Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-63/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 və onun müdafiəçisi Adıgözəlova Vəfa Tohid qızının iştirakı ilə Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2 və 333.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Aşurova Tükəzban Cavanşir qızı tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçi V.T.Adıgözəlova tərəfindən kassasiya şikayətinə verilmiş əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmü ilə (hakimlər Həsənov Həbib Bəhram oğlu (sədrlik edən və məruzəçi), Abbasov Rafiq Qaraxan oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt Qarnizonu Hərbi Polisinin avtomobil müfəttişliyinin təlimatçısı vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmiş, CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2. və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat miqdarında, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 8000 (səkkiz min) manat miqdarında və CM-nin 333.3-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında, CMnin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəz aları qismən toplamaq yolu ilə 8500 (səkkiz min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, onun 11 mart 2020-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınaraq həmin cərimənin miqdarı qəti olaraq 1500 (min beş yüz) manatadək azaldılmışdır. Həmin hökmlə həmçinin Məhkum2, Məhkum4 və Məhkum3 CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək müxtəlif miqdarlarda cərimə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, habelə təkrarən şəx sləri, xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə, bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmiş, eləcə də gizir olaraq üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Məhkum1 Müdafiə Nazirliyinin Sumqayıt Qarnizonu Hərbi polisinin avtomobil müfəttişliyinin təlimatçısı vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 2019-cu ilin sentyabr ayının ortalarında günorta yeməyindən sonra sərbəst vaxt zamanı Sumqayıt Qarnizonu Hərbi polisinin hərbi polis bölüyünün 2-ci hərbi polis taqımının patrul nəfəri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Məhkum2, həmin hərbi polisin hərbi polis bölüyünün 1-ci hərbi polis taqımının patrul nəfəri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edən Məhkum4 və həmin hərbi polisin hərbi polis bölüyünün 1-ci hərbi polis taqımının patrul nəfəri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Məhkum3 ilə Sumqayıt şəhəri ərazisində yerləşən Sumqayıt Qarnizonu Hərbi polisinin inzibati binasının qarşısındakı kölgənəcəkdə söhbət edən zaman tamah niyyəti ilə, əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək məqsədi ilə, hər hansı real imkana və səlahiyyətə malik olmadığı halda yalandan, guya özünün Müdafiə Nazirliyinin yuxarı vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və onlar vasitəsilə istənilən v ətəndaşı Silahlı Qüvvələrin Hərbi Polisinin şöbələrinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, eləcə də digər qurumlara istənilən vəzifələrə 5000-7000 manat məbləğində pul müqabilində düzəldə biləcəyini və işə düzəlmək üçün müraciət edəcək şəxslərin tapılmasında ona köməklik edən şəxslərə əldə ediləcək pullardan hər bir iş üçün təxminən 300-500 manat məbləğində pul verəcəyini bildirdikdə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Məhkum2, Məhkum3 və kiçik çavuş Məhkum4 qanunsuz olaraq maddi vəsait əldə etmək məqsədilə Məhkum1 həmin təklifi ilə razılaşaraq dələduzluq etmək məqsədi ilə qabaqcadan əlbir olmuşlar. Bu razılıqdan sonra Məhkum1 həmin vəzifədə və rütbədə xidmətdə olarkən qabaqcadan əlbir olan bir qrup şəxs halında gəldikləri razılığın şərt lərinə əsasən 2019-cu ilin sentyabr ayının sonlarında Məhkum2lə birlikdə sonuncunun tanışı Bakı şəhəri, Nizami rayonunda yaşayan vətəndaş Şahid1 ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən "Modern" məktəbinin qarşısında görüşərkən, o, Bakı Qarnizonu Hərbi polisində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə düzəlmək istədiyini bildirmişdir. Məhkum1 vətəndaş Şahid1 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid1 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Məhkum1 qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid1 guya şəxsi əlaqələrindən istifadə edib, Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışları vasitəsilə onun Bakı Qarnizonu Hərbi polisində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 5.000 (beş min) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid1 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Məhkum1 gəldikləri razılığa əsasən 2019-cu ilin sentyabr ayının sonlarında günorta saatlarında cinayətkar qrupun digər üzvü olan Məhkum4la birlikdə Bakı şəhərindəki «Nərimanov» metro stansiyasının yaxınlığında yerləşən kafedə Şahid1 ilə görüşüb əvvəlcədən 5000 manat məb ləğində pula razılaşmalarına baxmayaraq həmin gün ondan 4000 (dörd min) manat məbləğində pul alıb, əvvəlcədən razılaşdıqları kimi həmin məbləğdən Məhkum4 və Məhkum2 hər birinə 300 manat məbləğində pul vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkum1 həmin işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid1 Məhkum1 verdiyi pulun geri qaytarmasını tələb etmiş, Şahid1 təkidlə pulunu tələb etdiyini görən və hüquq mühafizə orqanlarına şikayət edəcəyindən qorxan Məhkum1 atası Şəmbət Xəlilov vasitəsilə 2020-ci ilin fevral ayının əvvəllərində 4000 manat məb ləğində pulu Bakı şəhəri Nərimanov rayonunda tamamilə Şahid1 qaytarmışdır. Məhkum1 həmin vəzifədə və rütbədə xidmətdə olarkən qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum2, Məhkum3 və Məhkum4la gəldikləri razılığın şərtlərinə əsasən, Məhkum2 Məhkum3 vasitəsi ilə sonuncunun tanışı Siyəzən rayonunun Yenikənd kəndində yaşayan vətəndaş Şahid4 Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istəyini öyrəndikdən sonra Məhkum1 bu barədə bildirmiş, o isə vətəndaş Şahid4 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid4 pulunu aldadıb ələ keçirmək qərarına gəlib həmin işi 7000 manat məbləğində pula həll edə biləcəyini Şahid4 deməsini cinayətkar qrupun üzvü olan Məhkum2 tapşırmışdır. Bundan s onra Məhkum2, cinayətkar qrupun digər üzvləri olan Məhkum4 və Məhkum3lə birlikdə 2019-cu ilin oktyabr ayının sonlarında saat 14-15 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "Emin" şadlıq sarayının qarşısında Şahid4 ilə görüşərək qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid4 guya şəxsi əlaqələrindən istifadə edib, Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışları vasitəsilə onun Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 7.000 (yeddi min) manat məbləğində pul verilməli olduğunu bildirib Şahid4 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu vermə yə razı salmaqla təkrarən vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə rüşvət verməyə təhrik etmişdir. Bundan sonra 2019-cu ilin oktyabr ayının sonlarında cinayətkar qrupun üzvü olan Məhkum3 vətəndaş Şahid4 və sonuncunun atası X ilə Siyəzən rayonunun Yenikənd kəndində görüşərək sonunculardan işə düzəlmək məqsədi ilə verdikləri 7000 manat məbləğində pulu götürüb 2019-cu ilin oktyabr ayının sonlarında saat 11 radələrində Sumqayıt Qarnizonu hərbi polisinin inzibati binasında Məhkum2 və Məhkum4 vasitəsi ilə Məhkum1 vermiş, o isə verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkum1 həm in işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid4 Məhkum2 verdiyi pulun geri qaytarmasını tələb etmiş, Şahid4 təkidlə pulunu tələb etdiyini görən və hüquq mühafizə orqanlarına şikayət edəcəyindən qorxan Məhkum2 2020-ci ilin yanvar ayının əvvəllərində 7000 manat məbləğində pulu Siyəzən rayonunun Yenikənd kəndində tamamilə Şahid4 qaytarmışdır. Məhkum1, həmin vəzifədə və rütbədə xidmətdə olarkən cinayətkar qrupun üzvü Məhkum2 Məhkum3 vasitəsi ilə sonuncunun qohumu Siyəzən rayonunun Yenikənd kəndində yaşayan vətəndaş Şahid2 Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istəyini öyrəndikdən sonra Məhkum1 bu barədə bildirmiş, o isə vətəndaş Şahid2 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qa nunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid2 pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş və həmin işi 7500 manat məbləğində pula həll edə biləcəyini Şahid2 deməsini Məhkum2 tapşırmışdır. Bundan sonra Məhkum2 2019-cu ilin oktyabr ayının sonlarında Şahid2la mobil telefon vasitəsi ilə əlaqə saxlayıb qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda guya şəxsi əlaqələrindən istifadə edib, Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışları vasitəsilə onun Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 7.500 (yeddi min beş yüz) manat məbləğində pul verilməli olduğunu bildiri b Şahid2 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə rüşvət verməyə təhrik etmişdir. Bundan sonra 2019-cu ilin oktyabr ayının sonlarında saat 21 radələrində cinayətkar qrupun üzvləri olan Məhkum2, Məhkum4 və Məhkum3 Siyəzən rayonunun Giləzi qəsəbəsindən keçən magistral yolda vətəndaş Şahid2la görüşüb sonuncudan işə düzəlmək məqsədi ilə verdiyi 7500 manat məbləğində pulu alıb, əvvəlcədən razılaşdıqları kimi həmin məbləğdən Məhkum3 500 manat məbləğində pul vermiş, qalan 7000 manat pulu isə həmin gün saat 23 radələrində Məhkum2 Məhkum4la birgə Bakı şəhəri Nərimanov rayonunda yerləşən “AA karaoke” klubda Məhkum1 vermişdir. O isə verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkum1 həmin işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid2 Məhkum2 verdiyi pulun geri qaytarmasını tələb etmiş, Şahid2 təkidlə pulunu tələb etdiyini görən və hüquq mühafizə orqanlarına şikayət edəcəyindən qorxan Məhkum2 2020-ci ilin yanvar ayının sonlarında 7500 manat məbləğində pulu Siyəzən rayonunun Yenikənd kəndində tamamilə ona qaytarmışdır. Habelə Məhkum1, cinayətkar qrupun üzvü Məhkum3 tanışı Siyəzən rayonunun Yenikənd kəndində yaşayan vətəndaş Şahid6 dostu Şabran rayonunun Dəvəçi kəndində yaşayan vətəndaş Şahid3 N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə düzəlmək istəyini öyrəndikdən sonra, vətəndaş Şahid3 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid3 pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş və həmin işi 4000 manat məbləğində pula həll edə biləcəyini Şahid3 deməsini cinayətkar qrupun üzvü olan Məhkum2 tapşırmışdır. Bundan sonra Məhkum2 2019-cu ilin noyabr ayının əvvəllərində Şahid6lə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid6 guya şəxsi əlaqələrindən istifadə edib, Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışları vasitəsilə onun dostu Şahid3 N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 4000 (dörd min) manat məbləğində pul verilməli olduğunu bildirib Şahid3 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə rüşvət verməyə təhrik etmişdir. Bundan sonra 2019-cu ilin noyabr ayının sonlarında günorta saatlarında Şahid3 Siyəzən rayonunun Yenikənd kəndində Şahid6lə görüşüb 4000 manat məbləğində pulu sonuncuya vermiş, Şahid6 isə həmin gün saat 21 radələrində cinayətkar qrupun digər üzvləri olan Məhkum2 və Məhkum4la Siyəzən şəhərində yerləşən balıq bazarının yaxınlığında görüşüb 40 00 manat məbləğində pulu onlara, sonuncular isə həmin gün saat 24 radələrində Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Hollywood” klubda Məhkum1la görüşüb ona vermişdir. O da öz növbəsində əvvəlcədən razılaşdıqları kimi həmin məbləğdən Məhkum4 və Məhkum2 hər birinə 300 manat məbləğində pul versə də, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkum1 həmin işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid3 Şahid6 vasitəsi ilə Məhkum2 verdiyi pulun geri qaytarmasını tələb etmiş, Şahid3 təkidlə pulunu tələb etdiyini görən və hüquq mühafizə orqanlarına ş ikayət edəcəyindən qorxan Məhkum2 və Məhkum4 2020-ci ilin yanvar ayının əvvəllərində Şabran rayonun Dəvəçi kəndində 4000 manat məbləğində pulu Şahid6 vasitəsi ilə tamamilə Şahid3 qaytarmışlar. Məhkum1, həmin vəzifədə və rütbədə xidmətdə olarkən cinayətkar qrupun üzvü Məhkum2 Məhkum3 vasitəsi ilə sonuncunun tanışı Bakı şəhərinin Binəqədi rayonunda yaşayan vətəndaş Şahid5 Bakı Qarnizonu Hərbi polisində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə düzəlmək istəyini öyrəndikdən sonra vətəndaş Şahid5 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid5 pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş və həmin işi 6000 manat məbləğində həll edə biləcəyini Şahid5 deməsini cinayətkar qrup un üzvü olan Məhkum2 tapşırmışdır. Bundan sonra Məhkum2, cinayətkar qrupun digər üzvləri olan Məhkum4 və Məhkum3lə birlikdə 2019-cu ilin noyabr ayının əvvəllərində saat 17-18 radələrində Abşeron rayonunun Xırdalan qəsəbəsi dairəsində Şahid5 və sonuncunun atası X15 ilə görüşərək qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid5 guya şəxsi əlaqələrindən istifadə edib, Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışları vasitəsilə onun Bakı Qarnizonu Hərbi polisində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 6000 (altı min) manat məbləğində pul verilməli olduğunu bildirib Şahid5 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə rüşvət verməyə təhrik etmişdir.Bundan sonra 2019-cu ilin noyabr ayının ortalarında günorta radələrində cinayətkar qrupun üzvləri olan Məhkum2 Məhkum3lə birlikdə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən «Emin» şadlıq sarayının qarşısında Şahid5 və sonuncunun atası X15 ilə görüşərək 6000 manat məbləğində pulu alıb əvvəlcədən razılaşdıqları kimi həmin məbləğdən Məhkum3 500 manat məbləğində pul vermiş, qalan 5500 manat məbləğində olan pulu isə həmin gün Abşeron rayonunun Xırdalan qəsəbəsi dairəsində Məhkum4la birgə Məhkum1 vermişdir. O isə verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, qabaqcadan əlbir olan bir qrup şə xs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkum1 həmin işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid5 Məhkum2 verdiyi pulun geri qaytarılmasını tələb etmiş, Şahid5 təkidlə pulunu tələb etdiyini görən və hüquq mühafizə orqanlarına şikayət edəcəyindən qorxan Məhkum2 2020-ci ilin yanvar ayının ortalarında 6000 manat məbləğində pulu Bakı şəhəri Binəqədi rayonunda tamamilə Şahid5 qaytarmışdır. Məhkum1, həmin vəzifədə və rütbədə xidmətdə olarkən tamah niyyəti ilə, əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək məqsədi ilə, 25 dekabr 2019-cu il tarixdə xidmət yoldaşı, Sumqayıt Qarnizonu Hərbi polis inin hərbi polis bölüyünün 1-ci hərbi polis taqımının patrul nəfəri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Məhkum3 Bakı şəhəri Binəqədi rayonunda yerləşən guya özünə məxsus olan həyət evini satmaq istədiyini, ilkin olaraq 1000 manat pul verəcəyi təqdirdə həmin evi ona satacağını, evin ümumi məbləği barədə razılılığa gəlməsələr də qalan məbləği sonra aralarında razılaşaraq verə biləcəyini bildirmişdir. Məhkum3 onun dediklərinə inanıb həmin gün saat 16-17 radələrində Sumqayıt Qarnizonu Hərbi polisinin inzibati binasında Məhkum1 1000 (min) manat məbləğində pul vermiş, sonuncu isə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkum1 Müdafiə Nazirliyinin S umqayıt Qarnizonu Hərbi polisinin avtomobil müfəttişliyinin təlimatçısı vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 26 dekabr 2019-cu il tarixdə saat 08 radələrində üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamış və aparılmış axtarış tədbirləri nəticəsində 17 yanvar 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində Silahlı Qüvvələrin Hərbi polis idarəsinin əməkdaşları tərəfindən yaxalanaraq Hərbi polis idarəsinə gətirilmişdir. Bununla da o, gizir olaraq üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Hökmdən dövlət ittihamçısı Musayev Emin Özbək oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədo v Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbala oğlu və Rzayev məhəmmədəli oğlundan ibarət tərkibdə) 29 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə Məhkum1 barəsində və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 11 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş baxılması üçün yeni apellyasiya baxışına təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı E.Ö.Musayev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə təkrarən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 16 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmü Məhkum1 cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum1 CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 4000 (dörd min) manat miqdarında cərimə cəzası 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, CM-nin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 8000 (səkk iz min) manat mmiqdarında cərimə cəzası 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmin cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən onun 11 mart 2020-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 10 (on) ay 18 (on səkkiz) gün həmin cəzadan çıxılaraq onun üzərində qəti olaraq cəzasını ümum rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 7 (yeddi) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 333.3-cü maddəsi ilə cinayət təqibinə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.3-ci maddə sinə əsasən xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi T.C.Aşurova kassasiya şikayəti və müdafiəçi V.T.Adıgözəlova kassasiya şikayətinə əlavəni verərək həmin qərarın ləğv edilməsini və Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmünü Məhkum1 münasibətdə ona CM-in 333.3-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzasının təyin edilməsi hissəsində cinayət təqibinə xitam verərək, qalan hissədə həmin hökmün təkrarlanması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya şikayətinə edilmiş əlavənin dəlilləri: Cəza təyin etmənin qaydaları, əsasları, şərtləri və prinsipləri təsbit olunmuş CM-nin 8, 4 1, 58-ci maddələrinə, CPM-nin 39 və 40-cı maddələrinə, hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına istinad edən müdafiəçi T.C.Aşurova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti vermiş dövlət ittihamçısı Məhkum1 təyin olunmuş cəzanın ağırlaşdırılması iddiası ilə çıxış edərkən hüquqların müdafiə etdiyi şəxsə qarşı qərəzlilik nümayiş etdirmiş, apellyasya instansiyası məhkəməsi isə həmin protesti əsassız olaraq təmin edərkən və ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq sayarkən birinci instansiya məhkəməsindən fərqli olaraq cəzanı yüngülləşdirən halları, o cümlədən Məhkum1 şəxsiyyətini səciyyələndirən halları, onun təqsirli bilindiyi cinayət nəticəsində ziyan vurulmuş və eyni zamanda məhkum olunmuş Məhkum3 vurduğu ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayətinin və tələbinin olmamasını kifayət qədər nəzərə almamışdır. Qeyd etdiyi əsaslara görə, Məhkum1 təyin olunmuş cəzanı açıq-aşkar ağır hesab edən müdafiəçi T.C.Aşurova adı çəkilən məhkuma CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri, habelə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmündə müəyyən edilmiş növdə və həddə cərimə cəzası ilə əvəz edilməsini, CM-nin 333.3-cü maddəsi ilə isə onun barəsindəki cinayət təqibinə xitam verilməsini xahiş edir. Müdafiəçi V.T.Adıgözəlova kassasiya şikayətinə verilmiş əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 barəsindəki olan cinayət işinə baxarkən qanunsuz və ədalətsiz qərar qəbul etmiş, məhkəmə ona daha ağır cəza təyin edərkən onun cinayət əməlini etiraf edib səmimi peşman olmasını, Məhkum3lə barışıq əldə etməsini, sonuncunun məhkuma qarşı heç bir tələbi və şikayətinin olmamasını nəzərə almamış, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törədən şəxsin şəxsiyyətinə uyğun qiymət verməmişdir. Eyni zamanda onun şəxsiyyətini, öhdəsində azyaşlı uşağının olmasını, məhkumun zərəri tam ödədiyini kifayət qədər nəzərə almamışdır. Müdafiəçi T.C.Aşurovanın kassasiya şikayətində irəli sürdüyü tələbə uyğun olan eyni tələblə çıxış edən müdafiəçi V.T.Adıgözəlova da onun kassasiya şikayətinə verdiyi əlavənin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılsalar da, müdafiəçi T.C.Aşurova naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçıların rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə müdafiəçi T.C.Aşurovanın iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin və ona edilmiş əlavənin məzmununlarından göründüyü kimi, müdafiəçilər T.C.Aşurova və V.T.Adıgözəlova öz müraciətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin olunması haqqında qərarın qəbul edilməli olması barədə tələblərini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdilər. CPM-ni n 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilər T.C.Aşurovanın kassasiya şikayətini, V.T.Adıgözəlovanın isə kassasiya şikayətinə əlavəsini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kas sasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərql i olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdir ilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunver icilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin müraciətlərin məzmununa görə, müdafiəçilər T.C.Aşurova və V.T. Adıgözəlova öz müraciətlərində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum1 törətdiyinə görə təqsirli bilindiyi əməllərinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmirlər və apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə bağlı qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsini iddia edirlər. Buna görə də məhkəmə kollegiyası Məhkum1 təqsirliliyinə dair sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəs inə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə ə sasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cin ayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bun unla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2 və 61.3-cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarınd a cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhk əmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarına əsasən, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenu munun sözügedən qərarına görə, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövləti n reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət e tməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilm əli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və törədilmiş əməlin sübuta yetirilməsi və bu əməlin hüquqi tövsifi hissələrində həmin məhkəmənin nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarında) araşdırılmış sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum1 ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum1 əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməlləri CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2. və 333.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkum1 barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, CM-nin 32.4,312.2-ci maddəsinin sanksiyasında isə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum1 təqsirli bilindiyi CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai tə hlükəlilik dərəcəsini, CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirdiyi halı – onun himayəsində bir azyaşlı uşağın olmasını, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzaların təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Yuxarıda təsbit edilmiş qanunvericiliyinin normalarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyində, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən, habelə belə cinayətlərə görə cəza təyin etmə sahəsində formalaşmış məhkəmə təcrübəsindən çıxış edən məhkəmə kollegiyası Məhkum1a istər təqsirli bilin diyi ayrı-ayrı maddələrlə, istərsə də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın qanunsuz və ədalətsiz hesab edilməsi üçün əsaslar görüm və belə qənaətə gəlir ki, bu məsələni həll edən apellyasiya instansiyası məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini, şərtlərini və qaydalarını, digər tərəfdən isə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən yuxarıda göstərilən halı kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməli olması məsələsi o, halda nəzərdə keçirilə bilər ki, cəza təyin edən məhkəmə həmin məsələnin həlli zamanı müvafiq sübutlarla təsdiq olunmuş hər hansı cəzanı yüngülləşdirən halı və ya halları nəzərə almasın, yaxud da əsassız, CM-nin 61.2-ci maddəsinin tələblərinə zidd olaraq CM-nin 61.1-ci göstərilməmiş hər hansı cəzanı ağırlaşdıran hal kimi nəzər almış olsun. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarından həmin məhkəmənin belə hallara yol verməsi müəyyən edilmir və kassasiya müraciətlərinin müəllifləri də iş üzrə toplanmış sübutlarla təsdiq olunan, lakin məhkəmənin nəzərə almadığı cəzanı yüngülləşdirən hər hansı hala istinad etməmişlər. Halbuki, prosessual qanunvericiliyinin tələblərinə əsasən, cinayət prosesi iştirakçısının, o cümlədən müdafiə tərəfinin irəli sürdüyü tələblərin arxasında onun özünün məhkəməyə təqdim etdiyi sübutlar durmalıdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.21-cı maddəsində nəzərdə tutulmuş halı müəyyən etməyərək və kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi barədə Məhkum1 və onun müdafiəçisi V.T.Adıgözəlovanın, kassasiya müraciətlərinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi T.C.Aşurovanın kassasiya şikayəti və müdafiəçi V.T.Adıgözəlovanın kassasiya şikayətinə etdiyi əlavəsi təmin edilməməli və Məhkum1 CMnin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı kassasiy a şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və kassasiya şikayətinə edilmiş əlavə təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-63/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-63/2022
20.12.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver