Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-62/2017 22.06.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-62/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu və Məhkum müdafiəçisi X2 iştirakları ilə, Naxçıva n Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 29, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından Məhkum müdafiəçisi X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X20, hakimlər X14 və X4 ibarət tərkibdə) xx xxxxxx 1974-cü ildə Culfa rayonunun,Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, üç uşaq atası, əvvəllər məhkum olunmayan, Culfa rayonunun, Yaycı kəndində qeydiyyatda olan, Fövqəladə Hallar Nazirl iyində sürücü vəzifəsində, daxili xidmət çavuşu rütbəsində xidmət etmiş, barəsində xx xxxxxxx 2016-cı il tarixdə həbs qətimkan tədbiri seçilmiş Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan sonra AR CM)32.5, 29, 312.2cimaddəsiilətəqsirlibilinərək cəzasınıümumi rejimlicəzaçəkməmüəssisəsindəçəkməklə5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X9 AR CM-in 32.4, 312.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin hazırda onun barəsində kassasiya şikayəti və ya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Fövqəladə Hallar Nazirliyi X8 İ darəsinin Culfa rayon X8 X1 xidmətində sürücü vəzifəsində, daxili xidmət çavuşu rütbəsində xidmət edərkən həmin Nazirliyin N №-li hərbi hissəsində manqa komandiri vəzifəsində, baş çavuş rütbəsində olmaqla nazir müavininin sürücüsü kimi xidmət aparan X5 Nazirliyin Dövlət Yanğın Təhlükəsizlik şöbələrinə işə düzəltmək üçün səlahiyyətli vəzifəli şəxs olan nazirin müavininə rüşvət verməklə ayrı-ayrı şəxsləri işə düzəldəcəyi barədə təklifi ilə razılaşaraq 2015-ci ilin iyun ayının 8-də Ordubad rayonunun, Azad kənd sakini X7 6100 manat, təkrar 2015-ci il iyul ayında Baş Dizə kənd sakini X11 6000 manat, Sabirkənd kənd sakini X12 6000 manat, 2015-ci ilin sentyabr ayında Sabirdizə kənd sakini X3 7000 manat, Sabirkənd kənd sakini X10 5500 manat pulunu işə düzəldəcəyinə inandıraraq özünün iştirakı ilə rüşvət şəklində xxxə verilməsini təşkil etmiş, həmçinin Azad kənd sakini X13 təxminən 2015-ci ilin sentyabr-oktyabr aylarında 7000 manat alaraq 1000 manatını özünə götürüb 6000 manatını özünün iştirakı ilə xxxə verərək köməkçi qismində iştirak edərək vəzifəli şəxsə rüşvət verilməsinə cəhd etmiş, xxx vəzifəli şəxsə rüşvət verəcəyi adı altında aldığı H.K.Hüseynovun pulundan 600 manat, N.İ.Fərəcovun, A.M.Əliyevin və F.S.Şirinovun hər birinin pulundan 500 manat, N.Ş.Məmmədovun pulundan 1500 manat, cəmi 3600 manat pulu Məhkum vermiş, qalan pulu isə vəzifəli şəxsə verməyib özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Hökmdən məhkum xxxin müdafiəçisi A.Q.Ağayev və Məhkum müdafiəçisi M.C.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: F.R.Məmmədov (sədrlik edən və məruzəçi), V.G.Kuimova və Y.S.Qurbanovdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından Məhkum müdafiəçisi C.R.Cəbrayılov kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının dəyişdirilməsini, AR CM-in 312.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi və ya Məhkum barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin edilmiş cəz a Məhkum şəxsiyyətinə və cinayətin ağırlığına uyğun deyil. Məhkəmə cəza təyin edərkən onun ilk məhkumluğunu, törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, üzərinə düşən bütün xərcləri ödəməsini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və iddiasının olmamasını, himayəsində iki az yaşlı uşağın, bir pensiya və təqaüd almayan atasının, üç nəfər işləməyən ailə üzvünün olmasını və ailənin yeganə gəlir gətirən şəxs kimi olması cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını tam nəzərə almamışdır. Bununla da məhkəmə AR CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cərimə cəzasının tətbiq olunması və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarmamışdır. Bundan başqa cinayət əməlinin tövsifi z amanı işin həllinə mühüm təsir göstərən hüquqi məsələlər nəzərə alınmamış, cinayət əməlinə hüquqi tövsif üzrə düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə cəza təyin olunarkən ilk növbədə cinayət qanununun ədalət, təqsirə görə məsuliyyət prisiplərinə əməl etməli idi. Məhkum azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi ailəsinin dolanışığını da həddindən artıq pis vəziyyətə salmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi C.R.Cəbrayılovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCinayət Prosessual Məccəlləsinin (bundan sonra AR CPM) 419.4-cümaddəsinəəsasənişəonun iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın mənasına görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq işə mahiyyəti üzrə baxan və faktları araşdıran məhkəmələr ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında hərtərəf li, tam və obyektiv olaraq tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlmişlər ki, Məhkum köməkçi qismində vəzifəli şəxsə rüşvət verməyə cəhd etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi həmin əməllərə görə Məhkum AR CM-in32.5, 29 və 312.2-cimaddəsiilə irəli sürülmüş ittiham onunözününetirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, cinayə tişinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından görünürki, Məhkum ittiham olunduğ ucinayət əməllərini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtər əfli və obyekti varaşdırılmış, apellyasiyainstansiyasıməhkəməsitərəfindənətraflıtəhliledilmiş, həminiclaslardasübutlarıntoplanmasıvəaraşdırılmasızamanıprosessualpozuntulara, ocümlədəntəqsirləndirilənşəxsinAzərbaycanRespublikasıCPM-in 91-cimaddəsindənəzərdətutulmuş hüquqlarınınpozulmasınavəyabuhüquqlarınhəyatakeçirilməsinin məhdudlaşdırılmasınayolverilməsi, sübutlarıntədqiqindənəsassızimtinaolunmasıvəyolverilməzsübutlardanistifadəedilməsimüəyyənedil məmiş, hökmvəapellyasiyaşikayətinəməhkəməbaxışınınyekunqərarıqanununtələblərinəuyğunqaydadatərti bedilmişdir. Məhkum barəsindəcəzatədbirininseçilməsiməsələsinəgəldikdəisə, işmateriallarındanvəməhkəmələrtərəfindənqəbuledilmişyekunməhkəməaktlarındangörünürki, birinciinstansiyasıməhkəməsiMəhkum təqsirlibilindiyimaddələrinsanksiyasındanəzərdə tutula ncəzanı təyinedərkən, onun əvvəllər məhkum olunmamasını, törətdiyi cinayəti etiraf etməklə əməlindən səmimi peşmançılıq hissi keçirməsini, iş üzrə mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi, Məhkum vəzifəli şəxsə rüşvət verməyə cəhd etmə cinayətini xxxlə qabaqcadan razılaşmaqla onun iştirakı ilə törətməsini isə CM-in 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qiymətləndirmişlər. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-cimaddəsinəəsasən, cəzasosialədal ətinbərpası, məhkumunislahedilməsivəhəmməhkumlar, həmdəbaşqaşəxslərtərəfindənyenicinayətlərintörədilməsininqarşısınıalmaqməqsədilətətbiqedilir. CəzanıntəyinedilməsininümumiəsaslarınıözündəəksetdirənAR CM-in 58.1cimaddəsinintələblərindəngörünürki, cinayəttörətməkdətəqsirlibilinənşəxsəbuMəcəlləninümumihissəsininmüddəalarınəzərəalınmaqlaxüs usihissəsininmüvafiqmaddələrindənəzərdətutulmuşhədlərdəədalətlicəzatəyinedilir. Həmin məcəllənin 58.3-cümaddəsinintələblərinəgörə, cəzatəyinedilərkəntörədilmişcinayətinxarakterivəictimaitəhlükəlilikdərəcəsi, təqsirkarınşəxsiyyəti, ocümlədəncəzanıyüngülləşdirənvəağırlaşdıranhallar, habelətəyinolunmuşcəzanınşəxsinislaholunmasınavəonunailəsininhəyatşəraitinətəsirinəzərəalınır. Məhkəməkollegiyasıhesabedirki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərk ən onun barəsində yuxarıda qeyd edilən yüngülləşdirici və ağırlaşdırıcı halların hamısını nəzərə almaqla ona təqsirli bilindiyi maddələr üzrə və cəzaları toplamaq yolu ilə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcələrinə uyğun qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin cəzanı onun şəxsiyyətinə və törədilmiş cinayətlin ağırlığına uyğun cəza hesab etmişdir. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. AR 70.1-ci maddəsinə əsasən isə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cə za təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşmateriallarındangörünürki, apellyasiya instansiyasıməhkəməsi tərəfindənMəhkum cəzasınıyüngülləşdirən, ocümlədənonuntörətdiyicinayətinictimaitəhlükəliliyiniəhəmiyyətlidərəcədəazaldanhərhansıbirəlavəh almüəyyənedilməmişdir. Məhkəməkollegiyasınınqənaətinəgörə, apellyasiyainstansiyasıməhkəməsitamhaqlıolaraqhökmdəsadalanancəzanıyüngülləşdirənhallarıney nizamandaməhkumatəyinolunmuşcəzanınmüddətininonuntəqsirlibilindiyimadd əninsanksiyasındanə zərdətutulmuşcəzanınaşağıhəddindəndəazmüddətədəkazaldılmasına, habeləhəmincəzanınşərtiolaraqtətbiqedilməsinəimkanverənhallarkimiqiymətləndirilməsiüçünəsasgö rməmişdir. Apellyasiyainstansiyasıməhkəməsininbunəticəsiilərazılaşankassasiyainstansiyasıməhkəməsi ninməhkəməkollegiyasıdaişinhallarınavəcinayətqanununormalarınıntələblərinəəsaslanıbMəhkum barəsində təqsirli bilindiyi maddənin saksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növünün, yəni cərimə cəzasının təyin edilməsi və ya AR CM-in 70-ci maddəsinə əsasən şərtiməhkumetmənintətbiqiüçünəsaslartapmırvəbunagörədə, kassasiyaşikayətinindəlilləriniəsaslıhesabetməyərəkhəminşikayətintəminedilmədən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixliqərarınınisədəyişdirilmədənsaxlan ılmasınıməqsədəmüvafiqbilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 29, 312.2-ci maddəsi ilə, X5 AR CM-in 32.2, 312.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı Məhkum aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1-1(102)-62/2017
Ali Məhkəmə Qərar — İş №1-1(102)-62/2017
22.06.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver