Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-66/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,178.2.1, 29,178.2.2, 29, 178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.2.4,312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum və qeyrilərinin barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarından iş üzrə Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin (sədrlik edən hakim Həbib Həsənov, hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə) 1-1(093)-70/2019 nömrəli 27 may 2019-cu il tarixli hökmü ilə, Məhkum, xx xxxxx 1978-ci il tarixdə ***** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, **** şəhəri, *********** ünvanda yaşamış, Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 20 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin, X7, X6, X5, X10, X3 və X4 da təqsirli bilinib məhkum edilmişlər. Hökmdən Məhkum müdafiəçisi Z6 və digər məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əflatun Qasımov, hakimlər Əmir Bayramov və Namiq Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Hərbi Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsini ona təqs irli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzasının daha aşağı cəza həddinin təyin edilməsini və ya Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13 oktyabr 2020-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yerindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarından tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, Məhkum ərizəsi təmin olunmalı və kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün, qanuni və əsaslı hesab edir. Şərh edi lənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum X1 ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.2.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum və qeyrilərinin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 14 avqust 2019-cu il qərarından iş üzrə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-66/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-66/2020
14.10.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver