Məhkəmə qərarları › İş №1-1(102)-66/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-66/2021

20.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-66/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci divizionun 1-ci batareyasının idarəetmə tağım komandiri vəzifəsində, leytanant h ərbi rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarından müdafiəçi, Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarına əsasən (hakim Ə.M.Sarıyev) Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), Ə.İ.Məmmədov və N.N.Quluyev) apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayət verilmişdir. Həmin şikayətdə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarının ləğv edilməsi və cinayət işinin materiallarının mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılması barədə qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd e dir ki, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 84.6, 84.7 və 314.1-ci maddələrinin tələblərinin pozulmasını irad tutan apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə ləğv olunan Tərtər Hərbi Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı artıq həmin tarixə qədər, yəni Tərtər Hərbi Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş, işə apellyasiya məhkəməsi tərəfindən baxılarkən həmin qərarın heç bir hüquqi qüvvəsi olmamış və apellyasiya məhkəməsi ləğv edilmiş qərarı təkrarən ləğv etməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseyn linin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qan uniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 53.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. CPM-in 53.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra dayandırıla bilər. İş materialarından görünür ki, Tərtər Hərbi Məhkəməsi Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraatı 12 oktyabr 2020-ci il tarixdə dayandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cinayət işinin materiallarının mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılması ilə bağlı kassasiya şikayətinə cavab olaraq qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın davam etdirilməsinin təmin edilməsi məqsədi ilə kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. M əhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar