Məhkəmə qərarları › İş №1-1(102)-64/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-64/2022

08.09.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-64/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X8 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022-ci il tarixli, 11(105)-2/2022 nömrəli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin prokuroru X6 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs Məhkum xx xxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin maddi təminat bölüyünün aviasiya silahları və döyüş sursatları anbarının rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olan, Sumqayıt şəhəri, X9 qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, X9 qəsəbəsi, Kərim Kərimov küçəsi, ev 19, mənzil 42 ünvanında yaşayır. 2. 27 iyul 2 021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 342.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir ondan ötrü ki, Məhkum vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin maddi təminat bölüyünün aviasiya silahları və döyüş sursatları anbarının rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin “2020-ci ilin yay tədris dövründə Qoşun xidmətinin təşkili haqqında” 01 iyul 2020-ci il tarixli 366 nömrəli əmri əsasında şərti nömrəsi 208 olan anqa r Məhkum təhkim olunmasına baxmayaraq anqar rəisi kimi öz xidmət vəzifələrinin icrası ilə bağlı anqarın qapısının və əlaqələndirici elementi olan həncamasının təmiz və texniki cəhətdən etibarlı vəziyyətdə saxlanılmasını təmin etmədiyinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında Təlimat”ın 2.44.10-cu bəndinin tələblərini, yəni anbarın bütün otaqlarını, inventarlarını təmiz və nümunəvi qaydada saxlamaq kimi tələblərini kobud surətdə pozması, həmçinin anqarın arxa qapısının nasaz vəziyyətdə olduğunu bildiyi halda girişinə qadağa qoymayaraq açarını həmin bölüyün aviasiya raket silahları anbarının rəisi, gizir X1 verərək qapının açmasını ona həvalə etməsi nəticəsində 16 iyul 2020-ci il tarixdə saat 07:30 radələrində X7 Allahverdiyevə təhk im olunmuş şərti nömrəsi 208 olan anqarın arxa qapısını açarkən həmin qapının bir hissəsi çərçivəsindən qoparaq onun üzərinə düşmüş, nəticədə Fərid Məmmədəliyev “İ-İİ boyun fəqərələrinin sınıq-çıxığı, qapalı kəllə-beyin travması, üz nahiyəsinin ödemi (şişkinliyi), hər iki göz ətrafı nahiyənin hematoması və üz skleti sümüklərdə qəlpəli, yerdəyişmiş çox saylı sınıqları, alt çənə sümüyünün sınıqları, çənəaltı nahiyənin çapılmış yarası, alt dodağın selikli qişasının cırılmış yarası, burun ucunun cırılmış-çapılmış yarası, sağ dirsək çuxuru nahiyəsinin inyeksiya izli qançırı, sol saidin arxa səthinin xırda ölçülü yaraları, sol budun aşağı 1/3-nin yerdəyişən, qapalı, qəlpəli sınığı, sol bud-çanaq oynağı nahiyəsinin qəlpəli, yerdəyişən sınığı, sağ diz nahiyəsinin qançırı, sol sarğının qançırı, sol bel nahiyəsinin qançırları” diaqnozu ilə Sumqayıt şəhər travmatologiya xəstəxanasına təxliyə edilmiş, lakin görülmüş bütün tibbi və reanimasiya tədbirlərinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən qeyd olunan tibb müəssisəsində vəfat etmişdir. 3. 18 avqust 2021-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-150/2021 saylı, 02 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 342.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir.

5. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək qeyd etmişdir ki, məhkəmə həm istinta q orqanın mötəbər sübut kimi təqdim etdiyi məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 144 və 145-ci maddələrinin tələblərini pozmuş, həm də araşdırmanın tamlığına riayət etməmişdir. Apellyasiya protestinin müəllifinin fikrincə, həqiqətən də təmir işləri anbar rəisi kimi gizir Məhkum səlahiyyətinə aid deyildir, lakin o, anbar rəisi kimi hər gün istifadə etdiyi qapının vəziyyətini bildiyi halda, həmin qapıdan istifadə olunmasının dayandırılması haqqında komandanlıq qarşısında nə rəsmi, nə də qeyri-rəsmi olaraq məsələ qaldırmamışdır. Verdiyi ifadəsindən də göründüyü kimi o, qapıların nasaz vəziyyətdə olduğunu görmüş, çünki anqar köhnə olduğundan qapılarının çərçivələrinin bərkidildiyi beton bloklar yararsız və içərisi ovulmuş vəziyyətdə olmuş, lakin həmin qapıdan istifadə olunmasını davam etdirmişdir. O, anbarın qapılarının təmirə ehtiyacının olduğunu ümumi şəkildə bildirsə də, qapıdan istifadənin həyat üçün təhlikəli olduğunu bilib ondan istifadəni dayandırmamışdır. Anbar rəisi kimi nasaz qapıdan istifadə olunmasının dayandırılması və ya bu barədə komandanlıq qarşısında məsələ qaldırılması onun vəzifə və səhiyyətində olmuşdur. Bu vəzifələrini icra etməməsi də yuxarıda qeyd olunduğu kimi ağır nəticələrə səbəb olmuşdur. Beləliklə, məhkəmənin bəraət hökmü çıxararkən istinad etdiyi hallar səhv və yanlış təfsirə əsaslanmışdır. Dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin 02 noyabr 2021- ci il tarixli hökmün ləğv edilməsini, Məhkum ittiham olunduğu maddə ilə təqsirli bilinib cəza təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022-ci il tarixli, 1-1(105)-2/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-150/2021 saylı 02 noyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, protestin müəlifi onları təkrarlayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən qərar qəbul edilərərkən, cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 342.1-1-ci maddəsi ilə verilmiş əsassız bəraət hökmü qüvvəsində saxlanılmışdır. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin norm alarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv v ə yaxud dəyişdirilə bilər.

14. Dövlət ittihamçısı kassasiya protestində sübutların Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini, bunun nəticəsi olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 342.1-1-ci maddəsi ilə əsassız bəraət verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlər inə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022-ci il tarixli, 1-1(105)-2/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Hazırki kassasiya protesti ilə münahisələndirilən apellyasiya instansiyası məhkəməsi qərarından müəyyən edilir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 342.1-1-ci maddəsi ilə bəraət hökmü çıxarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, Məhkum verilən ittihamı təsdiq edən heç bir mötəbər sübut ibtidai araşdırma orqanı tərəfindən əldə edilmədiyindən, onun əməlində cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası CM-nin 342. 1-1-ci maddəsi ilə bəraət verməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, bu barədə nəticə qanuniliyi və əsaslılığı məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsaslanmışdır.

17. Öz növbəsində, apellyasiya instansiyası məhkəməsi bir daha cinayət işi üzrə toplanılmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları qarşısında apellyasiya protesti ilə qaldırılan məsələlərlə əlaqəli şəkildə təhlil edərək bir daha belə nəticəyə gəlmişdir ki, işdəki heç bir mötəbər sübutla Məhkum vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti və xidməti vəzifəsini yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması təsdiq olunmur, ittiham tərəfi isə bunun əksinə hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

18. Məhkəmə kolleg iyası aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

19. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfini n üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

20. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Avropa Məhkəməsinin qəbul etdiyi bir çox qərarlarında müəyyən edilmişdir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmeti yalnız hüquqi məsələlər olduğu kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmamışdır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).

21. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində mə hkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416-cı maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022-ci il tarixli, 1-1(105 )-2/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022-ci il tarixli, 1-1(105)-2/2022 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar