Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-65/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və zərərçəkmiş şəxsin hüquqi varisi Məmmədov Şakir Abdulla oğlunun iştirakları ilə, Naxçivan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 25 fevral 2022 -ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 329.2.1ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Naxçivan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Məmmədov Şakir Abdulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçivan Muxtar Respublikasının Hərbi Məhkəməsinin (sədrlik edən hakim X11) 25 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxx 1996-cı ildə Babək rayonunun Babək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, məhkum olunmayan, Babək rayonu, Babək qəsəbəsi, M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, "Naxçıvan” X5 15ci sərhəd zast avasında təminat qrup komandiri vəzifəsində xidmət edən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 329.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəllənin 125-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 30 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Naxçivan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakiml ər: X4 (sədrliyi və məruzəsi ilə), X13 və X1 ibarət tərkibdə) 22 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 329.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1-1(092)-2/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli və zərər çəkmiş şəxs X7 hüquqi varisi Məmmədov Şakir Abdulla oğlu tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli apellyasiya şikayətləri təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1-1(092)-2/2022 nömrəli hökmü apellyasiya şikayətləri vermiş şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasə n Məhkum "Naxçıvan” X5 15-ci sərhəd zastavasında təminat qrup komandiri vəzifəsində xidmət edərkən mütəmadi olaraq nizamnamənin tələblərini pozaraq 2021-ci ilin avqust ayının əvvəllərində tabeliyində olan əsgər X10 qarşı çarpayısını səliqəli yığmadığına görə, gələn yoxlamanın ona irad tutduğundan, əsgər yoldaşlarına "N.Məmmədova görə irad tutuldu, xidmətdən gəldikdən sonra görəcək, onu belə-belə edəcəyəm, pasyak” deyərək xidmətdən gələndən sonra ona "şərəfsiz, cındır, pasyak, səni belə-belə edəcəyəm” deyərək nalayiq ifadələr işlətməklə, 2021-ci ilin avqust ayının ortalarında, yuyunma otağında əl-üz yuma yerində ayağını yuması səbəbindən "şəxsiyyətsiz, şərəfsiz, pasyak” deyərək ona qarşı nalayiq ifadələr işlədib çiynindən tutub çölə çıxartmaqla, 2021-ci ilin avqust ayının ortalarında, N.Məm mədovun işini düzgün görməməsi səbəbindən yataqxananın dəhlizində qışqırdığına görə ona etirazını bildirdiyindən ona qarşı kobud şəkildə nalayiq ifadələr işlətməklə, 2021-ci ilin avqust ayının ikinci yarısında, gecə saatlarında xidmətdə olduğundan istirahət etmədiyi üçün icazə istədikdə onun üzərinə qışqıraraq yatmağa icazə verməyib başqa iş tapşırmaqla, "yat” komandasına hazırlaşarkən əsgərlərə onu gecə xidmətə yazmaması üçün zastava rəisinə məruzə edəcəyini bildirib onu "eşşək kimi işlədəcəyini” deyərək ona qarşı nalayiq ifadələr işlətməklə, səhəri gün diviziya komandanlığı tərəfindən günün isti saatlarında ərazidə işlər görülməməsi barədə tapşırıq verilməsinə baxmayaraq idman şəhərciyində işlətməklə, sonrakı günlərdə də istirahət verməməklə, əsgərlər günortalar istirahət edərkən ona iş tapşırmaqla, 21 avqust 2021-ci ildə, axşam saatlarında əsgərlərin saçlarını qırxarkən onun saçını alayarımçıq, bir yerdən az, bir yerdən çox qırxaraq ələ salıb gülməklə, 2021-ci ilin avqust ayının 20-dən sonra, saat 09 radələrində yoxlama gələcəyi üçün yataqxananı təmizləyərkən tez işləməsini bildirib "şəxsiyyətsiz, şərəfsiz, pasyak” deyərək ona qarşı nalayiq ifadələr işlətməklə, 2021-ci ilin avqust ayının sonlarında, saat 19 radələrində səbəbsiz yerə "şərəfsiz, şəxsiyyətsiz, pasyak” deyib ona qarşı nalayiq ifadələr işlədərək çardaqda olarkən zastavada xidmətə yeni təyin olunmuş gənc əsgərlər gəldikdən sonra da onu hər işə göndərəcəyini, bütün işləri ona gördürəcəyini deməklə, 2021-ci ilin avqust ayının sonlarında, yataqxananın qarşısında ona qarşı nalayiq ifadələr işlədərək zastavada xidm ətə yeni təyin olunmuş gənc əsgərlər gəldikdən sonra onu "pasyak”, "ziyan verən əsgər” kimi nümunə göstərəcəyini bildirməklə, 2021-ci ilin avqust ayının sonlarında, park təsərrüfat günü yeməkxanada olan ehtiyat ərzaqları çölə çıxarıb havalandıran zaman plastik materialdan olan qabdakı quru lobyanı yerə tökməsi səbəbindən "şərəfsiz, pasyak, sən həmişə beləsən, ziyan verirsən” kimi sözlər deyərək ona qarşı nalayiq ifadələr işlətməklə, 2021-ci ilin avqust ayında yeməkxanada əsgərlərə ayrılmış ərzaq payını yeməsi və anbardan icazəsiz quru ərzaq payını götürməsi səbəbindən kobud şəkildə irad tutaraq üzərinə qışqırıb oğurluq etməsini, oğru kimi yeməsini deməklə, yuxusuz olmasına baxmayaraq onu işlədib televizora baxmaması üçün sinif otağının qapısını bağlatmaqla, təmizlik edildiyi və hər yer t əmiz olduğu halda onu təkrar işlətməklə, müraciət edərkən, çağırarkən "pasyak, heyvan” kimi sözlər deyərək ona qarşı nalayiq ifadələr işlətməklə, 05 sentyabr 2021-ci ildə, saat 16 radələrində yataqxananın arxa tərəfində zastavada xidmətə yeni təyin olunmuş gənc əsgərlər tərəfindən kartof təmizlənən zaman zibilləri atmaq üçün əl arabasını gətirərkən təkərini səki daşına sürtərək iz salması səbəbindən ona qarşı kobud şəkildə nalayiq ifadələr işlətməklə zastavada xidmətə yeni təyin olunmuş gənc əsgərlərə onu ziyan verən əsgər kimi nümunə göstərərək nüfuzunu aşağı salıb xidməti cəhətdən ondan asılı olan əsgər N.Ş.Məmmədovun şərəf və ləyaqətini mütəmadi olaraq alçaltmış, beləliklə əsgər N.Ş.Məmmədova qarşı mütəmadi olaraq alçaldıcı sözlər işlətməsi, söyüşlə təhqir etməsi, istirahət saatlarında işlətməsi, təmiz olan yerləri yenidən təmizlədərək incitməsi, gənc əsgərlərə pis nümunə kimi göstərməsi, hər balaca səhvinə görə təhqiramiz ifadələrlə çağırması, digər əsgər yoldaşlarının yanında söyərək alçaltması və bezdirməsi, həmçinin zastavaya gələn yoxlama barədə zastava növbətçisinə məlumat vermədiyi üçün xidməti saatı qurtardıqdan sonra əsgər yoldaşlarının və zastavaya gələn yeni əsgərlərin qarşısında yenidən təhqir olunacağını, əsgərlərə pis nümunə kimi göstəriləcəyini, xidmətindəki səhvə görə daha ağır cəza alacağını yəqin etməsi ilə bağlı hərəkətlər nəticəsində onu özünü öldürmə həddinə çatdırmış, bununla da əsgər X16 06 sentyabr 2021-ci il tarixdə, müşahidə məntəqəsində zastava gözətçisi xidmətində olarkən saat 09:50 radələrində xidməti istifadəsində olan «AK-74» markalı, «2429 623» №-li avtomat silahdan alın nahiyəsinə bir atəş açaraq «giriş dəliyi qaşarası nahiyədə, çıxış dəliyi başın təpə-ənsə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, üz skeleti və kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin bütün paylarının əzilib-dağılması ilə müşayiət olunan, öndən-arxaya, bir qədər yuxarıdan- aşağıya və sağdan-sola istiqamətli başın bir ədəd dəlib-keçən yarası» ilə müşayiət olunan, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarət yetirərək özünü öldürmüşdür. Bundan başqa MAHHXHQ baş çavuş Məhkum "Naxçıvan” X5 15-ci sərhəd zastavasında təminat qrup komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Dax ili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən "hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində göstərilən "komandir (rəis)... tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq 2021-ci ilin avqust ayının əvvəllərində, saat 21 radələrində yeməkxanada əsgər yoldaşlarına paylarına düşən yemək norması olan ət konservasını kartof püresindən ayrılıqda verməsi səbəbindən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib sinəsindən itələyərək sifətindən şillə ilə vurmaqla, təkrarən 2021-ci ilin avqust ayının əvvəllərində, saat 18 radələrində yeməkxanada təmizliklə bağlı tapşırdığı işi yerinə yetirməmə si səbəbindən irad tutarkən əlindəki qabın yerə düşüb qırılması səbəbindən ona qarşı nalayiq ifadə işlədib əli ilə sinəsindən itələməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrar olaraq zor tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Məmmədov Şakir Abdulla oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, yuxarı instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulması, habelə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməməsi ədalətsiz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə hökm çıxararkən məhkəmədə t oplanmış ifadələr(sübutlar) əsasında deyil, istintaq zamanı toplanmış yarımçıq sübutlar əsasında hökm çıxarmışdır. Yuxarı instasiya məhkəməsi yalnız həmin faktlarla kifayətlənmiş və işə düzgün qiymət verməmişdir. Belə ki məhkəmədə dindirilən şahidlər C.Ələkbərli, Şahid3 və Şahid2 ifadələri sübut edir ki, oğlu xidmət edərkən normal vəziyyətdə olması, heç bir sıxıntı çəkməmiş xidmətini davam etdirmək əhval ruhıyyəsində olmuşdur. İşdə olan 6 sentyabr 2021-ci il tarixli 3 nömrəli ekspert rəyindən görünür ki, oğlunun aldığı xəsarət qabaqdan arxaya, yuxarıdan aşağıya və sağdan soladır. Məhkəmə oğlunun belə xəsarət almasını tam aydınlaşdırılmamışdır. Bu rəydə oğlunun özünü vurması göstərilməmişdir. İşdə olan 4 oktyabr 2021-ci il tarixli rəydən görünür kı oğlunun istifadə etdiyi avtomatın darağı nın üzərində oğlumun sağ əlinin çeçələ barmağının izi vardır. Oğlunun istifadə etdiyi avtomat üzərində onun əllərinin izi olmamışdır. Hadisə avqust ayında isti vaxt olmuşdur. Bu o deməkdir ki oğlu xidmətə gedərkən əllərində heç bir qoruyucu vasitə olmamış, yəni oğlu silahından açıq ilə istifadə etmişdir. Əgər avtomat silinməsəydi, avtomat üzərində mütləq oğlunun əlinin və barmaqlarının izi qalardı. 7 oktyabr 2021-ci il tarixli N:247-248 rəydən görünür ki, hadisə yerində tapılmış gilizlər oğlunun istifadə etdiyi avtomatdan atılmış olsaydı onu müəyyən etmək mümkün olardi. Həmin gilizləri oğlunun istifadə etdiyi avtomatdan atılmasının müəyyən olunmasının mümkün olmaması onu göstərir kı, həmin gilizlər basqa silahdan atılmış, silinmiş, sonra istintaqa təhvil verilmişdir. Məhkəmədə qeyd etdiyi halı üzə çıxarmaq üçün verdiyi vəsaitlərin qəbul olunmaması qeyd etdiyini bir daha sübut edir. Göstərdiyi halları hərtərəfli araşdırmaq üçün məhkəmə istintaqı aparılmalıdır. Məhkəmə hökm çıxararkən məhkəmədə toplanan sübutlara əhəmiyyət verilməmiş istintaqın topladığı natamam sübutlar əsasımda hökm çıxarmışdır. Məhkəmə hökm çıxararkən bütün qanunları pozmuş və yuxarı instansiya məhkəməsi isə öz növbəsində bununla əsassız olaraq razılaşmışdır Zərərçəkmiş şəxsin hüquqi varisi Məmmədov Şakir Abdulla oğlu kassasiya şikayətində Naxçivan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarını ləğv edilməsi və məhkəmə istintaqı aparmaqla işin yenidən araşdırırması üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilmə sini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olma yaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qanuniliyini zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsAslanna bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsAslanndığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ic timai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonr a şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı). Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 125 və 329.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətməsi barədə aşağı məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olmaqla şahidlərin ifadələri, aşağı məhkəmələrdə elan edilib araşdırılmış məhkəmə istintaqında ifadə vermiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, o cümlədən məhkəmə-tibbi, məhkəmə-ballistik, məhkəmə-daktiloskopik, məhkəmətrasoloji, məhkəmə-ambulator psixiatrik, məhkəmə-psixoloji, komisiyon məhkəmə-psixoloji ekspertizalarının rəyləri, bu əməlin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Kassasiya məhkəmə kollegiyası həmin sübutların sadalanmasına zərurət görməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ekspert qismində çağırılmış X14 oğlu silahın, 2 gilizın, 2 patronun, paltarların təqdim olunduğunu, paltarlardan panamada mərmi çıxışının olduğunu, silahın AK 74 olduğunu, təqdim olunmuş papaqda çıxış zədəsinin olduğunu, giriş zədəsinin olmadığını, çıxış zədəsində sümük qırın tılarının olduğunu, sümük qırıntılarında barıt izinin olmadığını, digər paltarlarda da əlavə faktorların aşkar olunmadığını, tək əllə tutub atəş açmağın mümkün olduğunu, atış açılanda silahın necə tutulduğunun aşkar olunmadığı üçün gilizin hər istiqamətdə düşə biləcəyini, gilizin düşdüyü yerə görə atəş açılanın durduğu yeri müəyyən etməyin mümkün olmadığını, atəş açarkən gilizin sağ və arxaya getmə ehtimalını nəzərə alsaq arxaya gedib divara dəyib yerini dəyişmə ehtimalının da olduğunu, silahı tərsinə də tutub vurmağın mümkün olduğunu, silahın ağırlığının sandıqçayla birlikdə 7 kq-ı keçmədiyini, atəşin əsas faktorunun güllə yarası olmasını, bu ekspertizada əlavə faktorların aşkar olunmadığını, metal hissəciklərin aşkar olunmadığını, atəş məsafəsi yaxınlaşdıqca səpələnmə radiusunun azaldığı nı və əlavə faktorların yayılmasının azaldığını göstərmişdir. Məhkəmə-ballistik ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 247-248 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş, bir ədəd silahın 5.45 mm kalibrli olmaqla, 1983-cü ildə zavod üsulu ilə istehsal edildiyi, "2429623” №-li "AK-74” konstruksiyalı yivli avtomatik tüfəng olduğu, odlu döyüş silahı hesab edildiyi, saz, atəş açmaq üçün yararlı olduğu, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab olunan qüvvənin (1.9 - 2.1 kq) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılmasının mümkün olmadığı, tədqiqata təqdim edilmiş iki ədəd predmetin ("a” və "b” predmetləri) 1974-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edildiyi, "AK-74”, "AKS74”, "AKS-74U” və s. konstruksiyalı avtomat silah larda, "RPK-74” və "RPKS-74” əl pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulduğu, 5.45 mm kalibrli patronların hissələri - gilizləri olduğu, tədqiqat obyekti qismində təqdim edilmiş iki ədəd gilizin ("a” və "b” gilizləri) "2429623” №-li "AK-74” konstruksiyalı avtomat silahdan atıldığı, tədqiqata təqdim edilmiş iki ədəd patronun ("a” və "b” patronları) zavod üsulu ilə istehsal edildiyi, 1 (bir) ədədinin ("a” patronu) "AK-74”, "AKS-74”, "AKS74U” konstruksiyalı avtomat silahlarda, "RPK-74”, "RPKS-74” əl pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilən 5.45 mm kalibrli, 1974-cü il nümunəli, digər 1 (bir) ədədinin ("b” patronu) isə həmin silahlarda atəş (səs) effekti yaratmaq üçün nəzərdə tutulduğu, döyüş sursatı hesab edilməyən, 5.4 5 mm kalibrli plastik gülləli (mərmili) patronlar olduğu, tədqiqata təqdim edilmiş iki ədəd patronun səthindəki mexaniki zədələrin silah detallarının izləri (vurucunun izi (yalnız "a” patronunda”), əksetdiricinin izi, sandıqça bükümlərinin izi və s.) olmaqla zəruri əlamətlərə malik olmamaları səbəbindən eyniləşdirmə tədqiqatı üçün yararsız olduğu və həmin izlərin tədqiqata təqdim olunmuş "2429623” №-li, "AK-74” konstruksiyalı avtomat tüfəngin detallarından qalmağa xarakterik olduğunu müəyyən etməyin mümkün olmadığı, tədqiqata təqdim edilmiş bir ədəd hərbi panamanın üzərində olan "a” zədəsinin odlu silahdan açılmış bir atəş nəticəsində yetirilməyə xarakterik çıxış zədəsi olduğu, eləcə də çıxış zədəsinin zəruri əlamətlərə malik olmaması səbəbindən zədəni yaratmış mərminin - güllənin diametri ni (kalibrni) müəyyən etməyin mümkün olmadığı, tədqiqata təqdim edilmiş bir ədəd kitelin, bir ədəd qısaqol maykanın, bir ədəd hərbi şalvarın, bir ədəd qısa alt tumanının, bir cüt çəkmənin, bir çüt corabın və bir ədəd hərbi bel kəmərinin üzərlərində odlu silahdan açılan atəş nəticəsində yaranmağa xarakterik zədələr aşkar edilmədiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 246 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş 1 (bir) ədəd "AK-74” markalı, "2429623” №-li avtomat silahın səthində 3 (üç) ədəd və darağın səthində 2 (iki) ədəd papilyar naxış izləri vardır, tədqiqata təqdim edilmiş darağın üzərində aşkar edilən əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı üçün yararlıdır, tədqiqata təqdim edilmiş d arağın üzərində aşkar edilən əl-barmaq izi X7 daktiloxəritəyə köçürülmüş sağ əlinin çeçələ barmağından qalmışdır, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd "AK-74” markalı, "2429623” №-li avtomat silahın səthində 3 (üç) ədəd və darağın üzərində olan 1 (bir) ədəd papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığından, tam və aydın əks olunmadığından, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Cinayət işinin materiallarında olan məhkəmə- ambulator psixiatrik ekspertizası təyin edilmiş, 27 sentyabr 2021-ci il tarixli, 84 №-li ekspert rəyində X8 nevrotik reaksiyanın müşahidə olunduğu, onda olan nevrotik reaksiyanın hərbi xidmət dövründə yarandığı, N.Ş.Məmmədovda olan nevrotik reaksiyanın onun 06 sentyabr 2021-ci il tarixdə avtom at silahdan atəş açaraq özünü öldürərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək imkanından məhrum etmədiyi, N.Ş.Məmmədovda nevrotik reaksiyanın qərarın təsviri hissəsində göstərilən ona qarşı edilmiş qanunsuz hərəkətlər, psixi sarsıntı nəticəsində yarandığı, N.Ş.Məmmədovun özünü öldürərkən anlaqlı olduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan komisyon məhkəmə-psixoloji ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 11/430 №-li ekspert rəyində X7 fərdi-psixoloji xüsusiyyətlərinin içərisində üstünlük təşkil edən "sakit”, "mülayim”, "başı aşağı”, "içinə qapanıq”, "fağır”, "utancaq” və "çəkingən” kimi əlamətlərin onun ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür edə biləcəyini, X7 ölümündən bilavasitə əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosio nal gərginlik halında olduğu, X7 ğlümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halında olmasının onun qarşılaşdığı şəraitlə - 2021-ci ilin avqust ayının əvvəllərindən başlayaraq 15-ci sərhəd zastavasında təminat qrup komandiri vəzifəsində xidmət edən baş çavuş Məhkum müxtəlif vaxtlarda şəxsi heyət qarşısında "şəxsiyyətsiz”, "şərəfsiz”, "pasyak”, "heyvan” kimi nalayiq ifadələr işlədərək onu təhqir etməsi, istirahət saatlarında belə onu işlətməsi, təmiz olan yerləri yenidən təmizlədərək onu incitməsi, günün isti vaxtlarında ərazidə işlər görülməməsi barədə tapşırıq verilməsinə baxmayaraq onu idman şəhərciyində işlətməsi, əsgərlərin saçları qırxılan zaman onun saçını alayarımçıq qırxaraq ələ salıb gülməsi, zastavaya yeni təyin olunmuş gənc əsgərlərə pis n ümunə kimi göstərməsi, gənc əsgərlərin qarşısında onu hörmətdən, nüfuzdan salması, onu "zastavaya ziyan verən əsgər” adlandırması, baş çavuş Məhkum ona qarşı etdiyi hərəkətlərdən bezdiyi üçün zastavaya gələcək yoxlamaya məruzə etmək istəməsi, lakin hadisədən bir neçə dəqiqə əvvəl zastavaya gələn yoxlama heyətinin gəldiyini görmədiyindən rabitəçiyə məruzə edə bilməməsi, müşahidə qülləsində zastava gözətçisi xidmət yerini tərk etdiyindən ona irad bildiriləcəyini, cəza alaçağını, yoxlama getdikdən sonra yenə də əvvəlki qaydada şəxsi heyətin qarşısında təhqir olunacağını yəqin etməsi ilə səbəbli-nəticə əlaqəsində olduğu, X7 ölümündən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının kiçik çavuş Şahid1 ona qarşı etmiş olduğu hərəkətlərlə birbaşa səbəbli- nəticə əlaqəsində olmadığı, X7 özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının onun hərbi xidmətə münasibəti və sərhəd zastavasında xidmətin çətin olması ilə şərtlənmədiyi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Apellyasiya məhkəməsi toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab etmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum 2021-ci ilin avqust ayının sonlarında, saat 20 radələrində yataqxananın qarşısında N.M əmmədova tapşırıq verməsinə baxmayaraq rezin çəkmələri yumağı unutması səbəbindən ona qarşı nalayiq ifadə işlədib kitelinin yaxasından tutub itələyərək "yat” komandasından sonra da onu işlətməklə bağlı verilmiş ittihamın bu hissəsi öz təsdiqini tapmır. Belə ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum, şahidlər Şahid2, Şahid13 və başqalarının ifadələrində Zeynalovun N.Məmmədova verdiyi göstərişi icra etmədiyinə görə zastava rəisi S.İsayevə məruzə etməsindən sonra həmin çəkmələri S.İsayevin göstərişi ilə N.Məmmədovun yat komandasından sonra yuduğu məlum olur. Qeyd olunan halların xaric edilməsi əməlinin töfsifinə heç bir təsir göstərməmiş, Məhkum törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 125 və 329.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məh kəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 125-ci maddəsi təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qoru gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya görə cinayət məsuliyyətini nəzərdə tutur. Bu cinayətin ictimai təhlükəliliyi nəinki insanın ən ümdə və ayrılmaz hüququ olan yaşamaq hüququna qəsd edilməsi, həmçinin təqsirkarın mənəviyyata zidd, qeyrihumanist, məkrli və amansız hərəkətləri ilə xarakterizə olunur. Bu cinayətin obyektini başqa şəxsin həyatının təhlükəsizliyi ilə bağlı münasibətlər təşkil edir. Özünü öldürmə həddinə çatdırmanın obyektiv cəhəti mürəkkəbdir, buraya təqsirkarın davranışı (hədəqorxu gəlmə, amansız rəftar, alçaltma), zərərçəkmişin təqsirkardan asılılığı, bunların nəticəsində şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd həddinə çatması daxildir. Amansız rəftar qiymətləndirilən anlayış olub onun məzmununa müxtəlif hərəkətlər (hərəkətsizliklər), o cümlədən təqsirkarın zərərçəkmiş səxsi döyməsi, ona əzab verməsi, onu ac, susuz, paltarsız qoyması, gücü çatmayan fiziki işlərə məcbur etməsi və s. aid edilə bilər. Zərərçəkmiş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltma dedikdə, onu təhqir etmə, söymə, məsxərəyə qoyma, ona böhtan atma, onun haqqında rüsvayedici məlumatlar yayma və s. kimi hərəkətlər mütəmadi olaraq törədildikdə cinayət məsuliyyəti yaranır. Hədə-qorxu gəlmə zərərçəkmiş şəxsi maddi və ya sair yardımdan məhrum etməklə, işdən çıxartmaqla, yaşayış sahəsindən qovmaqla, barəsind ə rüsvayedici məlumatlar yaymaqla və s. hədələmədə ifadə oluna bilər, təqsirkarın əməlinin CM-in 125-ci maddəsi ilə tövsif edilməsi üçün tətbiq hədə-qorxunun forma və məzmunu ilə yanaşı, onun zərərçəkmiş şəxs tərəfindən dərk edilməsi və nəticədə zərərçəkmiş şəxsin özünü öldürmək arzusunun yaranmasının əsası kimi çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. Əməlin CM-in 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxs təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiya ilə qorunan hüquqların əhatəsinə düşmək üçün amansız rəftar, qiymətləndirilməsi işin bütün hallarından asılı olmaqla, qəddarlığın minimal dərəcəsinə çatmalıdır ki, buraya davranışın davamlılığı, fiziki və psixoloji fəsadlar, bəzi hallarda zərərçəkmişin cinsiyyəti, yaşı və səhhəti (Verbint Rumıniyaya qarşı iş üzrə 2012-ci il 3 aprel tarixli Qərar), fiziki iztirablar, bədən xəsarətləri (X9rşı iş üzrə 2002-ci il 29 aprel tarixli Qərar), mənəvi iztirablar (Klimov Rusiyaya qarşı iş üzrə 2016-cı il 4 oktyabr tarixli Qərar), davranışın üsulu və növünü (Makşakov Rusiyaya qarşı iş üzrə 2016-cı il 24 may tarixli Qərar) aid etmək olar. Belə minimumun qiymətləndirilməsi nisbidir (Manzhos Rusiyaya qarşı iş üzrə 2016-cı il 24 may tarixli Qərar) və hər bir konkret halın araşdırılmasını tələb edir (Avci və digərləri Türkiyəyə qarşı iş üzrə 2006-cı il 27 iyun tarixli Qərar). CM-in 329.2.1 -ci maddəsi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq e tmənin təkrar törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Şərh edilən cinayət obyektiv cəhəti hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsində ifadə olunur. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 125 və 329.2.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instan siya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun daha ağır əməl törətməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə baxışı zamanı cinayət işinə, yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 329.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, prosessual qanun məhkəmə baxışının hədlərini müəyyənləşdirərkən, onu yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittihamın hədləri ilə məhdudlaşdırır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəx sin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (CPM-in 318.1-ci maddəsi). Lakin qanunvericiliyin mənasına görə (CPM-in 318.2-ci maddəsinin müddəaları) ittiham funksiyası olmadığından, məhkəmə təqsirləndirilən şəxsin hüquqi vəziyyətini məhkəmə baxışı zamanı ağırlaşdıra bilməz (təqsirləndirilən şəxsin əməlini məhkəmədə ona qarşı irəli sürülmüş və ya onun məhkəməyə verildiyi ittiham üzrə daha ağır cəza nəzərdə tutan normaya özü tövsif edə bilməz) (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarı). Azərbaycan Respublikası CPM-nin 143. 1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu qanunların mənasına görə sübutlar həm ibtidai araşdırma və həm də məhkəmə baxışı zamanı toplanır və toplanmış bütün sübutlar məhkəmə iclasında təhlil edilməli, birbiri ilə müqayisə edilməli, onların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli və bu qaydada sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 125 və 329.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə k i, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəs i). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsAslannmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməl də cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilm əsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməllərinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Apellyasiya instansiya məhkəməsinin qərarının ləbv edilməsi üçün CP M-in 416-cı maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Naxçivan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Re spublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi Məmmədov Şakir Abdulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Cinayət Məcəlləsinin 125 və 329.2.1-ci maddələri ilə məhkum olunması barədə Naxçivan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-65/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-65/2022
28.09.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver