Məhkəmə qərarları › İş №1-1(102)-64/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-64/2021

15.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-64/2021 15.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5, zərərçəkmiş şəxs X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli, 11(104)-66/2021 n ömrəli ilkin baxış qərarından Dövlət ittihamçısı Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 15 oktyabr 1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, Ağdam rayonunun Zəngişalı kəndində daimi qeydiyyatda olmaqla orada yaşamışdır. 2. 21 dekabr 2019-cu il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 351.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür.

3. Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 1(098)-56/2020 nömrəli qərarı ilə N nömrəli hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məhkum Azərbayc an Respublikası CM-nin 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmış, təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş “Başqa yerə getməmək haqqında intizam” növündə qətimkan tədbiri ləğv edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən qərarı qəbul edilərkən, məhkəmə iclasında istər ittiham, istərsə də müdafiə tərəfi iştirak etməmişlər.

5. Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 1(098)-56/2020 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçısı apelyasiya protesti onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən bir sıra qanun pozuntularına yol vermişdir. Belə ki, Məhkum CM-in 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 16 yanvar 2020-ci il tarixdə keçirilmiş və o, bir neçə dəfə məhkəmə iclasına gəlmədiyindən məhkəmə baxışı 15 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Lakin məhkəmə 27 sentyabr 2020-ci il tarixdə döyüş əməliyyatlarının başlanması ilə əlaqədar 30 sentyabr 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının keçirilməyəcəyini şifahi şəkildə dövlət ittihamçısına bildirdiyi halda həmin tarixdə məhkəmə iclası keçirilərək mübahisələndirilən qərar qəbul edilmişdir. Bu səbəbdən dövlət ittihamçısı məhkəmə iclasında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün hüquqlardan istifadə etmək və vəzifələri ye rinə yetirmək imkanından məhrum edilmişdir. Bundan başqa, məhkəmə icraatı dayandırarkən Azərbaycan Respublikası CPM-nin 53.3.2-ci maddəsinin tələbini pozaraq icraatı dayandırarkən Məhkum barəsində axtarış elan etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qeyd edilən cinayət işi üzrə qərar qəbul edərkən cinayət qanunu normasını düzgün tətbiq etmədiyindən qərar ləğv edilməlidir.

6. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, apelyasiya protestində dövlət ittihamçısı iki halı, iş üzrə icraatın dayandırılması zamanı CPM-in 53.3.2-ci maddəsinin tələbinin pozulmasını və işə baxılarkən dövlət ittihamçısının iştirakının təmin edilməməsini mübahisələndirir.

7. Apellyasiya instansiya məhkəməsi protestin birinci dəlili ilə bağlı qeyd etmişdir ki, Tərtər Hərbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə Məhkum oğlunun CM-in 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə baxış iclası 30 mart 2021-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardan verilmiş apelyasiya protestinə baxılanadək artıq 12 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Belə olan halda, dövlət ittihamçısının etirazına səbəb olmuş hal artıq aradan qaldırılmışdır. Dövlət ittihamçısının protest verməkdə məqsədi cinayət işi üzrə icraatın dayandırılmasına səbəb olan qərarın ləğv edilməsi və icraatın təzələnməsinə nail olmaqdan ibarət olmuş və icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığı üçün, yəni müqəddəs Vətən Müharib əsi ordumuzun və xalqımızın şanlı qələbəsi ilə başa çatdığı üçün artıq icraat təzələnmişdir. Qaldı ki, icraatın dayandırılması zamanı Azərbaycan Respublikası CPM-in 53.3.2-ci maddəsinin tələbinin pozulması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi 27 sentyabr 2020ci il tarixdə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlamış və həmin vaxt Məhkum xidmət etdiyi N nömrəli hərbi hissə də döyüş əməliyyatları keçirmişdir. Həmin əməliyyatlar dövlətin hərbi fəaliyyəti ilə bağlı olub dövlət sirrini təşkil edir. Göstərilənlərə əsasən döyüş əməliyyatlarında olan əsgər Məhkum barəsində axtarış elan edilməsi qanuna müvafiq olmamışdır. Həm məhkəməyə, həm də dövlət ittihamçısına məlumdur ki, təqsirləndirilən şəxs mənfur düşmənə qarşı gedən döyüş əməliyyatlarında iştirak edir və məhkəmə də məhz bu səbəbdən cinayət işi üzrə icraatı dayandırmışdır. Belə olduğu təqdirdə hansı səviyyədə başa düşüləndir ki, məhkəmə döyüş əməliyyatlarında iştirak edən, öz canını vətən uğrunda qurban verən hərbi qulluqçu barəsində axtarış elan edilsin və qəbul edilmiş qərar icra edilməsi üçün hüquq mühafizə orqanlarına göndərilsin. Məlumdur ki, məhkəmə təcrübəsində qanun bütün hallarda hakimin konkret işlərə baxarkən rast gəldiyi bütün kazusları, bütün vəziyyətləri dəqiqliklə tənzimləyə bilmir və bu vəziyyətdə hakimin qanunları şərh etməsi, hüquq düşüncəsini rəhbər tutması, qanunu tətbiq edərkən işin hallarını nəzərə alması zərurəti ortaya çıxır.

8. Apellyasiya instansiya məhkəməsi apellyasiya protestinin ikinci dəlili (yəni dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsi) ilə bağlı hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən bu halda Azərbaycan Respublikası CPM-nin 84.6, 84.7 və 314.1-ci maddələrinin tələbləri pozulmuşdur. Lakin bu pozuntu birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb olacaq səviyyədə deyildir. Belə ki, məhkəmənin cinayət işi üzrə icraatı dayandırma qərarı yekun qərar deyil və dövlət ittihamçısı Azərbaycan Respublikası CPM-nin 314.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə iclasında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün Azərbaycan Respublikası CPM-nin 84.6 və 84.7-ci maddəl əri ilə nəzərdə tutulmuş hüquqları istifadə etmək və vəzifələrini yetirənə yetirmək imkanından cinayət işi üzrə məhkəmə baxışının növbəti mərhələlərində istifadə edə bilər.

9. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya protesti təmin edilməməli və Məhkum Azərbaycan Respublikası CM-nin 351.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi mahiyyəti üzrə məhkəmə baxışında baxılması üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılmalıdır.

10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli, 1-1(104)-66/2021 nömrəli ilkin baxış qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarı apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Tərtər Hə rbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə Məhkum CM-in 351.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışına təyin edildiyindən cinayət işinin materialları mahiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılması qərara alınmışdır.

11. X4 Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar

12. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apelyasiya protestinin dəlilləri eyni olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, dövlət ittihamçısının etirazına səbəb olmuş halı aradan qaldırılmış kimi qəbul etmək və icraatın təzələnməsinə nail olm aqdan ibarət olmuş nəticənin baş verməsini əsaslı qəbul etmək yanlışdır. Prosesdən göründüyü kimi, burada qanunsuz qəbul edilmiş, bir qərarın ləğvi xahiş edilmiş, həmin qərarın gələcək məhkəmə təcrübəsinə yol açmasının qarşısının alınmasına və Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun qərar qəbul edilməsinin təmini olmuşdur ki, cinayət təqibi üzrə icraatın təzələnməsi heç də həmin qərarın ləğvi demək deyildir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 53.3.2-cü maddəsinə əsasən bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edi ldikdən sonra dayandırıla bilər. Tərtər Hərbi Məhkəməsinin qeyd edilən qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, məhkəmə öz qərarında təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadisələr üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və Azərbaycan Respublikası CPM-nin tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, Azərbaycan Respublikası CPM-nin axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuş, habelə qətimkan tədbirini də ləğv etmişdir. Bu isə, məhkəmənin mövqeyinin heç də əsaslı və qanunauyğun olması demək deyil, hərçənd ki, gələcək məhkəmə təcrübəsində cinayət təqibi üzrə icraatın dayandırılması zamanı daha ağır qətimkan tədbirinin seçilməsi yox, var olan bir qətimkan tədbirinin də ləğvi və axtarış elan edilməməklə cinayət təqibi üzrə icraatın dayandırılmasının mümkünlüyü barədə məhkəmə təcrübəsi üzrə mübahisələrə yol açacaqdır. Dö vlət ittihamçısı qeyd etmişdir ki Azərbaycan Respublikası CPM-nin 314-cü maddəsində üzrlü və ya üzrsüz olsa da dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün edən müddəa yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi çəkişmə prinsipinə uyğun olaraq ittiham və müdafiə tərəfin iştirakını təmin etmədən mühüm cinayət-prosessual qərar qəbul etməklə faktiki olaraq cinayət-prosessual qanunvericiliyin tələblərinə cavab verməyən qanunsuz qərar çıxarmışdır. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli, 1-1(104)-66/2021 nömrəli ilkin baxış qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş edir.

13. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya inst ansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir.

18. Kassasiya protestində göstərilmişdir ki, məhkəmə öz qərarında təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibind ə döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadisələr üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və Azərbaycan Respublikasının CPM-nin tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, Azərbaycan Respublikasının CPM-nin axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuşdur.

19. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəllədə təqsirləndirilən şəxsin hərbi xidmətdə olduğu hərbi hissəni n döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar cinayət işinin icraatının dayandırılması və ya təxirə salınması nəzərdə tutulmamısdır.

20. Azərbaycan Respublikası CPM-nin 319.1, 319.1.1 və 319.1.2-ci maddələrini ümumi məzmununa görə, məhkəmə iclasına çağırılmış şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsinə görə və ya məhkəmənin təşəbbüsü ilə, yaxud cinayət prosesi tərəflərinin vəsatətləri üzrə yeni sübutların tələb edilməsi zərurəti ilə əlaqədar məhkəmə baxışının keçirilməsi mümkün olmadıqda məhkəmə, təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışını təxirə salır; məhkəmə iclasına şəxsin gəlməsi və ya yeni sübutların tələb edilməsi üçün lazımi tədbirlər görür.

21. Qanunun mənasından göründüyü kimi, olduğu yer müəyyən olan şəxslərdən biri (o cümlədən təqsirləndirilən şəxs) məh kəmə iclasına gəlmədikdə təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışı təxirə salınır. Lakin hazırkı cinayət işi üzrə vəziyyət qanunda nəzərdə tutulmuş məhkəmə baxışının təxirə salınmasına əsas verən hallardan fərqli olmuşdur. Təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin iştirak etdiyi döyüş əməliyyatlarının qurtarması vaxtı qabaqcadan bəlli olmamış, belə vəziyyətdə cinayət işinin məhkəmə baxışının təxirə salınmalı olması barədə dəlillər əsaslı hesab edilmir. Məlum olan fakt odur ki, cinayət işinin icraatının dayandırıldığı tarixdə təqsirləndirilən şəxs Məhkum oğlunun xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş, eyni zamanda Tərtər Hərbi məhkəməsinin yerləşdiyi Tərtər rayonu da düşmənin şiddətli atəşləri altında olmuşdur.

22. Birinci instansiya məhkəməsi nin qərarında göstərilmişdir ki, Məhkum xidmət etdiyi N nömrəli hərbi hissə hazırda döyüş əməliyyatlarını həyata keçirdiyindən, sonuncunun məhkəmə iclasına gəlməsi və ya göndərilməsi mümkün deyildir. Döyüş əməliyyatlarının hansı tarixdə başa çatması isə qeyri-müəyyən olduğundan məhkəmə iclasının təxirə salınması əhəmiyyətini itirmişdir. Bu baxımdan məhkəmə cinayət təqibi üzrə icraatın dayandırılması barədə məsələyə baxaraq hesab edir ki, Məhkum xidmət etdiyi hərbi hissənin hazırda harada döyüş əməliyyatlarını yerinə yetirməsi müəyyən deyildir və bu səbəbdən onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırmalıdır.

23. Azərbaycan Respublikası CPM-nin 141.1.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən ümumi məlum olan faktl ar sübut edilmiş hesab olunur.

24. Təqsirləndirilən şəxsin hərəkətlərindən asılı olmayaraq yaranmış, ümumi məlum olan belə vəziyyət onun məhkəmə iclasına gəlməsini qeyri-mümkün etmişdir. Belə vəziyyət Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsində göstərilən hala daha uyğundur.

25. Belə ki, Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyri-mümkün olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrı-ayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır.

26. Kassasiya protestində göstərilən, “axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər” tələbini birinci instansiya məhkəməsinin pozmasına gəldikdə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum vətəni müdafiə üzrə vətəndaşlıq borcunu yerinə yetirən hərbi qulluqçu olaraq onun barəsində axtarış elan edilməsi və qəbul edilmiş qərarın icra edilmə si üçün hüquq mühafizə orqanlarına göndərilməsi, işin faktiki vəziyyətinə və qanunun mənasına da uyğun sayılmamalıdır.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

28. Təqsirləndirilən şəxs Məhkum cinayət işinin icraatı dayandırılan zaman xidmət etdiyi hərbi hissənin tərkibində vətəni müdafiə üzrə borcunu yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmiş, onun məhkəmədən gizlənməsi və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulması barədə sübutla və hər hansı məlumat olmamışdır. Ona görə də Azərbaycan Respublikası CPM-nin 53.3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs Məhkum haqqında axtarış elan edilməmişdir.

29. Bundan b aşqa cinayət işinin materiallarında olan məhkəmə iclas protokollarından müəyyən edilir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 16 yanvar 2020-ci il tarixdə keçirilmiş və Məhkum məhkəməyə verilərək bir neçə dəfə barəsində olan cinayət işi üzrə məhkəmə iclasları dövlət ittihamçısının iştirakı ilə keçirilmişdir. Növbəti məhkəmə iclası 30 sentyabr 2020-ci il tarixə təyin edilmiş, lakin 27 sentyabr 2020-ci il tarixdə döyüş əməliyyatlarının başlanması ilə əlaqədar 30 sentyabr 2020-ci il tarixdə dövlət ittihamçısı və müdafiəçi məhkəmə iclasına gəlmədiklərindən, cinayət işi üzrə icraatın dayandırılması barədə qərar onların iştirakları olmadan qəbul edilmişdir.

30. Nəhayət Tərtər Hərbi Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmiş və mahiyyəti üzrə mə hkəmə baxışının keçirilməsi üçün təyin edilmişdir. Cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi zaman müdafiə və ittiham tərəflərinin məhkəmə iclasında iştirak etməmələri vəziyyətində dayandırılması müvəqqəti xarakter daşıdığından, təqsirlilik barədə məsələnin həll edilməsinə aid qərar qəbul edilmədiyindən və artıq icraat təzələndiyindən çəkişmə prinsipinin kobud pozulması halı baş verməmişdir. Həmin məsələnin həlli qanunla məhkəmənin səlahiyyətinə aid edilmiş, həmin məsələnin həlli zamanı müdafiə və ittiham tərəfinin (dövlət ittihamçısının) məcburi iştirakı nəzərdə tutulmamışdır.

31. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent h üququna istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında, məsələn, Fariz Əhmədov Azərbaycana qarşı işdə vurğulanmışdır ki, məhkəmə araşdırmasının ədalətliliyi hər bir işdə qiymətləndirilməlidir, lakin bunun üçün müəyyən bir aspekt və ya konkret bir hadisənin ayrı-ayrılıqda nəzərdən keçirilməsi yox, bütövlükdə prosesin gedişatı və nəticələri əsas götürülməlidir (bax, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021).

32. Belə olan halda, sırf prosessual xarakter daşıyan, qüvvədə olsa belə məhkəmə baxışının ümumi ədalətliliyinə tamamilə heç bir təsir göstərə bilməyən, artıq ləğv edildiyinə görə isə təsiri ümumiyyətlə istisna edilən məhkəmənin prosessual qaydada qəbul etdiyi qərarının mübahisələndirilməsi, kassasiya protestinin təmin edilm əsi üçün əsas götürülə bilməz.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası artıq icraatı təzələnmiş iş üzrə icraatın dayandırılması qərarının ləğv edilməsi barədə kassasiya protestinin dəlillərini formal xarakterli olmaqla əsassız hesab edir.

34. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli, 1-1(104)66/2021 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli, 11(104)-66/2021 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar