Məhkəmə qərarları › İş №1-1(102)-61/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-61/2022

14.07.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-61/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum – Məhkum, Müdafiəçi – Müdafiəçi iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü ilə (Sədrlik edən hakim Allahverdiyev Elbəy Hidayət oğlu) xx.xx.1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2012-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şika yəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum qanunsuz olaraq döyüş sursatını əldə etməklə saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, SHXÇDX-in Nərimanov Rayon İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək Müdafiə Nazirliyinin tərkibində olmuş N nömrəli hərbi hissədə pulemyotçu vəzifəsində əsgər hərbi rütbəsində hərbi vəzifəli kimi xidmət edərkən, həmin ilin noyabr ayının əvvəllərində Şəmkir rayonu Seyfəli kəndində yerləşən hərbi təlim mərkəzində keçirilən silahlarla sınaq atışlarında iştirak etdikdə ərazidə aşkar etdiyi bir ədəd döyüş sursatı və atəşə (istifadəyə) yararlı hesab edilən 7.62 x 39 mm kalibrli patronu götürərək ilk olaraq hərbi geyiminin cibinə, daha sonra isə şəxsi çantasına qoyub gizlətməklə qanunsuz olaraq əldə etmiş və xx.xx.2020-ci il tarixdə Ordu sıralarından tərxis olunduqda Bakı şəhərinə yola düşərək üzərində daşıyıb gəzdirməklə ünvan 3 ünvanında yerləşən yaşayış evinə gətirib saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində onunla birgə həmin ünvanda bir müddət yaşamış bacısı Salehova Mərcan Qulu qızı “J2 255” qeydiyyat nişanlı təyyarə ilə Bakı-Naxçıvan aviareysinə sərnişin kimi qəbul olunmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlib uçuşdan öncə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən yoxlanılarkən Məhkum qanunsuz əldə edərək saxladığı, daşıdığı və gəzdirdiyi həmin bir ədəd 7.62 x 39 mm kalibrli patron M.Q.Salehovanın əl çantasında aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq, nəticədə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzası təyin edilmişdir. Məhkum 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibədən öncə o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Müharibədən qayıtdıqdan sonra isə uzun sürən fasiləyə görə işini itirmişdir. Buna görə də o, işləmək məqsədilə ölkə xaricinə getmək niyyətindədir. Məhz bu səbəbdən Məhkum ona cərimə cəzasının t əyin edilməsini istəyir. Bundan başqa, Məhkum anası Sənubər Vəlibəyova süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkir və xaricdə müalicə alır. Məhkum də ailənin yeganə övladı olduğu üçün anası ilə xaricə gedib-gəlmək məcburiyyətindədir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiya məkhəməsinin qərarının dəyişdirilməsini və Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməklə Məhkum barəsində cərimə cəzası təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Müdafiəçi kassasiya şikayətində məhkuma birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məhkuma təyin edilmiş islah işləri cəzasının cərimə cəzası ilə əvəz edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsində məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (C M, maddə 59.2). Cinayət törətmiş şəxsin Vətən uğrunda döyüşməsi, Qarabağ müharibəsi iştirakçısı və veteranı olması isə Cinayət Məcəlləsinin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə görə cəzanı yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən CM-in 59.1.8, 59.1.10-59.13-cü maddələrinin hər hansı birində göstərilən bütün hallar mövcud olduqda, cəzanı ağırlaşdıran hallar isə olmadıqda, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş ha lların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmündən və həmin hökmü cəza hissəsində dəyişdirmiş apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Oruc Ələsgərli hərbi hissədə pulemyotçu vəzifəsində əsgər hərbi rütbəsində hərbi vəzifəli kimi xidmət edərkən, Şəmkir rayonu Seyfəli kəndində yerləşən hərbi təlim mərkəzində keçirilən silahlarla sınaq atışlarında iştirak etdikdə ərazidə aşkar etdiyi bir ədəd döyüş sursatı və atəşə (istifadəyə) yararlı hesab edilən 7.62 x 39 mm kalibrli patronu götürərək ilk olaraq hərbi geyiminin cibinə, daha sonra isə şəxsi çantasına qoyub gizlətməklə qanunsuz olaraq əldə etmiş və xx.xx.2020-ci il tarixdə Ordu sıralarından tərxis olunduqda Bakı şəhərinə yola düşərək üzərində daşıyıb gəzdirməklə ünvan 3 ünvanında yerləşən yaşayış evinə gətirib saxlamaqla qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə cinayətini törətmişdir. Məhkum törətdiyi həmin əmələ görə cinayət qanununun 228.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət Azərbaycan Respublikasının Cinayət Məcəlləsində iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Oruc Ələsgərlinin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun əvvəllər məhkum olunmaması, müharibə iştirakçısı və veteranı olması, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunması – şəxsiyyətini səciyyələndirən hallar, törətdiyi əməldən səmimi peşman olması isə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin təqsirkarın şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallara və cəzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə apellyasiya məhkəməsi də razılaşmışdır. Məhkum əməlindən səmimi peşman olması onun gercəkdən də törətdi yi cinayətə tənqidi münasibət bəslədiyini, cinayətin ictimai-təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir və birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş digər cəzanı yüngülləşdirən və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah oluna biləcəyinə inam yaradırlar. Məhkəmə kollegiyası Məhkum məhkəməyədək icraatın əvvəlindən hökm çıxarıldığı günədək həbslə bağlı olmayan qətimkan tədbiri (başqa yerə getməmək haqqında iltizam) altında olmasını, bu tədbirin şərtlərinə əməl etməklə, icraatı aparan orqanların, o cümlədən məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlməsini bu cür inamı möhkəmləndirən xüsusat kimi qeyd edir. Məhkəmə koll egiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islan işləri cəza növünün təyin edilməsini əsaslı saysa da, hesab edir ki, məhkumun cəza çəkmədən də islah olunması mümkündür və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiqdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin nəzərdə tutduğu şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olması haqqında nəticəyə gəlir. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmə dən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcud olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və onun müdafiəçisi Müdafiəçi, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edil ən əsaslara görə hesab edir ki, kassasiya şikayətin təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4 -cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 6 (altı) ay sınaq müddəti müəyyən olunmaqla Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzası şərti olaraq tətbiq edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar