Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-62/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlunun iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından Məhkum və onun müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə (hakimlər Quliyev İlqar Məsail oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Əhməd Mədət oğlu və Nəsirov Vidadi Mikayıl oğlundan ibarət tərkibdə) Məhkum, XXXXXX il tarixdə Astara rayonunun Maşxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Aünvan 1-də qeydiyyatda olan, N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölyünün 1-ci tağımmın 2-ci manqasında manqa komandiri vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmiş, CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Müdafiə Nazirliyinin X rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 1-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 25 fevral 2018ci il tarixdə saat 16:15 radələrində bölüyün X rayonunun X1 ərazisində yerləş ən 6 nömrəli döyüş mövqeyində olan əsgər yataqxanasının qarşı hissəsində kətildə oturaraq xidməti istifadəsində olan AKMS markalı, 520271 nömrəli avtomat silahı sökərək təmizlədikdən sonra ondan sol tərəfdə kətildə oturmuş, komandiri olduğu manqada qumbaraatan vəzifəsində xidmət edən əsgər X6 və ətrafda olan digər əsgərlərə öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə x22 ona çay gətirilməsini tələb etmiş, sonuncu buna etiraz etdiyinə görə əsəbləşmiş, zorla öz qanunsuz tapşırığını icra etdirmək məqsədi ilə patron darağını silahın üzərinə taxıb silahın çaxmağını geri şəkib buraxmaqla patronu patron yuvasına yerləşdirmiş, qoruyucunu açmış və silahı tək-tək atəş vəziyyətinə gətirərək silahın lülə hissəsini yaxın məsafədən X22un ağız nahiyəsinə tuşlayıb «ataram səni» demişdir. X22un onun həmin hərəkətlərinə etiraz edərək nalayiq ifadə işlədib silahın lüləsini kənara çəkməsini bildirmiş və o, yenidən atəş açacağını bildirmişdir. Həmin vaxt X22 «vur» deyərək ağız nahiyəsini açıq vəziyyətdə saxladığı zaman xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək məqsədilə silahın lüləsini onun ağız nahiyəsinə daha da yaxınlaşdırıb davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub, onlara laqeydliyini və hörmətsizliyini aşkar formada nümayiş etdirməklə ona çay gətirməməsini və «cavab qaytarmasını» bəhanə edərək silahın tətiyini sıxıb bir atəş açmış, nəticədə X22a həyat üçün təhlükəli olan, ağır zərərvurmaya aid edilən «beyin toxumasının həyatla bir araya sığmayan əzilib-dağılması, kəllə qapağı və əsası sümüklərin çoxqəlpəli, yerdəyişən sınıqları, ağ ız boşluğu yumşaq toxumalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan başın dəlib-keçən bir ədəd odlu silah - güllə yaralanması» xəsarətləri yetirməklə onu qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Tərtər Hərbi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü 13 avqust 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Tərtər Hərbi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdən nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 13 fevral 2021-ci il tarixdə Məhkum həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Tərtər Hərbi Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Tə rtər Hərbi Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Sarıyev Əhməd Mədət oğlu) Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 19 aprel 2021-ci il tarixli ilkin baxış iclasının qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Tərtər Hərbi Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli q ərarından Məhkum və onun müdafiəçisi M.Q.Əliyev kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi M.Q.Əliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum savadsız olması səbəbindən hansı müddətdə apellyasiya şikayəti verməli olduğunu bilməmiş və ona təyin edilmiş cəzanın həddindən artıq ağır olması səbəbindən hökm çıxarıldıqdan sonra həyacanlı olmuş və buna görə də hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxışdır. Qeyd olunanlara əsaslanaraq müdafiəçi kassasiya şikayətlərinin təmin edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üç ün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkum isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəsində hüquqlarını müdafiə etdiyi şəxsə qüvəndiyindən, düşünürdü ki, həmin müdafiəçisi onun barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verəcək. Lakin müdafiəçisi apellyasiya şikayəti vermədiyindən o, həmin şikayəti özü yazaraq vermiş və bu səbəbdən də prosessual müddəti buraxmışdır. Kassasiya şikayətinin müəllifi yuxarıda göstərdiyi səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılması A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxsin hüquqi varisi X7 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə zərər çəkmiş şəxsin hüquqi varisi x7 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prote stinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyy ən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qannvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti ver ilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiy a şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətlərdə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Tərtər Hərbi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmünün surəti 12 iyul 2018-ci il tarixli 1(098)228/2018 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına göndərilmiş və 21 iyul 2018-ci il tarixdə qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 13 avqust 2018-ci il tarixdə qüvvəyə minmiş və eyni tarixli 1484 saylı göstərişlə icraya yönəldilmişdir. Yalnız 13 fevral 2021-ci il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 02 (iki) il 06 (altı) ay 23 (iyirmi üç) gündən sonra Məhkum barəsindəki 12 iyul 2018-ci il tarixli hökmdən apelyasiya şikayəti vermiş və eyni zamanda Tərtər Hərbi Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür, məhkum isə öz müraciətlərində və kassasiya şikayətində əzab çəkdiyi xəstəlikdən cəzaçəkmə müəssisəsinin tibb hissəsində müalicə olunmasını göstərsə də, məhkəmələrə bu halı da təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriyinin Peitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsindən verilərək cinayət işinin materiallarına əlavə edilmiş tibbi arayışdan görünür ki, Məhkum 25 avqust 2018-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasından həmin müəssisəyə qəbul edilərkən ilkin tibbi müayinə zamanı səhhəti ilə bağlı şikayət etməmiş və onun vəziyyəti praktiki sağlam kimi qiymətləndirilmişdir. Məhkum cəza çəkdiyi müddət ərizində də müəssisədə keçiriliən kütləvi tibbi müayinələrə cəlb edilmiş həm in müayinələr nəticəsində onun stasionar qaydada müalicə olunmasını tələb edən patologiya aşkar edilməmiş, hal hazırda da onun səhhəti qənaətbəxşdir. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinə baxan birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 09 mart 2021-ci il tarixdə qəbul etdiyi qərarla həmin vəsatəti təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin qərarı dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkumun vəsatətini n rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Məhkum və onun müdafiəçisi M.Q.Əliyevin kassasiya şikayətlərinin dəlilərini qəbuledilməz sayaraq onların təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb həmin şikayətlərin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi M.Q.Əliyevin, həmin şikayətlərin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Tərtər Hərbi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum CMnin 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli ilkin baxış iclasının qər arı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli ilkin baxış iclasının qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-62/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-62/2021
26.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver