Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-62/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun iştirakları ilə, Füzuli Hər bi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarından məhkumun müdafiəçiləri Əbdürrəhmanov Kənan Səfər oğlu və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 1-1(097)-140/2023 nömrəli (hakimlər: Süleymanov Əli Ziya oğlu (sədrlik edən), Ağamirzəyev Fəxrəddin Mansur oğlu və X25 oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 2003-cü il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olun mamış, x rayonunun x kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 2ci tağımının 2-ci manqasının snayperi, əsgər Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 5 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Heydərov Hikmət İl yasxan oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli 11(106)-4/2024 nömrəli (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarından məhkumun müdafiəçiləri Əbdürrəhmanov Kənan Səfər oğlu və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Füzuli Hərbi Məh kəməsinin 31 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün x rayonunun x kəndinin yaxınlığında dəniz səviyyəsindən 2553 metr yüksəklikdə x yaylağı adlanan ərazisində şərti olaraq xxx adlanan döyüş mövqeyində yerləşdirilmiş 2-ci tağımının 2-ci manqasında snayper vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2 dekabr 2022-ci il tarixdə saat 10 radələrində xidmət etdiyi manqanın komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X14 onu həmin manqanın digər əsgərləri X15 və Şahid1 ilə birlikdə, əsgər Məhkum həmin əsgərlərə rəhbər təyin etməklə daş parçalarından döyüş mövqeyinin ərazisində mövqeyin dayaq məntəqəsinin y axınlığında quraşdırılan atəş sektorlarının tikintisinə ayırmışdır. Həmin vaxt əsgər X və əsgər Şahid1 əsgər Məhkum rəhbərliyi altında bir müddət yaxınlıqdakı dərəlik sahədən daş parçalarını daşıyaraq birlikdə atəş sektorlarının qurulması ilə məşğul olduqdan sonra, həmin gün saat 15 radələrində aralarında söhbət zamanı əsgər X hərbi xidmətə gəlməzdən əvvəl idmanla məşğul olduğunu, güləşməyi bacardığını bildirərək əsgər Şahid1 güləşməyi təklif etmiş, əsgər Şahid1 də etiraz etməmiş və onlar güləşmişlər. Bu zaman əsgər X əsgər Şahid1 yerə yıxsa da, özünün burun nahiyəsi yerdə olan daş parçasına dəyərək burnunun üzərində sıyrıq xəsarəti yaranmışdır. Növbəti gün, 3 dekabr 2022-ci il tarixdə saat 13 radələrində manqa komandiri, əsgər X əsgər X-in burnundakı həmin xəsarəti aşkar edərək bu barədə soruşduqda, əsgər X həmin xəsarəti bir gün əvvəl əsgər Şahid1lə güləşərkən ehtiyatsızlıqdan aldığını bildirmişdir. Həmin vaxt əsgər X əsgər Məhkum döyüş növbəsində olduğu üçün, əsgər X-i və əsgər Şahid1 döyüş mövqeyinin dayaq məntəqəsində olan digər əsgərlər: Şahid3, X5, X11, X22, X32 və Şahid2 ilə birlikdə göstəriş verərək əsgər Məhkum döyüş növbətçiliyi apardığı 1 №-li atəş sektorunun qarşısında düzmüş və əsgər Məhkum da sıraya qoyaraq, əsgər X-in əsgər Şahid1lə güləşərək xəsarət almasına görə əsgər X və əsgər Şahid1, həmçinin onlara lazımi qaydada nəzarət etmədiyi üçün əsgər Məhkum irad tutaraq, hər üç əsgəri sırada nalayiq sözlərlə təhqir edərək sillə zərbələri ilə iki dəfə əsgər X-in, bir dəfə əsgər Şahid1, bir dəfə isə əsgər Məhkum sifət nahiyələrindən vurmuşdur. Həmin vaxt sıra da ğılandan sonra əsgər X əsgər Məhkum yaxınlaşıb onun günahı ucbatından manqa komandiri, əsgər X tərəfindən irad tutularaq sillə zərbəsi vurulduğu üçün Məhkum üzrxahlıq etmiş, lakin əsgər Məhkum əsgər X-ə əsəbi halda onun günahı ucbatından əsgər X-in ona qarşı nalayiq ifadə işlədərək onu sillə ilə vurduğunu irad tutaraq onu bağışlamadığını, əsgər X ondan növbəni təhvil aldıqdan sonra buna aydınlıq gətirəcəyini demişdir. Bundan təxminən bir saat sonra, 3 dekabr 2022-ci il tarixdə saat 14:00-da əsgər X əsgər Məhkum döyüş növbətçiliyi apardığı 1 №-li atəş sektorunda növbətçiliyi təhvil alaraq döyüş növbətçiliyini aparmağa başlamışdır. Həmin gün saat 16 radələrində əsgər Məhkum özünə təhkim edilmiş xidməti snayper silahını götürüb guya əsgər X-dən döyüş növbətçiliyini təhvil alacağı görüntüsünü yaradaraq əsgər X-lə aralarında olan söhbəti aydınlaşdırmaq məqsədilə X-in xidmət apardığı atəş sektoruna doğru getmişdir. Bu zaman əsgər X uzaqdan əsgər Məhkum üzərində silah ona doğru gəldiyini görüb Məhkum onu cəzalandırmaq məqsədilə həmin atəş sektoruna gəldiyini başa düşdüyü üçün, Məhkum onun yanına çatmağa təxminən 7-8 metr məsafə qalmış xidməti istifadəsi üçün ona verilmiş AKM markalı 5,45 mm çaplı ********* №-li avtomat silahın qorucuyucusunu açaraq silahın çaxmaq çərçivəsini arxaya çəkib buraxaraq daraqda olan patronlardan birini silahın patron yuvasına yeritmiş, qoruyucunu bağlayaraq darağı silahın üzərindən çıxarıb əynindəki hücum gödəkçəsinin cibinə qoymuş, silahı isə döyüşə hazır vəziyyətdə özünün yanında atəş sektorunun divarına söykəmişdir. Həmin vaxt əsgər Məhkum əsgər X-in atəş sektorunda özünə təhkim edilmiş silahın çaxmaq çərçivəsini çəkib buraxma səsindən onun silahı döyüşə hazır vəziyyətə gətirdiyini, silahın patron yuvasına patron yeritdiyini başa düşmüşdür. Lakin, həmin vaxt əsgər Məhkum əsgər X-ə yaxınlaşıb ondan üzərindəki hücum və zirehli gödəkçələrini çıxardıb kənara qoymağı, 1 №-li atəş sektorundan aralıda yerləşən boş atəş sektoruna gedib söhbətə aydınlıq gətirməyi təklif etsə də, əsgər X etiraz edərək həmin yerə getməkdən imtina etmişdir. Bu zaman əsgər Məhkum əsgər X-ə yaxınlaşıb onun başından dəbilqəsini və üzərindəki hücum gödəkçəsini çıxarıb yerə atmış, zirehli gödəkçəsini çıxartmağını tələb etmişdir. Əsgər X ondan həmin yerə getmək istəmədiyini desə də onun təkidi ilə əynindəki zirehli gödəkçəni çıxarıb yerə qoymuş, əsgər Məhkum özü də baş ındakı dəbilqəni və xidməti silahı orada atəş sektorunun girəcəyində sektorun divarına söykəmişdir. Bu zaman əsgər X ona həmin yerə getmək istəmədiyini bildirib nalayiq sözlə oradan getməsini tələb edərək özünə təhkim edilmiş AKM markalı 5,45 mm çaplı ********* №-li avtomat silahı qoruyucusunu açaraq əsgər Məhkum üzərinə doğru tutub oradan getməsə silahdan atəş açıb onu vuracağını demişdir. Əsgər Məhkum silahın patron yuvasında patron olduğunu bildiyi üçün, cəld sağ əli ilə silahın lülə hissəsindən tutub dartaraq silahı X-in əlindən aldıqdan sonra silahın lüləsini X-in özünə doğru tuşlayaraq sağ əlinin ikinci barmağını silahın tətiyinə qoymuş və nalayiq sözlə silahla onu vurub öldürə biləcəyini bildirmişdir. Həmin vaxt əsgər Məhkum əsgər X-lə üzbəüz vəziyyətdə, Məhkum sağ çiynindən X-in so l çiyninə 120 sm, sol çiynindən sağ çiyninə isə 80 sm məsafədə, silahın lüləsi nisbətən aşağıdan yuxarıya yerdən 146 sm məsafədə X-ə doğru olmaqla, X sol əli ilə silahın lüləsinin uc hissəsindən, sağ əli ilə isə silahın lülə qapağından tutub silahı Məhkum almaq istədikdə, əsgər Məhkum əsgər X-in günahı ucbatından manqa komandiri əsgər X-in onun ünvanına nalayiq ifadələr işlədərək sillə ilə onu vurmasına, həmçinin, X-in onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə X-dən qisas alıb onu qəsdən öldürmək məqsədilə silahın tətiyini qəsdən çəkib silahdan bir dəfə atəş açaraq, X-ə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid İİ və İİİ daraq sümüklərinin sınıqları ilə müşayiət olunan sol əl pəncəsinin dəlib keçən odlu silah güllə yaralanması və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş beynin əzilib dağılması, kəllə tağı və əsası sümüklərinin sınıqları ilə nəticələnmiş kəllə boşluğunun dəlib keçən odlu silah güllə yaralanması ilə müşayiət olunan xəsarətlər yetirib əsgər X-i qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Əbdürrəhmanov Kənan Səfər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında Məhkum zərərçəkmiş şəxsi qəsdən öldürməsi ilə bağlı heç bir mötəbər sübut yoxdur. İstər ibtidai istintaq orqanı, istərsə də işə baxan məhkəmələr tərəfindən işin həqiqi halları araşdırılmamışdır. Belə ki, Məhkum döyüş növbəsinə gedərkən onun üzərində ona təhkim edilmiş silah (snayper tüfəngi) olmuşdur. Əgər zərərçəkmiş şəxsi öldürmək niyyəti var idisə niyə öz silahından atəş açmamışdır? Bundan əlavə Məhkum zərərçəkmiş şəxs mərhum X-in öz silahını döyüşə hazır vəziyyətə gətirdiyindən məlumatı olmamış, mərhumun silahın çaxmağını çəkməsini nə görmüş, nə də eşitmişdir. İş materiallarından görünür ki, Məhkum özünə məxsus silahı kənara qoymuş və zərərçəkmiş şəxsə kənara çəkilərək söhbət etməyi təklif etmiş, lakin zərərçəkmiş şəxs öz silahını Məhkum tuşladığından silahı onun əlindən almış, daha sonra zərərçəkmiş şəxs silahı geri almaq istəyərkən silahdan atəş açılmışdır. Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyətində olmamış və ona atəş açmamışdır. Əlavə olaraq bildirmək istəyirəm ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə məxsus avtomat silahın üzərində daraq olmamışdır. O dur ki, Şirvan Apellyasiya Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilərək cinayət işinin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Qərar ləğv olunaraq şəxsin əməlinə düzgün hüquqi qiymət verilməli, cinayət əməli CM-in 120.1-ci maddəsindən 124.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, hadisə zamanı qəsdən hərəkət etməmiş, ümumiyyətlə, onun niyyəti zərərçəkmiş X-i öldürmək olmamışdır. Aralarında yaranan mübahisə zamanı ehtiyatsızlıqdan atəş aç ılması nəticəsində zərərçəkmiş ölmüşdür. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ölümünü arzu etməmişdir. Mübahisə zamanı əllərində olan silahı zərərçəkmiş şəxsdən uzaqlaşdırmağa çalışarkən cinayət hadisəsi baş vermişdir. Habelə, işin hallarından da aydın olduğu kimi, təqsirləndirilən şəxs aralarında olan mübahisəni həll etmək istəmişdir, buna görə də Məhkum X-ə üzərində olan silahı yerə qoyub boş atəş zonasına keçməyi, məsələni sakit şəkildə həll etməyi təklif etmişdir. Bu hal məhkəmə qərarında öz əksini tapmışdır. Əgər təqsirləndirilən şəxsin niyyəti zərərçəkmişi öldürmək olsaydı, hadisə zamanı onun üzərindəki silahdan istifadə etmək imkanı olmuşdur və dərhal bunu həyata keçirə bilərdi. Habelə, zərərçəkmiş şəxs özü təqsirləndirilən şəxsi öldürmək niyyətində olduğu üçün üzərində olan s ilahı hazır vəziyyətə gətirmişdir. Eyni zamanda, Məhkum ona kənarda mübahisəni həll etməyi təklif edəndə, getməkdən imtina etmişdir. Təqsirləndirilən şəxsin məsuliyyəti baş vermiş hərəkətə deyil, ehtiyatsızlıq nəticəsində baş vermiş nəticəyə münasibətdə yaranır. Görünən odur ki, şəxsin iradəsi zərərçəkən şəxsi öldürmək, onu həyatdan mərhum etmək olmamışdır. Təqsirləndirlən şəxsin birbaşa imkanlarından istifadə etməməsi işin mübahisəsiz hallarından biridir. Lakin məhkəmə hökmlərində işin halları yalnız zərərçəkən şəxsin həyatdan məhrum edilməsinə, yəni baş vermiş hadisənin nəticəsinə dair hüquqi qiymət verilmişdir. Faktiki olaraq məhkəmələr hökm çıxardarkən maddi və prosessual pozuntulara yol vermişdirlər. Lakin məhkəmə işin bütün hallarını, ekspert rəylərini, hadisənin baş vermə mexanizmas ını, təqsirləndirilən və zərərçəkmiş şəxsin münasibətlərini, təqsirləndirilən şəxsin niyyətini və onun subyektiv cəhətdən təqsirinin harda ifadə olunmasını araşdırmamışdır. Qeyd edilən hadisənin törədilməsinin mexanizmi sübutların çəkişmə prinsipi ilə qəbul edilməli olduğu halda təkzibolunmaz arqumentlərin təhlili aparılmamışdır. Qeyd olunanlara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilməsini və Məhkum əməli CM-in 120.1-ci maddəsindən CM-in 124.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətində olmadığını, məh kumun silahının tam dolu olduğunu, lakin hadisənin digər silahla törədildiyini, silahın tətiyinə kimin toxunduğunun sübuta yetirilmədiyini, atəşin istiqamətinə nəzər salan zaman da məhkumun niyyətinin qarşı tərəfə zərər vermək olmadığının aşkar göründüyünü bildirib, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, silahı zərərçəkmiş şəxsdən almadığını, hadisənin silahın hər iki tərəfin arasında olan zaman açıldığını, tətiyin onun tərəfindən çəkilmədiyini bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhl il şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlən dirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərini n mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğ un gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti tör ədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə g örə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifay ət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva ol unan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçisinin isə kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qə sdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid qis mində dindirilmiş şəxslərin ifadələri, istintaq eksperimentinin keçirilməsi haqqında 5 dekabr 2022-ci il tarixli protokolu, məhkəmə-tibbi ekspertizasının 4 dekabr 2022-ci il tarixli 27 nömrəli rəyi, məhkəmə-ballistik, daktiloskopik, fiziki-kimyəvi və trasoloji ekspertizasının 3 fevral 2023-cü il tarixli 3/19; 3/20; 3/21; 3/22 nömrəli rəyi, məhkəməbioloji ekspertizasının 8 fevral 2023-cü il tarixli 03-mtb nömrəli rəyi, məhkəmə-psixoloji ekspertizasının 1 mart 2023-cü il tarixli 11/72 nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 fevral 2023-cü il tarixli 443 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsiri nin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Belə ki, müdafiə tərəfinin kassasiya şikayətlərinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum təqsirli bilindiyi adam öldürmə, yəni digər şəxsi həyatdan məhrum etmə cinayətini ehtiyatsızlıqdan törətdiyi, zərərçəkmişi öldürmək niyyətinin olmadığı, əsassız və qanunsuz olaraq CM-in 120.1-ci maddəsi ilə məhkum edilməsi barədə iddialar məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və iş üzrə yeni faktiki ha llardan çıxış etmək üzərində qurulmuşdur. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyas ı məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya müraciətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassa siya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyət etibarı ilə bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayətləri təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayətprosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər ha nsı bir pozuntu aşkar etməmiş, məhkuma isnad edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən əməlin tövsif edilməsinə dair əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətlərində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, birinc i və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətlərinin yuxarıda qeyd edilən dəlillərinə münasibətdə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, c inayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 4 dekabr 2022-ci il tarixli 27 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədənində olan xəsarətlər:
1. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid İİ və İİİ daraq sümüklərinin sınıqları ilə müşayiət olunan sol əl pəncəsinin dəlib keçən odlu silah güllə yaralanması – atəşin əlavə faktorlarının təsir etdiyi məsafənin birinci zonasından (dirənmiş vəziyyətdən 5 sm-dək məsafə hüdudunda) açılmış atəş nəticəsində mərminin (güllənin) təsirindən törənməyə xarakterik olmaqla giriş dəliyi sol əl pəncəsinin ovuc, çıxış dəliyi isə arxa nahiyələrində yerləşməklə 3 dekabr 2022-ci il tarixdə, o cümlədən istintaq eksperimentində göstərilən şəraitdə yetirilməsi inkar olun mur.
2. Həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid baş beynin əzilib dağılması, kəllə tağı və əsası sümüklərinin sınıqları ilə nəticələnmiş kəllə boşluğunun dəlib keçən odlu silah güllə yaralanması – patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən, istiqaməti öndən arxaya, aşağıdan yuxarıya, cüzi soldan sağa olmaqla, giriş dəliyi çənəaltı, çıxış dəliyi isə ənsə nahiyələrində yerləşməklə 3 dekabr 2022-ci il tarixdə, o cümlədən istintaq eksperimentində göstərilən şəraitdə yetirilməsi inkar olunmur.
3. Sağ əlin V barmağının arxa səthinin, burun belinin, sağ baldırın ön səthinin sıyrıqları – bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. X1 ölümünə bilavasitə səbəb kəllə boşluğunun odlu silah güllə yaralanması nəticəsində kəllə tağı və kəllə əsası sümüklərinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan beyin toxumasının əzilib-dağılması olmuşdur. İstintaq eksperimentinin keçirilməsi haqqında 5 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarında müəyyən edilmiş məsafə və istiqamətə, istintaq eksperimenti zamanı müəyyən edilmiş hallarda atəş açan şəxs Məhkum ayaqüstü vəziyyətdə, avtomat silahın qundağının qarının sağ yan səthinə dirəyərək, sağ əli ilə dəstək tərəfdən sağ əlin işarə barmağı tətikdə, sol əlini isə ön hissədə yerləşən tapança dəstəyindən tutmaqla üzü zərərçəkənə doğru AKM markalı avtomat silahı tuşlamaqla, zərərçəkənin ayaqüstü vəziyy ətdə onun qarşısında olmaqla, nisbətən aşağıdan yuxarı doğru istiqamətdə avtomat silahın lülə ağızlığı zərərçəkənin sol əlinin ovuc səthindəki giriş zədəsinə dirənmiş vəziyyətdə, lülə hissəsindən yerə qədər olan məsafə 146 sm, qundağın alt hissəsi ilə yer arasında məsafə 96 sm olmaqla, açdığı bir atəş nəticəsində X-in bədəni üzərindəki giriş-çıxış xəsarətlərini yaratması, o cümlədən, Məhkum həmin atəş sektoruna doğru irəliləyərkən 8 metr məsafədən silahın döyüşə hazır vəziyyətə gətirilməsini təsdiqləyən silahın çaxmaq çərçivəsinin çəkilib buraxılmasının səsinin eşidilməsi mümkün hesab edilmişdir. O cümlədən, məhkəmə-ballistik, daktiloskopik, fiziki-kimyəvi və trasoloji ekspertizasının 3 fevral 2023-cü il tarixli 3/19; 3/20; 3/21; 3/22 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 5,45 mm kalibrli “AK74M” markalı ********* nömrəli yivli odlu avtomatik silahdır, saz vəziyyətdədir, tətiyini çəkmədən öz-özünə atəş açılmır, silahın tətiyinin döyüş bölməsindən çıxması üçün 2,6-2,8 kq qüvvə tələb olunur, silahdan atılmış patronun gilizi sürgü pəncərəsindən 8-10 metr məsafəyə sağa, yuxarı, önə doğru atılır. Təqdim edilmiş 116 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik avtomat silahlarda, o cümlədən, “AK-74M” markalı avtomat silahda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, pistonları üzərində odlu silahın vurucusunun izi yoxdur, döyüş sursatıdırlar, iki ədədi xüsusi təyinatlı “izburaxan” gülləli patronlardır, təyinatı üzrə atəşə yararlıdırla r. Təqdim edilmiş 3 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik avtomat silahlarda, o cümlədən, “AK-74M” markalı avtomat silahda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilməyən təlim-məşq təyinatlı patronlardır, təyinatı üzrə atəşə yararlıdırlar. Təqdim edilmiş 4 ədəd sandıqça avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik sandıqçalardır, təyinatı üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik avtomat silahlarda, o cümlədən, “AK-74M” markalı avtomat silahda istifadə edilmək üçün nəzər də tutulmuş patronun atəş prosesində ayrılmış hissəsidir – gilizidir. Həmin giliz “AK-74M” markalı ********* nömrəli avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş 1 ədəd yun papağın üzərində formasına, ölçüsünə, morfoloji quruluşuna, zədənin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin zədələr çıxış zədəsi olmaqla, odlu silahdan açılmış bir atəş nəticəsində, güllənin təsirindən yetirilməyə xarakterikdir. Həmin zədə təqdim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində istintaq eksperimentində göstərilən şəraitdə də yetirilə bilər. Tədqiqata təqdim edilmiş meyitə baxış zamanı götürülmüş və hadisə vaxtı X-in əynində olmuş 1 ədəd buşlat, bir ədəd sviter, 2 ədəd uzunqol alt köynəyi, 1 ədəd belində kəməri olan hərbi ş alvar, Məhkum çantasından götürülmüş və hadisə vaxtı üzərində olmuş buşlat, Məhkum üzərindən götürülmüş 1 ədəd kitel, 1 ədəd boyunluq, 1 ədəd sviter, 1 ədəd belində kəməri olan hərbi şalvarın səthindən, X-in meyitinin sol əlindəki yara nahiyəsindən, Məhkum sağ və sol əlindən silinərək götürülmüş tampon nümunələrindən, meyitin sol əlindən götürülmüş dırnaq nümunələrindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Həmin hissəciklər bir-birilə, o cümlədən, tədqiqata təqdim edilmiş avtomat silahın lülə kanalının daxili divarından aşkar edilmiş hissəciklərlə kimyəvi tərkibinə görə eynilik təşkil edir. Məhkəmə-psixoloji ekspertizasının 1 mart 2023-cü il tarixli 11/72 nömrəli rəyindən görünür ki, Məhkum fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmur, hadisə zamanı keçirmiş olduğu emosional halına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, həmin hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur, onun özünü böyük əsgər kimi gördüyü halda X-ə görə ona başqalarının yanında söz gəlməsi və şillə vurulması, hadisə zamanı X-in onunla söhbət etməyə getmək istəməməsi, döyüşə hazır vəziyyətə gətirdiyi silahını ona tuşlaması və nalayiq ifadə işlədərək öldürəcəyini deməsi onun emosional halında dəyişiklik yaratmış və o, hadisə zamanı emosional gərginlik halını keçirmişdir. Məhkum cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə çıxışlarında Məhkum Cinayət Məcəlləsinin 1 20.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində hadisə zamanı zərərçəkmiş şəxsi öldürmək məqsədi olmadığı və atəşin necə açılmasını başa düşməməsini bildirsə də, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs silahın lülə hissəsindən tutub dartan zaman o, tətiyə basıb bir dəfə atəş açmışdır. Göründüyü kimi həm təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə sərbəst formada verdiyi ifadə zamanı, həm də hadisə yerinə baxış zamanı özünün atəş açdığını bildirərək hadisəni ətraflı təsvir etmişdir. Cinayət işinin materiallarını, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini kassasiya şikayətlərinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum X9 ünvanına nalayiq ifadələr işlətdiyinə görə qisas alıb qəsdən öldürmək üçün silahın tətiyini qəsdən çəkib silahdan bir dəfə atəş açmasının təsdiq olunması barədə aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən, kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum X9 qəsdən həyatdan məhrum etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Bununla belə cəza məsələsi müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə h əll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyə tinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə hökmünə əsasən müəyyən olunur ki, cəza təyini zamanı Məhkum zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Lakin yuxarıda göstərilənlərdən əlavə cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar da nəzərdə tutulur (CM, maddə 59.2). Belə ki, cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 oğlunun atasıdır. Kassasiy a məhkəmə araşdırması zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Goranboy rayonu İcra Hakimiyyəti başçısının Qarqucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli 81 nömrəli arayışdan müəyyən olunur ki, X33 həqiqətən Goranboy rayonunun Qarqucaq kəndində qeydiyyatda olmaqla yaşayır. Birinci Qarabağ müharibəsi şəhidləri şəhid milli qəhrəman X34 və şəhid X40 onun qardaşlarıdır. O cümlədən, Azərbaycan Respublikası Goranboy rayonu İcra Hakimiyyəti başçısının Qarqucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli 82 nömrəli arayışdan X23 övladları X16 Hərbi Hava Qüvvələrinin zabiti, Vətən müharibəsinin iştirakçısı, digər oğlu X12 Ali təhsilli və hərbiçi olması müəyyən olunur. Həmçinin, cinayət işinin materiallarından müəyyən olunmuşdur ki, Məhkum əmisi X34 (şəhid) Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli Fərmanı ilə “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir. İş materiallarından görünür ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün halların, o cümlədən cəzasını yüngülləşdirən halların olmasının nəzərə alındığı qeyd edilsə də, əslində Məhkum əmilərinin Birinci Qarabağ müharibəsi şəhidləri olmasının, bir əmisinin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə medalla təltif edilməsinin, qardaşlarının hərbiçi olmasının CM-in 59.2-ci maddəsində göstərilmiş, şəxs barəsində daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar kimi nəzərə alınmalı olduğu nəzə rə almamış, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri faktiki müəyyən edilməmiş və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olmayan cəza təyin edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, apellyasiya məhkəməsi Məhkum ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə aldığını qeyd edərək, həmin halları məhkuma cəza təyini zamanı nəzərə almasını öz qərarında formal surətdə göstərmiş lakin həmin halları nəzərə alınmasına dair ümumiyyətlə heç bir əsaslandırma aparmamışdır. Yəni məhkəmələr nə üçün məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır həddə cəza təyin etməklə cəzanın məqsədinə nail olunacağını əsaslandıra bilməmiş, bununla da CM-in 58.1-ci maddəsinin (törədilmiş cinayət ə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir) tələblərinə əməl etməmişlər. Cinayət qanunvericiliyin (CM-in 58.1-ci maddə) imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında az ciddi cəza həddi olduğu halda, niyə məhz daha ciddi cəza həddini tətbiq etməli olmasını əsaslandırmalıdır. Lakin müəyyən olunur ki (həmçinin bir çox digər qərarlara əsasən), cəza təyini zamanı formalaşmış səhv məhkəmə təcrübəsi nəticəsində məhkəmələr yalnız yüngül cəza növü və ya həddində cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandırmağa çalışırlar. Bunun əksinə olaraq əksər hallarda cinayətə görə nəzərdə tutulmuş cəzalardan dah a ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırılma aparılmır. Halbuki Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 58.1-ci maddəsi məhz belə əsaslandırma aparılmasını özündə ehtiva edir. Məhkəmələr tərəfindən Məhkum təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı cəza təyin etmə ilə bağlı hissədə dəyişdirilməli, Məhkum maddənin sanksiyası çərçivəsində 9 il 6 ay müddətdən çox olmayaraq azadlıqdan məhrum etmə cəzasın ın təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Əbdürrəhman ov Kənan Səfər oğlu və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən qal