Məhkəmə qərarları › İş №1-1(102)-65/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-65/2017

22.06.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-65/2017 22.06.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-65/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş Məhkum hüquqi varisi X3 və müdafiəçisi Sadıqov İbrahim Miri oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib öldüyünə görə cəza təyin edilməyən Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X1 hüquqi varisi X3 və müdafiəçisi Sadıqov İbrahim Miri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim: M.Q.Əliyev, hakimlər R.Q.Abbasov və S.H.Hacıyevdən ibarət tərkibdə ) xx xxxxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda a nadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsində baş mühasib vəzifəsində, mayor hərbi rütbəsində xidmət etmiş, təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin179.3.2 və 313-cümaddələriilətəqsirlibilinib, öldüyünə görə cəza təyin edilməyən, Məhkum mülkiyyətində olan, 110.000 (bir yüz on min) manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 4 ünvanında yerləşən 3 saylı mənzil, arvadı X2 mülkiyyətində olan 140.000 (bir yüz qırx min) manat dəyərində ünvan 2 ünvanında yerləşən 63 saylı mənzil və 21.000 (iyirmi bir min) manat dəyərində Xaçmaz rayonu, Seyidlikəndyeri kən dində yerləşən 0,10 ha torpaq sahəsi, Məhkum arvadı xxx və ailə üzvlərinin mülkiyyətlərində olan Məhkum qeydiyyatda olmaqla faktiki yaşamış olduğu ünvan 1 ünvanında yerləşən mənzildə axtarış aparılarkən aşkar edilərək götürülmüş müxtəlif əşya, predmet, qiymətli metallar və daşlar - 4.983 (dörd min doqquz yüz səksək üç) manat, eləcə də nağd pul 200 (iki yüz) ABŞ dolları və 250 (iki yüz əlli) manat pul və eyni zamanda ibtidai istintaq zamanı Məhkum və ailə üzvlərinə məxsus üzərinə həbs qoyulmuş digər əmlaklar (daşınar və daşınmaz əmlak) müsadirə edilmiş, satışa çıxarılaraq əldə edilən gəlir maddi ziyanın ödənilməsinə yönəldilməsi müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Novruzov Anar Hüseyn oğlu, Cabbarlı Ulduzə Bəhruz qızı və Arkadyeva Olqa Sergeyevna AR CM-in 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, məhkum edilmiş, lakin hazırda onların barəsində kassasiya şikayəti və ya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamış, habelə vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə (informasiya resurslarına) bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. «Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsi haqqında» xx xxx 2010-cu il tarixli Əsasnamənin 3-cü bəndinə əsasən şöbənin baş mühasibi - bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabatlarında düzgün əks etdirilməs inə, ona nəzarətin həyata keçirilməsinə, operativ məlumatların təqdim edilməsinə cavabdeh olmaqla, mühasiblərdən müvafiq hesabatları tələb edərək, onların düzgün tərtib edilməsinə, açılmış maliyyələşmənin hərəkətinə nəzarət etməli, mühasibi - mərkəzi aparat və ərazi hərbi prokurorluqları üzrə aylıq əmək haqqını, digər qanuni ödənişləri hesablamalı, əmək haqqı cədvəlləri tərtib etməli, bütün cədvəlləri imza üçün baş mühasibə təqdim etməli, bank və xəzinadarlıq orqanları ilə ödəmə tapşırıqlarının icrasını yerinə yetirməli, müxtəlif məktubları, ödəniş tapşırıqları çap edib, qeydiyyatdan keçirməklə baş mühasibə imza üçün təqdim etməli, müvafiq arayışlar və aktlar tərtib etməli, xəzinədarı - bütün pul vəsaitinin alınmasına və paylanmasına maddi məsul şəxs olmaqla, əmək haqqı barədə cədvəl və ya məxaric orderləri əsasında ödənişləri həyata keçirməli, xəzinədə olan pul paylanıb qurtardıqdan sonra xəzinə hesabatını tərtib edib mühasibatlığa təqdim etməli və xəzinə qalığını təsdiq edən akt tərtib etməli olduqları halda, Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin baş mühasibi, mayor Məhkum təşkilatçılığı və rəhbərliyi ilə həmin şöbənin mühasibi vəzifəsində xidmət edən, baş leytenant Novruzov Anar Hüseyn oğlu, xx xxxxxxxx 2013-cü il tarixdən həmin şöbədə mühasib vəzifəsində xidmət edən, gizir Cabbarlı Ulduzə Bəhruz qızı və mühasibatlığın xəzinədarı vəzifəsində xidmət edən, gizir Arkadyeva Olqa Sergeyevna, onlara etibar olunmuş külli miqdarda dövlətə məxsus pul vəsaitini mənimsəmə yolu ilə talayıb qanunsuz qazanc əldə etmək məq sədi ilə, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, rəsmi maliyyə sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edib saxtalaşdıraraq, yəni hər ay üçün tərtib edilən “Respublika büdcəsindən kredit açılışı üçün sifariş”lərdə, “Kassa limitləri üzrə sifariş”lərdə və “Məxaric cədvəlləri”ndə Respublika Hərbi Prokurorluğunun işçilərinin əmək haqqı və pul təminatı ilə bağlı digər ödənişlərin nəzərdə tutulduğu xərc maddələrində şəxsi heyətə veriləcək pul vəsaitlərinin məbləğlərini süni surətdə artıq qeyd edib şişirdərək, prokurorluğun hesabına artıq pul vəsaitinin açılmasına (köçürülməsinə), bundan sonra isə “Ödəniş tapşırıqları”nda, eləcə də həmin tapşırıqlara əsasən tərtib edilmiş “Qısamüddətli öhdəlik sənədləri”ndə və “Malların (iş və xidmətlərin) alışı sənədləri”ndə, habelə informasiya re surslarında öz bank hesablarına köçürülməli olan pul vəsaitlərinin məbləğlərini artıq göstərərək, həmin hesablarına əmək haqqı və pul təminatı ilə bağlı digər qanuni ödənişlərdən əlavə pul vəsaitləri köçürülməsinə nail olmaq və həmin pul vəsaitlərini qanunsuz və əvəzsiz olaraq ələ keçirmək barədə razılığa gəlmiş, cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün hər birinin funksional vəzifələrinə müvafiq olaraq, əvvəlcədən aralarında rolların bölüşdürülməsini və hər kəsin konkret hansı hərəkətlər etməsini planlaşdırmış, bu üsulla xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixədək olan dövr ərzində, mayor Məhkum ******************** və ******************** nömrəli plastik kart hesablarına ümumilikdə 563.064,55 manat, baş leytenant A.H.Novruzovun ******************** və *********** ********* nömrəli plastik kart hesablarına ümumilikdə 270.498,93 manat, gizir U.B.Cabbarlının **********1833014204 nömrəli plastik kart hesabına ümumilikdə 84.079,45 manat, gizir O.S.Arkadyevanın ******************** nömrəli plastik kart hesabına ümumilikdə 23.638,13 manat, bununla da cəmi 941.281,06 manat əsassız və artıq pul vəsaitinin köçürülməsinə nail olduqdan sonra hər biri, hər dəfə öz adına olan plastik bank kartına köçürülən pul vəsaitini müxtəlif bankomatlardan çıxarıb, özünə götürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqelərindən istifadə etməklə onlara etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamış, habelə vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə (informasiya resurslarına) bilə-bilə yalan məlumatlar daxil etməklə və zifə saxtakarlığı etmişlər. Belə ki, aralarında olan vəzifə bölgüsünə əsasən, xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixədək olan dövr ərzində, hər ay Məhkum Respublika Hərbi Prokurorluğunun işçilərinin əmək haqqı və pul təminatı ilə bağlı digər ödənişlərin ödənilməsi üçün prokurorluğun hesabına pul vəsaiti köçürülməmişdən əvvəl, həmin hesaba artıq köçürülməsinə nail olaraq talamağı planlaşdırdıqları pul vəsaitinin məbləğini müəyyən etmiş, onun rəhbərliyi və diktəsi ilə baş leytenant A.H.Novruzov, həmçinin xx xxxxxxxx 2013-cü il tarixdən qrupun fəaliyyət göstərdiyi tarixədək olan müddətdə gizir U.B.Cabbarlı vəzifə saxtakarlığı edərək rəsmi maliyyə sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edərək, hər ay üçün kompüter vasitəsi ilə çap üsulu ilə tərtib etdikləri “Respublika büdcəsindən kredit açılışı üçün sifariş”lərdə, “Kassa limitləri üzrə sifariş”lərdə və “Məxaric cədvəlləri”ndə Respublika Hərbi Prokurorluğunun işçilərinin əmək haqqı və pul təminatı ilə bağlı digər ödənişlərin nəzərdə tutulduğu xərc maddələrində şəxsi heyətə veriləcək pul vəsaitlərinin məbləğlərini süni surətdə artıq qeyd edib şişirtmiş, Məhkum həmin saxtalaşdırılmış sənədləri imzalayıb aidiyyəti dövlət orqanına göndərilməsini təmin edərək prokurorluğun hesabına artıq pul vəsaitinin açılmasına (köçürülməsinə) nail olmuşlar. Bundan sonra isə Məhkum prokurorluğun hesabına artıq köçürülməsinə nail olduqları həmin məbləğin bölüşdürülməsini, yəni özünün və cinayətkar qrupun digər üzvlərinin bank hesablarına köçürüləcək əlavə qanunsuz pul vəsaitlərinin məbləğini müəyyən etmiş, eyni qaydada onun rəhbərliyi və diktəsi ilə baş leytenant A.H.Novruzov, həmçinin xx xxxxxxxx 2013-cü il tarixdən qrupun fəaliyyət göstərdiyi tarixədək olan müddətdə gizir U.B.Cabbarlı kompüter vasitəsi ilə çap üsulu ilə tərtib etdikləri əmək haqqı və pul təminatı ilə bağlı digər ödənişlərlə bağlı 2013-cü ildə 137 saylı «Ödəniş tapşırıqları»nda və onların əsasında hazırlanmış 1, 2, 5, 6, 8, 9, 11, 14, 16, 18, 19, 21, 22, 25, 26, 28, 30, 31, 32, 36, 37, 38, 40, 42, 44, 45, 46, 48, 50, 51, 55, 56, 58, 61, 62 və 68 saylı «Qısamüddətli öhdəlik sənədləri»ndə və «Malların (iş və xidmətlərin) alışı sənədləri»ndə, 2014-cü ildə 1-37 saylı «Ödəniş tapşırıqları»nda və onların əsasında hazırlanmış 1, 2, 5, 6, 9, 10, 11, 13, 14, 16, 17, 22, 23, 26, 28, 31, 32, 34, 38, 40, 42, 44, 47, 48, 49, 52, 53, 57, 59, 65, 66, 68, 7 1, 73, 75, 79 və 80 saylı «Qısamüddətli öhdəlik sənədləri»ndə və «Malların (iş və xidmətlərin) alışı sənədləri»ndə, 2015-ci ildə 1-30 saylı «Ödəniş tapşırıqları»nda və onların əsasında hazırlanmış 1, 2, 8, 10, 15, 16, 17, 19, 22, 25, 26, 27, 28, 33, 34, 40, 41, 43, 46,47, 49, 51, 54, 55, 57, 59, 61, 64, 67, 69 və 71 «Qısamüddətli öhdəlik sənədləri»ndə və «Malların (iş və xidmətlərin) alışı sənədləri»ndə, habelə informasiya resurslarında özlərinin, habelə Məhkum və O.S.Arkadyevanın bank hesablarına köçürülməli olan pul vəsaitlərinin məbləğlərini şişirtmiş, Məhkum həmin saxtalaşdırılmış sənədləri imzalayıb aidiyyəti banka göndərilməsini və artıq pul vəsaitinin öz bank hesablarına köçürülməsini təmin etmişdir. Beləliklə də, Məhkum öz adına olan, 2013-cü ilin yanvar ayından 2015-ci ilin aprel ayınadək ******************** nömrəli plastik kart hesabına, 2015-ci ilin aprel ayından 2015-ci ilin noyabr ayınadək isə ******************** nömrəli plastik kart hesabına, əmək haqqı və pul təminatı ilə bağlı digər qanuni ödənişlərdən əlavə, 2013-cü ilin yanvar ayında 6.994,80 manat, 2013-cü ilin fevral ayında 20.575,50 manat, 2013-cü ilin mart ayında 27.612,79 manat, 2013-cü ilin aprel ayında 21.954,91 manat, 2013-cü ilin may ayında 20.682,36 manat, 2013-cü ilin iyun ayında 20.083,74 manat, 2013-cü ilin iyul ayında 26.616,29 manat, 2013-cü ilin avqust ayında 10.634,80 manat, 2013-cü ilin sentyabr ayında 11.740 manat, 2013-cü ilin oktyabr ayında 22.981,10 manat, 2013-cü ilin noyabr ayında 16.787,40 manat, 2013-cü ilin dekabr ayında 44.050 manat, 2014-cü ilin yanvar ayında 3.497,40 manat, 2014-cü ilin fevral ayında 22.920,90 manat, 2014-cü ilin mart ayında 11.806,50 manat, 2014-cü ilin aprel ayında 26.673,98 manat, 2014-cü ilin may ayında 24.747,74 manat, 2014-cü ilin iyun ayında 20.614,10 manat, 2014-cü ilin iyul ayında 15.137,50 manat, 2014cü ilin avqust ayında 31.397,23 manat, 2014-cü ilin sentyabr ayında 27.420,65 manat, 2014-cü ilin oktyabr ayında 24.489,75 manat, 2014-cü ilin noyabr ayında 26.961 manat, 2014-cü ilin dekabr ayında 43.699,64 manat, 2015-ci ilin fevral ayında 876,62 manat, 2015-ci ilin may ayında 4.541,04 manat, 2015-ci ilin iyun ayında 4.008,58 manat, 2015-ci ilin iyul ayında 3.767,06 manat, 2015-ci ilin avqust ayında 6.464,19 manat, 2015-ci ilin sentyabr ayında 13.326,98 manat əsassız və artıq pul vəsaitinin köçürülməsinə nail olmuş və hər dəfə müxtəli f bankomatlardan həmin pul vəsaitini çıxarıb özünə götürməklə, ümumilikdə külli miqdar təşkil edən, dövlətə məxsus 563.064,55 manat (beş yüz altmış üç min altmış dörd manat əlli beş qəpik) pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum hüquqi varisi xxx nümayəndəsi İ.M.Sadıqov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və C.C.Ramazanovdan ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tar ixli qərarından Məhkum hüquqi varisi xxx və müdafiəçisi İ.M.Sadıqov kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum hüquqi varisi xxx müdafiəçisi İ.M.Sadıqov kassasiya şikayətində Məhkum və onun ailə üzvlərinin mülkiyyətində olan əmlakların müsadirə olunaraq satılması və əldə olunan vəsait hesabına Məhkum tərəfindən dövlətə vurulmuş zərərin ödənilməsinə yönəldilməsi barədə məhkəmənin gəldiyi nəticənin əsassız olduğunu göstərmişdir. Belə ki, Məhkum təqsiri ona elan olunmamış, onun bu barədə izahatı və ifadəsi alınmamış, dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı təqsiri müəyyən edilməmiş, cinayətin digər iştirakçıları ilə üzləşdirmə ke çirilməmiş, kimin yalan, kimin doğru deməsi müəyyən edilməmişdir. Bu səbəbdən Məhkum ittiham elan edilmədiyi halda onun təqsirinin də müəyyən olunması mümkünsüzdür. Bundan başqa iş materiallarında guya Məhkum tərəfindən yazılmış izahat mövcuddur. Həmin izahatda göstərilənlərlə bağlı və ümumiyyətlə izahat yazanın məhz Məhkum olması və ya olmamasını dəqiqləşdirmək məqsədi ilə hələ ibtidai istintaq aparılan zaman Xəttşünaslıq Ekspertizasının təyin edilməsi bağlı vəsatət qaldırılmasına baxmyaraq, ibtidai istintaq orqanı həmin vəsatətə əhəmiyyət verməmiş və sanki şübhəli izahatın Məhkum tərəfindən yazılıb-yazılmamasının aydınlaşdırılması lüzumsuz olmuşdur. Məhkəmə istintaqı zamanı da bu məzmunlu vəsatət təmin edilməmişdir. Halbuki, bu cinayət hadisəsi ilə bağlı Məhkumla əlaqəli yeganə sübut hes ab edilən izahat guya onun özü tərəfindən yazılmışdır. Məhkum ailə üzvlərinin şahid qismində dindirilməsi zamanı onların heç birinin və xüsusilə Məhkum tərəfindən heç zaman evə adi qaydada olduğundan artıq vəsait daxil olmadığını, Məhkum vicdanlı insan olduğunu, onun belə bir cinayətdə iştirak edə bilməyəcəyini göstərmişlər. Hökmdə Məhkum və onun ailə üzvlərinin mülkiyyətində olan, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunaraq satılması və Məhkum guya mənimsədiyi vəsaitin ödənilməsinə əldə olunmuş vəsaitin yönəldiməsi nəzərədə tutulur. Hazırki hökmdə Məhkum və onun ailə izvlərinin mülkiyyətində olan əmlakın müsadirəsindən bəhs olunduğuna görə bu hökm mövcud qanunvericiliyin tələblərinə uyğun deyil. Bundan başqa Məhkum təqsiri heç nə ilə və heç kim tərəfindən müəyyən edilmədiyindən əml ak müsadirəsinin ümumiyyətlə onun barəsində tətbiqi yolverilməzdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum hüquqi varisi xxx və müdafiəçisi İ.M.Sadıqovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş Məhkum və onun ailə üzvlərinə məxsus əmlakların müsadirə edilməsi hissəsində dəyişdirilməli, qeyd olunan əmlaklar həbsdən azad edilməklə üzərindən müsadirə götürülməlidir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məl umatlandırılmasına baxmayaraq iş üzrə zərər çəkmiş şəxs Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi X6 məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCinayət Prosessual Məcəlləsinin 419.4cümaddəsinəəsasənişəonun iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilm əsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın mənasına görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya instansiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək tale yini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət etməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlinin məhkəmə baxışı z amanı dindirilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri, şahid, zərər çəkmiş şəxsin nümayəndəsinin ifadələri, ekspert rəyləri, mütəxəssis aktı, maddi sübutlar, cinayət işində olan istintaq sənədləri və protokollar, işin digər halları ilə kifayət qədər sübuta yetirilməsi nəticəsinə gəlmiş, Məhkum AR CM-in 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, öldüyünə görə cəza təyin edilməmiş, Məhkum və onun ailə üzvlərinə məxsus ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş əmlaklar, ünvan 1 ünvanında yerləşən mənzildə axtarış aparılarkən aşkar edilərək götürülmüş müxtəlif əşya, predmet, qiymətli metallar və daşlar – 4.983 manat, eləcə də nağd 200 ABŞ dolları və 250 manat pul müsadirə edilmiş, qeyd olunan əmlakların satışa çıxarılaraq əldə edilən gəlirin maddi ziyanın ödənilməsinə yönəldilməsini hökm etmişdir. Müdafiə tərəfi (Məhkum hüquqi varisi xxx müdafiəçisi) birinci instansiya məhkəməsinin qeyd edilən hökmü ilə razılaşmayaraq apellyasiya şikayətində hökmün qanunsuz və ədalətsiz olmasını, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Məhkum təqsirinin təsdiq olunmadığını, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını, onun və ailə üzvlərinə məxsus əmlakın müsadirə edilməsinin qanunsuz olduğunu, təqsirliliyi sübuta yetirilmədiyi üçün Məhkum bəraət verilməsini göstərmişdir. Apellyasiya şikayətində cinayət işinin materiallarına, o cümlədən də cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına istinad edilməklə müvafiq dəlillər göstərilmiş, lakin apellyasiya instansiya sı məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, Məhkum törətdiyi cinayət əməlinin yuxarıda qeyd olunan xüsusatlara əsasən kifayət qədər sübuta yetirildiyi qənaətinə gəlmiş və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvəsində saxlamışdır. Əmlak müsadirəsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsi yalnız öz qərarının əsaslandırıcı hissəsində CM-in 99-2-ci maddəsinə istinad etməklə ümumi ifadələrlə birinci instansiya məhkəməsinin düzgün hökm çıxardığını qeyd etmiş, lakin hökmdə göstərilən əmlakların hansı əsaslarla müsadirə edilməsini göstərməmişdir. İş materiallarından görünür ki, qeyd olunan cinayət əməlləri xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixədək olan dövrü əhatə etmişdir. Birinc i instansiya məhkəməsinin hökmündə göstərilən müsadirə olunmalı əmlakların siyahısında isə Məhkum mülkiyyyətində və onun ailə üzvlərinin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 4 ünvanında yerləşən 3 saylı mənzil 1999-cu ildə, Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yerləşən Məhkum arvadı xxx mülkiyyətində olan torpaq sahəsi isə 2010-cu ildə əldə edilmişdir. ünvan 5 ünvanda yerləşən əmlak isə 2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanaraq alınmış və Məhkum arvadı xxx mülkiyyətində olmaqla, sonuncunun və digər ailə üzvlərinin yaşadığı mənzildir. Bundan başqa iş materiallarında olan Məhkum arvadı xxx ifadəsindən görünür ki, onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsi, ev 66/68 saylı mənzil Rusiya Federasiyası ərazisində yaşamış və dünya larını dəyişmiş valideyinlərindən qalan mirasın hesabına əldə olunmuşdur. Lakin nə ibtidai istintaq, nə də ki məhkəmə istintaqı zamanı xxx ifadəsində göstərdiyi xüsusatlar araşdırılmamış və bu halı təkzib edən sübutlar müəyyən edilməmişdir. AR CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı müsadirəyə məruz qal an yuxarıda qeyd olunan əmlakların əldə olunma mənbəyi – yəni nə vaxt, nə zaman, hansı vəsaitlə alınması dəqiqləşdirilməmiş, beləliklə xüsusi müsadirə predmeti ola biləcək həmin əmlakların məhz cinayət yolu ilə əldə olunması faktı sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsi də bu halları araşdırmadan qərar qəbul etmişdir. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümumbəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul olunmuş “İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin” mülkiyyət hüququndan bəhs edən 17-ci maddəsində göstərilir: “hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ vardır və heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndində əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. AR-in 1960-cı il CM-in 32-ci maddəsinə xx xxxxxx 1999-cu il tarixli qərarı ilə şərh verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilk dəfə olaraq rəsmi şəkildə əmlak müsadirəsinə xüsusi müsadirə məzmununda təfsir vermiş və belə müsadirəyə yalnız cinayət törədilərkən istifadə edilmiş alət və vasitələrin, habelə cinayət yolu ilə ə ldə edilmiş əmlakın məruz qalmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan şərhindən görünür ki, əmlak müsadirəsi tətbiq edilərkən məhkumun ailə üzvlərinin, övladlarının, valideyinlərinin, mənafeləri nəzərə alınmalıdır. Əks təqdirdə əmlakın müsadirəsi həmin şəxslərin qanunsuz olaraq mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və onların maddi vəziyyətinin ağırlaşmasına səbəb ola bilər. Həm də bu hal Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində öz əksini tapmış təqsirsizlik prezumpsiyasının müddəalarına ziddir. Məhkəmə kollegiyası qeyd olunan halları, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrini, Azərbaycan Respublikası Konstitusiyasını və cinayət qanunun normalarını nəzərə almaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum və onun ailə üzvlərinin əmlakının müsadirəsi olunması hissəsində dəyişdirilməsini mümkün və məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası həmçinin Məhkum hüquqi varisi xxx və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, CPM-in kassasiya şikayətinə mahiyyəti üzrə baxılması qaydasını tənzimləyən 419-cu maddəsinin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. İşə baxan məhkəmələr Məhkum törətdiyi cinayət əməlinin digər məhkumlar ın, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, mütəxəssis rəyləri, məhkəməmühasibatlıq ekspertizasının rəyləri ilə habelə cinayət işinin digər materiaları ilə kifayət qədər sübuta yetirilməsi nəticəsinə gəlmişlər və kassasiya şikayətində qeyd edilən dəlillər həmin nəticənin əsassız hesab olunmasına səbəb ola bilməz. Buna görə də məhkəmə kollegiyası hazırkı vəziyyətdə kassasiya şikayətinin qeyd edilən tələbinin təmin olunmasını, yəni Məhkum bəraət verilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası CPM-in “Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar” adlanan 416-cı maddəsinə əsasən məhkəmə bu məcəlləninn 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəm əsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından biridir (AR CPM-in 416.0.2 maddəsi). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının hazırkı cinayət işi üzrə olan xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum cinayət əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş Məhkum və ailə üzvlərinə məxsus 275.983 (iki yüz yetmiş beş min doqquz yüz səksən üç) manat dəyərində əmlaklar: Məhkum mülkiyyətində olan, 110.000 (bir yüz on min) manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 4 ünvanında yerləşən 3 saylı mənzil, Məhkum arvadı X2 mülkiyyətində olan 140.000 (bir yüz qırx min) manat dəyərində ünvan 2 ünvanında yerləşən 63 saylı mənzil və 21.000 (iyirmi bir min) manat dəyərində Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0,10 ha torpaq sahəsi, Allahvedi Hüseynovun arvadı X2 və ailə üzvlərinin mülkiyyətlərində olan Məhkum qeydiyyatda olmaqla faktiki yaşamış olduğu ünvan 1 ünvanında yerləşən mənzildə axtarış aparılarkən aşkar edilərək götürülmüş müxtəlif əşya, predmet, qiymətli metallar və daşlar 4.983 (dörd min doqquz yüz səksək üç) manat, eləcə də nağd pul 200 (iki yüz) ABŞ dolları və 250 (iki yüz əlli) manat pul və eyni zamanda ibtidai istintaq zamanı Məhkum və ailə üzvlərinə məxsus üzərinə həbs qoyulmuş digər əmlakların (daşınar və daşınmaz əmlak) müsadirə edilməsi, satışa çıxarılaraq əldə edilən gəlirin maddi ziyanın ödənilməsinə yönəldilməsinə dair müddəalar Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından xaric edilsin. Qeyd edilən əmlaklar həbsdən azad edilsin. Məhkum arvadı X2 və ailə üzvlərinin mülkiyyətlərində olan Məhkum qeydiyyatda olmaqla faktiki yaşamış olduğu ünvan 1 ünvanında yerləşən mənzildə axtarış aparılarkən aşkar edilərək götürülmüş müxtəlif əşya, predmet, qiymətli metallar və daşlar - 4.983 (dörd min doqquz yüz səksək üç) manat, eləcə də nağd pul 200 (iki yüz) ABŞ dolları və 250 (iki yüz əlli) manat pul onun ailə üzvlərinə qaytarılsı n. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar