Məhkəmə qərarları › İş №1-1(102)-62/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-62/2025

02.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-62/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlu oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə2, maraqlarına toxunan şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə1 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1-1(103)-3/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi, zərərçəkmiş şəxsin nümayəndəsi və maraqlarına toxunan şəxsin vəkili tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı Hərbi Məhkəməsinin (X2 (sədrlik edən), X12 və X6 ibarət tərkibdə) 2024-cü il 23 avqust tarixli, 1(093)-849/2023 nömrəli hökmü ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbə si, 1 -ci yaşayış massivi, Göyüş Qarayev küçəsi, ev 3, mənzil 38 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum hazırkı iş üzrə 08 avqust 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 10 (on) ay 25 gün müddət, bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılması və Məhkum üzərində qəti olaraq 9 (doqquz) il 1 (bir) ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 08 avqust 2023-cü il tarixdən hesablanması, aşağıd a göstərilən əmlaklar: Şərq-F” MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kvadrat metr sahədən ibarət olan 299 saylı mənzil, - ünvan 2 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş "Khan” adlı qeyri-yaşayış obyekti, -**-OY-*** nömrə nişanlı, "BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı, boz metalik rəngli, mühərrik nömrəsi 20141064, ban nömrəsi WBSKT610900C88310 olan nəqliyyat vasitəsi, -**-CU-*** nömrə nişanlı, "X30” markalı 2018-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi 1FATP8UH1J5155609 olan nəqliyyat vasitəsinin müsadiə edilməsi, müsadirə edilmiş əmlak hesabına cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi, iş üzrə zərərçəkmiş şəxslər -Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqlarının izah edilməsi hökm edilmişdir. Həmin hökmdən maraqlı şəxslər Şahid3, Şahid1, Şahid4 və Şahid2 nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə2, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X17 və X4 ibarət tərkibdə) 2025-ci il 19 mart tarixli, 1-1(103)-3/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Vəkil1 və maraqlı şəxs Şahid2 nümayəndəsi Nümayəndə1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şika yətləri təmin edilməmiş, maraqlı şəxslər Şahid3, Şahid1, Şahid4 nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə2 tərəfindən ayrı- ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 23 avqust 2024- cü il tarixli, 1(093)849/2023 nömrəli hökmü maraqlı şəxslər Şahid3, Şahid1, Şahid4 nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə2 tərəfindən verimiş mülki iddia təmin edilmiş, Məhkum törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 175.000 ABŞ dollar ı (ödəniş gününə Azərbayan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla) məbləğində vurulmuş maddi ziyan, 500 manat məbləğində hüquqi yardım üzrə vəkil xərcləri, 588 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs4 ödənilməsi, **-QY-*** (hazırki nömrəsi **-XS-***) nömrə nişanlı, "BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı, boz metalik rəngli, mühərrik nömrəsi 20141064, ban nömrəsi WBSKT610900C88310 olan nəqliyyat vasitəsi, Şahid4 mülkiyyətində olan **-CU-*** nömrə nişanlı, "X30” markalı 2018ci il buraxılışlı, qara rəngli, ban nömrəsi 1FATP8UH1J5155609 olan avtomobil, ünvan 2 ünvanında yerləşən 0,0İ5 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “Khan” adlı qeyri-yaşayış obyekti müsadirə edilmiş əmlaklar siyahı sından xaric edilməsi və həmin əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkumun müdafiəçisi Müdafiəçi3 həmin qərardan kassasiya şikayəti vermiş, lakin Məhkum həmin kassasiya şikayətini geri götürdüyündən, məhkəmənin qərarı ilə məhkumun müdafiəçisinin kassasiya şikayəti geri qaytarılmışdır. İŞİN HALLARİ Hökmə əsasən, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək özünü nüfuzlu bir hərrac şirkətinin rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Məhkum Zərərçəkmiş şəxs2 2021-ci ilin oktyabr ayının ortasında "Azərbaycan İqtisad Universiteti”ndə 12.500 manat, 2021-ci ilin noyabr ayında ünvan 3 ünvanının yanında 27.000 manat, 28 dekabr ci il tarixdən 18 iyul 2022-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun Qəza xilasetmə və mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi vəzifəsində, gizir qismində həqiqi hərbi xidmətdə olduğu müddət ərzində 2021-ci ilin dekabr ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Khan” adlı pubda 50.000 manat, 2022-ci ilin fevral ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Xəlifə” restoranının yanında 22.500 manat, ümumilikdə 112.0 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda, 112.0 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum 28 dekabr 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun Qəza xilasetmə və mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi vəzifəsində, gizir qismində həqiqi hərbi xi dmətdə olduğu müddət ərzində təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək özünü nüfuzlu bir hərrac şirkətinin rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Məhkum Zərərçəkmiş şəxs4 2022-ci ilin aprel ayında Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Khan” adlı pubda həmin dövrün məzənnəsi ilə 297.500 manat təşkil edən 175.000 ABŞ dolları pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 külli miqdarda, 297.500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum 28 dekabr 2021-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun Qəza xilasetmə və mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi vəzifəsində, gizir qismində həqiqi hərbi xidmətdə olduğu müddət ərzində təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğu rlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın qohumu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək özünü nüfuzlu bir hərrac şirkətinin rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Məhkum Zərərçəkmiş şəxs1 2022-ci ilin aprel ayının ortalarında ünvan 4 ünvanında 271.000 manat, 2022-ci ilin may ayının ortalarında yenə də həmin ünvanda 437.0 manat, ümumilikdə 708.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Z ərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda, 708.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum 28 dekabr 2021-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun Qəza xilasetmə və mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi vəzifəsində, gizir qismində həqiqi hərbi xidmətdə olduğu müddət ərzində təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özünü nüfuzlu bir hərrac şirkətini n rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Məhkum Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayının sonunda Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Khan” adlı pubda 207.000 manat, 2022-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər” yaşayış kompleksində 10.000 manat, ümumilikdə 217.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda, 217.000 man at məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum 28 dekabr 2021-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun Qəza xilasetmə və mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi vəzifəsində, gizir qismində həqiqi hərbi xidmətdə olduğu müddət ərzində təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaxın tanışı X9 etibarından sui-istifadə edərək onun övladı Şahid5 hüquq-mühafizə orqanlarının birinə işə düzəlməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə aldatmış, bu adla Məhkum Abdulla İbadovun digər övladı Zərərçəkmiş şəxs5 2022-ci ilin iyul ayının əvəllərində Bakı şəhəri, Yasamal rayonu, Moskva prosp ekti 77 ünvanında yerləşən “Alov” zavodunun qarşısında 20.000 manat pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 xeyli miqdarda, 20.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN NÜMAYƏNDƏSİNİN, MARAQLARİNA TOXUNAN ŞƏXSİN NÜMAYƏNDƏSİNİN VƏ MƏHKUMUN MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından və məhkəmələrin müəyyən etdikləri nəticədən göründüyü kimi, Məhkum törətdiyi 5 epizodlu dələduzluq cinayəti nəticəsində zərərçəkmişlərə dəymiş ziyanın ümumi məbləği (112.000 + 297.500 = 708.000 + 217.000 + 20.000) 1.354.500 (bir milyon üç yüz əlli dörd min beş yüz) manat təşkil etmiş və vurulmuş ziyanlar ödənilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi qanuni və haqlı olaraq, CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əmlakın zərər çəkmişlərə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyini və ziyanın ümumi həcmini nəzərə alıb təqsirləndirilən Məhkum məxsus **-OY-*** dövlət qeydiyyat nişanlı, “BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı və **CU-*** dövlət qeydiyyat nişanlı, “X30” markalı 2018-ci il buraxılışlı nəqliyyat vasitələrinə CM-nin 99-2-ci maddəsinin tələblərini rəhbər tutub (təqsirləndirilən şəxsə məxsus digər əmlak kimi) müsadirə tətbiq etmişdir. Apellyasiya məhkəməsi isə həmin nəqliyyat vasitələri barədə qənaətini onların CMnin 99-1 -ci maddəsində nəzərdə tutulmuş əmlaklara (cinayət yolu ilə əldə edilmiş) aid olmaması ilə əsaslan dırmağa çalışsa da, CM-nin 99-2-ci maddəsində nəzərdə tutulmuş normanın (əmlakın dəyərinə görə müsadirə) şərtlərini diqqətdən kənarda qoyaraq bu barədə qanunsuz və əsassız mövqe nümayiş etdirmişdir. Digər tərəfdən, məhkəmə **-OY-*** dövlət qeydiyyat nişanlı, "BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı nəqliyyat vasitəsinin cinayət yolu ilə əldə edilmədiyini qərarda konkret sübutlara istinad etməklə əsaslandıra da bilməmiş, mövqeyini ümumi sözlərlə ifadə etsə, qərarda və iş materiallarında bu nəqliyyat vasitəsinin Məhkum mülkiyyətinə keçməsi vaxtını (cinayətlərin törədildiyi vaxt və ya daha əvvəl) təsdiq edən hər hansı mötəbər dəlil də mövcud olmamışdır. İşdən görünür ki, müsadirədən azad edilmiş əmlaklardan - ünvan 6 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi təqsirləndirilən Məhkum ata sı Mehdixan Həsənovun mülkiyyətində olmuş, onun alqı-satqı müqaviləsi Mehdixan Həsənovla bağlanmış, bu torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X7 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış, torpaq sahəsinin üzərindəki ‘‘Khan” adlı qeyri-yaşayış obyektinin isə xüsusi mülkiyyət obyekti kimi dövlət qeydiyyatına dair sənəd olmamışdır. Baxmayaraq ki, bu torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə təqsirləndirilən şəxsin atasının adına qeydiyyata alınmışdır, cinayət işinin 1-ci cildinin 123,157,197-201-ci vərəqələrində olan sənədlərdən görünür ki, hazırki cinayət əməllərinin törədilməsindən sonra “Khan” adlı qeyri-yaşayış obyekti və yerləşdiyi torpaq sahəsi 2022-ci ilin ortalarında bina.az saytında və birjalarda 450.000 manata təcili satışa çıxarılmış, xx.xx.2022-ci il tarixdə (Məhkum “Şərq-F" MTK -dakı 299 saylı mənzilini özgəninkiləşdirməyə dair ərizə verməsi ilə eyni gündə) M.Xəlilov həmin əmlakı qəfildən satmaq niyyətində olması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ərizə ilə müraciət etmiş, 450.000 manata qiymətləndirilmiş bu əmlakların sonradan Şahid1 20.000 manata satılması ilə bağlı sənədləşmə aparılmışdır. Göründüyü kimi, daşınmaz əmlakla bağlı hissədə də kifayət qədər təzadlı və onların cinayətlə bağlılığına əsaslı şübhələr yaradan məqamlar olmasına baxmayaraq, apellyasiya məhkəməsi bu halları hərtərəfli araşdırmadan, yalnız onun cinayət törətmiş şəxsə məxsus olmamasını əsas götürüb yanlış qənaətə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1-1(103)- 3/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, alğı-satqı yalnız torpaq sahəsini əhatə etmişdir. Bundan əlavə, əgər həmin əmlak Məhkum tərəfindən Şahid1 vurulan ziyan əvəzinə verilmişdirsə, onda bütün zərərçəkənlərin həmin əmlaka hüquqları yaranır. Belə ki, Mülki Məcəllənin 493.1-ci maddəsinə əsasən əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Mülki Məcəllənin 499.1-ci maddəsinə əsasən borcludan icranı tam almış kreditor qalan birgə kr editorlara çatası payı ödəməyə borcludur. Həmin Məcəllənin 499.2-ci maddəsinə əsasən əgər birgə kreditorlar arasında ayrı qayda müəyyənləşdirilməyibsə, onların öz qarşılıqlı münasibətlərində bərabər payları vardır. Bundan əlavə, təqsirləndirilən şəxs Məhkum öz ifadəsində etiraf etmişdir ki, həmin obyektin faktiki sahibidir. Belə ki, cild 1, iş vərəq 65-də müstəntiq Məhkum sual verir: Sual: Siz ümumiyyətlə hər hansı bir sahibkarlıq fəaliyyəti növü ilə məşğul olmusunuzmu? Cavab: Mən yaşadığımız evin yanında “Khan” adlı pub restoran açmışdıq, bir müddət həmin restoranı atamla birlikdə işlətmişəm. Başqa heç bir biznes fəaliyyəti ilə məşğul olmamışam. Digər tərəfdən isə, həmin əmlakın alğı-satqısına dair 22 iyul 2022-ci il tarixli AN -İ № ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi” özü bir çox suallar yaradır. Belə ki, qeyd edilən əmlakın satıcısı qismində təqsirləndirilən şəxsin atası X10 əvəzinə X23 çıxış etmişdir. Maraqlısı budur ki, nə istintaq orqanları, nə də ki, hər iki instansiya məhkəmələri bu xüsusata diqqət yetirməmiş, X15 ifadəsi almamış və hansı əsaslarla X8 təmsil etdiyi araşdırılmamışdır. Bundan başqa, tərəflər etiraf edirlər ki, bir-birlərini tanımrlar və alğı-satqıda təqsirləndirilən şəxs Məhkum iştirak etməmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci ilə qədər Məhkum mülkiyyətində olmuşdur. Göründüyü kimi, alıcı həmin əmlakı şəxsən satıcıdan əldə etməmiş, və əgər şəxsən əldə etmiş olsaydı, həmin şəxsin problemlərinin olmasını bilmiş olardı və bu əqdi imzalamaqdan imtina edərdi. Digər tərəfdən isə, külli miqdarda vəsait ödəyib əmlak alarkən satıcı ilə də maraqlanmaq vəzifəsi alıcının üzərinə düşür. Digər tərəfdən, nəzərə alaraq ki, alıcı Badamdar qəsəbəsində fəaliyyət göstərir, təqsirləndirilən şəxsin istintaqa cəlb olunduğunu bilmiş və ya bilməli idi. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1-1(103)-3/2025 nömrəli qərarının ləğv edilməsini və təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxs Şahid2 nümayəndəsi və vəkili Nümayəndə1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 1- 1(103)-3/2025 saylı qərarı hüquqlarını təmsil və müdafiə etdiyi Şahid2 qanuni m araqlarına toxunduğu üçün dəyişdirilməli və vicdanlı sahib Şahid2 əmlakının üzərinə qoyulmuş həbs götürülməli, həmin əmlaka münasibətdə xüsusi müsadirə ləğv edilməli, əmlak qanuni sahibinə qaytarılmalıdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyində xilasedici işləsə də, lakin boş vaxtlarında maklerlik fəaliyyəti ilə məşğul olmuşdur. Məhkum təxminən 10 ildir ki, tanımış, 2022-ci ilin aprel ayında Xəlil ev almaq istədiyini bildirmiş və bu işdə ona kömək etməsini xahiş etmişdir. O da Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən «Premium Badamdar» adlı yeni tikilmiş binadan 89 kvadrat metr sahədən ibarət olan bir mənzili ona təklif etmiş, Xəlil onun vasitəçiliyi ilə həmin mənzili 152.000 (yüz əlli i ki min) manata almış, 2022-ci ilin iyul ayında Xəlil sıxıntılarının olduğunu bildirmiş və buna görə də həmin mənzili satmaq istədiyini demişdir. Xəlil həmin mənzilin satılmasına kömək etməsini ondan xahiş etmişdir. Xəlil Şahid2 mənzilin dəyərindən də aşağı qiymətə sata biləcəyini bildirmişdir. Ramin dostu X13 ilə razılaşıb hər biri müəyyən miqdarda pul qoymaqla ümumilikdə 131.000 (yüz otuz bir min) manat düzəltmiş və həmin pulu binanın yanında Xəlilə vermişlər. Daha sonra Xəlil notarial qaydada imtina ərizəsi yazıb həmin mənzildən imtina etmiş və həmin mənzilə dair heç bir iddiası olmayacağını demişdir. Bundan sonra onlar MTK-ya getmiş, MTK rəhbərliyi də həmin mənzilə dair onun adına müqavilə hazırlayıb vermişdir. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı ünvan 7 ünvanında inşa edil miş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89.1 kvadrat metr sahədən ibarət olan 299 saylı mənzili alıcının mülkiyyətinə verir, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada ödəyir. Qeyd olunan xüsusatları Xəlilov Həsən də öz ifadəsində təsdiq etmişdir. Yəni müsadirə olunan əmlakın 22 iyul 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı yolu ilə Şahid2 satıldığını və onun mülkiyyətində olduğunu qeyd etmişdir. X27 sözügedən mənzildə ailəsi ilə birlikdə yaşayır və qanunla müəyyən edilmiş qaydada mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirir. Çox maraqlı hal ondan ibarətdir ki, alğı-satqı müqaviləsi ilə qanuni maraqlarına toxunan şəxsin - Ramil Xəlilovun mülkiyyətinə verilmiş mənzil heç bir əsaslı səbəb göstərilmədən qanunvericiliyin normalarına z idd olaraq sonuncunun qanunla qorunan mülkiyyət hüququnu pozmaqla müsadirə edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarda Şahid2 Məhkum qeyd olunan mənzilin müqabilində 130.000 manat pul verdiyini, həmçinin MTK-nın da bununla əlaqədar onun adına müqavilə hazırladığını təsdiq edən heç bir mötəbər sübutun olmamasını qeyd etmişdir. Halbuki, onlar tərəfindən məhkəməyə Şahid2 tərəfindən həmin mənzilə dair borcunun olmadığını və mənzilin dəyərini tam şəkildə ödədiyini təsdiq edən maliyyə arayışı və digər sübutların təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq həmin sübutlara istinad edilməmişdir. Məhkəmə haqlı olaraq hökmün xüsusi müsadirə hissəsindən şikayət edən digər vicdanlı sahiblər (Şahid4, Şahid3 və s.) ilə əlaqədar hökmlə həmin şəxslərin əmla klarının dövlət nəfinə müsadirə edilməsinə əsas verən halların olmamasını qeyd etmiş, yəni həmin əmlakların cinayət yolu ilə əldə etdiklərini bildiklərinin, öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə etdiklərinin (vicdanlı alıcı olmadıqları) müəyyən edilməməsi və ittiham tərəfindən sübut edilməməsini əsas gətirsə də, eyni halları Şahid2 münasibətdə qiymətləndirməyərək onun əmlakına münasibətdə hökmü xüsusi müsadirə hissəsində dəyişdirməmiş, beləliklə, pozuntuya yol vermişdir. Maraqlarına toxunan şəxs Şahid2 nümayəndəsi və vəkili Nümayəndə1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Hərbi Məhkəməsinin 1-1 (093)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-3/2025 saylı, 19 mart 2025-ci il tarixli qərarının Şahid2 xüsusi m ülkiyyətində olan ünvan 8ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kv.m sahədən ibarət olan 299 saylı mənzilin müsadirəsi hissəsində ləğv olunmasını, həmin mənzilin müsadirə edilmiş əmlaklar siyahısından xaric edilərək üzərinə qoyulmuş həbsin götürülməsi və Şahid2 mülkiyyətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında çıxış edərək kassasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, maraqlarına toxunan şəxsin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi özü tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsini, maraqlarına toxunan şəxsin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən maraqlarına toxunan şəxsin nümayəndəsi özü tərəfindən kassasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkumun müdafiəçisi maraqlarına toxunan şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasi ya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin qərarını müsadirədən müvafiq əmlakların xaric olunması hissəsində mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarın ın həmin hissədə ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 -ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Zərərçəkmiş şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarını məhkuma təyin edilmiş cəzasnın yüngüllüyü və əmlakın müsadirədən azad edilməsi hissəsində mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Marağına toxunan şəxs kassasiya şikayətində ona məxsus əmlakın müsadirə edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının həmin hissədə ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-i n 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərin ə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərinə cinayət prosesi tərəflərinin münasibətlərini dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməli, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilmə li, marağına toxunan şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Marağına toxunan şəxsin nümayəndəsi kassasiya şikayətində ünvan 9 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbəsində yerləşən, 89,1 kv.m. sahədən ibarət olan 299 saylı mənzilin müsadirəsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, həmin əmlakın müsadirə edilmiş əmlaklar siyahısında xaric edilərək üzərinə qoyulmuş həbsin götürülməsi və Şahid2 mülkiyyətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu tələblə bağlı qeyd edilməsi zəruridir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şika yətinin dəlilləri ilə üst-üstə düşən marağına toxunan şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, “ Məhkəmə kollegiyası Şahid2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş qanuni maraqlarına toxunulan şəxs Şahid2 mülkiyyətində olan ünvan 10 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kv.m sahədən ibarət olan 299 saylı mənzilin üzərindən həbsin götürülməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, əvvəla sözügedən mənzilə dair Şahid2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilməmişdir. İş materialarında olan MTK ilə Şahid2 arasında bağlanılmış müqavilə əsasında mənzilin Şahid2 verilməsi göstərilmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Şahid2 ifadəsində 2022-ci ilin aprel ayında Xəlilin ev almaq istədiyini bildirdiyini və bu işdə ona kömək etməsini xahiş etdiyini, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən «Premium Badamdar» adlı yeni tikilmiş binadan 89 kvadrat metr sahədən ibarət olan bir mənzili Məhkum təklif etdiyini, Xəlil onun vasitəçiliyi ilə həmin mənzili 151.000 manata aldığını, 2022-ci ilin iyul ayında Xəlil sıxıntılarının olduğunu bildirdiyini və buna görə də həmin mənzili satmaq istədiyini dediyini, onlar MTK-ya getdiklərini, MTK rəhbərliyinin də həmin mənzilə dair onun adına müqavilə hazırlayıb verdiyini, onun da 130000 manat pulu binanın yanında Xəlilə verdiyini bildirsə də, onun Məhkum 130000 manat pul verməsini təsdiq edən sübutlar iş materialları ilə müəyyən edilməmi şdir. Bu səbəbdən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və ünvan 10 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kv.m sahədən ibarət olan 299 saylı mənzilin xüsusi müsadirə edilmiş əmlaklar siyahısından çıxarılması üçün əsaslar mövcud deyildir və əmlak müsadirə olunaraq Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilməlidir.” Göründüyü kimi, Şahid2 daşınmaz əmlakı qanunla müəyyən edilmiş qaydada müvafiq notariat orqanında alqı-satqı müqaviləsi bağlamaqla, əmlak üzərində mülkiyyət hüququ əldə etməmiş, daşınmaz əmlak dövlət reyestrində onun adına qeydə alınmamışdır. Bu səbəbdən həmin əmlakın Məhkum məxsus əmlak kimi xüsusi müsadirə edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızd ır və təmin edilməməlidir. İş üzrə zərərçəkmiş şəxs K.İliyasov kassasiya şikayətində iki tələb irəli sürmüşdür:

1. Məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması;

2. Xüsusi müsadirəsi ləğv edilmiş əmlakların yenidən xüsusi müsadirə edilməsi. Məhkuma təyin edilmiş cəzanın yüngül olması ilə bağlı zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, məhkum təyin edilmiş cəza onun təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyası həddində olmaqla kifayət qədər ciddi və ağır cəzadır və CM-in 58-ci maddəsinin tələbləri qaydasında zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsasında həmin cəzanın daha da sərtləşdirilməsi istiqamətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyil. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin ikinci dəlili ilə dövlət ittihamçısının kassasiya protestinin dəlilləri üst-üstə düşdüyündən məhkəmə kollegiyası hər iki müraciətə birlikdə münasibət bildirilməsini mümkün hesab edir. Güründüyü kimi, istər kassasiya protestində, istərsə də kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının, əmlakların xüsusi müsadirə edilməməsi və həmin əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi hissəsi mübahisələndirilmişdir. Göstərilən nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Şahid1 tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “Khan” adlı qeyri-yaşayış obyektinin müsadirə edilməsi hissəsində ləğv edilməsi və həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılması barədə apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, verilmiş ittihamdan göründüyü kimi Məhkum verilmiş ittiham xx.xx.2021-xx.xx.2022-ci il tarixlərini əhatə edir. İş materiallarından görünür ki, əvvəla sözügedən torpaq sahəsi Məhkum deyil, atası Mehdixan Həsənovun mülkiyyətində olmuşdur, alqı-satqı müqaviləsi də Mehdixan Həsənovla bağlanılmışdır. Bundan başqa iş materiallarında olan daşınmaz əmlaka dair çıxarışlardan da göründüyü kimi, ünvan 2 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi xx.xx.2014 cü il tarixdə X7 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Göründüyü kimi sözügedən əmlak Məhkum tərəfindən əldə edilmədiyindən (onun atası Mehdixan Həsənov tərəfindən cinayət baş verməsindən xeyli əvvəl əldə edildiyindən) və əldə edilməsi ittiham dövrünə aid olmadığından müsadirə edilən əmlaka aid edilə bilməz. Şahid3 müsadirə olunan **-QY-*** (hazırki nömrəsi 90-XS 075) nömrə nişanlı, “BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı, boz metalik rəngli, mühərrik nömrəsi 20141064, ban nömrəsi WBSKT610900C88310 olan nəqliyyat vasitəsinin müsadirədən çıxarılaraq ona geri qaytarılması və üzərinə qoyulmuş həbsin götürülməsi, Şahid4 nümayəndəsi və vəkili Nümayəndə1 Şahid4 mülkiyyətində olan **-CU-*** nömrə nişanlı “X30" markalı avtomobilin üzərindən həbsin götürülməsi barədə apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 99-1.3-cü maddəsindən də göründüyü kimi cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkild ə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.3-cü maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.3-cü maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Lakin iş materialları ilə istər Şahid4, istərsə də Şahid3 sözügedən əmlakları əldə edərkən həmin əmlakların cinayət yolu ilə əldə edildiyini bildikləri, öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə etdikləri (yəni vicdanlı əldə edən olmadıqları) müəyyən edilmir və ittiham tərəfindən sübut olu nmur və onların vicdanlı olduğuna dair dəlilləri təkzib edilə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, **-QY-*** (hazırki nömrəsi **-XS-***) nömrə nişanlı, “BMW X5M Minik” markalı, **-CU-*** nömrə nişanlı “X30" markalı, ünvan 2 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “Khan” adlı qeyri-yaşayış obyekti müsadirə edilməli əmlaklar hissəsindən xaric edilməli, həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməlidir.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən görünür ki, həmin məhkəmə daşınmaz əmlaka münasibətdə xüsusi müsadirə ilə razılaşmayarkən öz mövqeyini yalnız onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi məhkumun atasına məxsus olub və daha öncə əldə edilmişdir. Lakin bu zaman məhkəmə nəzərə a lmamışdır ki, həmin torpaq sahəsi üzərində tikililər tikilmişdir. Lakin məhkəmə kollegiyası araşdırmamışdır kı, həmin torpaq sahəsi üzərində tikilmiş tikililər hansı dövrdə və hansı vəsait hesabına inşa edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, müsadirə tədbirləri təkcə cinayət yolu ilə əldə edilmiş birbaşa gəlirlərə deyil, həm də belə gəlirlərin başqa əmlaka çevrilməsi, o cümlədən, onların qanuni yolla əldə edilmiş sərvətlərlə qarışdırılması nəticəsində əldə edilmiş gəlir və ya dolayı faydaya münasibətdə tətbiq edilə bilər. Bu zaman müsadirə tədbirləri təkcə bilavasitə cinayət törətməkdə şübhəli bilinən şəxslərə deyil, həm də belə gəlirlərin cinayət yolu ilə əldə olunmasının gizlədilməsində iştirak etmiş, mülkiyyət hüququna malik olan hər hansı üçüncü şəx slərə də tətbiq edilə bilər (bax: Qoqitidze və Digərləri Gürcüstana qarşı, № 36862/05, § 105, 12 may 2015-ci il). Müsadirə olunmuş avtomobillərə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi xüsusi müsadirəni ləğv edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə istər Şahid4, istərsə də Şahid3 sözügedən əmlakları əldə edərkən həmin əmlakların cinayət yolu ilə əldə edildiyini bildikləri, öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə etdikləri (yəni vicdanlı əldə edən olmadıqları) müəyyən edilmir və ittiham tərəfindən sübut olunmur və onların vicdanlı olduğuna dair dəlilləri təkzib edilə bilmir. Bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, gəlmiş olduğu nəticəni konkret sübutlara istinad etməklə əsaslandırmamış, a vtomobillərin hansı tarixlərdə, hansı ardıcıllıqla, hansı qaydada və hansı qiymətə satılması, həmin avtomobillər satılarkən avtomobillərin bazar qiymətinin hansı məbləğdə olması, alıcıların hansı qaydada tapılması, məhkum və onun qohumları ilə hansı yaxın münasibətlərinin olub-olmaması, avtomobillərə görə real ödənişlərin edilib-edilməməsi, alqı-satqının real və yaxud yalnız xüsusi müsadirədən yayınmaq məqsədi ilə mülkiyyətçinin adının dəyişdirilməsi yolu ilə edilməsi araşdırılmadan vicdanlılıqla bağlı məsələyə qanuni, əsaslı və ədalətli münasibət bildirilməsinin və qiymət verilməsinin mümkün olmaması nəzərə alınmamışdır. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası m əhkəməsinə də aiddir. Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb o lmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əsaslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamların ətraflı araşdırılması, xüsusi müsadirə və vicdanlı əldə etməklə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 419.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya di gər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, zərərçəkmiş şəxs və mülki iddiaçı K.İliyasov və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, marağına toxunan şəxs Şahid2 nümayəndəsi tərəfindən verilmiş kassasiya şilkayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2025-ci il tarixli qərarı qismən, xüsusi müsadirədən müvafiq əmlakların xaric olunması hissəsində ləğv edilməli və cinayət işi həmin hissədə apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan şəxs Şahid2 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 11(103)-3/2025 nömrəli qərarı, dövlət ittihamçısı tərəfindən verilmiş kasssaiya protestinə və zərərçəkmiş şəxs və mülki iddiaçı Kerim İliyasov və onun nümayəndəsi tərəfinən verilmiş kassasiya şikayətinə münasibətdə qismən, xüsusi müsadirədən müvafiq əmlakların xaric olunması hissəsində ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar