Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-63/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum və onun müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlunun iştirakları ilə, Məhkum Fizuli Hərbi Məhkəmən in xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.4,120.2.1, 32.4,120.2.3, 32.4,120.2.6, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Fizuli Hərbi Məhkəmənin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər Süleymanov Əli Ziya oğlu (sədrlik edən və məruzəçi), Nəcəfov Əmrah Bəzməddin oğlu və Ağamirzəyev Fəxrəddin Mansur oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1989-cu il tarixdə Zaqatala rayonunun Muğanlı kəndin də anadan olmuş, AzərbaycanRespublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 3-cü tağımının 3-cü manqasının komandiri - 31 №-li döyüş postunun başçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş, doğulmuş, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-nin 32.4,120.2.1, 32.4,120.2.3, 32.4,120.2.6, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.4,120.2.1, 32.4,120.2.3, 32.4,120.2.6-cı maddələri ilə 15 (on beş) il müddətə, CM-nin 134-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 150.2.1, 150.2.4 və 150.2.5-ci ma ddələri ilə 6 (altı) il müddətə, CM-nin 151-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 274-cü maddəsi ilə 17 (on yeddi) il müddətə, CM-nin 329.3-cü maddəsi ilə 6 (altı) ıl müddətə, CM-nin 330.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 331.2-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və CM-nin 68.1.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 2 (iki) ay müddətə, CM-nin 331.3-cü maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 338.2-cı maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 341.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökmlə həmçinin X15 CM-nin 134, 150.2,1, 150.2.4, 150.2.5, 151, 180.2.2, 182.2.1, 182.2.2, 274, 32.4,312.2, 329.3, 330.3, 331.2, 331.3, 336.2 və 341.3-cü maddələri ilə, X16 CM-nin 120.2.1, 120.2.3, 120.2.6, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 182.2.1, 182.2.2, 274, 329.3, 330.3, 331.2, 331.3, 338.2, 341.3 və 349.2.4-cü maddələri ilə, X13 CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə və X7 CM-nin 150.2.1, 150.2.4, 151, 274, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, X15 xx.xx.2016-cı il tarixdə postun ərazisində 2-ci motoatıcı taborunun, 6-cı motoatıcı bölüyünün, 3-cü tağımının, 3-cü manqasının komandiri, 31 №-li döyüş postunun başçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Məhkum özünün düşmən hərbi qulluqçusu ilə əlaqə yaradaraq tanış olduğunu bildirib, xx.xx.2016-cı il tarixdə xxx döyüş postuna gəlməsini təşkil edərək, xxx birlikdə onu Məhkum ilə tanış etmiş, xxx onları düşmənə məxsus döyüş postuna dəvət etmişdir. xxx, Məhkum və xxx həmin təkliflə razılaşmış, xx xx.xx.2016-cı il tarixdə cığırla düşmən mövqelərinə doğru gedərək xxx» ilə görüşmüş, xxx ona 30, 31 və 32 nömrəli döyüş postları barədə zəruri məxfi məlumatların toplanılıb çatdırılması tapşırığını vermişdir. xx.xx.2016-cı il tarixdə xxx düşmənin döyüş postuna getməkdən imti na etdiyi üçün xxx onun sinə, qol və boyun nahiyələrinə bir neçə dəfə yumruq və sillə vurmaqla döymüş, xx.xx.2016-cı il tarixdə xxx və Məhkumla birlikdə çığırla düşmən mövqelərinə getmiş, orada düşmən hərbi qulluqçuları xxx və Məhkum qarşı zor tətbiq etməklə onlarla uşaqbazlıq edib həmin proseslərin videoçəkilişlərini aparmışlar. xxx isə 30, 31 və 32 №-li döyüş postlarının yerləşdiyi ərazi və mövqeləri, həmin postlarda xidmət aparan manqaların şəxsi heyətinin say tərkibi, döyüş postlarında şəxsi heyətə təhkim olunmuş silahlar, hərbi sursat və sair texniki əmlakların növləri, sayı, habelə 2-ci taborun qərargahı və taborun minaatan batareyasının yerləşmə yerləri, bir-birinə münasibətdə yerləşmə məsafələri barədə məxfi məlumatları xxx» bildirmişdir. Xxx ona bu xidmətinin qarşılığında hər ay 2 00 ABŞ dolları verəcəyini, daha çox digər postlara nisbətdə strateji yüksəklikdə yerləşən 30 №-li döyüş postu ilə bağlı zəruri məlumatlar toplayıb ona bildirməsini, həmçinin 30 və 31 №-li postların hərbi qulluqçularının da məxfi əməkdaşlığa cəlb olunmasını təşkil etməsini tapşırmışdır. xxx bu görüşdən bir neçə gün sonra «xxx» və düşmənin digər hərbi qulluqçusunun 32 nömrəli döyüş postuna gəlmələrini təşkil etdikdən sonra «xxx» ona əvvəllər məxfi məlumatlar ötürməsinin qarşılığında 200 ABŞ dolları (328.06 manat) verib, postun sığınacağında qeyri-təbii yolla onunla uşaqbazlıq etmişdir. Düşmən postundan qayıdandan sonra xxx Məhkum düşmənlə məxfi əməkdaşlıq etmələri barədə hər hansı kənar şəxsə məlumat verəcəyi halda onun özünü və ailə üzvlərini öldürtdürəcəyi ilə hədələdikdən sonra, Məhkum düşmənlə fəal əməkdaşlıq etməsi, tabeliyində olan əsgərləri cinsi zorakılığa məruz qalmaları üçün düşmənə təhvil verməsi, düşmənin maneəsiz olaraq döyüş postuna gəlib-getməsi, həmçinin düşmənin xeyrinə olaraq istənilən məxfi məlumatların toplanılmasına kömək etməsi və xxx, xxx, «xxx» və digər düşmən hərbi qulluqçuları ilə əlaqələrini qarşılıqlı məlumat mübadiləsi əsasında quracağına dair öhdəlik götürmüşdür. xxx 2016-cı ilin oktyabr ayının təxminən 3-4 tarixlərində xxx və Məhkumla birlikdə «xxx» və digər düşmən hərbi qulluqçularının posta gəlmələrini təşkil etdikdən sonra 30 №li döyüş postunun başçısı, həmçinin 30, 31 və 32 №-li döyüş postlarının şəxsi heyətinin tabe olduğu 3-cü tağımın komandiri, leytenant xxx da posta dəvət etmiş, orada birlikdə yeyib-içəndən sonra postun xxx» adlandırıl an yerdəki müşahidə məntəqəsində xxx» və digər düşmən hərbi qulluqçunun xxx bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq, onlardan birinin sonuncu ilə uşaqbazlıq etməsini və həmin prosesin mobil telefon vasitəsi ilə videoçəkilişini aparmasını təşkil etmişlər. Bundan sonra xxx düşmənlə məxfi əməkdaşlıq edilməsi və ona qarşı edilmiş hərəkətlərlə bağlı hər hansı kənar şəxsə məlumat verməməsi barədə xxx xəbərdarlıq edərək, məlumat verəcəyi halda özünü və ailə üzvlərini öldürtdürəcəyi ilə hədələmişdir. xxx bundan sonra düşmənlə fəal əməkdaşlıq etməsi, tabeliyində olan əsgərləri cinsi zorakılığa məruz qalmaları üçün düşmənə təhvil verməsi, düşmənin maneəsiz olaraq döyüş postuna gəlib-getməsi, həmçinin düşmənin xeyrinə olaraq istənilən məxfi məlumatların toplanılmasına kömək etməsi və xxx, xxx, Məhkum, «xxx» və digər düşmən hərbi qulluqçuları ilə əlaqələrini qarşılıqlı məlumat mübadiləsi əsasında quracağına dair öhdəlik götürmüşdür. xxx xx.xx.2016-cı il tarixdə xxx və Məhkumla birlikdə «xxx», bir düşmən hərbi qulluqçusu və bir mülki geyimdə olan şəxsin 32 nömrəli döyüş postuna gəlmələrini təşkil etdikdən sonra, mülki geyimdə olan şəxsin əlində bir ədəd «planşet» olmuşdur. Düşmən hərbi qulluqçuları tağımın hər üç döyüş mövqeyinin, 30, 31 və 32 №-li döyüş postlarının düşmən tərəfindən müqavimətsiz ələ keçirilməsi və bunun müqabilində xxx, xxx, Məhkum və xxx cəmi 120.000 ABŞ dolları məbləğində pul verilməsini təklif etmişlər. Onlar birlikdə düşmən tərəfdən gəlmiş mülki geyimli şəxsin əlində olan «planşet» vasitəsilə ərazinin sxemini və düşmən tərəfindən ələ keçi riləcək məntəqələrin koordinatlarını müzakirə etmiş, xxx, xxx, Məhkum düşmənin həmin təklifi ilə razılaşdıqlarını bildirib, bu barədə xxx da məlumatlandıracaqlarını bildirmişlər. xx.xx.2016-cı il tarixdə xxx postun sığanacağında gələcəkdə məxfi əməkdaşlıq zamanı istifadə etmələri üçün «xxxxxxx» MMC-yə məxsus, istintaqla müəyyən edilməmiş 1 ədəd danışıq kartını, postun «manqanın döyüş vəziyyəti», «döyüş xidməti» və «silahların təhkim olunması» jurnallarını «xxx» və digər düşmən hərbi qulluqçusuna təqdim etmiş, hər iki düşmən hərbi qulluqçusu həmin jurnallardakı qeydiyyatlarla tanış olmuşlar. xxx 2016-cı ilin oktyabr ayının ortalarında xxx birlikdə 32 №li döyüş postunun ərazisindən düşmən mövqelərinə tərəf keçmiş, orada onlara düşmən hərbi qulluqçuları tərəfindən gələcəkdə 30, 31 və 32 №-li döyüş postlarının ələ keçirilməsi ilə bağlı məxfi tapşırıqlar və tövsiyələr verildikdən sonra geri qayıtmışlar. 2016-cı ilin oktyabr ayının ortalarında xxx birlikdə «xxx və digər düşmən hərbi qulluqçunun posta gəlmələrini təşkil etmiş, xxx və Məhkum iştirakı ilə xxx və xxx yaxın vaxtlarda 120.000 ABŞ dolları məbləğində pul müqabilində 31 və 32 №-li döyüş postlarının, habelə digər postlara nisbətən hündürlükdə yerləşməsinə görə strateji cəhətdən daha əhəmiyyətli hesab olunan 30 №-li döyüş postunun düşmənin silahlı qüvvəllərinin hərbi qulluqçularına müqavimətsiz təhvil verəcəklərini, 32 №-li döyüş postunun sol tərəfindən köhnə su arxında su quruduğu üçün düşmən hərbi qulluqçularının həmin yerdən hücuma keçərək 30, 31 və 32 №-li döyüş postlarını, 2-ci taborun minaatan batareyasını, 6-cı böl üyün dayaq məntəqəsini ələ keçirəcəklərini, düşmən hərbi qulluqçularının itki verməməsi üçün 30, 31 və 32 №-li döyüş postlarında xidmət edən hərbi qulluqçuların silahlardan yalnız havaya atəş açaraq arxa bölmələrə çəkiləcəklərini, bu barədə göstərilən postlarda xidmət edən hərbi qulluqçulara təlimat verəcəklərini müzakirə edərək, düşmən mövqelərindən xüsusi parol olan «Oha, Oha» deyilməklə havaya üç dəfə atəş açıldıqdan sonra düşmən hərbi qulluqçularının hücuma keçəcəyi barədə plan qurmuş və razılaşmışlar. Düşmən hərbi qulluqçuları öz xidməti yerlərinə qayıtmış, xxx isə xidmət etdiyi döyüş postunda tabeliyində olan hərbi qulluqçulara, yaxın vaxtlarda düşmən mövqelərindən «basqın» olacağını, basqın olarkən düşmən mövqelərinə və hərbi qulluqçularına atəş açmamalarını bildirərək, havaya atəş açaraq arxa bölmələrə çəkilmələri haqqında təlimatlar vermişdir. xx.xx.2016-cı il tarixdə Məhkum və xxx birlikdə «xxx» və digər düşmən hərbi qulluqçunun postun ərazisinə gəlmələrinə şərait yaradaraq, «xxxx» əsgər xxx bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurub döyməsini, digər düşmən hərbi qulluqçusunun isə sonuncu ilə uşaqbazlıq etmiş, X16 xx xxxx 2016-cı il tarixdən N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun, 6-cı motoatıcı bölüyünün, 3-cü tağım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində 32 №-li döyüş postunda hərbi xidmədə olarkən xxx, Məhkumla və xxx birlikdə törətdiyi cinayət əməllərindən başqa, əlavə olaraq, 2016-cı ilin oktyabr ayının sonlarında «Oha, Oha» deyilməklə xüsusi «parol» verdikdən sonra düşmən postu ilə 32 №-li döyüş postu arasında olan gi zli rabitə ilə əlaqə saxlayaraq, xxx» və digər 2 nəfər düşmən hərbi qulluqçularının 32 nömrəli döyüş postuna gəlmələrini təşkil edib, xxx xidmət yeri dəyişildiyi üçün, gələcəkdə onunla əlaqə saxlamaları barədə razılığa gəlmişlər. xxxx düşmən hərbi qulluqçularının tapşırıqlarını, yəni əsgər xxx onlara təhvil verilməsi ilə bağlı Məhkum da məlumatlandırmış, sonuncu xxx aparıb düşmənə təhvil verməsini, müqavimət göstəriləcəyi halda onu «aradan götürməsini», yəni öldürməsini təklif etmiş və bu barədə razılaşmışlar. xxx xx.xx.2016-cı il tarixdə, saat 23:45-də xidməti istifadəsində olan AK-74 markalı, 5,45 mm çaplı 785638 nömrəli avtomat silahı götürüb, döyüş vəziyyətinə gətirərək xxx düşmən hərbi qulluqçularına təhvil vermək məqsədilə, guya düşmən mövqelərini müşahidə etmək adı ilə aldadaraq özü ilə düşmən mövqeləri istiqamətində getməsinə dair göstəriş vermiş, sonuncu onunla birgə düşmən mövqeyi istiqamətində səngərin üstünə çıxıb xxx hərəkətlərindən şübhələnərək düşmən postu istiqamətində getməkdən imtina etdikdə, sonuncu xxx onu düşmən hərbi qulluqçularına təhvil verməli olduğunu açıq şəkildə bildirmiş və onu buna razı salmağa çalışmışdır. Lakin xxx buna razı olmadığını və müqavimət göstərəcəyini, habelə oradan qaçıb onun düşmənlə əməkdaşlıq etməsinə dair yuxarı komandanlığa məlumat verə biləcəyindən ehtiyatlanaraq, əvvəlcədən Məhkumla razılaşdıqları və planlaşdırdıqları kimi həmin silahdan avtomatik rejimdə atəş açaraq, ona ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olunan «sol körpücük nahiyəsində bir ədəd yara, döş qəfəsinin sol yan s əthində bir ədəd yara, qarının sol yan səthində bir ədəd yara, sol saidin aşağı 1/3-nin arxa-içəri səthində bir ədəd yara, sağ bazunun yuxarı 1/3-nin arxa səthində bir ədəd yara, döş qəfəsinin sağ yan səthində bir ədəd yara, bel nahiyəsində bir ədəd yara, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd yara, sağ dirsəyin arxa səthində bir ədəd, sol dirsəyin arxa səthində bir ədəd, oma nahiyəsində bir ədəd sıyrılmış yara, aortanın, hər iki ağciyərin, mədənin, qaraciyərin, sağ böyrəküstü vəzin, sağ böyrəyin, “S” vari bağırsağın, sağ bazu oynağının zədələnməsi, kəskin qanitirmə, döş sümüyü, sağ 4-cü qabırğanın, sağ 12-ci qabırğanın və oma sümüyünün sınığı» xəsarətlərini yetirməklə onu hadisə yerində qəsdən öldürmüşdür. xxx Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs halında, sonuncunun təhriki ilə zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, habelə başqa cinayəti gizlətmə və onun törədilməsini yüngülləşdirmə məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, xxx, Məhkum və xxx qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, zərərçəkmiş şəxslərə qarşı xüsusi amansızlıqla, zərərçəkmiş şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxslərin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkum xx.xx.2015-ci il tarixdən N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun, 6-cı motoatıcı bölüyünün, 3-cü tağımının, 3-cü manqasının komandiri - 31 №-li döyüş postunun başçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi, çavuş hərbi rütbəsində hərbi xidmədə olarkən xxx, xxx birlikdə törətdiyi cinayət əməllərindən başqa, əlavə olaraq, 2016-cı ilin sentyabr ayının əvvəllərində rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan, yəni Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün, xalqın düşmən hücumlarından müdafiəçisi olan döyüşçü əsgərin digər şəxsin vasitəsilə şərəf və ləyaqətini ədəbsiz və nalayiq formada qəsdən alçaltmaqla və onu ətrafdakıların gözləri qarşısında hörmətsiz etməklə, habelə sağlamlığına da qəsd etməklə təhqir etməsi və ona işgəncə verməsi məqsədilə xxxx» və digər düşmən hərbi qulluqçusunun 31 №-li döyüş postuna gəlmələrinə şərait yaradaraq, hər ikisinin postun ərazisində əsgər xxx bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə, əllərində olan avtomat silahın qundağı ilə vurub, onlardan birinin sonuncu ilə uşaqbazlıq etməsini və həmin prosesin videoçəkilişini aparmasını, 2016-cı ilin sentyabr ayının sonlarında «xxx» döyüş postuna gəlməsinə şərait yaradaraq, əsgər xxx aldadaraq postun səngərinə aparıb onu və ailə üzvlərini öldürtdürəcəyi ilə hədələyərək, «xxx onunla uşaqbazlıq etməsini və həmin prosesin mobil telefon vasitəsi ilə videoçəkilişini aparmasını təşkil edərək, düşmən hərbi qulluqçularının qeyd olunan hərəkətlərindən sonra xxx və xxx düşmənlə məxfi əməkdaşlıq etmələri və onlara qarşı edilmiş hərəkətlərlə bağlı hər hansı kənar şəxsə məlumat verməmələri barədə xəbərdarlıq edərək, məlumat verəcəkləri halda özlərini və ailə üzvlərini hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla, öldürməklə və sağlamlıqlarına ağır zərər vurmaqla hədələmiş, 2016-cı ilin oktyabr ayının əvvəllərində kiçik çavuş X20 xxx» etdikləri cinayət əməli barədə hər hansı kənar şəxsə məlumat verməməsini tapşırmış, xx.xx.2016-cı il tarixdə döyüş növbətçiliyində olan əsgər xxx düşmən hərbi qulluqçusuna atəş açmağa icazə verməyərək, xxx qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, habelə başqa cinayəti gizlətmə və onun törədilməsini yüngülləşdirmə məqsədi ilə qəsdən adam öldürülməsinə, yəni digər şəxsi qəsdən həyatdan məhrum edilməsinə təhrik etmiş, xxx, xxxx xxx qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, zərərçəkmiş şəxslərə qarşı xüsusi amansızlıqla, zərərçəkmiş şəxslərə zor t ətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxslərin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, zərərçəkmiş şəxslərin sair asılılığından istifadə etməklə onları uşaqbazlığa və seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, xxx və xxx qabaqcadan əlbir olan bir qrup şəxs halında, ağır nəticələrə səbəb olmaqla, döyüş şəraitində, silah tətbiq etməklə, rəisə müqavimət göstərmiş, zor tətbiq etmiş və zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifələrini pozmağa məcbur etmiş, xx xxx bir qrup şəxs halında, ağır nəticələrə səbəb olmaqla, döyüş şəraitində, silah tətbiq etməklə, rəisin hərbi xidmət üzrə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onu döyməklə rəisə qarşı zorakı hərəkətlər etmiş, tabelikdə olan şəxs kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz rəisini təhqir etmiş, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsləri təhqir etmiş, döymüş və işgəncə vermiş, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafeyinə zərər vura biləcəyi şəraitdə pozmuş, habelə eyni əməlləri dövlətin təhlükəsizlik mənafeyinə zərər vurmuş və ağır nəticələrə səbəb olmuş, rəis kimi, xxx bir qrup şəxs olmaqla, döyüş şəraitində, müntəzəm olaraq, tamahkarlıq məqsədi ilə, həmçinin digər şəxsi ma rağa görə, silah tətbiq etməklə, ağır nəticələrə səbəb olaraq hakimiyyətdən sui-istifadə etmiş, hakimiyyət həddini aşmış və hakimiyyətdən qəsdən istifadə etməmiş, Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, qəsdən, düşmən tərəfinə keçməklə, casusluq etməklə, dövlət sirrini xarici dövlətə verməklə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etmişdir. Hökmdən məhkum X15 və onun müdafiəçisi E.S.Salahov, məhkum X16 və onun müdafiəçisi V.Y.Quliyev, Məhkum müdafiəçisi M.M.Mehdiyev, məhkum X8 müdafiəçisi M.Ə.Əliyev, məhkum X3 müdafiəçisi A.S.Əliyev tərəfindən verilmiş apellyasiya şi kayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.M.Mehdiyev kassasiya şikayəti verərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42 və 350-ci maddələri tətbiq edilməklə hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin bir sıra hallarına və işdə olan bəzi sübutl ara, habelə CPM-nin sübutetməyə və CM-nin cəzanın təyin edilməsinə dair normalarına istinad edən müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum təqsirliliyi barədə kifayət qədər sübutlar əldə edilməmiş, onun hökmün təsviri hissəsində göstərilmiş əməllərin törədilməsinə heç bir aidiyyəti olmamış, lakin buna baxmayaraq onun barəsində əsassız ittiham hökmü çıxarılmış və o, ağır cəzaya məruz qalmışdır. Məhkəmələr Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsinə dair nəticələrini məhkumların, o cümlədən hüquqlarını müdafiə etdiyi şəxsin ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə əsaslandırmışlar, halbuki bu ifadələr onlara zor və işgəncələr verilməklə alınmışdır. Müdafiəçi daha sonra qeyd edir ki, məhkumların hətta ibtidai araşdırma zamanı verdikləri ifadələr əsas götürülsə belə, onların, o cümlədən Məhkum dövlətə xəyanət etməsinə dair məhkəmələrin gəldikləri qənaət qeyri –müəyyəndir, onların düşmənə dövlət sirrini və ya hərbi sirri təşkil edən hansısa məlumatın verilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər hamısı ibtidai araşdırma zamanı onlara işgəncə verilməsini bildirsələr də, işə baxan məhkəmələr buna əhəmiyyət verməmiş və bununla yanaşı təqsiri sübuta yetirilmədiyi halda Məhkum həddindən artıq ağır cəza təyin olunmuşdur. Qeyd olunanlara əsaslanaraq müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxslər xxxxxxxxxxxx qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, həm in şəxslər məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiy ası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhk əməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onl arın dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) o lduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qan unveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Müdafiəçi kassasiya şikayətinin məzmunundan görünür ki, o, həmin şikayətində faktiki olaraq Məhkum barəsindəki ittiham hökmünün və həmin hökmün dəyişdiri lmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın əsasının yolverilməz sübutlar təşkil etdiyini, buna görə onun barəsindəki cinayət təqibinə xitam verilməli və ya bərasində bəraət hökmü çıxarılmalı olduğu onun əsassız məhkum olunmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqda tələbini CPM-nin 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və həmin şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materiallarını və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarını yoxlayaraq və CPM-nin 419-cu maddəsinin tələblərinə əməl etməklə aşağı instansiya məhkəm ələrinin müəyyən etdikləri işin faktiki hallarından çıxış edərək aşağdakıları qeyd edir. Əvvəla, kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. C M-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmi ş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un “xxx və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) İş materiallarının təhlili göstərir ki, Məhkum tərəfindən törədilmiş cinayətin faktiki hallarına dair m əhkəmələrin gəldikləri nəticələr, qanuni prosedurlar daxilində, cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş sübutlar üzərində qurulmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmişlər. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərlə, o cümlədən Məhkumla yanaşı, çoxsaylı zərərçəkmiş şəxslər və şahidlər dindrilmiş, müxtəlif ekspertiza rəyləri, istintaq hərəktlərinin aparılması haqqında protokollar, sübut əhəmiyyətli sənədlər, o cümlədən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri etirafedici ifadələri elan ol unub tədqiq edilmiş və bu sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunaraq onların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə if adələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 32.4,120.2.1, 32.4,120.2.3, 32.4,120.2.6, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında Məhkum həm təkbaşına, həm də hazırki iş üzrə məhkum olunmuş digər şəxslərlə cinayət əlaqəsinə girərək qrup şəklində törətdiyi cinayətlərin təsviri və bu cinayətlərin əsası kimi qəbul edilmiş sübutlar məhkəmələrin yekun aktlarında ətraflı şərh edildiyindən və onlara müqayisəli şəkildə qiymət verildiyindən məhkəmə kol legiyası hazırki qərarda bunların təkrarən təsvir edilməsinə ehtiyac görmür və ümumilikdə məhkəmələrin gəldikləri nəticələrlə razılaşır. Müdafiəçinin kassasiya şikayətində göstərdiyi əsas dəlillər ondan ibarətdir ki, istər Məhkum, istərsə də digər məhkum olunmuş şəxslər ibtidai araşdırma zamanı işgəncələrə məruz qaldıqlarından həmin dövrdə törətdikləri əməlləri etiraf etməyə məcbur edilmiş, bu hala məhkəmələr əhəmiyyət verməmiş və eyni zamanda onların ittiham olunduqları dövlətə xəyanət etmə cinayətinin nədə ifadə olunmasını müəyyən edə bilməmişlər. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ona ibtidai araşdırma zamanı işgəncə verilməsi və buna görə də törətmədiyi əməlləri etiraf etməsi barədə bəyanatı ətraflı olaraq yoxlanılmış və onun bu iddiası istər şahidlərin dindrilməsi və bunu nla bağlı keçirilmiş məhkəmə-tibbi ekspertizasının keçirilməsi nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum verdiyi ifadələrlə yanaşı könüllü şəkildə ibtidai araşdırma orqanına ünvanladığı ərizəsində də düşmənlə əlaqəda olmasını etiraf edərək törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini bildirmişdir. Bu isə bir daha adı çəkilən məhkuma cinayət təqibi dövründə hər hansı şəxs tərəfindən fiziki və ya psixi zor tətbiq edilməməsini və məhkəmələrin onun məhz ibtidai araşdırma zamanı verdiyi ifadələrinə sübut növün kimi istinad etmələrinin əsaslı olduğunu göstərir. Məhkum təqsirli bilinib məhkum olunduğu dövlətə xəyanət cinayətini törətməməsi, digər tərəfdən bu cinayətin hansı hərəkətlərdə ifadə olunmasının göstərilməməsi barədə dəlilə gəldikdə isə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CM-nin 274-cü maddəsinə görə, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl aşağıdakı hərəkətlərin edilməsində ifadə olunur: - düşmən tərəfinə keçmə; - casusluq; - dövlət sirrini xarici dövlətə vermə; Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə. İş materiallarından, o cümlədən məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarından göründüyü kimi, Məhkum hazırki iş üzrə məhkum olunmuş digər şəxslərlə cinayət əlaqəsinə girərək qrup şəklində Azərbaycan Respublikasının torpaqlarını qanunsu z işğal edərək ölkəmizin müxtəlif bölgələrində, o cümlədən onların xidmət etdikləri N saylı hərbi hissə ilə üzbə-üz yerləşən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə əlaqə yaradıb onlarla əməkdaşlıq edərək müəyyən pul məbləğləri müqabilində onlara hərbi hissənin şəxsi heyəti, silahları, döyüş mövqelərindəki postları barədə məxfi məlumatlar vermiş, N saylı hərbi hissənin digər hərbi qulluqçularına qarşı zorakı hərəkətlərin edilməsinə şərait yaradaraq sonuncuları aldadıb və ya onlara hədə-qorxu gələrək düşmənin yerləşdiyi mövqelərə aparmış və hətta düşmən hərbi qulluqçularının tapşırığı ilə N saylı hərbi hissənin mövqelərinin düşmənə təslim edilməsinə köməklik göstərəcəklərini vəd etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu hallar, yəni Məhkum digər məhkumlarla birlikdə gös tərilən əməlləri törətməsi iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunur və onun bu əməlləri CM-nin 274-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən əməllərə aid olduğundan həmin əməllərin başqa cür ixtisaslaşdırılması üçün əsaslar görmür. Bu isə, Məhkum CM-nin digər maddələri ilə yanaşı həmçinin CM-nin 274-cü maddəsi ilə də təqsirli bilinib məhkum olunmasının tam qanuni və əsaslı olmasını göstərir. CM-nin 58.3-cü maddəsinə əsaslanmaqla Məhkum barəsində seçilmiş cəza tədbirinin də ədalətli olmaması barədə dəlil irəli sürən Müdafiəçiməhkuma onun təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürməsə də, məhkəmə kollegiyası bu məsələni də yoxlayaraq qeyd edir ki, birinci instansiya məh kəməsi Məhkum cəza təyin edərkən iş üzrə müəyyən olunmuş bütün halları, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış, apellyasiya instansiyası məhkəməsi isə əsaslı olaraq təhlil edilən məsələ ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və məhkəmələr cinayət qanunu normalarının aşağıdakı tələblərinin tətbiq edilməsində, habelə Ali Məhkəmənin Plenum Qərarlarında təsbit edilmiş tövsiyələrə əməl olunmasında hər hansı pozuntuya yol verməmişlər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngü lləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqo riyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal ları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib kassasiya şikayətinin dəlilləri ilə bütövlükdə razılaşmayaraq, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı, o cümlədən cinayət işi üzrə icraata Məhkum aid hissədə bəraətverici əsaslarla xitam verilməsi üçün CPM-nin 42-ci maddəsində göstərilən əsasları isə müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, həm in şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 32.4,120.2.1, 32.4,120.2.3, 32.4,120.2.6, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə adı çəkilən məhkuma aid hissədə və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 32.4,120.2.1, 32.4,120.2.3, 32.4,120.2.6, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı Məhkum aid hissədə və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-63/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-63/2020
22.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver