Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-65/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Məhkum Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 134, 32.3, 150.2.1, 32.3, 150.2.4, 274, 332.3, 338.1 və 338.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim V.K.Məmmədov, hakimlər S.B.Hüseynov və V.Z.Nəsirovdan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1997-ci il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgə ri, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda ünvanda yaşamış, olmaqla həmin CM-nin 134, 32.3, 150.2.1, 32.3, 150.2.4, 274, 332.3, 338.1 və 338.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 134-cü maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 32.3, 150.2.1, 32.3, 150.2.4-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 274-cü maddəsi ilə 13 (on üç) il müddətə, CM-nin 332.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 338.1-ci maddəsi ilə 1 (bir)il müddətə, CM-nin 338.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq, cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) müddətə azadlı qdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, zərərçəkmiş şəxsi hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla, öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə uşaqbazlıq etməsini təşkil etmiş, Azərbaycan Respublikasmm vətəndaşı olmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, qəsdən, düşmən tərəfinə keçməklə, dövlət sirrini xarici dövlətə verməklə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etmiş, si lah tətbiq etməklə və ağır nəticələrə səbəb olmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə əlaqədar pozmuş, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə, onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuş, habelə eyni əməlləri dövlətin təhlükəsizlik mənafeyinə zərər vurmuş və ağır nəticələrə səbəb olmuşdur. Hökmdən məhkumlar Məhkum və Abdullayev Ramiz Hümbət, Vəliyeva Tünzalə Gülmalı qızı, Hacıyev Cəfər Hacalı oğlu və İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayətləri nə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum X15 müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu və məhkum X6 müdafiəçisi Əzizli Nəvazi Vidadi oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazı m oğlundan ibarət tərkibdə) kassasiya şikayətləri təmin edilməmiş, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi B.Q.Tağıyev kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının hüquqlarını müdafiə etdiyi şəxsin CM-nin 134, 32.3, 150.2.1, 32.3, 150.2.4 və 274-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissəsinin ləğv edilərək həmin maddələrlə ona bəraət verilməsi və onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 332.3, 338.1 və 338.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəzanın təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlill əri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum qarşı kobud qanun pozuntusuna yol verilərək qanunsuz qərar qəbul edilmişdir. Belə ki, Məhkum nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir və həmin ittiham sübuta yetirilməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs yalnız ona qarşı şahidlər və zərər çəkmiş şəxslər tərəfindən həqiqətə uyğun olmayan və digər sübutlarla təsdiq olunmayan ifadələrə əsasən təqsirli bilinərək məhkum edilmiş, onun hüquqlarının səmərəli şəkildə müdafiə olunması üçün qaldırılmış bütün vəsatətlər məhkəmə tərəfindən heç bir əsas olmadan rədd olunmuş, bununla da məhkumun müdafiə hüququ kobud surətdə pozulmuşdur. Kassator həmçinin qeyd etmişdir ki, hökmdə təsvir olunmuş hadisələrin hərbi hissə komandanlığının məlumatı olmadan baş verməsi qeyri-mümkündür və işin faktiki hallarını tam formada nəzərdən keçirdikdə Məhkum tərəfindən hər hansı cinayət əməlini törətməməsi, onun təqsirliliyini təsdiq edən sübutların isə olmaması müəyyən edilir. Məhkəmələr isə həm bunları, həm də Məhkum ibtidai araşdırma zamanı işgəncələrə məruz qalmasını, onun məhz işgəncələr nəticəsində etirafedici ifadələr verməyə məcbur olduğunu kifayət qədər nəzərə almamış və onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmış və həmin hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişlər. Qeyd olunanlara əsaslanaraq müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Koll egiyasının xx xxxxxxxx 2020-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Müdafiəçi və iş üzrə zərər çəkmiş şəxslər məhkəmə iclasına naməlum səbəbdən gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə müdafiəçinin və zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir ona görə ki, işə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasından məhkum S.E.X10 Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından müdafiəçisi xxx verdiyi kassasiya şik ayətinin onun tərəfindən geri götürülməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli ərizəsi daxil olmuşdur (ərizə Penitensiar Xidmətin Həbsxanasının rəisinin xx xxxxxxxx 2020-ci il tarixli xx/xx-1893 saylı məktubu ilə müşayiət olunmuşdur). Eyni zamanda məhkumun müdafiəçisi xxx məhkəməyə ərizə göndərərək kassasiya şikayətini hüququqlarını müdafiət etdiyi şəxs tərəfindən geri götürülməsini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna ma likdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib qanunvericiliyin tələblərinə əsaslanaraq və kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 134, 32.3, 150.2.1, 32.3, 150.2.4, 274, 332.3, 338.1 və 338.2-ci maddələriilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi xxx tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 134, 32.3, 150.2.1, 32.3, 150.2.4, 274, 332.3, 338.1 və 338.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi xxx tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-65/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-65/2020
29.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver