Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-61/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyatda olan, N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağım ının 3-cü manqasının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, 29 yanvar 2023cü il tarixdə ehtiyata buraxılmış, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2023-cü il tarixli, 1-1(104)-26/2023 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(098)-19/2023 nömrəli hökmü ilə (hakim: S.Ə.Əzizov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 05 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət, həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmçinin işləyib ailəsinə maddi dəstək olmaq vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının heyət nəfəri atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən, 19 dekabr 2021-ci il tarixdə xəstəliyi ilə əlaqdər 15 (on beş) gün müddətində məzuniyyətə buraxılmış, 03 yanvar 2022-ci il tarixdə məzuniyyətdən xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış və 05 sentyabr 2022-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq istintaq orqanına təhvil verilmişdir. Bununla da o, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq üç aydan artıq müddətə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında q ayıtmamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci məhkəməsi əsassız olaraq cəzanı yüngülləşdiriən halları (məhkumun ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, məhkəməpsixiatrik ekspertizası zamanı onun psixi statusunda aşkar edilmiş “Yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş dissosiativ reaksiya” xəstəliyindən əziyyət çəkməsini və hazırda ordu sıralarından tərxis olunmasını) müəyyən edib, onları Məhkum cəza çəkmədən islah oluna biləcəyinə inam yaradan hallar kimi qiymətləndirmiş, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onların şəxsiyyətinə, törətdikləri cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcələrinə uyğun olmayan şərti məhkum etməni tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərini pozmuşdur. Bu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümu mi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadığını, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, əməlinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş halla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ola n kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslər in bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1.159.1.14-cü maddələrində sadalanan, eləcə də bu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, baxılan işdə Məhkum təqsirli bilindiyi əmələ görə cinayət qanununun 333.41-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun gənc olması, ilk dəfə az ağır cinayət törətməsi, törətdiyi cinayəti səm imi etiraf edərək əməlindən peşman olması, məhkəmə-psixiatrik ekspertizası zamanı onun psixi statusunda aşkar edilmiş “Yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş dissosiativ reaksiya” xəstəliyindən əziyyət çəkməsi və hazırda ordu sıralarından tərxis olunması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Qeyd olunan hallardan təqsirkar şəxsin cinayəti etiraf edib əməlinə görə təəssüflənməklə peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə, gercəkdən də onu müsbət cəhətdən xarakterizə edən hal kimi çıxış edir ki, buda öz növbəsində dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin müddəalarına istinad etməklə (müəllifin fikrində qeyd olunan maddənin tətbiqi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar mövcud olmalıdır) məhkəmələr tərəfindən səmimi peşmançılığın əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması ilə bağlı iddialarını əsasız olmasına dəlalət edir. Belə ki, CM-in 72.1-ci maddəsində səmimi peşmançılığın bütün mümkün olan formaları sadalanmamaqla, yalnız şəxsin cinayət məsuliyyətindən azad edilməsininə əsas verən konkret hallara münasibətdə təzahür edən formada göstərilmişdir. Bunun əksini düşünmək, səmimi peşmançılığın yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri törətmiş şəxslərə xas olan və başqa heç bir insanın (o cümlədən başqa təsnifatlara aid cinayətləri törədən şəxslərin) keçirmədiyi h iss kimi qəbul edilməsi olardı. Halbuki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti törədən şəxs tərəfindən yaşana və bir çox, o cümlədən CM-in 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər Odur ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin ardınca məhkəmə kollegiyası da o qənaətdədir ki, əməlin etiraf edilməsi, peşmançılığın ifadə olunması, cinayətə görə təəssüflənmək şəxsi belə davranış nümayiş etdirməyərək əməllərini inkar edən, peşman olmadığını bildirən, yəni törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən şəxslərdən fərqləndirmək üçün ciddi əsasdır və Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərlməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmin halın cəzanı yüngülləşdirən əs as qismində nəzərə alınması cinayət qanununun pozuntusu kimi şərh edilə bilməz. Çünki, artıq yuxarıda qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi cinayət qanununun 59.1-ci maddəsində göstərilməyən halların (yəni cinayətin törədilməsindən sonrakı davranışın səmimi peşmançılığa dəlalət edən, lakin Cinayət Məcəlləsinin 72-ci maddəsində əks olunmayan təzahür formalarının) da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, eləcə də hərbi xidməti uğurla başa vurması da onu əvvəllər məhkum olunmuş, kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Həmçinin X Hospitalı tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli, X nömrəli arayışdan görünür ki, Məhkum hərbi-həkim komissiyası tərəfindən şə hadətləndirilmiş, Qısa anamnezi ilkin psixofiziki inkişafı qüsursuz keçib. Hərbi hissədən təqdim olunan akta əsasən hərbi xidmətdən əvvəl 1 saylı RPX-da müalicə almış, xx.xx.2021-ci il tarixdə sol qolunda kəsiklər etməklə özünə xəsarət yetirmiş, bununla əlaqədar olaraq ixtisaslı müayinə və müalicə üçün xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin BKH-a göndərilmiş, aparılan müayinə və müalicə zamanı psixi statusunda ruhi xəstəlik əlamətləri, şəxsiyyət pozuntusu və ağıl zəifliyi aşkar edilməmiş, “Dissosiativ reaksiya yüngül asteniya” ilə nəticələnmişdir. Diaqnoz və xəsarətin, xəstəliyin səbəbli əlaqəsi haqqında hospitalı hhknın qərarı: Yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş dissosiativ reaksiya. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilməlidir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi cinayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, məhkəmələrin yuxarıda sadalanan halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin hökmünü dəyişdi rilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanmış halları Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrinin tələblərini gözləməklə, şərti məhkum etmənin tətbiq edilməsində əhəmiyyətli olan digər əsaslarla, o cümlədən Məhkum törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi birlikdə götürməklə nəzərə almışlar. Şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə alınmış Məhkum şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar CPM-in 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin həddindən artıq yüngül tədbir olması və CM-in 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmələrin Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəx siyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, məhkəmələrin şərti məhkum etmənin tətbiqi məsələsinə yanaşmaları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbayc an Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 aprel 2023-cü il tarixli, 1-1(104)-26/2023 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-61/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-61/2023
03.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver