Məhkəmə qərarları › İş №1-1(102)-66/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-66/2018

28.06.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-66/2018 28.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məh kum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2018-ci tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: X.İ.Quliyev) xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin sabiq zabiti, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin zabiti, kapitan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.2.3-cü maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilərək 1.000 (bir min) manat miqdarında cərimə cəzasına, CM-in 32.4, 312.1-ci maddəsi ilə 1.000 (bir min) manat miqdarında cərimə cəzasına, CM-in 313-cü maddəsi ilə 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 1.300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası təyin edilmiş, hökm xx xxxx 2017-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti və məhkum tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə verilmi şdir. Gəncə Hərbi Məhkəməsinin (sədrlik edən hakim V.K.Məmmədov) «09» mart 2018-ci il tarixli, 1-1(095)-145/2017 nömrəli qərarı ilə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən: T.A.Muxtarov, hakimlər: E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2018-ci il il tarixli apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hər bi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Kassasiya şikayətinin dəlillərini məhkumun müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, Məhkum atası vəfat etdikdən sonra ailənin qayğısı məhkumun üzərinə düşmüş, ailə üzvlərinin Ağcabədi rayonunda olması, özünün Bakı şəhərində işləməsi müəyyən dövr üçün, yəni ailə münasibətləri ailə başçısını itirdikdən sonra öz axarına düşənədək çətinliklərlə müşahidə olunmuşdur. Bu kimi səbəblərdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayət inin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik ola n şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilə bilər. CPM-in 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsində işə baxılarkən işin məhkəmə baxışı və hökmün elan olunması zamanı məhkəmə prosesində iştirak etmişdir. Hökm xx xxxx 2017-ci il tarixdə elan edilmiş və xx xxxx 2017-ci il tarixdə tərəflərə göndərilmişdir. xx xxxx 2017-ci il tarixdə Məhkum həmin hökmün surətini qəbzə imza etməklə almışdır. (Cild 2, iş vər. 96). Həmçinin, hökm xx xxxx 2017-ci il tarixdə elan edilərkən məhkəmə iclasında məhkumun müdafiəçis i də iştirak etmiş və hökmün surəti müdafiəçiyə də xx xxxx 2017-ci il tarixdə şəxsən verilmişdir. İş materiallarında olan qəbzlərə əsasən isə Məhkum hökmlə ona təyin edilmiş cəriməni ödəmişdir. Məhkum Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən hökmün elan olunduğu andan 20 gün müddətində, yəni xx xxxx 2017-ci il tarixədək apellyasiya şikayəti verməli idi. Lakin iş materiallarından görünür ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət və apellyasiya şikayəti xx xxxx 2018-ci il tarixdə, yəni hökm elan edildiyi vaxtdan, 7 ay 28 gün sonra Gəncə Hərbi Məhkəməsinə daxil olmuşdur. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətində əsas dəlil kimi ailəsində atasın ın ölümündən sonra yaranmış vəziyyəti göstərmiş və bu səbəbdən buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Məhkum atası X2 xx xxxxx 2017-ci il tarixdə, yəni hökm çıxarılmazdan 3 ay əvvəl dəqiqləşdirilməmiş kəskin miokard infarktından vəfat etmişdir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi bir inci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə cinayət prosessual qanunun tələblərini pozmamışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə gəldiyi nəticə əsaslıdır, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cinayət prosessual qanunun normalarına riayət etmişdir. Məhkəmə kollegiyası da apellyasiya şikayəti verilməsi müddətinin hər hansı bir üzrlü səbəbə görə buraxılmasının ağlabatan olmaması qənaətinə gəlir və vəsatətin təmin edilərək buraxılmış müddətin bərpa edilməsini mümkün saymır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məh kum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərini əsassız, apellyasiya instansiyası məhkəməsinin qərarını isə əsaslı və qanuni sayır. Həmin səbəblərdən də kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2018-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli ilkin baxış qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar