Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-62/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 17 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin (hakim Kamran Muxtarov) 17 yanvar 2023-cü il tarixli, 11(095)-16/2023 nömrəli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissədə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 156.1 və 242-ci maddələri ilə təqsirli bilinib, CM-in 242-ci maddəsi ilə həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən hər ay aylıq pul təminatından 10 (on) faiz məbləğdə dövlət nəfi nə pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 44.2.1-ci maddəsinə əsasən onun CM-in 156.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası müddətinin əvvəli Məhkum qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmış, eləcə də iş üzrə zərərçəkmiş şəxs X6 tərəfindən təqsirləndirilən Məhkum qarşı verilmiş mülki iddia qismən təmin edilsin, mənəvi zərər kimi 5000 (beş min) manat məbləğində pul və 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu təqsirləndirilən şəxs Məhkum tutularaq zərərçəkmiş X3 ödənilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsini n hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz olaraq toplamış, habelə, pornoqrafik materialları yaymışdır. Belə ki, Məhkum Müdafiə Nazirliyinin Şəmkir şəhərinin ərazisində yerləşmiş N nömrəli hərbi hissəsinin (3-cü Ordu Korpusu) qərargah bölüyünün komendant taqımının avtomobil manqasının sürücüsü vəzifəsində əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən təxminən 2016-cı ilin iyun ayından etibarən ərazi baxımından həmin hərbi hissənin daxilində yerləşən N3 nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün yazarı vəzifəsində kiçik çavuş rütbəsində xidmətdə olan qadın hərbi qulluqçu X3 özünü ailə vəziyyəti baxımından subay kimi təqdim edib onunla tanış olmuş, onu ciddi sevgi münasibətlə ri qurmaq istədiyinə inandırmış və aralarında sevgili münasibətləri yaranmış, o, həmin bölüyün taktiki komanda məntəqəsinin sürücüsü vəzifəsində əsgər rütbəsində xidmətdə olarkən təxminən 2016-cı ilin avqust ayının sonlarında gecə saat 04 radələrində Gəncə şəhərində yerləşən xalasıgilin evində olan kiçik çavuş Könül Quliyevanın istifadəsində olmuş Bakcell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib onunla danışmağa başlamış və intim məzmunlu söhbətlər edərək onu ehtiraslandırıb görüntülü şəkildə onun çılpaq halda bədənini və intim yerlərini görmək istədiyini bildirmiş, kiçik çavuş Könül Quliyeva da onun istəyini yerinə yetirib aralarındakı danışığı qeyd olunan mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” tətbiqində görüntülü şəkildə davam etdirmiş və əynindəki g eyim əşyalarını çıxarıb ilk öncə sinə nahiyəsini, daha sonra isə çılpaq halda bütün bədənini və intim yerlərini ona göstərən zaman kiçik çavuş Könül Quliyevanın məlumatı olmadan gizli şəkildə həmin görüntüləri telefonda olan funksiya vasitəsilə 02 (iki) ədəd video şəkilində qeydə alaraq telefonunun yaddaşında saxlamaqla şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkiliş materiallarını toplamış, bir müddət sonra kiçik çavuş Könül Quliyeva onun evli olduğunu bilib münasibətlərinə son qoyduqdan sonra isə onu rüsvay etmək, habelə, kiçik çavuş Könül Quliyeva ilə intim münasibətləri olduğunu nümayiş etdirmək məqsədilə, topladığı qeyd olunan video çəkiliş materiallarını təxminən 2016-cı ilin sonlarından 2021-ci ilin oktyabr ayınadək olan müddətdə “WhatsApp” tətbiqi vasitəsilə istintaq a məlum olmayan şəxslərin mobil telefonlarına göndərməklə şəxsi həyatın sirri olan məlumatları əks etdirən pornoqrafik xarakterli video çəkiliş materiallarını yaymışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əlizamin Abdullayev (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Nural Əliyev) 1-1(104)22/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1-1(095)-016/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2023-cü il tarixli qərarının ləğv edi lməsini, Məhkum barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız, ədalətsiz və qeyriobyektivdir. İşdən isə göründüyü kimi əvvəla, video çəkiliş təxminən 2016-cı ilin ortalarında baş vermiş, lakin həmin videonun kiməsə göndərilməsi, nə vaxt göndərilməsi və kim tərəfindən hansı məqsədlə göndərilməsi nə ibtidai istintaq orqanı tərəfindən, nə birinci instansiya məhkəməsi və nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Kassator hesab edir ki, nə ibtidai istintaq zamanı və nə də məhkəmə araşdırmaları zamanı təqsirləndirilən şəxs (məhku m) Məhkum əməlində şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması sübut edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri isə sözügedən video görüntülərin təqsirləndirilən şəxs Məhkum tərəfindən yayılmasını təsdiq etmir. Nə ibtidai istintaq zamanı və nə də məhkəmə araşdırmaları zamanı təqsirləndirilən şəxs (məhkum) Məhkum əməlində pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət sübut edilməmişdir. Belə ki m əhkəmə istintaqı zamanı dindirilmiş şahidlər göstərmişlər ki, video görüntülərin təqsirləndirilən şəxs Məhkum tərəfindən çəkilməsini, yayılmasını, göndərilməsini yalnız Şəmkir hərbi prokurorluğunda olarkən müstəntiqin deməsindən bilmişlər. Digər tərəfdən, birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş telefon nömrələri sadalanmış, lakin heç bir əsaslandırma olmadan və bu video görüntülərin təqsirləndirilən şəxs Məhkum məxsus hansı nömrədən və kimlərə göndərilməsi aydınlaşdırılmadan məhkəmə belə nəticəyə gəlmişdir ki, sözügedən videogörüntülər təqsirləndirilən şəxs Məhkum tərəfindən yayılmışdır. Sözügedən video görüntülərin isə təqsirləndirilən şəxs Məhkum tərəfindən yayılmasını, hər hansı bir məqsədlə kiməsə göndərilməsini təsdiq edən bir dənə ol sun belə sübut yoxdur. İbtidai istintaq orqanı tərəfindən əldə edilmiş müəyyən məlumatların isə həqiqiliyinə və əldə edilməsi hallarına şübhələr olduğu üçün sübut kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən müdafiəçi hesab edir ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə verilmiş ittihamlar sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilməlidir. İş üzrə zərərçəkən X2 “Dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə əlaqədar kassasiya şikayətində qeyd edilmişdir ki, cinayət işinin materiallarından göründüyü kimi iş üzrə zərərçəkən Könül Quliyevanın şikayəti Azərbaycan Respublikası Həbi Prokuroruna olmuşdur və həmin şikayətdə Könül Quliyeva hərbi hissə komandiri İlqar Abdulxalıqo vun ondan 5000 (beş min) manat istədiyini və onun bu pulu verməyə imkanı olmadığını bildirdikdə isə onun qanunsuz olaraq ordu sıralarından tərxis edilməsindən və həmin hərbi hissənin zabitlərinin ona qarşı olan qeyri-etik münasibətlərindən olmuşdur. Lakin çox təəssüflər olsun ki, Könül Quliyevanın həmin ərizəsi araşdırılması üçün Şəmkir hərbi prokurorluğuna daxil olduqdan sonra, zərərçəkənin şikayəti istintaqı aparan müstəntiq tərəfindən mahiyyətindən yayındırılaraq təqsirləndirilən şəxs Məhkum yönəldilmiş və iş üzrə zərərçəkən Könül Quliyevanın ifadəsi alınarkən onun şikayəti qəsdən Məhkum istiqamətləndirilmişdir. Hərbi hissənin komandirindən və digər zabitlərindən olunan şikayət isə kölgəyə alınaraq sonda heç bir müvafiq araşdırma aparmadan guya onların əməllərində cinayət tərkibinin olm ası sübut edilmədiyindən onlar barəsində cinayət işinin icraatına xitam verilmişdir. Əvvəla həm ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlardan göründüyü kimi sözügedən videogörüntülərin iş üzrə təqsirləndirilən şəxs Məhkum tərəfindən yayılması öz təsdiqini tapmasa da, həm ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, sözügedən video görüntülərdə qeyd edilən intim münasibətlər həqiqətdir, şər-böhtan deyildir. Yəni həmin məlumatların kimin tərəfindən yayılması müəyyən edilməsə də, həmin məlumatların həqiqət olması baxımından hər hansı bir mənəvi zərərin tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin tələblərinə ziddir və rədd edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya ş ikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 156.1 və 242-ci maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, cinayət işi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş dir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N9.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin N9.5- ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları Məhkum pornoqrafik video görüntünün hazırlanması barədə qismən etirafedici ifadəsini, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrini, iş materiallarına əlavə edilmiş pornoqrafik video görüntülərini, həmin görüntülərə baxış protokolunu, eləcə də iş materiallarında olan digər istintaq hərəkəti protokollarını, ekspert rəyi və digər sübutları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və həmin s übutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 156.1 və 242-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, məhkumun onun tərəfindən hazırlanmış pornoqrafik xarakterli videogörüntünün yayılmaması barədə ifadəsi həmin sübutların məcmusu və işin halları ilə uzlaşmır və onlarla təkzib olunur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 156.1 və 242-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələ ri ilə düzgün tövsif etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək Məhkum cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Vətən müharibəsi zamanı gedən döyüşlərdə fəal iştirak etməsi, buna görə də, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, xidməti cəhətdən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən, cinayətin sair alçaq niyyətlərlə törədilməsini təqsirləndiri lən şəxs Məhkum cəzasını ağırlaşdıran hal kimi müəyyən etmiş, ona görə də məhkuma təqsirli bilindiyi CM-in 242-ci maddəsi ilə həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən hər ay aylıq pul təminatından 10 (on) faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum etmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM-in) 44.2.1-ci maddəsinə əsasən onun CM-in 156.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi CM-in 242-ci maddəsi təyin edilmiş cəza onun törətdiyi cinayətlərin ağırlığına, onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun gəlir və həmin cəzanı n həddi düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəza təyin edərkən qanunvericiliyinin normalarına düzgün əməl etmişlər. Bundan əlavə Müdafiəçi kassasiya şikayətinin digər dəlili üzrə zərərçəkmiş şəxs X6 tərəfindən Məhkum qarşı verilmiş mülki iddianın qismən təmin edilərək mənəvi zərər kimi 5000 (beş min) manat məbləğində pul və 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu ondan tutularaq zərərçəkmiş X3 ödənilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. z iyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmçinin, Cinayət Prosessual Məcəlləsinin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət- Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş Könül Quliyeva “Cinayət əməlinin törədilməsi nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş mənəvi zərərin əvəzi olaraq Məhkum 10000 (on min) manat məbləğində pulun və ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mülki iddia ilə bağlı gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 181.2.4-cü maddəsində mənəvi ziyanın ödənilməsi üçün zərərçəkmiş şəxsin cinayət işi üzrə mülki iddianın verilməsi hüququ nəzərdə tutulur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulm ası onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarında göstərilmişdir ki, Məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digə r halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Belə ki, Könül Quliyevа оnun barəsində pоrnоqrаfik videо görüntülərin Teymurаz Qurbаnzаdə tərəfindən yаyılmаsı nəticəsində mənəvi cəhətdən sаrsıntılаr keçirmiş, hərbi qulluqçulаr аrаsındа şəxsiyyəti аlçаlmış, аilə üzvlərinin yаnındа utаnc hissləri yаşаmış və həmin videо görüntülər onun hərbi xidmətdən tərxis edilməsinə səbəb оlmuşdur. Bundаn bаşqа, xəstəlik kаrtаsının surətindən də аydın оlur ki, Könül Quliyevа məhz həmin hаdisədən keçirmiş оlduğu sаrsıntılаrın nəticəsində 15 noyabr 2021-ci il tаrixdən 28 dekabr 2021-ci il tаrixə kimi «Seymur-M Generаl Hоspitаl» dа kəskin nevrоsteniyа diаqnоzu ilə аmbulаtоr müаlicə оlunmuşdur. “Mənəvi zərərin ödənil məsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, in zibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman işin digər halları ilə yanaşı zərərvuran şəxsin əmlak vəziyyəti nəzərə alınmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin Məhkum qarşı verilmiş mülki iddia qismən təmin edilərək, mənəvi zərər kimi 5000 (beş min) manat məbləğində pul təqsirləndirilən şəxs Məhkum tutularaq zərərçəkmiş “X3 ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un 03 noyabr 2008-ci il tarixli Qərarında və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarında məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir və bu səbəbdən qanuni və əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə etməmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya protesti və kassasiya şikayətlərinin bu barədə ki dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhkum haqqındakı 17 aprel 2023-cü il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilm əsin. Məhkum Azərbaycan Respublikası CM-in 156.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-62/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-62/2023
22.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver