Məhkəmə qərarları › İş №1-1(102)-65/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-65/2018

28.06.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-65/2018 28.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Həsənov Fərid İzafət oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx N018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3- cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx N018-ci tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi F.İ.Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xxxxxx N018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: R.Q.Abbasov) xx.xx.199N-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Hərbi məhkəməsinin xx.xx.N017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunmaqla 6 (altı) ay sınaq müddəti müəyyən edilmiş, Quba rayonu, Vəlvələ kəndində qeydiyyatda olan, faktiki isə ünvan 1 ünvanında yaşayan, N nömrəli hərbi hissənin sabiq 3-cü tank taborunun N-ci tank bölüyünün 1-ci tank taqımında mexanik-sürücüsü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq olunmaqla qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tu tulmağa başlandığı andan hesablanması, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx N017-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay şərti sınaq müddəti müstəqil icra olunması, hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Məhkəmə İcra və Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi on gündən artıq, lakin bir aydan çox olmayan, həmçinin bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olan müddətlərə heç bir üzürlü səbəb olmadan hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, o, N saylı hərbi hissənin 3-cü tank taborunun N-ci tank bölüyünün 1-ci tank taqımında mexanik-sürüc ü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmətdə olarkən, xx.xx.N017-cı il tarixdə saat N radələrində xidmət yerinə gəlməli olduğu halda, heç bir üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətdən sonra, xx.xx.N017-ci il tarixdə saat N radələrində hərbi hissəyə qayıtmışdır. Bundan başqa o, həmin hərbi hissədə eyni vəzifədə və rütbədə qulluq edərkən, xx.xx.N017-cı il tarix saat 08:00-dan xx.xx.N017-ci il tarix saat 08:00-dək, xx.xx.N017-cı il tarix saat 08:00-dan xx.xx.N017-ci il tarix saat 15:30-dək, xx.xx.N017-ci il tarix saat 14:00-dan xx.xx.N017-ci il tarix saat 1N:00-dək, xx.xx.N017-cı il tarix saat 08:00-dan xx.xx.N017-ci il tarix saat 08:00-dək, həmçinin xx.xx.N017-cı il tarix saat 08:00-dan xx.xx.N017- ci il tarix saat 08:30-dək olan müddətlərə təkrarən hərbi hissəni özbaşına tərk etmişdir. Hökmdən dövlət ittihamçısı Fikrət İbrahimov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: F.A.Qasımov(sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) xx xxxxx N018-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin edərək Bakı Hərbi Məhkəməsinin xx xxxxxx N018-ci il tarixli hökmünü dəyişdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx N018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi F.İ.Həsənov kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi F.İ.Həsənov kassasiya şikayətini onunla əsaslandır mışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən məhkumun şəxsiyyətini nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs və anası X1 dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək onun hərbi xidmət zamanı psixi xəstəliklər keçirməsi, psixikasında mənfiyə doğru qeyri-adi dəyişikliklər olması və bu səbəbdən artıq hərbi xidmətdən öz arzusu ilə tərxis olunmaq istədiyini bildirmişlər. Lakin buna baxmayaraq onun müraciətlərinə Müdafiə Nazirliyində baxılmamış, onu hərbi hissədə xidmətə məcbur etmişlər. O isə öz iradəsindən asılı olmayan səbəblərdən hərbi xidməti keçə bilməmiş, müqavilə üzrə öhdəliklərini icra etmək iqtidarında olmamışdır. Birinci instansiya məhkəməsi də digər qanuni əsaslarla yanaşı Təqsirləndirilən şəxs bu vəziyyətini nəzərə almış, onun şə xsiyyətini düzgün qiymətləndirmiş və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qərar qəbul edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən digər halları, yəni cavan olmasını, əməlin ictimai təhlükəliliyini aradan qaldıran obyektiv əsasların olmasını, təqsirləndirilən şəxsin cinayət əməllərindən peşman olmasını, həm ibtidai istintaq dövründə, həm də məhkəmə baxışında səmimi ifadələr verməsini, onun həqiqətən xəstə olmasını və bu cinayəti qəsdən törətməməsini nəzərə almamışdır. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxx N018-ci il tarixli qərarı dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs cəzası yüngülləşdirilməli və onun azadlığa buraxılması barədə qərar qəbul edilməlidir. Məhkəmə k ollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi F.İ.Həsənovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx N018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkum Təqsirləndirilən şəxs məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayətprosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli AR CPM-in 143-146cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xxxxxx N018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı F.İbrahimovun apellyasiya protesti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx N018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilərək hökm dəyişdirilmiş, hökümdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 6N-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs CM-i n 333.3-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına dair müddəalar Bakı Hərbi Məhkəməsinin xx xxxxxx N017ci il tarixli hökmündən xaric edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmiş, cəza çəkmənin əvvəli xx xxxxx N018-ci il tarixdən hesablanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, məhkəmə baxışlarında sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli AR CM-i n 333.3-cü maddəi ilə düzgün tövsif edilmişdir. Hazırkı kassasiya şikayətində isə məhkumun müdafiəçisi əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsini CM-in 59.1.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal, onun məhkumluğu götürülmədiyi müddətdə hərbi hissəni özbaşına tərk etməklə təkrarən cinayət törətməsini isə CM-in 61.1.1-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N003-cü il N5 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Təqsirləndirilən şəxs apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən onun şəxsiyyəti, törətmiş olduğu cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsi, cavan olması, hərbi xidmətdən tərxis olunması ilə əməlinin ictimai təh lükəliliyini aradan qaldırılması və xəstə olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilləri əsaslı hesab edilməməlidir. Belə ki, qeyd olunan hallar Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, yəni cəzanı yüngülləşdirən hallar sırasına aid edilməmiş, həmin halların bir qismi, eyni zamanda cəzasını yüngülləşdirən hal, hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, artıq nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstərilən halları nəzərə almaqla, məhkum Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün saymı r. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx N018-ci il tarixli qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx N018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar