dəyəri 8 manat 50 qəpik, ümumilikdə 3N manat təşkil edən dörd ədəd patron darağını, həmçinin həmin daraqlarda olan bir ədədinin dəyəri 0,98 qəpik, ümumilikdə dəyəri 117 manat 6 qəpik təşkil edən 120 ədəd 7,62 mm kalibirli döyüş patronunu, 10 manat 80 qəpik dəyərində olan bir ədəd F-1 döyüş əlqumbarasını və 9 manat 85 qəpik dəyərində olan bir ədəd RQD-5 döyüş əl qumbarasını həmin gün, yəni 28 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində N nömrəli hissənin Daşkəsən rayonu ərazisində yerləşən 2-ci taborunun müdafiə zolağında olan şərti olaraq «Orta post» adlandırılan döyüş mövqeyinə qədər özü ilə gətirmiş, qeyd olunan odlu silah, döyüş sursatları və partlayıcı qurğular ona ağırlıq etdiyindən, həmçinin döyüş meydanından qaçması onu görəcək şəxslər tərəfindən anlaşılmasın deyə həmin odlu silahı, döyüş sursatlarını və partlayıcı qurğuları qəsdən məhv etmək məqsədi ilə qeyd olunan yerdə qayalıq ərazidə yerə ataraq yuxarıda sadalanan partlayıcı qurğuları, silah və döyüş sursatlarını döyüş şəraitində qəsdən məhv etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ilk məhkumluğu, ailəli olması və əməlindən səmimi peşman olması nəzərə alınmamış və ona həddindən artıq ağır və ədalətsiz cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1, 232.2.3 və 3N5.1-ci maddələ ri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza ilə əvəz edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N19-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N19.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünl üyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N16-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə CM-in 62ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq onun həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq a pellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə təyin olunmuş cəzanın CM-in 62-ci maddəsinə əsasən dəyişdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in N16.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in N19-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsin də təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in N1.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.1N-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirk arın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli d ərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasın ı yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, müdafiə tərəfi Məhkum təyin olunmuş cəzanın həddindən artıq ağır olması haqqında iddianı və birinc i instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 232.2.3 və 3N5.1-ci maddələri ilə həm ayrı ayrılıqda həmdə cinayətlərin məcmusu üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1-1(095)-070/2021 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 228.1, 232.2.3 və 3N5.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində (CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 232.2.3-cü maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 3N5.1-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin etməklə, Məhkum cəzasını yüngülləşdirən hal kimi himayəsində 1 azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ic timai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə məhkumun apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi zamanı müəyyən edilib nəzərə alınmış halları Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda t əsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N16.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, onun müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 26 may 2022-ci il tarixli, 1-1(10N)19/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in N19.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli, 1-1(10N)-19/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-60/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-60/2023
31.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver