Məhkəmə qərarları › İş №1-1(102)-63/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-63/2023

15.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-63/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3- cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin (hakimlər: X46 oğlunun sədrliyi ilə, X15 və X2 ibarət tərkibdə) 30 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Kv D-2, sahə 12-də qeydiyyatda olmaqla yaşamış, Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3 və 333.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4-cü maddələrinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 315-ci maddəsi xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəz aları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkmə müddətinin əvvəlinin 23 fevral 2021-ci il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə digər şəxs- X25 da məhkum olunmuşdur. Həmin tarixli qərarla dövlət ittihamçısı məhkəmə baxışında Məhkum irəli sürülmüş ittiham üzrə onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 180.2.2-ci maddələrinin tərkibi olmamasına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən ittihamın müdafiəsindən imtina etdiyi üçün onun barəsində cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X19 və X1 ibarət tərkibdə) 20 may 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3 və 333.3-cü maddələri və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1-1(095)-158/2021 saylı hökmü Məhkum aid hissədə ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona Cina yət Məcəlləsinin 182.2.2, 182.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 1 (bir) il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 2 (iki) il azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkmə müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesab edilmiş, cəzasını üm umi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 180.2.2, 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, Müdafiə Nazirliyinin Ağcabədi rayonu, Minəxorlu kəndində yerləşən N nömrəli hərbi hissəsinin reaktiv-artilleriya batareyasının, 2ci taqımının, 2-ci manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində ictimai yer olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 4 saylı qəbirstanlığa tanışları X20 və X26 ilə gələr ək sonuncunun mərhum atası Arif Bayramovu həmin qəbiristanlıqda dəfnini təşkil etmək barədə hakimiyyət nümayəndəsi olan Gəncə şəhər Nizami rayon bələdiyyəsinin dəfn və mərasim xidmətlər şöbəsinin mühəndisi vəzifəsində işləyən X27 ilə danışarkən ondan mərhum Arif Bayramovun qəbrinin qara mərmər daşla hörülüb düzəltdirməsini tələb etdikdə sonuncunun buna imkanının olmamasını deməsindən sonra aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifa də edən hərəkətlər edərək ucadan qışqırıb F.R.Bağırovu təhqir edərək həmin yerdən istintaqla əldə olunması mümkün olmayan taxta saplı beli götürüb silah qismində istifadə edib nümayiş etdirərək başı üstünə qaldırıb sonuncunu otaqdan çölə, yəni onun yanma çıxmasını tələb edib ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Emil Bağırova qarşı zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və E.R.Bağırov otaqdan çıxıb gedərkən ona yaxınlaşıb şəxsiyyəti üzərində zor göstərməklə hədələyib ondan mərhum tanışı Arif Bayramovun məzarını 2500 (iki min beş yüz) manat xərc təşkil edən qara mərmərlə hörülməsinin təmin etməsini, yəni əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədəqorxu ilə tələb etmişdir. Bundan sonra, Məhkum həmin v əzifədə və rütbədə xidmət edərkən xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində yenidən ictimai yer olan həmin qəbiristanlığa gələrək heç bir əsaslı səbəb olmadan təkrarən ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi - Gəncə şəhər Nizami rayon bələdiyyəsinin dəfn və mərasim xidmətlər şöbəsinin mühəndisi vəzifəsində işləyən X16 qarşı zor tətbiq edilməsi hədəsi və onu təhqir etməsi ilə müşayiət edilən q ərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etmiş və onun şəxsiyyəti üzərində zor göstərməklə hədələyib ondan təkrarən, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə mərhum tanışı Arif Bayramovun məzarını 2500 (iki min beş yüz) manat xərc təşkil edən qara mərmərlə hörülməsinin təmin etməsini, yəni əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini, habelə ona 30000 (otuz min) manat dəyərində, qara rəngli, 4 litr mühərrik həcmi olan “X54 Prado” markalı avtomobil alıb verməsini və ona hər ay pul verməli olduğunu təkrarən hədə-qorxu ilə tələb etmişdir. Daha sonra, o, həmin gün və növbəti gün E.R.Bağırovun mobil telefonuna zəng edib və mesajlar göndərərək həmin tələbləri hədə-qorxu ilə irəli sürməyə davam etmişdir. Daha sonra, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən xx.xx.2021-ci il tari xdə, saat 12 radələrində yenidən Gəncə şəhəri. Nizami rayonunda yerləşən 4 saylı qəbiristanlığın giriş hissəsinə tünd göy rəngli “Vaz 2121 Niva” markalı avtomobillə gələrək heç bir əsaslı səbəb olmadan təkrarən ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi - Gəncə şəhər Nizami rayon bələdiyyəsinin dəfn və mərasim xidmətlər şöbəsinin mühəndisi vəzifəsində işləyən X16 qarşı zor tətbiq edilməsi hədəsi və onu təhqir etməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etmiş və onun şəxsiyyəti üzərində zor göstərməklə hədələyib ondan təkrarən, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə mərhum tanışı Arif Bayramovun məzarını 2500 (iki min beş yüz) manat xərc təşkil edən qara mərmərlə hörülməsinin təmin etməsini, yəni əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini, habelə ona 30000 (otuz min) manat dəyərində qara rəngli 4 litr mühərrik həcmi olan “X54 Prado” markalı avtomobil alıb verməsini və ona hər ay pul verməli olduğunu təkrarən hədə-qorxu ilə tələb etmişdir. Hadisənin gedişatında X55 rayon polis bölməsinə zəng edib bu barədə məlumat vermiş, həmin yerə gələn polis əməkdaşları - Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon polis idarəsinin Nizami rayon polis bölməs inin sahə rəisi, polis mayoru X7, Nizami RPB-nin polis əməliyyat müvəkkili, polis leytenantı X38, növbətçi hissənin sürücüsü - polis nəfəri, polis baş serjantı X9 ona yaxınlaşıb onu nizam-intizama dəvət edərkən Məhkum oradan aralaşmaq istəyərək avtomobilinə doğru getmiş, ona yaxınlaşmaq istəyən polis mayoru Elşən Allahverdiyevi görüb qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək bel nahiyəsinə taxılmış bıçağı əlinə götürüb silah qismində istifadə etməklə xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi-polis əməkdaşı, polis mayoru Elşən Allahverdiyevə tərəf 2-3 metr məsafədən əlində olan bıçaqla sağa və sola hərəkətlər edib onu vurmaqla hədələmiş və ona yaxınlaşmamasını demiş, sonra isə avtomobilindən qara rəngli “ovçarka” cinsli, buruntaqsız itini çölə çıxardıb iti silah qismində istifadə etməklə xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısım alan hakimiyyət nümayəndəsi - polis əməkdaşı, polis mayoru Elşən Allahverdiyevə tərəf itin cilovunu boşaldıb geri dartmaqla onu zor tətbiq etməklə hədələməkdə davam etmişdir. Həmin vaxt polis əməkdaşı, polis mayoru Elşən Allahverdiyev qorxduğundan özünə və ətrafdakı şəxslərə yaranmış təhlükənin qarşısını almaq məqsədi ilə xidməti tabel silahını çıxardıb itə tuşlamış, lakin atəş açmamışdır. Məhkum da bunu görüb itini yenidən avtomobilinə otuzdurmuş, özü də avtomobilində oturaraq üzərində olan bıçağı öz boynuna dirəyib polis əməkdaşlarından ondan uzaqlaşmalarını tələb edib avtomobilini sürüb hadisə yerini tərk etmişd ir. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə, saat 08:00 radələrində hərbi hissəni özbaşına tərk edib on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəyə qayıtmayaraq xx.xx.2021-ci il tarixdə, saat 11:50-də hərbi hissəyə qayıtmışdır. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin ictimai-təhlükəsizilik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X28 özünə məxsus “Hyundai Santa fe” markalı, **-UO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin X3 yetkinlik yaşma çatmayanlarla profilaktik işin təşkili qrupunun i nspektoru, polis kapitanı Toğrul Rüstəmzadə və Kəpəz RPİ-nin İTB- nin rəisi, polis mayoru X36 şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi ilə Sadıllı qəsəbəsinin kəsişməsində yerləşən “Kəpəz” bazarının qarşısına gəlmiş, orada xeyli insanların toplandığını aşkar edərək şəxslərlə profilaktik söhbətlər aparmağa başlamışlar. Həmin vaxt orada olan Məhkum hər hansı əsaslı səbəb olmadan təkrarən ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ümumi olaraq polis əməkdaşlarına qarşı ucad an nalayiq ifadələr işlətməyə başlamış, daha sonra istintaqla əldə olunması mümkün olmayan dəmir parçasını əlinə götürüb silah qismində istifadə etməklə kənardan sürətlə gələrək əlində olan dəmir parçası ilə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi-polis baş leytenantı X10 xidməti vəzifələrini yerinə yetirərkən ona məxsus "Hyundai Santa fe” markalı. **-UO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön şüşəsinə bir dəfə möhkəm zərbə vurub şüşəni sındırıb məhv etməklə müqavimət göstərək ona 260 (iki yüz altmış) manat məbləğində ziyan vurub qaçmış və kənardan polis əməkdaşları tərəfə daşlar atmış, bununla da təkrarən ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən müqavimət göstərərək silah qismində ist ifadə olunan əşya ilə özgənin əmlakını məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Daha sonra, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində ictimai yer olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, ‘"Kəpəz” bazarının yaxınlığında yerləşən vətəndaş X17 məxsus maye qaz-yanacaq doldurma məntəqəsinə gələrək heç bir əsaslı səbəb olmadan təkrarən ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkət lər edərək A.B.Səfərovla mübahisə edib ona həmin yeri tərk etməsini deyərək özü ilə gətirdiyi istintaqla əldə olunması mümkün olmayan taxta parçasını silah qismində istifadə etməklə sonuncunun sol qolundan bir zərbə vuraraq ona “sol said nahiyəsinin qançırı” ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətini yetirərək zor tətbiq etməklə, sonra isə kənardan istintaqla əldə olunması mümkün olmayan daşı götürüb silah qismində istifadə edərək Akif Səfərova məxsus “QAZ 31105" markalı, **-RA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə tərəf atıb həmin avtomobilin sağ arxa qapısını qəsdən zədələməklə, habelə A.B.Səfərov şikayət etmək üçün Kəpəz rayon polis idarəsinə getdikdən sonra cinayət əməlini davam etdirmək üçün həmin məntəqəyə qayıda raq məntəqənin pəncərələrinin şüşələrini qəsdən sındırıb məhv edib sonuncuya ümumilikdə 180 (yüz səksən) manat 42 (qırx iki) qəpik dəyərində maddi ziyan vurmaqla müşayiət edilən qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə saat 15 radələrində tanışı Gəncə şəhər sakini X11 və sonuncunun tanışları, əksəriyyəti 1 -ci Qarabağ Müharibəsi qaziləri olan bir neçə mülki şəxslərlə, o cümlədən “Qarabağ Qaziləri" X33 şəhər filialının sədr müavini X25 ilə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə gəlmişdir. X.İ.Zeynalov "Gəncə Bazarstore” MMC-nin direktoru X4 ilə sonuncunun xidməti otağında mübahisəli torpaq yeri barədə söhbət edərkən Məhkum və X.İ.Zeynalovla həmin ofisə gələn digər mülki şəxslər MMC-nin ofisinin 2-ci mərtəbəsində olan zalında oturub gözləmişlər. Məhkum həmin gün saat 16:09-da MMC-nin ofisinin zalında olarkən "xxxx" MMC-nin telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operatoru vəzifəsində işləyən X12 onu və onunla birlikdə gəlmiş mülki şəxsləri əlində olan smartfon tipli mobil telefonla video görüntülərini çəkdiyini əsassız bəhanə edib ona yaxınlaşaraq sonuncunun əlində olan 300 (üç yüz) manat dəyərində olan “Xiaomi Poco X3” markalı mobil telefonu sonuncunun iradəsinə zidd əlindən dartıb götürmüşdür. Daha sonra Məhkum təkrarən hər hansı əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai q aydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək onları çəkdiyini iddia edərək Vüsal İsmailova ucadan iradını bildirmiş, daha sonra V.İsmailovun qolundan tutaraq onu MMC-nin direktoru M.M.Mahmudzadənin xidməti otağına tərəf aparmış və həmin otağın qarşısında mülki şəxslərdən biri onların hay-küy çıxartmamasını, M.Mahmudzadənin xidməti otağında gedən söhbətə mane yaratmamalarını demişdir. Bu zaman ofisin zalına daxil olmuş X56 Poladovdan V.İsmailovun nə etdiyini soruşduqda, o. V.İsmailovun mobil telefonla onların videogörüntülərini çəkdiyini bildirmişdir. H.Mirzəyev isə bundan əsəbiləşib Məhkum xuliqanlıqla müşayiət olunan cinayət əməlinə qoşularaq onunla bir qrup şəxs təşkil etmə klə V.İsmailovun əllərindən tutub onun ünvanına nalayiq ifadə işlətmiş və sifət nahiyəsinə sillə zərbəsi vurmaq istəmiş, lakin V.İsmailov həmin şillədən yayınmışdır. Daha sonra H.Mirzəyev təpiklə bir dəfə V.İsmailovun qasıq nahiyəsinə zərbə vurmaqla ona qarşı zor tətbiq etmişdir. V.İsmailov ofisin zalının çıxış qapısına tərəf getmək üçün Məhkum çanından keçərkən sonuncu xuliqanlıq hərəkətlərini davam etdirib onun ünvanına nalayiq ifadə işlədərək ondan götürdüyü "Xiaomi Poco X3” markalı mobil telefonu silah qismində istifadə edərək baş nahiyəsinə bir zərbə vurmaqla, V.İsmailov ondan mobil telefonunu qaytarmasını tələb etdikdə isə V.İsmailovun ünvanına nalayiq ifadə işlədərək çənə nahiyəsinə bir yumruq zərbəsi vurmaqla ona zor tətbiq etmişdir. Bundan sonra V.İsmailov ofisin zalının çıxışına tərəf gedərkən H.Mirzəyev yenidən onun qollarından və sinəsindən tutaraq aşağı ətraflarına bir neçə təpik zərbəsi vurub ona “sağ bud və sol diz nahiyələrinin qançırları” ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə zor tətbiq etmişdir. Sonra V.İsmailov ofisin 2-ci mərtəbəsindən 1-ci mərtəbəsinə düşərkən Məhkum onun arxası ilə gəlib “Xiaomi Poco X3” markalı mobil telefonu əli ilə qırdıqdan sonra onun arxası ilə atmış. V.N.İsmailov aşağı doğru əyildiyindən həmin mobil telefon divara dəyərək tam sınıb məhv edilmiş, bununla da sonuncuya 300 (üç yüz) manat dəyərində maddi ziyan vurmaqla, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyanı istifadə etməklə V.N.İsmailova qarşı zor tətbiq etməklə müşayiət olunan qərəz li hərəkətlər edərək təkrarən xuliqanlıq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən xx.xx.2021ci il tarixdə saat 12 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən Gəncə şəhəri Baş Polis İdarəsinin X60 Şöbəsinin inzibati binasının qarşısında yerləşən cərimə meydançasının önünə əlində olan 151 sm uzunluğunda. 4.5 sm qalınlığında taxta parçası ilə gələrək cərimə meydançasına yerləşdirilmiş tanışı Nail Rzayevin idarə etdiyi "VAZ 2108” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili cərimə meydançasından çıxaracağına dair əsassız tələb irəli sürərək giriş darvazasını icazəsiz açıb təkrarən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozmaqla nalayiq ifadələr işlətmiş, həmin vaxt ictimai qaydanın qo runması üzrə vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsi Gəncə şəhər Baş Polis İdarəsinin. X60 Şöbəsinin, X57 Xidməti bölüyünün yol-patrul xidməti inspektoru, polis baş serjantı X21 ondan bu hərəkətlərini dayandırmasını tələb edib intizama dəvət edərkən o sonuncunun qanuni tələblərinə əməl etməyərək nalayiq söyüşlər söyməklə qeyd edilən avtomobili icazəsiz duracaqdan çıxaracağını bildirib əlində olan taxta parçasını silah qismində istifadə edib ona yaxınlaşan M.Abdıyevin sağ bazu nahiyəsinə bir zərbə vurmaqla, daha sonra ucadan nalayiq söyüşlər söyməklə əlində olan taxta parçasını başının üstünə qaldıraraq ona yaxınlaşan polis baş serjantı M.Abdıyevi vurması ilə hədələməklə və onun, eləcə də, Gəncə şəhər Baş Polis İdarəsinin, X60 Şöbəsinin, X57 Xidməti bölüyünün yol-patrul xidməti ins pektoru, polis baş serjantı X22 qanuni tələblərinə əhəmiyyət verməyərək qanunsuz hərəkətlərini davam etdirərək M.Abdıyevin yaxasından tutmaqla, sonra isə onun boyun nahiyəsinə əl atıb dartmaqla ona qarşı zor tətbiq etmiş, nəticədə M.S.Abdıyevə “sağ bazu oynağı nahiyəsinin qançırı, boyun nahiyəsinin sıyrığı” ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə, həmçinin M.Abdıyevin əynində olan xidməti polis geyim formasının gödəkçəsinin sağ çiyin nahiyəsindən tutub dartmaqla gödəkçənin sağ paqonunun çıxmasına, gödəkçənin sağ çiyin hissəsinin cırılmasma səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən hakim iyyət nümayəndəsinə müqavimət göstərilməsi ilə müşayiət edilən silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, Apellyasiya məhkəməsinin hökmü tamamilə mülahizələrə əsaslanmış, Məhkum əməlləri Cinayət Məcəlləsinin 182 və 315-ci maddələrinə tərkib yaratmadığı halda cəza təyin etməklə əsassız hökm çıxarılmışdır. Apellyasiya məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü çıxararkən Məhkum əməlinin nəyə görə CM-nin 182-ci maddəsi ilə əhatə olduğunu aydın bir şəkildə ifadə etməmiş, sadəcə dövlət ittihamçısının tələbini icra etmişdir. Məhkum və zərərçəkmiş şəxslərin ifadələrindən aydın bir şəkildə görünür ki, təqsirləndirilən şəxsin əməllərində real hədə yoxdur. Məhkum əməllərinin CM-nin 182-ci maddəsinə tövsif olunub barəsində bununla bağlı cəza təyin edilməsi qanuna uyğun deyildir. Həmçinin, Apellyasiya məhkəməsi hökmü çıxararkən Məhkum əməlinin nəyə görə CM-in 315-ci maddəsi ilə əhatə etdiyini aydın şəkildə ifadə etməmiş, Məhkum xuliqanlıq əməlinin düzgün tövsif edilib-edilməməsi məsələsini yoxlamadan hökm çıxarmışdır. Məhkum xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsina zor tətbiq etmə əməlləri Cinayət Məcəlləsinin 221.2.2-cü maddəsi ilə tam əhatə olunmasına baxmayaraq dövlət ittihamçısı tərəfindən verilmiş protest əsasında Gəncə Apellyasiya Məhkəməsi Məhkumnun əməlini əlavə olaraq CM-nin 315-ci maddəsi ilə də tövsif edərək, onun barəsində olan hökmü dəyişmiş və daha ağır cəza təyin edən hökm çıxarm ışdır. Halbuki, həmin Məcəllənin 61.3-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin olunarkən təkrar nəzərə alına bilməz. Xuliqanlıq hərəkətlərinə son qoyulduqdan sonra hakimiyyət nümayəndəsinə onun həyatı va sağlamlığı üçün təhlükəli olmayan fiziki zorun tətbiq edilməsi ilə müqavimət göstərmə (məsələn təqsirkarın tutulması ilə əlaqədar) xuliqanlıq cinayətinin tövsifedici əlaməti kimi qiymətləndirilə bilməz və cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.1 va 315.1-ci maddasi ilə tövsif edilməlidir. İşin materiallarından və şahid ifadələrindən də aydındır ki, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə halları bütün hallarda Məhkum xuliqanlıq hərəkətinin gedişində baş ve rdiyindan onun əməlinin əlavə olaraq CM-nin 315-ci maddəsina tövsif edilməsi qanunsuzdur. Bundan başqa, Məhkum verilmiş ittihamdan görünür ki, 4 saylı qəbirstanlıqda Emil Bağırova qarşı xuliqanlıq hərəkətlərinin davamı olaraq oraya gəlmiş polis əməkdaşlarına qarşı üzərində olan bıçağı çıxardaraq yaxın gəlməməyi bildirmiş, eləcə də, avtomobilində olan iti polis əməkdaşı Elşən Abdullayevə doğru yönəldib daha sonra cilovundan tutub özünə doğru çəkmişdir. Bu epizodda CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddəsinin olması mümkün hesab edilə bilər. Lakin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilmiş bəndinə əsasən əməl düzgün olaraq CM-in daha ağır olan 221.3-cü maddəsi ilə tövsif edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Konstit usiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin " tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Məhkəmə Məhkum barəsində yüngülləşdirici halları nəzərə almamışdır. Məhkəmə Məhkum cinayət nəticəsində dəymiş bütün ziyanı könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslər Vüsal İsmailov, Akif Səfərov, Emil Bağırov və Tahir Möyləyev ilə barışıq əldə etməsini, Vətən müharibəsində gedən döyüşlərdə iştirak etməsini, xidməti cəhətdən müsbət xarakterizə olunmasını, anasının ağır xəstə olmasını, Vətən müharibasi zamanı almış olduğu «b arotravma»dan sonra bu əməlləri törətməsini, əvvəllər hər hansı cinayət əməllərinə yol verməməsini, azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi, Məhkum ordu sıralarından tərxis olunması əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmasını nəzərə almamışdır. Məhkum Vətən müharibəsi iştirakçısıdır, qazidir. Döyüşlərdə kontuziya almışdır. Vətən uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş, bir çox silah yoldaşının müxtəlif üsul və şəraitlərdə şəhid olmasının şahidi olmuşdur, ağır sarsıntılar keçirmişdir. Ağır döyüş şəraitində, uzun müddət davam edən stressli və əzablı bir yol keçmişdir. Bu yolu keçmiş, bu cür ağır şəraitdə və basqı altında yaşamış bir çox insanın hərəkətlərində ani həyəcanlanma, normal düşünmə qabiliyyətini qısa müddətli itirilməsi, əsəb xəstəliyi nin əlamətlərinin büruzə verməsi və ani affekt vəziyyətlərinin sıxlıqla baş verməsini müəyyən etmək üçün hər hansı ekspert rəyinə ehtiyac yoxdur. Bu hallar cəmiyyətdə, döyüş iştirakçısı olmuş şəxslərdə sıxlıqla müşahidə edilir. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli hökmü ilə CM-in 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3-cü maddələrdən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilməsi və Cinayət Məcəlləsinin 62-ci maddəsini tədbiq etməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışı nın nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələri ndən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum CM-in 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 315 və 333.3-cü maddələr ilə təqsirlilik məsələsi və əməlinin hüquqi tövsifi, göstərilən maddələr üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlər mübahisələndirilir və şəxsin əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi və barəsində CM-in 62-ci maddəsi tətbiq olun maqla azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi iddia olunur. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət ə məlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası əvvəl məhkum olunmuş şəxs Məhkum əməlinin düzgün tövsif olunub-olunmamasına, apellyasiya instansiya məhkəməsin in cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3-cü maddələri ilə tövsif edilməklə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum CM-in 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3 və 333.3-cü maddələri əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsi hökmündə Məhkum hakimiyyət nümayəndəsinə zor tətbiq etmə hallarının bütün hallarda xuliqanlıq hərəkətinin gedişində baş verdiyini göstərmiş və onun əməlinin əlavə olaraq CM-nin 315-ci maddəsinə tövsif edilməyə ehiyac olmaması qənaətində olmaqla, ona qarşı irəli sürülmüş ittihamdan CM-in 315.1-ci maddəsini xaric etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmamış və hesab etmişdir ki Məhkum əməlinin həmçinin CM-nin 315-ci maddəsi ilə də tövsif olunması barədə istintaq orqanının gəldiyi nəticə əsaslıdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 №-li qərarında göstərilmişdir ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcə lləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsifə ehtiyac qalmır. Daha sonra həmin Qərarda göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Həmin Plenum qərarında göstərilmişdir ki, ictimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılıhası zamanı qaydanın qorunması halları başa düşülməlidir.. Xuliqanlıq hərəkətlərinə son qoyulduqdan sonra hakimiyyət nümayəndəsinə onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zorun tətbiq edilməsi ilə müqavimət göstərmə (məsələn təqsirkarın tutulması ilə əlaqədar) xuliqanlıq cinayətinin tövsifedici əlaməti kimi qiymətləndirilə bilməz və cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum CM-in 315.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclaslarında dindirilən zərərçəkmiş şəxslərGəncə şəhər BPİ-nin Kəpəz RPİ-in X3 polis sahə rəisi, polis baş leytenantı X28, Gəncə şəhər BPİ-nin Nizami rayon polis idarəsinin Nizami rayon polis bölməsinin sahə rəisi, polis mayoru X7, Gəncə şəhər BPİ-nin X60 X41 Patrul Xidməti bölüyünün yol-patrul xidməti inspektoru X29, Gəncə şə həri, Nizami rayon Bələdiyyəsinin dəfn və mərasim xidmətləri şöbəsinin mühəndisi X13, eləcə də şahid qismində dindirilən Gəncə şəhər BPİ-nin Kəpəz rayon polis idarəsinin X3 rəisi, polis mayoru X23, Gəncə şəhər BPİ-nin X60 X41 patrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru, polis baş serjantı X39, Gəncə şəhər BPİnin Nizami rayon polis idarəsinin, Nizami rayon polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X24 ifadələri ilə təsdiq olunmuşdur. Nəzərə alınmalıdır ki, şərh olunan cinayətin obyekti dövlət hakimiyyətinin normal idarəetmə fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Şəxsiyyətin həyat və sağlamlığı bu cinayətin əlavə obyekti hesab oluna bilər. CM-nin 315.1-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən xidməti vəzifələrini yerinə yetirməsi ilə ə laqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə, zor tətbiq etməklə müqavimət göstərmədə və ya zor tətbiq etmək hədəsi ilə hədələmədə ifadə olunur. Müqavimət göstərmə dedikdə, xidməti vəzifələrini yerinə yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı fəal qanunazidd hərəkətlərin edilməsi başa düşüməlidir. Zor tətbiq etmə dedikdə, hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı təsir göstərmə başa düşülür. Belə təsir həm fıziki, həm də psixi zorakılıq formasında təzahür edə bilər. Hakimiyyət nümayəndəsinin bilavasitə şəxsiyyəti əleyhinə yönəlməyən, lakin ona qarşı müqavimət göstərmə metodu olan bəzi qanunsuz hərəkətlərdə (məsələn: hakimiyyət nümayəndəsinin paltarını cırma, polisin paqonlarını sökmə və s.) məhkəmə təcrübəsində fiziki zor kimi qiymətləndirilir. Pisixi zorakılıq dedikdə, hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı fiziki zor tətbiq etmə hədəsi başa düşülür. Bu zaman psixi zor müəyyən xarakterə malik ola bilər. Lakin psixi zor (zor tətbiq etmək hədəsi) hər bir halda real olmalıdır, yəni onun xarakteri təsdiq etməlidir ki, hazırda və gələcəkdə tətbiq olunmasından asılı olmayaraq belə psixi zorakılıq hərəkətləri istənilən anda təqsirkar tərəfindən həyata keçirilə bilər və zərərçəkənin belə hərəkətlərdən ehtiyatlanmağa real əsasları vardır. Bu halda təqsirkarın həmin hərəkətləri tətbiq etmək arzusunda olubolmamasının əhəmiyyəti yoxdur. Belə ki, Məhkum müxtəlif vaxtlarda ictimai asayişi pozmamağa və nizam intizama dəvət olunmasına əhəmiyyət verməyərək işğalda olan torpaqların azad olunması uğrunda döyüşlərdə iştirak etd iyinə görə onun hər bir əməlinə göz yumulmasını hakimiyyət nümayəndələrindən tələb etməsi, əlində gəzdirdiyi dəmir boru və ya taxta parçası ilə polis əməkdaşlarına qarşı müqavimət göstərməsi, polis əməkdaşı T.R.Möyləyevə məxsus olan “Hyundai Santafe” markalı, ** UO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön şüşəsini sındırıb qəsdən avtomobilə zərər vurması, daş parçalarını polis əməkdaşlarına tərəf atması, şalvarının kəmərinə taxdığı iri həcmli bıçağı əlinə götürüb iki-üç metr məsafədən sağa-sola, yuxarı- aşağıya hərəkətlər etdirərək ictimai qaydanın pozulmasının qarşısını almaqla əlaqədar xidməti vəzifələrini icra edən polis əməkdaşı E.A.Allahverdiyevi vurmaqla hədələyib qorxudaraq psixi təzyiq göstərməsi, ona yaxınlaşmamağı tələb edərək kənarda saxladığı “VAZ 2121 Niva” markalı av tomobilə tərəf gedib avtomobilinin qapısını açaraq arxa oturacaqda gəzdirdiyi qara rəngli, üzərində qara boyunluğu olan, lakin ağzında buruntağı olmayan “ovçarka” cinsli itinə səslənərək avtomobildən çölə çıxarıb polis əməkdaşı E.A.Allahverdiyevin üzərinə hücum etməsinə dair komanda verməsi, həmin vaxt əlində saxladığı itin cilovunu boşaldıb yenidən geri dartaraq iti onun üstünə buraxmaqla hədələməsi, polis əməkdaşı M.S.Abdıyev tərəfindən nizam-intizama dəvət edilən zaman onun ünvanına nalayiq sözlər deyib əlində olan taxta parçası ilə bir dəfə sağ bazu nahiyəsinin arxasına zərbə vurmaqla xəsarət yetirməsi, əlindəki taxta parçasını bir neçə dəfə qaldırıb endirməklə yaxınlaşacaq şəxsi vura biləcəyini deməklə hədələməsi, onu nizam-intizama dəvət edən polis əməkdaşı M.S.Abdıyevin üst geyim fo rmasının yaxasından tutaraq boyun nahiyəsinə əl atıb barmaqları ilə boynunu sıyırması, sonuncunun xidməti polis geyim formasının gödəkçəsini dartıb cırması, həmçinin paqonunu əli ilə dartıb çıxararaq yerə salması CM-nin 315- ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi əlamətləridir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, aşağı instansiya məhkəmələrində tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq olunmuş digər çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla Arif Poldovun CM-in 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ni törətməsi öz təsdiqini tapmış və bu barədə apellyasiya instansiyası məhkəməsinini gəldiyi nəticə əsaslıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində məhkumun hərəkətlərində hədə-qorxu ilə tələb etmə cinayətini xarakterizə edən əlamətlərin olmadığı qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsini n şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələb etmənin bir neçə növü: 1) güc t ətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədəqorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədəqorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3-cü maddələri ilə təqsirli bilən apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, Məhkum qeyd edilən cinayət əməllərini törədib törətməsini müəyyən edərkən ətraflı araşdırma aparmış, sübutlara, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara hüquqi qiymət verərək barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlill ər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyas iya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticə yə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşmaqla qeyd edir ki, Məhkum əməlinin CM-in 221.3-cü maddəsinə tövsif edilməsinə dair dəlilləri konkret hüquqi əsası olmayan subyektiv mülahizə xarakterli dəlillər olmaqla həmin dəlillər kassasiya şikayətinin təmin olunaraq Məhkum əməllərinin yalnız CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial ha disəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran ha lların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan h allar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zə ruriliyinə əsaslanaraq cəzanı yüngülləşdirən halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış edilməli, yəni həmin halların müstəsnalığı və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəbləri lazımınca əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi, həmçinin onun barəsində cəzanı yüngülləşdirən halların nəzərə alınmaması barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi üçün hüquqi və qanuni əs aslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barədə cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi) dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CMnin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraiti nə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun əməllərinin hüquqi tövsifi və cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarın ın ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 221.2.1, 221.2.2, 221.3, 315 və 333.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar