Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-63/2018 28.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Məhkum Oqtay oğlu və müdafiəçisi X3 iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum O qtay oğlu barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Q.Sadayev, V.Nəsirov (məruzəçi) və K.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 1979-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, Bərdə rayonunun Gərənə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinin şəxsi heyətlə iş üzrə müavininin köməkçisi vəzifəsində mayor hərbi rütbəsində xidmət etmiş, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Oqtay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının xx xxxxxx 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, təkrarən zərərçəkmiş şəxslərə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin şəxsi heyətlə iş üzrə müavininin köməkçisi vəzifəsində mayor hərbi rütbəsində xidmətdə olduğu zaman xx xxx 2016-cı il tarixdə saat 22:30 radələrində həmin hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən mühəndis istehkam bölüyünün komandirinin otağında istirahət edərkən öz cinsi ehtirasını qeyri-təbii yolla təmin etmək qərarına gəlmiş və divana uzanaraq tapşırığına əsasən ona çay gətirmiş gün növbətçisi həmin bölüyün 1-ci tağımının 1-ci manqasının baş istehkamçısı əsgər X5 qapını örtməsini, işığı söndürməsini və onu masaj etməsini əmr etmişdir. R.R.Ağacanov Məhkum belini masaj edərkən sonuncu əli ilə onun şalvarının üstündən cinsiyyət orqanını oynatmağa başlam ış, bu zaman R.R.Ağacanov ayağa qalxaraq otaqdan çıxmaq istədikdə Məhkum onun ünvanına nalayiq söyüş söymüş və qolundan tutaraq fiziki və psixi zor tətbiq etməklə qalxmasına imkan verməmiş, R.A.Ağacanov Məhkum mayor rütbəli zabit olmasından və hərbi hissənin idarə heyətində vəzifə tutmasından çəkinərək, Məhkum onu döyəcəyini, öz hərəkətini ört-basdır etmək üçün ona şər ataraq barəsində həqiqətə uyğun olmayan məlumatlar yayacağını, özünün isə həqiqəti sübut edə bilməyəcəyini, xidmət üzrə problemlər yarada biləcəyini, həmçinin onun xidmət yerini düşmənlə bilavasitə təmas xəttində yerləşən bölmələrdən birinə dəyişdirilməsinə nail olacağını düşünərək müqavimət göstərməsini dayandırmışdır. Mayor Məhkum əsgər R.R.Ağacanovun müqavimətini qırdıqdan sonra sonuncunun şalvarının düymələrini açaraq gərginləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü təxminən 5-6 dəqiqə ərzində mastrubasiya edib sperma ifraz etdirməklə öz cinsi ehtirasını təmin etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olduğu müddətdə xx xxx 2016-cı il tarixdə saat 23 radələrində N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün komandirinin otağındakı divanda uzanıb istirahət edərkən təkrarən eyni üsulla və qeyri-təbii yolla öz cinsi ehtirasını təmin etmək məqsədi ilə gün növbətçisi əsgər X6 yanına çağıraraq birlikdə televizora baxmağı təklif etmiş, əsgər R.R.Ağacanov onun niyyətini anlayaraq otaqdan çıxmaq istədiyini bildirdikdə, ona yanında əyləşməsini əmr etmiş və R.R.Ağacanov da onun yanında oturmuşdur. Bundan sonra, Məhkum əli ilə şalvarının üstündən R.R.Ağacanovun cinsiyyət orqanını oynatmağa b aşlamış, sonuncu otaqdan çıxmaq üçün ayağa qalxmaq istədikdə Məhkum əli ilə onun çiynindən aşağıya doğru basaraq fiziki və psixi zor tətbiq etməklə divanda oturtmuş, R.R.Ağacanov Məhkum mayor rütbəli zabit olmasından və hərbi hissənin idarə heyətində vəzifə tutmasından çəkinərək ona müqavimət göstərməsini dayandırmışdır. Mayor Məhkum əsgər R.R.Ağacanovun müqavimətini qırdıqdan sonra sonuncunun şalvarının düymələrini açaraq gərginləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü bir neçə dəqiqə ərzində mastrubasiya edib sperma ifraz etdirməklə öz cinsi ehtirasını təmin etmişdir. Həmçinin, o, həmin vəzifədə və rütbədə xidmətdə olduğu müddətdə xx xxxx 2016-cı il tarixdə saat 23 radələrində N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün komandirinin otağında istirahət edərkən təkrarən eyni üsulla və qeyri-təbii yolla öz cinsi ehtirasını təmin etmək məqsədi ilə göstərişinə əsasən belini və ayaqlarını masaj edən gün növbətçisi həmin bölüyün 1-ci tağımının 3cü manqasının istehkamçısı əsgər X4 şalvarının düymələrini açıb cinsiyyət üzvünü çıxarıb mastrubasiya etməyə başlayarkən xxx ayağa qalxaraq otaqdan çıxmaq istəmişdir. Məhkum xxxun qolundan tutub fiziki və psixi zor tətbiq etməklə çarpayıya oturtmuş, o, ayağa qalxıb çıxmağa cəhd etsə də, Məhkum onun qolundan tutub aşağı çəkməklə ayağa qalxmasına imkan verməmiş və yüksək səslə «otur» deyə əmr etmiş, rütbəsindən və vəzifəsindən istifadə edərək xxxun müqavimətini qırdıqdan sonra sonuncunun cinsiyyət üzvünü 4-5 dəqiqə ərzində mastrubasiya edib sperma ifraz etdirməklə öz cinsi ehtirasını təmin etmişdir. Habelə o, həmin vəzifədə və rütbəd ə xidmətdə olduğu müddətdə xx xxxx 2016-cı il tarixdə saat 23 radələrində N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün komandirinin otağında istirahət edərkən təkrarən eyni üsulla və qeyri-təbii yolla öz cinsi ehtirasını təmin etmək məqsədi ilə gün növbətçisi həmin bölüyün 1-ci tağımının 2-ci manqasının istehkamçısı əsgər X1 otağa çağırmış, yarıçılpaq vəziyyətdə üzü üstə çarpayıya uzanaraq otağın qapısını və pəncərəni bağlamasını, işığı söndürməsini və onun qasıq, bud və bel nahiyələrini masaj etməsini tapşırmışdır. xxx çarpayıda əyləşib Məhkum masaj edərkən sonuncu xxxun şalvarının qabaq düymələrini açaraq onun cinsiyyət üzvünü çıxarıb mastrubasiya etməyə başlamış, xxx ayağa qalxaraq otağı tərk etmək istəyərkən Məhkum bir əli ilə onun cinsiyyət üzvündən tutub aşağı çəkməklə və dig ər əli ilə onun qasıq-bud nahiyəsindən aşağıya basaraq fiziki və psixi zor tətbiq etməklə çarpayıda oturmağa məcbur etmiş, xxx Məhkum mayor rütbəli zabit olmasından və hərbi hissənin idarə heyətində vəzifə tutmasından çəkinərək ona müqavimət göstərməsini dayandırmışdır. Mayor Məhkum əsgər xxxun müqavimətini qırdıqdan sonra onun cinsiyyət orqanını 5-10 dəqiqə ərzində mastrubasiya edib sperma ifraz etdirməklə öz cinsi ehtirasını təmin etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olduğu müddətdə xx xxxx 2016-cı il tarixdə saat 02 radələrində N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün komandirinin otağındakı çarpayıda uzanıb istirahət edərkən təkrarən eyni üsulla və qeyri-təbii yolla öz cinsi ehtirasını təmin etmək məqsədilə gün növbətçisi xidmətində olan həmin bölüy ün 1-ci tağımının 3cü manqasının əsgəri X9 otağa çağıraraq bel nahiyəsini ovmasını tapşırmışdır. Əsgər S.Əlili mayor Məhkum belini ovarkən sonuncu əli ilə onun şalvarının düymələrini açıb cinsiyyət üzvünü çıxaran zaman əlini itələyərək etirazını bildirmiş və otaqdan çıxmaq istəyərkən Məhkum onun qolundan tutaraq fiziki və psixi zor tətbiq etməklə çarpayıya oturmağa məcbur etmiş, əsgər S.Əlili mayor Məhkum mayor rütbəli zabit olmasından və hərbi hissənin idarə heyətində vəzifə tutmasından çəkinərək ona müqavimət göstərməsini dayandırmışdır. Mayor Məhkum əsgər S.Əlilinin müqavimətini qırdıqdan sonra sonuncunun cinsiyyət orqanını çıxararaq 5 dəqiqə ərzində mastrubasiya edib sperma ifraz etdirməklə öz cinsi ehtirasını təmin etmişdir. Həmçinin, o, həmin vəzifədə və rütbədə xidmətdə olduğu müd dətdə xx xxxx 2016-cı il tarixdə saat 23:30 radələrində N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün komandirinin otağında istirahət edərkən təkrarən, eyni üsulla və qeyri-təbii yolla öz cinsi ehtirasını təmin etmək məqsədilə gün növbətçisi əsgər X7 otağa çağıraraq belini masaj etməsini xahiş etmiş və üzü üstə çarpayıya uzanmışdır. xxx onu masaj edən zaman Məhkum əli ilə xxxun cinsiyyət üzvünü çıxarmaq istəyərkən sonuncu əsəbi tərzdə Məhkum əlini cinsiyyət orqanından çəkməsini bildirmiş və yerindən qalxıb otağı tərk etmək istəmişdir. Lakin Məhkum xxxun qolundan tutaraq fiziki və psixi zor tətbiq etməklə onu çarpayıya oturmağa məcbur etmiş, sonuncu Məhkum mayor rütbəli zabit olmasından və hərbi hissənin idarə heyətində vəzifə tutmasından çəkinərək müqavimət göstərməsini dayandırmışd ır. Mayor Məhkum əsgər xxxun müqavimətini qırdıqdan sonra sonuncunun cinsiyyət orqanını çıxararaq bir neçə dəqiqə ərzində mastrubasiya etməklə orqazm həddinə çatdırmışdır. Bundan sonra, Məhkum xxxun şalvarını aşağı çəkmiş, həmçinin öz cinsiyyət üzvünü çıxararaq sonuncuya onunla cinsi əlaqəyə girəcəyini və bu barədə heç kimə məlumat verməməli olduğunu, belə məlumat verəcəyi halda sərt şəkildə cəzalanacağını demiş və anidən onun üzünü pəncərəyə tərəf çevirərək arxasından qucaqlamışdır. Məhkum onun qollarından tutaraq və başından aşağı doğru basaraq özünə tabe etmiş və gərginləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü xxxun anus dəliyinə daxil edərək cinsi ehtirasını təmin etməklə uşaqbazlıq etmişdir. Habelə, o, həmin vəzifədə və rütbədə xidmətdə olduğu müddətdə xx xxxx 2016-cı il tarixdə saat 23 radələrində N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün komandirinin otağında istirahət edərkən təkrarən, eyni üsulla və qeyri-təbii yolla öz cinsi ehtirasını təmin etmək məqsədilə göstərişinə əsasən belini masaj edən gün növbətçisi həmin bölüyün 2-ci tağımının 1-ci manqasının komandiri kiçik çavuş Babaşov Elmar Nəsir oğlunun şalvarının qabaq düymələrini açıb cinsiyyət orqanını çıxarıb mastrubasiya etməyə başlayarkən E.Babaşov buna etiraz olaraq ayağa qalxıb otaqdan çıxmaq istədikdə Məhkum əli ilə onun ayağından aşağıya doğru basıb fiziki və psixi zor tətbiq etməklə qalxmasına imkan verməmiş, sonuncu Məhkum mayor rütbəli zabit olmasından və hərbi hissənin idarə heyətində vəzifə tutmasından çəkinərək müqavimət göstərməsini dayandırmışdır. Mayor Məhkum E.Babaşovun müqavimətini qırd ıqdan sonra bir neçə dəqiqə ərzində onun cinsiyyət orqanını mastrubasiya edib sperma ifraz etdirməklə öz cinsi ehtirasını təmin etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olduğu müddətdə xx xxxx 2016-cı il tarixdə saat 23 radələrində N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün komandirinin otağında istirahət edərkən təkrarən, eyni üsulla və qeyri-təbii yolla öz cinsi ehtirasını təmin etmək məqsədilə göstərişinə əsasən belini və arxasını masaj edən gün növbətçisi əsgər X2 cinsi əlaqəyə girməyi təklif etmiş, sonuncu imtina etdikdə isə əli ilə S.Yunusovun şalvarının üstündən cinsiyyət üzvünü tutaraq oynatmağa başlamışdır. Bu zaman S.Yunusov istirahət vaxtı olduğunu bəhanə edərək otaqdan çıxmaq istədikdə Məhkum acıqlı tərzdə ondan oturmasını tələb etmiş və budunun i ç sağ və ya sol tərəfindən aşağı doğru basaraq fiziki və psixi zor tətbiq etməklə qalxmasına imkan verməmiş, sonuncu Məhkum mayor rütbəli zabit olmasından və hərbi hissənin idarə heyətində vəzifə tutmasından çəkinərək müqavimət göstərməsini dayandırmışdır. Mayor Məhkum əsgər S.Yunusovun müqavimətini qırdıqdan sonra bir əli ilə S.Yunusovun cinsiyyət üzvünü çıxarıb mastrubasiya etməyə başlamış, digər əli ilə isə öz şalvarının kəmərini və düymələrini açaraq şalvarını və tumanını aşağı çəkmiş, sonra S.Yunusovu arxadan qucaqlayaraq böyrü üstə çarpayıya uzatmış və cinsiyyət üzvünü arxa tərəfdən əsgər S.Yunusovun bədəninə sürtməyə başlamışdır. Bundan sonra Məhkum S.Yunusova əyilməsini, həmçinin əli ilə budunu arxa tərəfdən qaldırmasını bildirmiş, S.Yunusov ağlayaraq ona cinsi əlaqədə olmaq istəmə diyini bildirməsinə baxmayaraq Məhkum gərginləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü S.Yunusovun anus dəliyinə daxil edərək onun arxa keçəcəyində 5-10 dəqiqə ərzində hərəkət etdirməklə uşaqbazlıq etmiş, bundan sonra cinsiyyət üzvünü S.Yunusovun arxa keçəcəyindən çıxarmış, sonra onun cinsiyyət üzvünü 5-10 dəqiqə ərzində mastrubasiya edib sperma ifraz etdirməklə öz cinsi ehtirasını təmin etmişdir. Hökmdən Məhkum və müdafiəçisi T.F.Süleymanov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini qismən təmin edərək Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünü dəyişdirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı kassasiya protestində iş üzrə zərər çəkmiş şəxslərin Məhkum qarşı şikayətlərinin olmaması, ədalətin bərpasına nail olunmasına maraqlı olmadıqları halda ifadələrin bir digərinə tamamlamayan məqamları əks etdirməsini, eləcə də ibtidai istintaq və birinci instansiya məhkəməsində vermiş olduqları ifadələrlə apellyasiya instansiyası məhkəməsində vermiş olduqları ifadələr arasında baş vermiş hadisəyə birbaşa təsir edən xüsusatlar üzrə əhəmiyyətli z iddiyyətlərin mövcud olduğunu, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli Plenumunun qərarının və Cinayət-Prosessual qanunvericiliyin normalarına əməl edilməməsini, Məhkum əməlləri tövsif edilərkən işin faktiki hallarının tam və hərtərəli araşdırılmadığını, qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutların məcmu qaydada qiymətləndirilmədiyini, tədqiq edilmədiyini və əməlin tövsifində səhvə yol verdiyini göstərmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçisi T.F.Süleymanovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə zərər çəkmiş şəxslər xxx, xxx, E.N.Babaşov, S.M.Əlili və R.R.Ağacanov məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayətprosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumun əməlinin düzgün tövsif edilməməsi göstərilmiş və buna dair bir sıra dəlillər irəli sürülmüşdür. İş materillarından görünür ki, birinci instansiya məhkəmə si tərəfindən Məhkum CM-in 150.2.5-ci maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, təkrarən zərərçəkmiş şəxslərə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticəni qəbul etməyərək belə hesab etmişdir ki, Məhkum zərər çəkmiş şəxslərə qarşı seksual xarakterli hərəkətlər edərkən heç vaxt zor tətbiq etməmiş və ya belə zor tətbiq etməklə hədələməmişdir. Bu hal cinayət işinin materiallarında olan sənədlər, eləcə də ekspert rəyləri və zərər çəkmiş şəxslərin ifadələr ilə sübuta yetirilmişdir. Bundan başqa zərər çəkmiş şəxslər ifadə verərəkən Məhkum onlara zor tətbiq etmədiyini, zor tətbiq etməklə hədələməd iyini, sadəcə olaraq mayor Məhkum müqavimət göstərəcəkləri təqdirdə, sonuncunun onları gələcəkdə xidmət yerlərini dəyişdirməyə nail olacağını, öz hərəkətini ört-basdır etmək üçün onlara şər ataraq barələrində həqiqətə uyğun olmayan məlumatlar yayacağını, zərər çəkmiş şəxslər isə həqiqəti sübut edə bilməyəcəklərini düşünərək müqavimət göstərməmiş, ona tabe olduqları üçün qorxularından sakit durmuş və onun dediklərini etmişlər. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli CM-in 150.2.5-ci maddəsindən həmin Məcəllənin 151-ci maddəsinə tövsif edilmişdir. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-in 151.1-ci maddəsinin dispozisiyasında əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərər çəkmiş şəxsin ma ddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə kimi təsbit edilmişdir. Maddənin dispoziyasından göründüyü kimi maddi asılılıq zərər çəkmiş şəxsin təqsirkardan tam və ya qismən maddi yardım almasını, onun himayəsində yaşamasını və s. nəzərdə tutur. Sair asılılıq dedikdə isə maddi asılılıq istisna olmaqla, zərər çəkmiş şəxsin təqsirkardan xidməti, işi, habelə sosial vəziyyəti ilə əlaqədar asılı olması başa düşülür. Məsələn, işçinin müdirdən, tələbənin müəllimdən asılılığı. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq norması nın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddəöz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir.Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı Məhkum törətdi yi cinayət əməlinin CM-in 150.2.5-ci maddəsindən, həmin Məcəllənin 151-ci maddəsi ilə tövsifi özünün, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə tədqiq olunmuş digər sübutlarla təsdiq olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, heç bir şübhə doğurmayan bu sübutlar əsasında işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiyası məhkəməsi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə d üzgün qiymətləndirmişdir. Bundan başqa məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılması zamanı natamamlığa, qeyri obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının, CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulmasına yol verilməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət məhkəmə icraatının prinsiplərinə uyğun olaraq aparılmış və məhkəmə hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, xidmət və yaşayış yerindən müsbət xaraterizə olunması, zərər çəkmiş şəxslərin hər hansı şikayət və tələblərinin olmaması, himayəsində azyaşlı uşaqların olması, nümunəvi xidmətinə görə dəfələrlə təltif edilməsi, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğu nəzərə alınmışdır. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Göründüyü kimi, kassasiya protestinin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Qərarda göstərilən nəticələr tam qanuni olmaqla protestdə istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının və cinayət qanunvericliyinin müvafiq olaraq izahları və müddəaları ilə ziddiyyət təşkil etmir. Bunları nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, apellyas iya məhkəməsinin qərarı əsaslı olduğundan (AR CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya protesti təmin edilməsin. A L D İ: Məhkum Oqtay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-63/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-63/2018
28.06.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver