Məhkəmə qərarları › İş №1-1(102)-62/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-62/2019

20.06.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-62/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş xxx Anar xxx oğlu və xxx Azər xxx oğlu, CM-in 221.3-cü ma ddəsi ilə təqsirli bilinib məhkum olunmuş xxxa Aygün Şakir qızı və CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş xxx oğlu barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum xxx oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1-1(095)-176/2018 saylı hökmü ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), V.Nəsirov və S.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1984-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, himayəsində iki uşağı olan, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Xoşbulaq kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasında cəzaçəkən xxx oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 126.2.4 maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 126.2.4-cümaddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən xxx oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbir inin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin xxx Anar xxx oğlu və xxx Azər xxx oğlu Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə, xxxa Aygün Şakir qızı isə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş, lakin hazırda onların barəsində kassasiya şikayəti və ya kassasiya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən xxx oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, qardaşı xxx Azər xxx oğlu xx xxxxxx 2017-ci il tarixdə saat 19 radələrində yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən, ictimai yer hesab edilən çayxanada, onunla qonşuluqda yaşayan tanışı X2 ilə verdikləri sifarişin uduzan şəxs tərəfindən ödənilməsi barədə razılığa gəlib masaüstü domino oyunu oyn amış, oyunun nəticəsinə görə məğlub olduqdan sonra o, hesabı ödəməkdən imtina etdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ətrafda toplaşmış insanlara məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək biri-birinə qarşı nalayiq sözlər demiş və Sərdər Rəhimovun sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq xuliqanlıq etmişdir. Azər xxxun həmin hadisədən məlumatı olan oğlu İsa xxx isə saat 21 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan əmisi Asəf xxxun evinə gələrək qonşuları Sərdər Rəhimovun atası Azər xxxla dalaşdıqlarını, sonuncunun atasını vurduğunu bildirdikə o, qardaşı N nömrəli hərbi hissənin müddətən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xxx Anar xxx oğlu ilə birlikdə, sonuncunun a vtomobili ilə Azər xxxun Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən evinə gəlmişdir. Azər xxx Sərdər Rəhimovla aralarında yaranmış mübahisə barədə məlumat verdikdən sonra onlar həmin mübahisəni bəhanə gətirib münaqişəni davam etdirmək qərarına gəlmişdir. Bu məqsədlə Asəf xxx həmin gün saat 21 radələrində qardaşları xxx Anar xxx oğlu, xxx Azər xxx oğlu və sonuncunun arvadı xxxa Aygün Şakir qızı ilə birlikdə Anar xxxun avtomobilinə minib X3 şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsində yaşadığı evin qarşısına gəlmişdir. Orada Azər xxx Sərdər Rəhimovu evdən küçəyə çağırmış, Sərdər Rəhimov oğlanları Ramil, Rəşad və Şamil Rəhimovlarla birlikdə küçəyə çıxdıqda Anar xxx Sərdər Rəhimova qardaşı Azər xxxla mübahisə etməsini irad tutmuş və aralarında mübahisə yaranmışdır. Bundan sonra, qonşulara və ətrafda olan insanlara heç bir məhəl qoymayaraq qardaşı Azər xxx Sərdər Rəhimovun sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Anar xxx isə Ramil Rəhimovun ünvanına nalayiq sözlər deyərək sifət nahiyəsinə bir sillə zərbəsi vurmuş, qardaşı Azər xxxun arvadı xxxa Aygün Şakir qızı isə digər qrup üzvləri ilə əvvəlcədən razılaşdırmadan ümumi niyyətdən kənara çıxmaqla özü ilə gətirdiyi döşəmə taxtasını silah qismində istifadə edib Ramil Rəhimovun baş nahiyəsinə bir zərbə vuraraq sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid «təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan» bədən xəsarəti yetirmiş, o, isə qrup üzvlərinin ümumi niyyətindən kənara çıxmaqla cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayət törətmək, yəni qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma q qərarına gələrək üzərində olan, soyuq silah hesab edilməyən xüsusi təyinatlı ov bıçağını cibindən çıxarıb tiyəsini açaraq silah qismində istifadə edib tətbiq edərək xuliqanlıq niyyəti ilə həmin bıçaqla Sərdər Rəhimovun qarın nahiyəsinə bir zərbə vurub sonuncuya «qarın nahiyəsinin ön səthində sağda bir ədəd qarın boşluğuna keçən qara ciyərin və piyliyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara» xəsarəti yetirməklə bir qrupu şəxs halında qərəzli xuliqanlıq etmişdir. Hökmdən məhkum xxx Anar xxx oğlunun müdafiəçisi və məhkum xxx oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə məhkum xxx Anar xxx oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, məhkum xxx oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini isə qismən təmin edərək, hökmü məhkum xxx oğluna aid hissədə dəyişdirmiş, onun əməlini CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etmiş, CM-in 126.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, Gəncə Hərbi Məhkəməsinin «09» oktyabr 2018-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş cəza hazırki qərarla təyin olunmuş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və hökmü məhkum xx x Anar xxx oğluna aid hissədə və məhkum xxx oğluna aid qalan hissədə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum xxx oğlunun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum xxx oğlunun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində CM-in 221.3-cü maddəsinin dispozisiyasında göstərilən əlamətlərin mövcud olmadığını, bu hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olduğunu qeyd edərək, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının məhkum xxx oğluna aid hissədə dəyişdirilməsini, CM-in 221.3-cü maddəsi ilə ona bəraət verilməsini, həmin Məcəllənin 126.1- ci maddəsi ilə təyin edilən cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilməsinə dair qərar qəbul edilməsini və ya bəraət verilmədiyi halda ona təyin edilmiş 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkum A. H.xxx məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, müdafiəçi Müdafiəçi və iş üzrə zərər çəkmiş şəxslər S.M.Rəhimov, R.S.Rəhimov, R.S.Rəhimov və Ş.S.Rəhimov isə məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassa siya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir”. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Hazırkı kassasiya şikayətində məhkum A.H.xxxun müdafiəçisi əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini qismən müabhisələndirmiş, təqsirləndirilən şəxs barəsində CM-in 221.3-cü maddəsi ilə ona bəraət verilməsini, CM-in 126.1-ci maddəsi ilə təyin olunmuş cəzanın həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək şərti hesab olunmasını və ya bəraət verilmədiyi halda CMin 66.3-cü maddəsi ilə ona təyin olunmuş 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının həmin Məcəllənin 70-ci maddəsinin tətbiq edilərək şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti ol maması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (AR CPM, maddə 42). Həm birinci instansiya, həm də apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyə xarakterli xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarının 7-ci bəndində göstərilmişdir ki, hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 1 27-ci maddələri ilə tövsif olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkum tərəfindən CM-in 221-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş tövsifedici əlamətlərin hamısının ehtiva olunduğu xuliqanlıq cinayət əməli törədilmiş və həmin cinayət əməli törədilərkən məhkum Asəf xxx tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına soyuq silahdan istifadə edilməklə ağır bədən xəsarəti yetirilmişdir. Belə ki, məhkum xxx oğlunun CM-in 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutların məcmusu, məhkumların qismən etirafedici ifadələri, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa cinayət işinin mater iallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, xxx oğlunun ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiy ası məhkum xxx oğlunun CM-in 126.1 və 221.3-cü maddələri ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən ona bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xxx oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkum xxx oğlunun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərini cinayət qanunveric iliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər, o cümlədən də xxx oğlunun barəsində onun müdafiəçisinin qeyd etdiyi hallar, habelə onların məcmusu müstəsna hal hesab edilməklə onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. Hazırkı kassasiya şikayətinin müvafiq dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq təhlil edən apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cinayət əməli törədilərkən oynadığı rol və hərəkətləri nəzərə alınmaqla, onun real olaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah oluna biləcək şəxs olmadığı qənaətin ə gəlməyə məhkəmə kollegiyasına kifayət qədər əsas verir. İşin halları məhkum xxx oğlunun təqsirli bilindiyi maddələrə CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyünü istisna edir. Apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən əsaslara görə, məhkum xxx oğlunun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək ona şərti məhkum etmənin tətbiqini mümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyil və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum xxx oğlunun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. xxx Anar xxx oğlunun və xxx Azər xxx oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xxxa Aygün Şakir qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və xxx oğlunun Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə məhkum edilmələrinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı məhkum xxx oğluna aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar