Məhkəmə qərarları › İş №1-1(102)-63/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-63/2024

12.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-63/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N1 fevral N0N4-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya p rotestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-114/N0N3 saylı, 7 sentyabr N0N3-cü tarixli hökmü ilə (sədrlik edən hakim İlqar Quliyev) Məhkum (xx xxxxxx 1998-ci il tarixdə Goranboy rayon Tapqaraqoyunlu kəndində doğulmuş, həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tərtər Hərbi Məhkəməsinin 14 iyun N0NN-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3cü maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 4-cüəməliyyat taqımının N-ci əməliyyat qrupunda sabiq kəşfiyyatçı-qumbaratan köməkçisi vəzifəsində, matros hərbi rütbəsində xidmət etmiş), Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 333.4cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Məhkum təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməsi və barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Məhkum davranışı üzərində nəzarəti həyata keçırən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulması, Məhkum sınaq müddətində öz davranışı ilə islah olunmasını sübut edərsə o, sınaq müddəti bitdikdən sonra cəzanı çəkməkdən azad edilməsi, sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya xidmətinə həvalə edilməsi, iş üzrə məhkəmə xərcləri Tərtər rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN məhkəmə istintaqı zamanı sərf etdiyi N1 (iyirmi bir) işsaatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 1N6 (bir yüz iyirmi altı) manat dövlət büdcəsi hesabına vəkil MüdafiəçiN ödənilməsi müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(107)-3/N0N4 saylı, N1 fevral N0N4-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.M.Eyvazov, hakimlər X.H.Səmədov və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)114/N0N3 saylı, 7 sentyabr N0N3-cü tarixli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N1 fevral N0N4-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə görə Məhkum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamış, həmçinin üzrlü səbəblər olmadan təkrarən bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Məhkum N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 4-cü əməliyyat taqımının N-ci əməliyyat qrupun un kəşfiyyatçıqumbaratan köməkçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla matros hərbi rütbəsində xidmət edərkən hərbi hissənin şəxsi heyəti ilə birlikdə gücləndirmə iləəlaqədar Kəlbəcər rayonu ərazisində ezamiyyətdə olan zaman N3 sentyabr N0NN-ci il tarixdə saat 13 radələrində yüksək hərarəti olduğundan N-ci əməliyyat bölüyünün komandiri kapitan Şahid1 icazəsi ilə Kəlbəcər rayonu Zar kəndində yerləşən xidmət etdiyi postdan təxminən 30-40 km arxada hərbi hissənin qərargah binasının yaxınlığında yerləşən bilavasitə düşmənə qarşı durmayan və faktiki döyüş əməliyyatı aparmayan səhra tipli tibb məntəqəsinə getmiş, lakin həmin tibb məntəqəsində özünü tibb məntəqəsinin növbətçi həkiminə təqdim etmədən xidməti yerinə qayıtmayıb, müalicə olunması ücün Gəncə şəhər ində yerləşən N30 saylı hərbi hospitala müraciət etmiş və onun müvafiq tibbi göndərişi olmadığından hərbi hospitala daxil ola bilmədiyindən yaşadığı Göranboy rayonuna gedərək, orada ev şəraitində müalicə olmuş və səhhəti bərpa olunsada xidmət yerinə qayıtmayaraq, 06 dekabr N0NN-ci il tarixdə saat 17:40-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində xidməti yerinə könüllü gələrək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa o, yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmət edərkən 1N dekabr N0NN-ci il tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsiərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət yerini özba şına tərk etmiş, N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli, N0 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cı bəndinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin "z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarılaraq, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestində göstərmişdir ki, məhkəmə hökmdə baş vermiş hadisənin döyüş şəraitində baş verməməsini əsaslandıra bilməmişdir. İstintaq materialında Məhkum Kəlbəcər rayonu ərazisin də döyüş əməliyyatlarında iştirak etməyə getməsini və döyüş şəraitində yerləşən səyyar tibb məntəqəsini öz başına tərk etməsini sübut edən kifayət qədər şahid ifadələri və müvafiq sənədlərin olmasına baxmayaraq bunları hökmdə təhrif edilmiş şəkildə göstərməklə fikir çaşqınlığı yaratmağa çalışmışdır. Belə ki, məhkəmə ilk öncə məhkəmə N №-li hərbi hissə komandanlığı tərəfindən rəsmi gerbli möhürlə təsdiq edilərək verilmiş «N nömrəli hərbi hissəsinin 1-ci taborunun N- ci bölüyünün 4-cü taqımının N-ci manqasının şəxsi heyəti hərbi hissənin hərbi qulluqçuları ilə birlikdə “Sarsıdıcı Zərbə” N0NN-ci il döyüşləri ilə əlaqədar 17 sentyabr N0NN-ci il tarixdən N1 oktyabr N0NN-ci il tarixədək Kəlbəcər rayonunun Zar yaşayış məntəqəsində döyüş şəraitində olması» ilə bağlı arayışı heç bir hüquqi əsas olm adan və yalnız formal mülahizə xarakteri daşıyan və həmin vəzifəli şəxs tərəfindən imzalanan və rəsmi qeydiyyatı olmayan sənəd kimi qəbul edərək əsassız hüquqi əhəmiyyət verməmişdir, (i/v 40) Bununla bağlı qeyd edim ki, məhkəmə istintaqında sənədlərin elan olunması zamanı müdafiə və ittiham tərəfi, eləcədə hakim kolleqiyası tərəfindən həmin arayış mübahisələndirilməmişdir. Məhkəmənin həmin arayışın formal mülahizə olub-olmamasını araşdırmaq kimi niyyəti olsaydı kifayət qədər vaxt olmasına baxmayaraq həmin arayışı vermiş şəxsi məhkəməyə çağırıb dindirilməsini təmin etməmiş və yə bununla bağlı əlavə sorğu göndərməmişdir. Qüvvədə olan Cinayət Məcəlləsində hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatlarını aparması döyüş şəraiti kimi təsbit olunm uşdur. Yurisdiksiyasında əsasən döyüş tapşırığını yerinə yetirən hərbi hissələrin olduğu, bu qəbildən çoxsaylı cinayət işlərinə baxmış məhkəmə kollegiyasının məlum olmayan səbəblərdən öz qərarını əsaslandırmaq üçün belə bir qanunsuz olmaqla yanaşı, uzun illər formalaşmış istintaq və məhkəmə təcrübəsinə zərər vuran hüquqi qiymətləndirməsi ən azı təəssüf doğurur, o cümlədən hüquq nəzəriyyəsində də əsassız çaşqınlıq yaradır. Bundan başqa, məhkəmə hökmdə adları qeyd olunan və ifadələri göstərilən şahidlər tabor komandiri, kapitan ŞahidN və baş gizir Şahid3 məhkəmə istintaqında hadisənin döyüş şəraitində baş verməsini, yaralı hərbiçilərə tez ilkin tibbi yardım göstərilməsinin təmin edilməsi məqsədi ilə səyyar tibb məntəqəsinin Kəlbəcər rayonun Zar kəndindən irəlidə düşməndən azad edilmiş ərazid ə yerləşməsini göstərsələrdə məhkəmə onların ifadələrini hökmdə tam şəkildə açıqlamamışdır, (i/v: 54-58, 70-74) Bundan əlavə, təqsirləndirilən şəxs Məhkum ifadəsində ona AR.CM-nin 333.4 və 333.6-cı maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, ifadəsində səyyar tibb məntəqəsinin Kəlbəcər rayonunun Zar kəndindən irəlidə Bala Göyçənin yaxınlığında Qılınclı kəndi ilə arada yerləşdiyini, Kəlbəcər rayonuna döyüş əməliyyatlarında iştirak etmək üçün göndərildiyini, tibb məntəqəsində guya həkim olmadığına görə məzuniyyətə gedən şəxsi heyətlə düşdüyünü, öz yaşadığı Goranboy rayonunda olduğunu və heç bir həkimə və ya tibb müəssisəsinə müraciət etmədiyini, yalnız ağrıkəsici dərman qəbul etməklə kifayətləndiyini göstərmişdir, (iş vərəq 119-1N5, 146-15N) Göründüyü kimi, təqsirləndiri lən şəxs Məhkum özüdə bir daha ifadəsində döyüş əməliyyatlarında iştirak etmək üçün Kəlbəcər rayonuna göndərildiyini, tibb məntəqsinin azad edilmiş Qılınclı kəndi yaxınlığında yerləşdiyini bir daha təsdiq etmişdir. Həmçinin işin hallarından görünür ki, Məhkum səhhətində ciddi problem olmamışdır ki, tibb müəssisəsinə müraciət etməmişdir. Əksinə xx.xx.N0NN-ci ildə hərbi hissəyə qayıtsada, xx.xx.N0NN-ci ildə təkrarən xidmət yerini özbaşına tərk etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin CM-nin 333,1-ci maddəsinin müddəalarının şərh edilməsinə dair 18 iyul N005-ci il tarixli qərarına əsasən CM-nin 333.1ci maddəsində göstərilən müddətlərin əvvəli hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi andan və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə mü əyyən edilmiş müddətdə gəlmədiyi vaxtdan hesablanır. «Döyüş şəraiti» dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki olaraq döyüş əməliyyatlarının aparılması başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, belə nəticəyə gəlinir ki, məhkəmə işə obyektiv baxmamış, işin faktiki hallarını təhlil etməmiş və sübutlara əsaslanmayaraq əsassız Məhkum əməlini CM-nin 333.6-cı maddəsindən həmin Məcəllənin 333.4-cü maddəsinə tövsif etmişdir. Bundan əlavə, məhkəmə hökmdə Məhkum Vətən müharibəsində iştirak etməsini, medallara layiq görülməsini, əməlindən peşman olmasını bir neçə dəfə qeyd etmişdir. Lakin məhkəmə tərəfindən bu cür naliyyətləri olan şəxslərin azadlıqdan məhrum edilmələri ilə bağlı dəfələrlə hökmlər çıxarılmışdır. Misal olaraq məhz, Tərtər Hərbi Məhkəməsi tər əfindən XN barəsində AR.CM-n 334.1- ci maddəsi ilə təqsirli bilinməklə 3 il 6 ay azadlıqdan məhrum edilməsi haqqında 1N sentyabr N0NN-ci il tarixdə çıxarılmış hökmü göstərmək olar. Bundan sonra, işdə olan sənədlərdən görünür ki, Məhkum Tərtər Hərbi Məhkəməsinin 14 iyun N0NN-ci tarixli hökmü ilə CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfmə 10% pul tutulmaqla 06 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuşdur. N saylı hərbi hissənin N mart N0N3-cü il tarixli 397 nömrəli arayışından görünür ki, Məhkum Tərtər Hərbi Məhkəməsinin 14 iyun N0NN-ci tarixli hökmü ilə ona təyin edilmiş aylıq pul təminatından dövlət nəfmə 10% pul tutulmaqla 06 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası məhkəmənin xx.xx.N0NN-ci il tarixli məktubun a əsasən tam olaraq tutulmuşdur. (i/v86). Bununla belə CM-in 83-cü maddəsinə əsasən onun məhkumluğu hələ ki, ödənilməmişdir. Belə olan halda məhkəmə tərəfindən məhkumluğu ödənilməmiş təqsirləndirilən şəxs K. Hüseynovun xidmətə laqeyid münasibət bəsləməsinə baxmayaraq onun özünü müdafiə etmək məqsədi kimi işlətdiyi peşman olmasını, səmimi peşmançılıq hissi kimi qiymətləndirməsi əsassızdır. Bundan əlavə, məhkəmə məhkuma cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı Məhkum tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da, ona şərti çəza təyin olunmasını əsaslandıra bilməm işdir. Ümumiyyətlə nəzərə alınmalıdır ki, N0NN-ci ildə əvvəlki dövrlərlə müqayisədə hərbi hissəni özbaşına tərk etmə və ya xidmət yerini özbaşına tərk etmə cinayətlərinin (CM-in 333-cü maddəsi) dinamikasında əhəmiyyətli artım müşahidə olunmuşdur. Hazırki işə baxan Tərtər Hərbi Məhkəməsində də bu qəbildən olan çoxsaylı işlərə baxılmış, belə mənfi dinamikanın olması onlar üçün də sirr olmamışdır. Uzun müddət hərbi hissəni özbaşına tərk edən və ya xidmət yerinə qayıtmayan hərbi qulluqçulara sınaq müddəti ilə cəza təyini bu kateqoriyadan olan cinayətlərin qarşısının alınmasında profilaktik rol oynamaq əvəzinə, əksinə, cəzasızlıq mühiti yaratmaqla yeni cinayətlərin törədilməsinə rəvac verə bilər. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən X3 Cinayət kollegiyasının N1 fevra l N0N4-cü il tarixli qərarının ləğv edilməsini, işin yenidən apellyasiya instansiya məhkəməsində yenidən baxılması üçün qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünl üyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı protestdə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.N, 416.1.15 və 416.1.N1-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya p rotestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının N1N fevral N0N4-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum təqsirli bilindiyi CM-in 333.4-cü maddəsi ilə CM-in 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının mübahisələndirilməsi üzrə dəlilləri ilə kassasiya müraciətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, işin müəyyən olunmuş hallarına g örə təqsirləndirilən şəxsin 44 günlük Vətən müharibəsində göstərdiyi şücayətə görə «Suqovuşanın azad olunmasına görə» və «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif olunmmasını, əməlindən peşman olmasını, ehtiyyata buraxıldıqdan sonra ailə həyatı qurmasını, heç yerdə işləməyən və onun himayəsində olan arvadının hal-hazlrda 4 aylıq hamilə olmasını, hazırda “Gold Naftalanda” aşpaz işləyərək ayda 400 manat maaş alaraq ailəsinə maddi yardım göstərməsini, 44 günlük Vətən müharibəsində və N0NN-ci ilin sentyabr ayında Kəlbəcər rayonunda xüsusi təyinatlı qüvvələrlə birlikdə əməliyyatlarda iştirak etməsini, arvadının xəstə olmaqla müalicəyə ehtiyacı olmasını, ağır ailə vəziyyəti şəraitində yaşamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və birinci instansiya məhkəməsi cəza nı ağırlaşdıran və yüngülləşdirən hallar məsələsi üzrə müəyyən etdiklərini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, o cümlədən ailə vəziyyəti, törətdiyi cinayətə və onun nəticələrinə görə məsuliyyətini dərk etməsi, öz vəziyyətinə tənqidi münasibət bəsləməsi, prosessual vəzifələrini vicdanla yerinə yetirməsi, məhkəmədə davranışı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almış və Məhkum barəsində 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə şəklində CM-in 58-ci maddəsi ilə yanaşı 59, 61, 70-ci maddələrinin tələblərinə cavab verən və CM- in 41.N-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün kifayət edən ədalətli cinayət-hüquqi xarakterli tətbir tətbiq etmişdir. Məhkəmələrin cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş digər məsələlər üzrə nəticələri məhkəmə baxışında CPM-in 143-146-cı maddələrinə müvafiq sürətdə tədqiq olunub-qiymətləndirilmiş sübutlardan hasil edilmiş, yəni məhkəmələr tərəfindən CPM-in 139, o cümlədən 139.0.5-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Odur ki, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin Məhkum şərti məhkum etməni tətbiq etməklə (apellyasiya məhkəməsinin bu cinayət-hüquqi xarakterli tədbirlə razılaşmaqla) Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin pozuntularına yol vermələri barədə iddiası əsaslı sayıla bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya protesti ilə ehtiva olunan CPM-in 416.1.N, 416.1.15 və 416.1.N1-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu protestin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan N1 fevral N0N4-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılma lıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11(107)-3-N0N4 saylı, N1 fevral N0N4-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar