Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-62/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.5-ci ma ddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Salman Elman oğlu Qasımov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim Əhməd Sarıyev) «11» dekabr 2019-cu il tarixli, 1-1(098)-214/2019 nömrəli hökmüilə, Məhkum xx xxxxxx 1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, subay, orta təhsilli, məhkumluğu olmayan, xx xxxxxx 2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhəri şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Na zirliyinin N nömrəli hərbi hissənin 2-ci taborunun minaatan batareyasının 2-ci taqımının 6-cı manqasının heyət nəfəri vəzifəsində xidmət edən, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, o, qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunması və məh kəmə iclas zalından həbs edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmü ilə Məhkumona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonunun Ballıqaya kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyündə əsgər hərbi rütbəsində qulluq edərkən hərbi hissənin sıra meydanında öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə tabelikmünasibətindəolmayanhərbiqulluqçulararasındaqarşılıqlımünasibətlərinnizamnamə qaydalarını, yəniAzərbaycanRespublikasıSilahlıQüvvələrininDaxiliXidmətNizamnaməsinin38və 138cimadd ələrinin tələblərini kobud surətdə pozaraq aralarında tabelik münasibətləri olmayan, hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün əsgəri Əliyev Tural Mehdi oğluna sırada onun önündə dayanmasına irad tutub mübahisə edərək, Tural Əliyevin sifət nahiyəsinə bir sillə zərbəsi vurmaqla ona qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin yerdə və vəzifədə xidmətdə olarkən xx xxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində bölüyün yataqxanasında öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə təkrarən tabelikmünasibətindəolmayanhərbiqulluqçulararasındaqarşılıqlımünasibətlərinnizamnaməqaydala rını, yəniAzərbaycanRespublikasıSilahlıQüvvələrininDaxiliXidmətNizamnaməsinin38və 138cimaddələrinin tələblərini kobud surətdə pozaraq aralarında tabelik münasibətləri olmayan, hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün əsgəri Məmmədov Maqsud Natiq oğluna yataqxanaya gedərkən sırada arxadan ayaq nahiyəsinə ayağı ilə vurmasını irad tutub mübahisə edərək, Maqsud Məmmədovun sifət nahiyəsinə başı ilə bir zərbə vurub «burunun qapalı küt travması, burun sümüklərinin qapalı yerdəyişən sınığı, burun tənəffüsün mülayim dərəcədə çətinləşdirən burun arakəsməsinin əyriliyi» diaqnozu ilə müşayiət olunan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarət yetirməklə zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin hərbi hissənin artilleriya ixtisası üzrə bölüyündə xidmətdə olarkən xx xxxx 2019-cu il tarixdə saat 07:15 radələrində bölüyün yataqxanasının dəhlizində öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə təkrarən tabelikmünasibətindəolmayanhərbiqulluqçulararasındaqarşılıqlımü nasibətlərinnizamnamə qaydalarını, yəniAzərbaycanRespublikasıSilahlıQüvvələrininDaxiliXidmətNizamnaməsinin38və 138cimaddələrinin tələblərini kobud surətdə pozaraq aralarında tabelik münasibətləri olmayan, hərbi hissənin artilleriya ixtisası üzrə bölüyünün əsgəri Alışov Murad Şirzad oğluna yataqxanada onun çarpayısında oturduğuna görə irad tutub mübahisə edərək, Murad Alışovun sifət nahiyəsinə başı ilə bir zərbə vurub «burunun küt travması, burun sümüyünün yerini dəyişən sınığı, sağ periorbital nahiyənin qançırı, postravmatik burun qanaxması» diaqnozu ilə müşayiət olunan qəsdən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarət yetirməklə zor tətbiq etmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Muradov Oktay Rəcəb oğlu tərəfindən verilmiş apellyasiya şikayə ti üzrə işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Qasımov Salman Elman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, məhkumu n şəxsiyyətini səciyyələndirən halları və eləcə də təyin edilən cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Məhkəmə Məhkumluğunun olmamasını, öz əməlini etiraf etməklə səmimi peşmançılıq çəkməsini, az ağır cinayət törətməsini nəzərə almadan ona ağır cəza təyin etmişdir. Kassator bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində CM-nin 70ci maddəsinin tətbiq edilməsi üçün əsasları müəyyən etmədiyindən, onun təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Kassator qeyd etmişdir ki, zərərçəkmiş şəxslərin məhkuma qarşı şikayət və tələblərinin olmaması da cəza təyin edilərkən nəzərə alınmalıdır. Kassator bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi ədalət və humanizm prins iplərini pozaraq, məhkumun şəxsiyyətinə, törətdiyi cinayət əməlinə uyğun olmayan cəza təyin etmişdir. Kassator yuxarıda göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilərək məhkumun barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsi, lakin mübahisələndirilən qərarın dəyişdirilməsi, xx xxxx 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2020-ci il Qanununun tələblərinə əsasən, məhkəmə qərarlarından məhkumun Tural Əliyevin sifət nahiyəsinə bir sillə zərbəsi vurmaqla ona qarşı zor tətbiq etməsi barədə epizodun xaric edilməsi, qərarın qalan hissələrdə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən görün düyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, işə baxan məhkəmələrin Məhkum cəza təyin edərkən barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almadığını və ona ağır cəza təyin etdiklərini vurğulayaraq, məhkumluğunun olmamasını, öz əməlini etiraf etməklə səmimi peşmançılıq çəkməsini, az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını nəzərə alara q ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsinin (məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəru ri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.5-ci maddələrində təsbit edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkə mə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun həm ibtidai istintaq vaxtı, həm də xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi eyni məzmunlu etirafedici ifadələri, zərərçəkmişlərin və şahidlərin yuxarıda göstərilmiş ifadələri, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının rəyləri və digər yazılı sübutlara əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.5-ci maddələri ilə tövsif e dilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipinə əməl edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri nizamlayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etm ənin tətbiqinə yol verir. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən, Cinayət Məcəlləsinin yalnız bu maddəsində sadalanan hallar deyil, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Həmçinin, şərti məhkum etmə tətbiq edilərkən törədilmiş əməlin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, cinayətin böyük ictimai təhlükə törətməyən, az ağır, ağı r və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması (CM-nin 15-ci madddəsi), təqsirkarın şəxsiyyəti, təyin edilmiş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3-cü maddəsi), cəzanı yüngülləşdirən (CM-nin 59-cu maddəsi) və ağırlaşdıran (CM-nin 61-ci maddəsi) hallar nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının t əyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Kollegiya qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini zəruri edən əsas kimi çıxış et məlidir. Belə nəticəyə gələrkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, istintaq orqanı ilə əməkdaşlıq edib, törətdiyi cinayətlər barədə ətraflı ifadələr verməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın məhkumun isl ah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.5-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi məhkəmə Məhkum CM-in 332.2.1 və 332.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın orta həddində cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi təyin edilən cəzanı əsaslı və ədalətli hesab edərək hökmü dəyişdirmədən saxlamışdır. Kollegiya qeyd edir ki, Məhkum istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.5-ci maddələrində təsbit edilən cinayət əməlləri qəsdən törədilən cinayətlərə aiddir. İsnad edilən cinayət əməlləri xarakteri və ictimai təh lükəlilik dərəcəsinə görə az ağır cinayətlər (CM-in 332.2.1 və 332.2.5-ci maddələri) kateqoriyasına aiddirlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən, əvvəlcədən düşünülmüş şəkildə törətmişdir. Göründüyü kimi məhkəmə məhkumun törətdiyi cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, məhkumun şəxsiyyətini və iş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların kifayət qədər ədalətli növünü və həddini təyin etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konk ret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan başqa kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd edir ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata ke çirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Məhkəmə kollegiyasının qənaəti belədir ki, istər yuxarıda şərh olunanların, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarlarının tövsiyyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, Məhkum təyin edilən cəzanın növü və həddini ədalətsiz hesab etmək olm az. Qanun ədalətli cəza dedikdə, təkcə yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət c əzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etmir və məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında kassatorun dəlillərini tutarlı bir sübuta söykənmədiyindən əsassız olması nəticəsinə gəlir. Beləliklə, kassasiya kollegiyası törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən, əvvəlcədən düşünülmüş şəkildə törətməsini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran h alın olmamasını, təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.5-ci maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etmir, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Bunlarla yanaşı məhkəmə kollegiyası xx xxxx 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinay ət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2020ci il Qanunu ilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hökmlə Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonunun Ballıqaya kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyündə əsgər hərbi rütbəsində qulluq edərkən hərbi hissənin sıra meydanında öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə tabelikmünasibətindəolmayanhərbiqulluqçulararasındaqarşılıqlımünasibətlərinnizamnaməqaydala rını, yəniAzərbaycanRespublikasıSilahlıQüvvələrininDaxiliXidmətNizamnaməsinin38və 138cimaddələrinin tələblərini kobud surətdə pozaraq aralarında tabelik münasibətləri olmayan, hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün əsgəri Əliyev Tural Mehdi oğluna sırada onun önündə dayanmasına irad tutub mübahi sə edərək, Tural Əliyevin sifət nahiyəsinə bir sillə zərbəsi vurmaqla ona qarşı zor tətbiq etdiyinə görə təqsirli bilinmişdir. Lakin xx xxxx 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2020-ci il Qanununun 1.74.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 332.1-ci maddənin dispozisiyasında “pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda” sözləri “pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma” sözləri ilə əvəz edilmiş və maddənin dispozisiyası yeni məzmunda verilmişdir. “Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdə n yüngül zərər vurma”. Məhkəmə kollegiyası qeyd edir ki, əgər qanun normasının (CM-in 332.1) əvvəlki dispozisiyasında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə müşayiət olunmalı idisə, hazırki halda tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma o vaxt cinayət məsuliyyətinə səbəb olur ki, belə pozma mütləq zərərçəkmiş şəxsin sağlamlığına yüngül (az ağır və ya ağır) xəsarət yetirilməsi (zərər vurulması) ilə nəticələnməlidir. İşin hallarından müəyyən edilir ki, Məhkum Əliyev Tural Mehdi oğluna sırada onun önündə dayanmasına irad tutub mübahisə edərək, Tural Əliyevin sif ət nahiyəsinə bir sillə zərbəsi vurmaqla ona qarşı zor tətbiq etməsi oun sağlamlığına yüngül, az ağır və ya ağır zərər yetirilməsi ilə nəticələnməmişdir. Belə olduqda bu epizod üzrə Məhkum əməlində cinayət tərkibi yaranmır. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanununda edilmiş dəy işiklik Məhkum hüquqi vəziyyətini yüngülləşdirdiyindən barələrində tətbiq edilməlidir. Odur ki, məhkəmə kollegiyası Qanun normasının tələbindən çıxış edərək qeyd edir ki, xx xxxx 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2020-ci il Qanununa əsasən hökmdən və qərardan birinci epizod xaric edilməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, bu epizodun məhkəmə qərarlarından xaric edilməsi məhkumun cəzasının yüngülləşdirilməsinə əsa vermir. Çünki, Məhkum digər iki epizod üzrə cinayət əməlləri zərərçəkmiş şəxslər Məmmədov Maqsud Natiq oğlunun və Alışov Murad Şirzad oğlunun sağlamlıqlarına az ağır xəsarət yetirilməsi ilə nəticələnmişdir. Beləliklə, kassasiya kollegiyası cinayət işinin materiallarını və xx xxxx 20 20-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2020-ci il Qanununun tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun Əliyev Tural Mehdi oğluna zor tətbiq edilməsi ilə bağlı epizodun xaric edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbayca n Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkumbarəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsindəki Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından “Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonunun Ballıqaya kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyündə əsgər hərbi rütbəsində qulluq edərkən hərbi hissənin sıra meydanında öz üstü nlüyünü nümayiş etdirmək məqsədi ilə tabelikmünasibətindəolmayanhərbiqulluqçulararasındaqarşılıqlımünasibətlərinnizamnaməqaydala rını, yəniAzərbaycanRespublikasıSilahlıQüvvələrininDaxiliXidmətNizamnaməsinin38və 138cimaddələrinin tələblərini kobud surətdə pozaraq aralarında tabelik münasibətləri olmayan, hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün əsgəri Əliyev Tural Mehdi oğluna sırada onun önündə dayanmasına irad tutub mübahisə edərək, Tural Əliyevin sifət nahiyəsinə bir sillə zərbəsi vurmaqla ona qarşı zor tətbiq etmişdir”- epizodu xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-62/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-62/2020
12.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver