Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-65/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 may tarixli, 11(103)-23/2024 nömrəli qərarından Məhk um müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Fikrət Əliyev və Rafiq Abbasovdan ibarət tərkibdə) 14 fevral 2024-cü il tarixli 1-1(093)-27/2024 nömrəli hökmü ilə, 20 avqust 1990-cı il tarixdə Biləsuvar rayonunun Çaylı kəndində doğulmuş, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 6 ünvanında daimi qediyyatda olmaqla Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə ünvanında faktiki yaşamış, ailəli, ali hərbi təhsilli, kapitan, MN N nömrəli hərbi hissənin avtomobil taborunun qərargah rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3 11.3.2 və 32.3, 335.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 311.3.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.3, 335.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, CM-in 68.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulmaqla müəyyən olunmuş 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi t ərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyevdan ibarət tərkibdə) 2024-cü il 8 may tarixli, 1-1(103)-23/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Hərbi Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət qismində istəmiş və almış, habelə hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqət i boyun qaçırmasını təşkil etmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum Vətən müharibəsində fəal iştirak etməsi ilə yanaşı xidmət etdiyi on il müddətində "Qüsursuz xidmətə görə" və.s medallar ilə təltif olunmuş, xidməti vəzifələrini layiqincə yerinə yetirilməsində, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə 2010, 2019 və 2020-ci illərdə 3(üç) dəfə hərbi hissə komandanlığı tərəfindən “Fəxri fərman"larla təltif olunmuş, Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasında Azərbaycan Respublikasını təmsil edən zabit kimi apardığı yüksək səviyyəli hərbi xidmətə görə 2014 və 2017 il tarixlərdə 2 (iki) dəfə NATO-nun Baş katibləri tərəfindən medallarla təltif olunmuş, NATO Komandanlığı tərkibində Əfqanıstan Respublikasında fəaliyyət göstərən Türk komandanlığı tərəfindən Azərbaycan Silahlı qüvvələrininin beynəlxalq aləmdə təmsil edilməsindəki dəstəyinə görə 2015 və 2017-ci il tarixlərdə 3 (üç) dəfə "Təşəkkürnamə" ilə təltif olunmuş, Əfqanıstan Respublikasında NATO Qüvvələri tərkibində digər müttəfiq qüvvələrlə birlikdə apardığı yüksək hərbi xidmətə görə Türk Komandanlığı tərəfindən 2014 və 2017-ci tarixlərdə şəxsi işinə yazılmaqla 5 (beş) dəfə Azərbaycan Xalqına yazılı şəki ldə təşəkkür edilmişdir. Yuxarıda göstərilən medallar Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmədyindən məhkəmə tərəfindən dəyərləndirilməmiş və Məhkum cəzası yüngülləşdirilməmişdir. Məhkumun müdafiəçisi kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini yuxarıda göstərilənlərin nəzərə alınmasını, eyni zamanda Məhkum son günlərdə “Müharibə veteranı” vəsiqəsinin də təqdim edildiyini, bunun da nəzərə alınmasını və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 may tarixli, 1-1(103)-23/2024 nömrəli qərarının dəyişdirilməsini və Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etdi. Dövlət ittihamçısı A.Hüseynli məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və V.Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin M əcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara ə sasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını mübahisələndirilərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icr aatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etib arilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayəti nin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 311.3.2 və 32.3, 335.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir və məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşır. Müdafiəçi kassasiya şikayətində məhkumun cəzasını yüngülləş dirən halların nəzərə alınmadığını, məhkuma sərt cəza təyin edildiyini bildirərək, məhkuma azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkumun cəzasını yüngülləşdirən halların, ümumiyyətlə, nəzərə alınmadığına dair müdafiə tərəfinin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsi məhz məhkumun cəzasını yüngülləşdirən halları nəzərə alaraq və həmin halların məcmusunu müstəsna hallar kimi qiymətləndirərək məhkumun təqsirli bilindiyi CM-in 311.3.2-ci maddəsinə CM-in 62-ci maddəsinin tətbiq edilməsi ilə ona maddənin sanksiyasında müəyyən edilmiş ən aşağı həddən də az cəza təyin etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, müdafi əçinin kassasiya şikayəti qismən təmin edilməli, məhkumun cəzasını yüngülləşdirən və birinci instansiya məhkəməsi tərəfindən də nəzərə alınmış hallar, eləcə də 10 oktyabr 2024-cü il tarixdə Məhkum təqdim edilmiş “Müharibə veteranı” vəsiqəsi və onun müharibə veteranı statusu əldə etməsi halı CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmaqla onun təqsirli bilindiyi CM-in 311.3.2-ci maddəsinə CM-in 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla ona təyin edilmiş cəzanın müddəti və ona CM-in 66.3-cü maddəsi ilə təyin edilmiş qəti cəzanın müddəti azaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qə rara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 may tarixli, 11(103)-23/2024 nömrəli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təyin edilmiş cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla 3 il 4 ay müddətinə azadlqıdan məhrumetmə cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-65/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-65/2024
18.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver