Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-63/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasın ın 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim İlqar Quliyev) 1(098)-179/2020 nömrəli, 28 sentyabr 2020-ci il tarixli qərarı ilə 29 may 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissənin əsgəri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 232.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təqsirləndirilən şəxsin xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən o lunmadığından dayandırılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum təqsirləndirilmişdir ona görə ki, o, N nömrəli hərbi hissəsinin Tərtər Rayonunun Cəmilli kəndi ərazisində dislokasiya olunmuş tank əleyhinə bölüyünün 2-ci tank əleyhinə tağımının tank əleyhinə idarə olunan raketlər manqasının 2-ci tank əleyhinə idarə olunan raketinin baş operatoru vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 14 fevral 2020-ci il tarixdə saat 19:00-da hərbi hissənin Naftalan şəhəri ərazisində yerləşən silah-sursat və əşya anbarlarının mühafizəsinə cəlb edilmiş qarovul heyətinin tərkibində sutkalıq qarovul xidmətinə təyin olunmuş, 15 fevral 2020-ci il tarixdə saat 11:15 radələrində qarovul evində saatdar kimi ayıq növbədə olan zaman əvvəllər araları nda yaranmış mübahisə səbəbindən ədavətdə olduğu həmin manqanın 4-cü tank əleyhinə idarə olunan raketinin baş operatoru vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X4 müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyini bildiyindən xidmətində problem yaratmaqla buna mane olmaq məqsədilə mühafizəsi ona tapşırılmış qarovul evindəki silah və sursat saxlanılan yerdən N nömrəli hərbi hissəyə məxsus olmaqla, E.Ş.Məmmədova təhkim edilmiş AKMS markalı, TF 5793 №-li avtomat silahı götürüb sökərək, odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab edilən və dəyəri 55 (əlli beş) manat olan eyni nömrəli çaxmağı çıxarıb, öz qulluq mövqeyindən istifadə edərək oğurlamaqla talamış və təxminən 15 dəqiqə müddətində əynində olan şalvarın sağ yan cibində gizlətdikdən sonra saat 11:30 radələrində qarovul evindəki tualetin yanına gedib çaxmağı oradakı çöllük əraziyə atmışdır. Saat 12:55 radələrində əsgər E.Ş.Məmmədov saatdar kimi posta çıxmağa hazırlaşarkən silah piramidasından xidməti istifadəsində olan qeyd olunan avtomat silahı götürüb yoxladıqda silahın çaxmağının yerində olmadığını aşkar edib bu barədə məruzə etdikdən sonra axtarışlara başlanılmış, lakin axtarışlar nəticə verməmişdir. Hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini, mayor X2 qarovul xidmətinə cəlb olunan hərbi qulluqçularla apardığı söhbətdən sonra əsgər Məhkum törətdiyi əməli etiraf etmiş və taladığı çaxmağı 16 fevral 2020-ci il tarixdə saat 01 radələrində könüllü olaraq qarovul evindəki tualetin yaxınlığında olan ərazidən götürüb B.G.Qələmiyevə təhvil vermişdir. Tərtər Hərbi Məhkəməsi nin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından dayandırılmışdır. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Ədil Məmmədov və Nuru Quluyevdən ibarət tərkibdə) 1-1(104)-53/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 232.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qa lan təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini, Tərtər Hərbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə Məhkum CM-in 232.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi icraat təzələnərək məhkəmə baxışına təyin edildiyindən dövlət ittihamçısının protesti, protestdə qeyd edilən qərar artıq qüvvədə olmadığından təmin edilməyərək, geri qaytarılması və cinayət işinin materiallarının mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi İnqilab oğ lu onunla əsaslandırır ki, apellyasiya məhkəməsi protesti təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 84.6, 84.7 və 314.1-ci maddələrinin tələblərinin pozulmasını irad tutan apellyasiya məhkəməsinin işə baxan kollegiyası nəzərə almamışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə ləğv etdiyi Tərtər Hərbi Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarı artıq həmin tarixə qədər, yəni Tərtər Hərbi Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir və işə apellyasiya məhkəməsi tərəfindən baxılarkən həmin qərarın heç bir hüquqi qüvvəsi olmamışdır və apellyasiya məhkəməsi ləğv edilmiş qərarı təkrarən ləğv etməklə hüquq elmi sahəsinə «yenilik» gətirmiş olmuşdur. Hətta nəzəri baxımdan, apellyasi ya məhkəməsi Tərtər Hərbi Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarını ləğv etməli olsaydı belə, bu halda həmin qərarın ləğv edilməsi ilə bağlı həmin vaxt qüvvədə olan Tərtər Hərbi Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ləğv edilməli idi. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Tərtər Hərbi Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərardan verilmiş apelyasiya protestinə baxarkən, artıq 12 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və dövlət ittihamçısının etirazına səbəb olmuş hal aradan qaldırılmışdır. Gəncə Apellyasiya Məhkəməsində eyni xarakterli müxtəlif cinayət işləri üzrə fərqli qərarlar qəbul edilmiş və müdafiə tərəfi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi və cinayət işləri üzrə icraatın təzələnərək məhk əmə baxışı təyin edildiyindən və iş üzrə icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni artıq cinayət işi üzrə icraatın dayandırılması qərarı icraatın təzələnməsi ilə öz hüquqi əhəmiyyətini itirdiyindən, nəticədə apellyasiya baxışı predmetsiz qaldığından protestin təmin edilməsi üçün əsaslar mövcud olmaması ilə bağlı mövqeyi ilə razılaşaraq belə mövqeyi daha qanunauyğun və ədalətli hesab edir. Belə protestlərə baxarkən məhkəmə öncə nəzərə almalı idi ki, bu protestlər formal xarakterlidir və məhkəmə baxışının əsassız uzadılmasına gətirib çıxardır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar Vətən Müharibəsi zamanı zərurətdən qəbul edilməsinə baxmayaraq, belə protestlər həm dövlətin, həmdə ordunun maraqlarına ziddir. Belə ki, bu protestə baxaraq, döyüş tapşırığını ye tirən hərbi qulluqçu ən azından xüsusi nəqliyyat ayrılaraq, Gəncə Apellyasiya Məhkəməsinə gətirilməlidir və nəticə etibarı ilə bu hal orduda döyüş hazırlığına mənfi təsir göstərilməsini istisna etmir. Kassator hesab edir ki, Məhkum CM-in 232.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışı təyin edildiyindən və iş üzrə icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni artıq cinayət işi üzrə icraatın dayandırılması qərarı icraatın təzələnməsi ilə öz hüquqi əhəmiyyətini itirdiyindən, nəticədə apellyasiya baxışı predmetsiz qaldığından protestin təmin edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib he sab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmə baxışı zamanı icraatın dayandırılması haqqında qərarın ləğv olunmasının Azərbaycan Respublikası cinayət prosessual qanununun normalarının tələblərinin kobud şəkildə pozulması olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razlaşmayaraq, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak e tməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət işi üzrə icraatı 28 sentyabr 2020-ci il tarixdə dayandırmış və həmin qərardan dövlət ittihamçısı tərəfindən 13 noyabr 2020-ci il tarixdə apellyasiya protesti verilmişdir. Qeyd olunmalıdır ki, apellyasiya protesti müddət ötürülməklə verildiyindən müddətin bərpa edilməsi məsələsinə baxılmış və müddətin bərpasına dair vəsatət Tərtər Hərbi Məhkəməsi tərəfindən təmin edilməmişdir. Bununla yanaşı dövlət ittihamçısı bu qərardan apellyasiya protesti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 fevral 2021-ci il tarixi qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Apellyasiya protesti üzrə işə baxan Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyası 26 aprel 2021-ci i l tarixli ilkin baxış qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli icraatın dayandırılması barədə qərar ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icraatın dayandırılmasında da və ya həmin qərarın ləğv olunmasında qanun pozuntusu olmamışdır. Belə ki, icraatın dayandırılması zamanı birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 53.1.2-ci maddəsini əsas götürmüşdür. Bilindiyi kimi 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlamış və həmin vaxt Məhkum xidmət etdiyi N nömrəli hərbi hissə də döyüş əməliyyatları keçirmişdir. Həmin əm əliyyatlarda iştirak etmiş hərbi hissələrin yerləşdiyi yer dövlət sirrini təşkil etdiyi üçün əsgər Məhkum barəsində axtarış elan edilməsi qanuna müvafiq hesab edilməmişdir. Lakin kollegiya qeyd edir ki, işə Tərtər Hərbi Məhkəməsində baxılarkən ittiham tərəfi hesab edilən dövlət ittihamçısı məhkəmə iclasında iştirak etməmiş və bu barədə onun fikri soruşulmamışdır. Həmçinin göründüyü kimi, apellyasiya protesti müddəti ötürülməklə verilmiş, lakin müddət bərpa olunaraq iş apellyasiya instansiyasına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi isə ədalətli çəkişmə prinsipi əsas tutaraq Tərtər Hərbi Məhkəməsinin qərarını ləğv etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı apellyasiya qərarının ləğv edilməsi və ya dəyiş dirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini tədqiq edərək həmin dəlilləri qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhkum barəsində olan cinayət işi üzrə 26 aprel 2021-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Resp ublikası CM-in 232.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-63/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-63/2021
02.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver