Məhkəmə qərarları › İş №1-1(102)-61/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-61/2024

03.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-61/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov X3 ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1-1(103)-18/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 1986-cı il tarixdə Ağdam rayonu Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Şıxbabalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park qəsəbəsində yaşamış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsində işləmiş və sərəcamda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Bakı Hərbi Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X6 və X2 ibarət məhkəmə tərkibində) 19 yanvar 2024-cü il tarixli, 1-1(093)-11/2024 nömrəli hökmü ilə Məhkum CM-in 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 311.3.2 və 311.3.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 341.2.3-cü maddəsi ilə 3 (üç) il müddəttə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2023-cü il tarixdən hesablanması, brəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

3. Həmin hökmdən məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X4 oğlundan ibarət məhkəmə tərkibində) 25 aprel 2024-cü il tarixli, 11(103)-18/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin (ona əlavə ilə birlikdə) təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1-1(0 93)-11/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Həmin hökmdən Məhkum Vəkil2 tərəfindən kassasiya şikayəti verilmişdir.

6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər:

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kass asiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının da çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1-1(103)-18/2024 nömrəli qərarından məhkumun müdafiə çis Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli, 11(103)-18/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum ərizəsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar