Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-61/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Azərbaycan Respublikası CM-nin 335.2 və 335.3-cü maddələri ilə tə qsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatının dayandırılmasına dair Tərtər Hərbi Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Nəsirov Vidadi Mikayıl oğlu) Təqsirləndirilən şəxs - 03 oktyabr 2001-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Xıl kəndində qeydiyyatdadır N saylı hərbi hissənin 4-cü taborunun qumbaraatan manqasını n qumbaraatanı, əsgər Azərbaycan Respublikası CM-nin 335.2 və 335.3-cü maddələri ilə ittiham olunmuşdur ona görə ki, o, hərbi хidmət vəzifələrinin icrаsındаn tаmаmilə bоyun qаçırmаq məqsədi ilə döyüş şərаitində öz sаğlаmlığınа zərər yеtirmişdir. Bеlə ki, Məmmədоv Ruslаn Rövşən оğlu: - 18 оktyаbr 20N-cu il tаriхdə SHХÇDХ-nin Mаsаllı rаyоn şöbəsi tərəfindən müddətli həqiqi hərbi хidmətə çаğrılıb Müdаfiə Nаzirliyinin Tərtər rаyоnunun Sаrоv kəndində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin Tərtər rаyоnunun Çаylı kəndində yеrləşən 3-cü tаbоrunun 9-cu bölüyünün 2-ci tаğımının 2-ci mаnqаsının bаş аtıcısı vəzifəsində əsgər hərbi rütbəsində хidmət еdərkən оrdu sırаlаrındаn təхris еdilməklə hərbi хidmət vəzifələrinin icrаsındаn tаmаmilə bоyun qаçırmаq məqsədi ilə 24 аprеl 2020-ci il tаriхdə sааt 14 rаdələrində хidmət еtdiyi bölüyün döyüş şərаitində olan yаtаqхаnаsındаkı əl-üz yumа оtаğındа üzərində gəzdirdiyi kəsici аlət hesab olunan ülgüclə sаğ əlinin аrха nаhiyəsini bir nеçə dəfə cızаrаq özünə «sаğ əlin аrха nаhiyəsinin çохsаylı cızılmış yаrаlаrı» xəsarətini yetirdiyi üçün 26 аprеl 2020-ci il tаriхdən 02 mаy 2020-ci il tаriхədək N gün müddətində hərbi hissənin tibb məntəqəsində, N mаy 2020-ci il tаriхdən 23 mаy 2020ci il tаriхədək və 10 iyun 2020-ci il tаriхdən 13 iyun 2020-ci il tаriхədək cəmi 07 gün müddətində Silаhlı Qüvvələrin Bаş Kliniki Hоspitаlındа stаsiоnаr müаlicəyə yеrləşdirilərək hərbi xidmət üzrə vəzifələrinin icrаsındаn tаmаmilə kənаrlаşdırılmaq kimi öz məqsədinə nаil оlmuş, bununla da o, döyüş şəraitində öz sаğlаmlığınа zərər yеtirməklə hərbi хidmət vəzifələri nin icrаsındаn tаmаmilə bоyun qаçırmışdır; - о, həmin hərbi hissənin döyüş şərаitində olan Tərtər rаyоnunun Bоrsunlu kəndində yеrləşən 3-cü tаbоrunun 8-ci bölüyünün pulеmyоt mаnqаsının tuşlаyıcısı vəzifəsində əsgər hərbi rütbəsində хidmət еdərkən оrdu sırаlаrındаn təхris еdilməklə hərbi хidmət vəzifələrinin icrаsındаn tаmаmilə bоyun qаçırmаq məqsədi ilə 21 iyun 2020-ci il tаriхdə sааt 13 rаdələrində хidmət еtdiyi bölüyün döyüş şərаitində olan 13 nömrəli döyüş mövqеyinin yаtаqхаnаsının аrха tərəfində üzərində gəzdirdiyi şüşə pаrçаsı ilə sаğ əlinin sаid nаhiyəsini bir nеçə dəfə cızаrаq özünə “sаğ sаidin çохsаylı kəsilmiş yаrаlаrı” хəsаrətini yetirdiyi üçün həmin gün hərbi hissənin tibb məntəqəsində stasionar müаlicəyə qəbul edilməklə hərbi xidmət üzrə vəzifələrinin icrаsındаn tаmаmilə kənаrl аşdırılmaq kimi öz məqsədinə nаil оlmuş, bununla da o, təkrarən döyüş şəraitində öz sаğlаmlığınа zərər yеtirməklə hərbi хidmət vəzifələrinin icrаsındаn tаmаmilə bоyun qаçırmışdır; - o, həmin vəzifədə və rütbədə хidmət еdərkən оrdu sırаlаrındаn təхris еdilməklə hərbi хidmət vəzifələrinin icrаsındаn tаmаmilə bоyun qаçırmаq məqsədi ilə 23 iyun 2020-ci il tаriхdə sааt 16 rаdələrində Tərtər rаyоnunun Cəmilli kəndinin yахınlığındа dislokasiya olunmuş həmin hərbi hissənin 3-cü tаbоrunun dаyаq məntəqəsindəki əl-üz yumа оtаğının аrха hissəsində üzərində gəzdirdiyi şüşə pаrçаsı ilə sаğ əlinin sаid nаhiyəsini bir nеçə dəfə cızаrаq özünə “sаğ sаidin çохsаylı kəsilmiş yаrаlаrı” xəsarətini yetirdiyi üçün 23 iyun 2020-ci il tаriхdən 08 iyul 2020-ci il tаriхədək 1N gün müddətində hərbi hissənin tibb məntə qəsində stasionar müаlicəyə qəbul edilməklə hərbi xidmət üzrə vəzifələrinin icrаsındаn tаmаmilə kənаrlаşdırılmaq kimi öz məqsədinə nаil оlmuş, bununla da o, təkrarən öz sаğlаmlığınа zərər yеtirməklə hərbi хidmət vəzifələrinin icrаsındаn tаmаmilə bоyun qаçırmışdır; - o, həmin hərbi hissənin 4-cü tаbоrunun qumbаrааtаn mаnqаsının qumbаrааtаnı vəzifəsində əsgər hərbi rütbəsində хidmət еdərkən оrdu sırаlаrındаn təхris еdilməklə hərbi хidmət vəzifələrinin icrаsındаn tаmаmilə bоyun qаçırmаq məqsədi ilə 27 iyul 2020-ci il tаriхdə sааt 10 rаdələrində Tərtər rаyоnunun Cəmilli kəndinin yахınlığındа dislokasiya olunmuş hərbi hissənin təlim mərkəzində üzərində gəzdirdiyi kəsici аlət hesab olunan ülgüclə sаğ əlinin аrха nаhiyəsini bir nеçə dəfə cızаrаq özünə «sаğ sаidin çохsаylı kəsilmiş yаrаlаrı» xəsar ətini yetirərək təlimdə iştirak etməməklə hərbi xidmət üzrə vəzifələrinin icrаsındаn tаmаmilə kənаrlаşdırılmaq kimi öz məqsədinə nаil оlmuş, bununla da o, təkrarən öz sаğlаmlığınа zərər yеtirməklə hərbi хidmət vəzifələrinin icrаsındаn tаmаmilə bоyun qаçırmışdır. Cinayət işi 04 sentyabr 2020-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin 17 sentyabr 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs məhkəməyə verilmiş və məhkəmə iclası 28 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclası dövlət ittihamçısı və müdafiə tərəfi iştirak etmədən keçirilərək, N nömrəli hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2 və 335.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayətişi üzr ə Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmışdır. Dövlət ittihamçısı X1 tərəfindən 12 noyabr 2020-ci il tarixdə Tərtər hərbi məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya protesti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti vermə müddəti bərpa edilmiş və qərar icra olunması üçün cinayət işi 02 mart 2021-ci il tarixdə Tərtər hərbi məhkəməsinə göndərilmişdir. Tərtər hərbi məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmiş və məhkəmə baxışı 31 mart 2021-ci il tarixə təyin edilmişdir. Tərtər hərbi məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli cinayət işinin icraatının dayandırılması barədə qərarından dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mehdiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə) 08 may 2021-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən, qərarı isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev kassasiya protesti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Rəşad Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, məhk əmə kollegiyasının mövqeyinə əsasən, Tərtər Hərbi Məhkəməsi tərəfindən 11.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2 və 335.3-cümaddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə baxış iclası 31.03.2021-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi Tərtər Hərbi Məhkəməsinin 28.09.2020-ci il tarixli qərardan verilmiş apelyasiya protestinə baxılanadək artıq 11 mart 2021 -ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və cinayət işi məhkəmə baxışma təyin edilmişdir. Belə olan halda, dövlət ittihamçısının etirazına səbəb olmuş hal artıq aradan qaldırılmışdır. Belə ki, dövlət ittihamçısının protest verməkdə məqsədi cinayət işi üzrə icraatın dayandırılmasına səbəb olan qərarın ləğv edilməsi və icraatın təzəl ənməsinə nail olmaqdan ibarət olmuş və icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığı üçün, yəni müqəddəs Vətən Müharibəsi ordumuzun və xalqımızın şanlı qələbəsi ilə başa çatdığı üçün artıq icraat təzələnmişdir. Halbuki, cinayət işinin yuxarıda istinad edilən hallarından görünür ki, həmin ərəfədə Tərtər Hərbi Məhkəməsinin 28.09.2020-ci il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması qərarından apelyasiya protesti verilməsi müddəti dövlət ittihamçısına münasibətdə bərpa edilərək qərar icra üçün Tərtər Hərbi məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsi isə icra üçün məhkəməyə göndərilmiş və icraat dayandırılmış bir cinayət işi üzrə 11.03.2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələyərək məhkəmə baxışı təyin etmişdir. Burada dövlət ittihamçısının etirazına səbəb olmuş hal artıq aradan qaldırılmış kimi qəbul etmək və icraatın təzələnməsinə nail olmaqdan ibarət olmuş nəticənin baş verməsini əsaslı qəbul etmək yanlışdır. Protestdən göründüyü kimi, burda qanunsuz qəbul edilmiş bir qərarın ləğvi xahiş edilmiş, həmin qərarın gələcək məhkəmə təcrübəsinə yol açmasının qarşısının alınmasına və CPM-in tələblərinə uyğun qərar qəbul edilməsinin təmini olmuşdur ki, cinayət təqibi üzrə icraatın təzələnməsi heç də həmin qərarın ləğvi demək deyildir. Məhkəmə kollegiyasının mövqeyinə əsasən, icraatın dayandırılması zamanı CPM-in 53.3.2-ci maddəsinin tələbinin pozulması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükə sizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əkshücum, əks-həmlə əməliyyatına başlamış və həmin vaxt Xin xidmət etdiyi N nömrəli hərbi hissə də döyüş əməliyyatları keçirmişdir. Həmin əməliyyatlar dövlətin hərbi fəaliyyəti ilə bağlı olub dövlət sirrini təşkil edir. Göstərilənlərə əsasən döyüş əməliyyatlarında olan əsgər X barəsində axtarış elan edilməsi qanunamüvafıq deyil. Belə ki, həm məhkəməyə, həm də dövlət ittihamçısına məlumdur ki, təqsirləndirilən şəxs mənfur düşmənə qarşı gedən döyüş əməliyyatlarında iştirak edir və məhkəmə də məhz bu səbəbdən cinayət işi üzrə icraatı dayandırmışdır. Belə olduğu təqdirdə hansı səviyyədə başa düşüləndir ki, məhkəmə döyüş əməliyyatlarında iştirak edən, öz canını vətən uğrunda qurban verən hərbi qulluqçu barəsində axtarış elan edilsin və qəbul edilmiş qərar icra edilməsi üçün hüquq mühafizə orqanlarına göndərilsin. Halbuki, CPM-in 53.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda cinayət təqibi üzrə-icraat dayandırıla bilər. CPM-in 53.3.2-cü maddəsinə əsasən bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra dayandırıla bilər; Tərtər Hərbi Məhkəməsinin qeyd edilən qərarından görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, məhkəmə öz qərarında Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadislər üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və CPM-in tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, CPM-in axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuş, habelə qətimkan tədbirini də ləğv etmişdir. Bu isə, məhkəm ənin mövqeyinin heç də əsaslı və qanunauyğun olması demək deyil, hərçənd ki, gələcək məhkəmə təcrübəsində cinayət təqibi üzrə icraatın dayandırılması zamanı daha ağır qətimkan tədbirinin seçilməsi yox, var olan bir qətimkan tədbirinin də ləğvi və axtarış elan edilməməklə cinayət təqibi üzrə icraatın dayandırılmasının mümkünlüyü barədə məhkəmə təcrübəsi üzrə mübahisələrə yol açacaqdır. Məhkəmə kollegiyasının apelyasiya protestinin dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsi ilə bağlı dəlili üzrə mövqeyinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən bu halda CPM-in 84.6, 84.7 və 314.1 -ci maddələrinin tələbləri pozulmuşdur. Lakin bu pozuntu birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb olacaq səviyyədə deyildir. Belə ki, məhkəmənin cinayət işi ü zrə icraatı dayandırma qərarı yekun qərar deyil və dövlət ittihamçısı CPM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə iclasında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün CPM- in 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqları istifadə etmək və vəzifələrini yetirənə yetirmək imkanından cinayət işi üzrə məhkəmə baxışının növbəti mərhələlərində istifadə edə bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İV hissəsində qeyd edilmişdir ki, cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Konstitusion prinsip olan çəkişmə prinsipinin mahiyyətinə görə hər bir halda ittiham və müdafiə tərəfin cinayət-mühakimə icraatında iştirakı təmin olunmalıdır. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, cinayət-porosessual qanunvericilikdə cinayət mühakimə icraatı zamanı ittiham və müdafiə tərəfin iştirakı olmadan məhkəmə baxışının keçirilməsi nəzərdə tutulmamışdır. Heç bir üzrlü səbəb cinayət mühakimə icraatında dövlət ittihamçısının iştirakını istisna edən səbəb kimi qiymətləndirilə bilməz. Əgər müəyyən səbəblərdən dövlət ittihamçısı məhkəmə iclasına gəlməmiş olsa belə məhkəmə iclası baş tutmamalı və ittiham tərəfin iştirakı təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 314.1-ci maddəsində qeyd edilmişdir ki, dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bıı Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Göründüyü kimi CPM-nin 314.1-ci maddəsi dövlət ittihamçısının cinayət mühakimə icraatında iştirakının imperativ xarakter daşıması barədə müddəa müəyyən etmişdir. CPM-nin 314.3-cü maddəsinə görə isə dövlət ittihamçısının ictimai və ya ictimaixüsusi ittiham üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Dövlət ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət ittihamçısı ilə əvəz etmək mümkün olmadıqda, məhkəmə baxışı təxirə salmır və b aşqa vaxta keçirilir. İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın müdafiəsinə hazırlaşması üçün vaxt verilir. CPM-nin 314.4-cü maddəsində qeyd edilmişdir ki, dövlət ittihamçısı ictimai və ya ictimai- xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəməyə əvvəlcədən məlumat vermədən məhkəmə iclasına təkrarən üzrlü səbəb olmadan gəlmədikdə və onun həmin məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda məhkəmə Azərbaycan Respublikasının Baş prokuroru qarşısında dövlət ittihamçısının intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırmaq hüququna malikdir.Göründüyü kimi CPM-nin 314-cü maddəsində üzrlü və ya üzrsüz olsa da dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün edən müddəa yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kass asiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4N.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 4N.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyas iya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində göstərilmişdir ki, məhkəmə öz qərarında Təqsirləndirilən şəxsin xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadislər üzrə ci nayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və CPM-in tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, CPM-in axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının CPM-də təqsirləndirilən şəxsin hərbi xidmətdə olduğu hərbi hissənin döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar cinayət işinin icraatının dayandırılması və ya təxirə salınması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CPM-nin 3N.1-ci maddəsinə əsasən məhkəmə iclasına çağırılmış şəxslər dən hər hansı birinin məhkəmə iclasına gəlməməsinə görə və ya məhkəmənin təşəbbüsü ilə, yaxud cinayət prosesi tərəflərinin vəsatətləri üzrə yeni sübutların tələb edilməsi zərurəti ilə əlaqədar məhkəmə baxışının keçirilməsi mümkün olmadıqda məhkəmə: 3N.1.1. təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışını təxirə salır; 3N.1.2. məhkəmə iclasına şəxsin gəlməsi və ya yeni sübutların tələb edilməsi üçün lazımi tədbirlər görür. Bu qanunun mənasına görə olduğu yer müəyyən olan şəxslərdən biri (o cümlədən təqsirləndirilən şəxs) məhkəmə iclasına gəlmədikdə təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışı təxirə salınır. Lakin hazırkı cinayət işi üzrə vəziyyət qanunda nəzərdə tutulmuş məhkəmə baxışının təxirə salınmasına əsas verən hallardan fərqli olmuşdur. Təqsirləndirilən şəxs xidmət etdi yi hərbi hissənin iştirak etdiyi döyüş əməliyyatlarının qurtarması vaxtı qabaqcadan bəlli olmamışdır. Ona görə də belə vəziyyətdə cinayət işinin məhkəmə baxışının təxirə salınmalı olması barədə dəlillər əsaslı hesab edilmir. Məlum olan fakt odur ki, cinayət işinin icraatının dayandırıldığı tarixdə Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş və Tərtər Hərbi məhkəməsinin yerləşdiyi Tərtər rayonu düşmənin intensif atəşləri altında olmuşdur. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə hazırda döyüş əməliyyatlarını həyata keçirdiyndən Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməsi və ya göndərilməsi mümkün deyildir. Döyüş əməliyyatlarının hansı tarixdə başa çatması isə qeyri-müəyyən olduğundan məhkəmə iclasının təxirə salınması əhəmiyyətini itirmişdir. Bu baxımdan məhkəmə cinayət təqibi üzrə icraatın dayandırılması barədə məsələyə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs xidmət etdyi hərbi hissənin hazırda harada döyüş əməliyyatlarını yerinə yetirməsi müəyyən deyildir və bu səbəbdən onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırmalıdır. Azərbaycan Respublikası CPM-nin 141.1. cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur: 141.1.1. ümumi məlum olan faktlar. Təqsirləndirilən şəxsin hərəkətlərindən asılı olmayaraq yaranmış, ümumi məlum olan belə vəziyyət onun məhkəmə iclasına gəlməsini qeyri-mümkün etmişdir. Belə vəziyyət Azərbaycan Respublikası CPM-nin 3N.2-ci maddəsində göstə rilən hala daha uyğundur. Azərbaycan Respublikası CPM-nin 3N.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyri-mümkün olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrı-ayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır. Kassasiya protestində göstərilən axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini birinci instansiya məhkəməsinin pozmasına gəldikdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs vətəni müdafiə üzrə vətəndaşlıq borcunu yerinə yetirən hərbi qulluqçu olaraq onun barəsində axtarış elan edilməsi və qəbul edilmiş qərarın icra edilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi, işin faktiki vəziyyətinə və qanunun mənasına da uyğun sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət ke çirlər. Təqsirləndirilən şəxs cinayət işinin icraatı dayandırılan zaman xidmət etdiyi hərbi hissənin tərkibində vətəni müdafiə üzrə borcunu yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmiş, onun məhkəmədən gizlənməsi və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulması barədə sübutla və hər hansı məlumat olmamışdır. Ona görə də Azərbaycan Respublikası CPM-nin 53.3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan məhkəmə iclas protokollarından müəyyən edilir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 17 sentyabr 2020-ci il tarixdə dövlət ittihamçısı X7 iştirakı ilə keçirilmiş və cinayət işinə mahiyyəti üzrə məhkəmə baxışı 28 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxış ı iclasının 28 sentyabr 2020-ci il tarixə təyin edilməsi barədə qərar məhkəmə iclasında dövlət ittihamçıcı X7 iştirakı ilə elan edilmişdir. Lakin 28 sentyabr 2020-ci il tarixdə dövlət ittihamçısı və müdafiəçi məhkəmə iclasına gəlmədiklərindən, cinayət işi üzrə icraatın dayandırılması barədə qərar onların iştirakları olmadan qəbul edilmişdir. Nəhayət Tərtər Hərbi məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmiş və mahiyyəti üzrə məhkəmə baxışının keçirilməsi üçün təyin edilmişdir. Cinayət işi üzrə icraatın Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi zaman müdafiə və ittiham tərəflərinin məhkəmə iclasında iştirak etməmələri vəziyyətində dayandırılması müvəqqəti xarakter daşıdığından, təqsirlilik barədə məsələni n həll edilməsinə aid qərar qəbul edilmədiyindən və artıq icraat təzələndiyindən çəkişmə prinsipinin kobud pozulması halı baş verməmişdir. Həmin məsələnin həlli qanunla məhkəmənin səlahiyyətinə aid edilmiş, həmin məsələnin həlli zamanı müdafiə və ittiham tərəfinin (dövlət ittihamçısının) məcburi iştirakı nəzərdə tutulmamışdır. Bundan başqa birinci instansiya məhkəməsinin qərarından protest vermiş dövlət ittihamşıcı kimi göstərilmiş X1 qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası CPMnin 399.1.4-cü maddəsinə (cinayət qanunu normasının düzgün tətbiq edilməməsi), protest vermə səlahiyyətini əsaslabdırarkən isə Azərbaycan Respublikası CPM-nin 84.6.1-ci və 383.2-ci maddələrinə istinad etmişdir. Tərtər Hərbi məhkəməsinin hazırlıq iclasında dövlət ittihamçısı kimi X12 iştirak etmiş, lakin ci nayət işinin icraatının dayandırılması barədə qərardan həmin iş üzrə dövlət ittihamçısı kimi iştirak etməyən Natiq Abduıllayev özü də Azərbaycan Respublikası CPM-nin 383.2-ci maddəsinə istinad etməklə apellyasiya protesti vermişdir. Həmin qanuna görə protest vermək səlahiyyətin Azərbaycan Respublikasının baş prokuroru və ya onun müavini malikdir. Göstərilənlərə əsasən artıq icraatı təzələnmiş iş üzrə icraatın dayandırılması qərarının ləğv edilməsi barədə kassasiya protestinin dəlilləri formal xarakterli olmaqla əsassız hesab edilir və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4N.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2 və 335.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-61/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-61/2021
14.09.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver