Məhkəmə qərarları › İş №1-1(102)-65/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-65/2021

13.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-65/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinay ət işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 12.10.2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarından Təqsirləndirilən şəxsin müdafiəçisi Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim Nəsirov Vidadi Mikayıl oğlu) 12 oktyabr 2020-ci il tarixli qərarı ilə məhkəmənin icraatında olan Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin olduğu yer müəyyən edilmədiyinə görə dayandırılmışdır. Həmin qər ardan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər Ə.İ.Məmmədov və N.N.Quluyevdən ibarət tərkibdə) 26 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarından Təqsirləndirilən şəxsin müdafiəçisi Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi Vəliyeva Tünzalə Gülmalı qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2020-ci il tarxdə ölkəmizdə başlanan Vətən Müharibəsi ilə əlaqədar Tərtər Hərbi Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı ilə artıq döyüşdə baş leytenant Təqsirləndirilən şəxs CM-nin 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraat zərurətdən dayandırılmışdır və əsgər döyüşlərdə olduğundan yarana bilən hər bir maneəni aradan qaldırmaq niyyəti ilə barəsində seçilmiş qətimkan təbdiri ləğv edilmişdir. Müharibə qurtardıqdan və pandemiya ilə əlaqədar olaraq məhkəmə baxışları bərpa olunduqdan sonra Gəncə Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarı ilə həmin cinayət işi üzrə apellyasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpasının təmin edilməməsinə dair qərardan verilmi ş apellyasiya protesti təmin edilmiş və sonrakı prosessual hərəkətlərin edilməsi üçün cinayət işi Tərtər Hərbi Məhkəməsinə qaytarılmışdır. Artıq cinayət işi üzrə icraatın dayandırılmasına səbəb olmuş əsaslar aradan qalxdığından Tərtər Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnərək məhkəmə iclasına təyin edilmiş və bu barədə dövlət ittihamçısına məlumat verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən CPM-in 84.6, 84.7 və 314.1-ci maddələrinin tələblərinin pozulmasını irad tutan apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə ləğv etdiyi Tərtər Hərbi Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı atıq həmin tarixə qədər, yəni Tərtər Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tar ixli qərarı ilə ləğv edilmişdir və işə apellyasiya məhkəməsi tərəfindən baxılarkən həmin qərarın heç bir hüquqi qüvvəsi olmamışdır və apellyasiya məhkəməsi ləğv edilmiş qərarı təkrarən ləğv etməklə hüquq elmi sahəsinə «yenilik» gətirmiş olmuşdur. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Tərtər Hərbi Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərardan verilmiş apellyasiya protestinə baxarkən, artıq 11 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və dövlət ittihamçısının etirazına səbəb olmuş hal aradan qaldırılmışdır. Müdafiə tərəfi hesab edir ki, cinayət işləri üzrə icraat təzələnərək məhkəmə baxışına təyin edildiyindən və iş üzrə icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni artıq cinayət işi üzrə icraatın dayandırılması qərarı icraatın təzələnməsi ilə öz hüquqi əhəmiyyətini itirdiyindən, nəticədə apellyasiya baxışı predmetsiz qaldığından protestin təmin edilməsi üçün əsaslar mövcud deyil. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarını ləğv etməklə Tərtər Hərbi Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-in 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışına təyin edildiyindən dövlət ittihamçısının protesti, protestdə qeyd edilən qərar artıq qüvvədə olmadığından təmin edilməyərək, geri qaytarılması və cinayət işinin materiallarının mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəl ləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin ilkin baxış qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən apellyasiya protestinin əsassız olaraq təmin edildiyi iddia edilmiş və mübahisələndirilən ilkin baxış qərarının ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.20-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusa tları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin icraatın dayandırılması barədə qərarından və apellyasiya məhkəməsinin ilkin baxış qərarından görünür ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs CM-nin 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilərkən cinayət prosessual qanunvericiliyin normaları pozulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi birinci instansiya məhkəməsinə daxil olmuş, məhkəmənin hazırlıq iclası 16 iyul 2020-ci il tarixə təyin edilmişdir. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclası 30.07.2020-ci il tarixə təxirə salınmışdır. 30.07.2020-ci il tarixdə eynilə təqsirləndirilən və zərərçəkmiş şəxslər iştirak etmədiyindən məhkəmənin hazırlıq iclası 12.07.2020-ci il tarixə təxirə salınmış, 12.08.2020-ci il tarixdə təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə keçirirlmiş məhkəmənin hazırlıq iclasının qərarı ilə cinayət işi məhkəmə baxışına t əyin edilmişdir. 26.08.2020-ci il tarixdə məhkəmə baxışı iclasında təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidlərin iştirakı təmin edilmədiyindən məhkəmə baxışı 09.09.2020-ci il tarixə təxirə salınmış, həmin tarixdə də təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidlərin iştirakı təmin edilmədiyindən məhkəmə baxışı iclası 23.09.2020-ci il tarixə, daha sonra isə 12.10.2020-ci il tarixə təxirə salınmışdır. 12.10.2020-ci il tarixdə məhkəmə Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarına başlaması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası CPM-nin 311-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edir və bu Məcəllənin 91.5 və 91.6-cı maddələrində nəzərdə tutulmuş hüquq lardan istifadə edir. Təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız aşağıdakı müstəsna hallarda yol verilir: Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda; cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda. Məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Bu Məcəllənin 51-2-ci və 311.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədikdə o, məhkəmənin qərarı əsasında məhkəmə iclasına məcburi gətirilə bilər və bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar olduqda, onun barəsində qətimkan tədbiri seçilə bilər və ya seçilmiş qətimkan tədbiri daha ağırı ilə əvəz edilə bilər. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Vətən müharibəsi başlamazdan əvvəl barəsində olan cinayət işinin hazırlıq iclasında 2 dəfə, məhkəmə baxışının iclasında isə 3 dəfə iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəblərini məhkəməyə bildirməmişdir. Birinci instansiya məhkəməsi isə prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmənin qərarı əsasında onun məhkəmə iclasına məcburi gətirilməsi, və bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar olduqda, onun barəsində qətimkan tədbirinin daha ağırı ilə əvəz edilə bilməsi məsələsinə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi bundan sonra 12 oktyabr 2020-ci il tarixdə 27 sentyabr 2020-ci il tarixdə döyüş əməliyyatlarının başlaması ilə əlaqədar Təqsirləndirilən şəxs döyüş əməliyyatlarında iştirak etməsi səbəbindən cinayət işinin icraatının dayandırılması barədə qərar qəbul etmişdir. Həmin qərar qəbul edilərkən məhkəmə iclas zalında yalnız iclasa sədrlik edən hakim və məhkəmə iclas katibi iştirak etmişlər. Cinayət prosesində tərəflərin çəkişməsini müəyyən edən Azərbaycan Respublikası CPM-in 32-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə hər bir tərəf məhkəmədə təmsil olunur. CPM-nin 314.1-ci madəsinə əsasən dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Dövlət ittihamçısının ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Dövlət ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət ittihamçısı ilə əvəz etmək mümk ün olmadıqda, məhkəmə baxışı təxirə salınır və başqa vaxta keçirilir. İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın müdafiəsinə hazırlaşması üçün vaxt verilir. Göstərilənlərə əsaslanmaqla kollegiya hesab edir ki, prosessual qanunvericiliyin tələblər pozulmaqla qəbul edilmiş cinayət işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarın ləğvi ilə əlaqədar apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olar. Bundan əlavə kassasiya məhkəmə kollegiyası hesab edir ki, hazırda Tərtər Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmiş, faktiki cinayət işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı faktiki heç bir hüquqi qüvvə yə malik deyil. Bu baxımdan cinayət işi üzrə icraat təzələndiyindən icraatın dayandırılması barədə qərarın ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin ilkin baxış qərarının kassasiya şikayətinə əsasən ləğv edilməsi və ya qüvvədə qalmasını özündə ehtiva edən hər hansı nəticə artıq aradan qalxmışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalı, müdafiəçi T.G.Vəliyeva tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbu l etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçisi Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın dayandırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 12.10.2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarı Təqsirləndirilən şəxsin müdafiəçisi Vəliyeva Tünzalə Gülmalı qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar