Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-61/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, hal- hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 333.4-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli 1-1(107)-10/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, “Leqal Servis” Vəkil Bürosunun vəkili Ələsgərov Nadir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 1-1(098)-241/2023 nömrəli hökmü ilə (hakim S.Ə.Əzizov) Məhkum - Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 9 (doqquz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi, CMin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə, Məhkum hazırki hökm üzrə təyin olunmuş aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 9 (doqquz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına Tərtər Hərbi Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 1-1(098)-113/2023 nömrəli hökmü ilə təyin edilmiş aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş qalan aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası qismən birləşdirilməklə Məhkum qəti olaraq aylıq pul tə minatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi, Məhkum təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrasının onun xidmət yeri üzrə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına tapşırılması, Məhkum təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrasına hökm qanuni qüvvəyə mindikdən sonra başlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli 1-1(107)-10/2024 nömrəli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədov) apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 1-1(098)-241/2023 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmişdir. Tərtər Hərbi Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 1-1(098)-241/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum təqsirli bilindiyi CM-in 333.4-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 67.1-ci maddəsinə əsasən, Tərtər Hərbi Məhkəməsinin 6 iyun 2023-cü il tarixli 1-1(098)-113/2023 nömrəli hökmü ilə təyin edilmiş aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş qalan aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət n əfinə tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası CM-in 69.3-cü maddəsinə əsasən, dörd günə bir gün hesablanmaqla hazırki qərarla təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Məhkum üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Hökmə əsasən, Məhkum 31 avqust 2022-ci il tarixdən etibarən Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasının 2-ci haubitsalı tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xid mət edərkən 12 iyun 2023-cü il tarixdə axşam düzülüşündən sonra evə buraxılmış və 13 iyun 2023-cü il tarixdə saat 07:50-də xidmət yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq üzrlü səbəblər olmadan qayıtmayaraq 6 oktyabr 2023-cü il tarixdə saat 07:50-də xidmət yerinə, yəni Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə qayıdaraq zabit olmaqla üzrlü səbəblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin olunmuş cəzanın Azərbaycan Respublikası CM-i n 62-ci maddəsinə əsasən daha yüngül cəza növünün təyin edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum cəza təyin edilərkən apelyasiya instansiyası məhkəməsi tərəfindən onun cəzasını yüngülləşdirən hallar, yəni onun gənc olmasını, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, uşağının “G40.1. Sadə parseal tutma” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, uşağının müalicəsi ilə əlaqədar xidmət yerinə vaxtında qayıda bilməməsini, ailədə yeganə gəlir gətirən şəxs olmasını, 2022-ci ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsini və hərbi xidmətini davam etdirmək arzusunda olması nəzərə alınmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanad ək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli 1-1(107)-10/2024 nömrəli qərarından verilmiş kassasiya şikayə ti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli 1-1(107)-10/2024 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-61/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-61/2025
06.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver