Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-66/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-c i il tarixli 1-1(104)-39/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim İlqar Quliyev (sədrlik edən) 03 dekabr 2024-cü il tarixli 1-1(098)-65/2024 nömrəli hökmü ilə, xx xxxx 1969-cu il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonu Saraclı kəndində anadan olmaqla həmin ünvanda daimi qeydiyyatda olan, Gürcüstan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə CM-in 75.1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad olunmuş, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: İbtidai is tintaq orqanı tərəfindən verilmiş ittihama görə Məhkum gizir kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Məhkum N saylı hərbi hissənin 3-cü MAT-nun 7-ci MAB-da baş çavuş vəzifəsində xidmət edərkən 18 aprel 2004-cü il tarixdə heç bir üzrlü səbəb olmadan xidmət yerini özbaşına tərk edib getmiş, 06 iyun 2004-cü il tarixdə hərbi hissəyə qayıtmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Mahmudov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Müşfiq Məmmədov) 28 yanvar 2025-ci il tarixli 1-1(104)-39/2025 nömrəli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 1-1(098)-65/2024 nömrəli qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirlə ndirilməsinə dair cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin baxış iclası mərhələsinə qaytarılmışdır. Apellyasiya protesti təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1-1(104)-39/2025 nömrəli qərarının ləğv edilməsini və Tərtər Hərbi Məhkəməsinin 03 dekabr 2024-ci il tarixli, 11(098)-65/2024 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam öyrənib, işdə olan sübutlara əsaslanaraq ədalətli qərar çıxarmışdır. Məhkəmə qərarı qanunun və digər normativ aktların tələblərindən irəli gələn müddəaları geniş şər h etməklə hamı üçün aydın şəkildə elə əsaslandırmışdır ki, qərarın əsasları təkzibolunmaz arqument kimi çıxış etmişdir. Məhkum 16 avqust 2004-ci il tarixdə xidmət yerində istefaya buraxılaraq daimi yaşadığı Gürcustan Respublikasına getməsi onun məhkəmə baxışının vaxtı barədə məlumatsız olmasını və bununla da məhkəmədən gizlənməsinə əsas olmamasını dəlalət edir və bu səbəbdən məhkəmə tərəfindən onun barəsində iştirakı olmadan keçirilmiş 13 avqust 2004-cü il tarixli hazırlıq iclasından sonra, 26 avqust 2004-cü il tarixə təyin edilmiş ilk məhkəmə baxışında iştirak etməməsi üzrlü səbəbdən olması aydındır. Bu da ona əsas verir ki, təqsirləndirilən şəxs məhkəmədən gizlənməmişdir, barəsində olan həbs axtarış qərarından və işin icraatının dayandırılmasından məlumatsız olmuşdur. Məhkum Gürcüstan Re spublikasının vətəndaşı olmaqla Gürcüstan Respublikasının Bolnisi rayonu Saraclı (Mamxuti) kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ərazidə yaşaması artıq 2005-ci ildə müəyyən olunmuşdur. Bu hal onun Azərbaycan Respublikasına ekstradisiya edilməsini istisna edir. Yuxarıda sadalanan faktları əks edən sənədlərə əsasən Məhkum barəsində olan cinayət işi üzrə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətləri haqqında” xx.xx.1993-cü il tarixli Minsk Konvensiyanın tələblərinə uyğun tədbir görülməsi üçün Tərtər Hərbi Məhkəməsi tərəfindən qeyd olunanlarla əlaqədar Məhkum Gürcüstan Respublikası vətəndaşı olmaqla orada saxlanılması və onun Azərbaycan Respublikasına ekstradisiyası, həmçinin bunun nəticələri barədə Tərtər Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublik ası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr şöbəsinə dəfələrlə müvafiq sorğular göndərilsə də, Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr şöbəsi tərəfindən həmin sorğulara cavab verilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq CPM-in 311-ci maddəsinin tələblərinə əsasən işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxmışdır. Eyni zamanda həmin Məcəllənin 311.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən təqsirləndirilən şəxsin müdafiəçisi işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, habelə vəsatət verərək göstərmişdir ki, Məhkum təq sirləndirildiyi CM-in 333.4-cü maddəsində ağır cəza olaraq azadlıqdan məhrum etmə cəzasının yuxarısı beş il həddində müəyyən edilmişdir, yəni həmin maddə az ağır cinayətlərə aiddir. Az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 7 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bütün bunları nəzərə alıb cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Məhkum cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən CM-in 333.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad etmiş və barəsində cinayət təqibinə xitam vermişdir. CM-in 333.4-cü maddəsində ağır cəza olaraq azadlıqdan məhrum e tmə cəzasının yuxarısı beş il həddində müəyyən edilmişdir, yəni həmin maddə az ağır cinayətlərə aiddir. Az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 7 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Müdafiə tərəfi hesab edir ki, Tərtər Hərbi Məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CM-in 333.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edərək barəsində cinayət təqibinə xitam vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual qanunların normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə ittiham irəli sürmüş və 28 iyul 2004-cü il tarixdə ibtidai istintaqı tamamlayaraq cinayət işi baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərmişdir. Məhkəmənin 13 avqu st 2004-cü il tarixli hazırlıq qərarı ilə Məhkum CM-in 333.4-cü maddəsi ilə məhkəməyə verilmiş və məhkəmə baxışı 26 avqust 2004-cü il tarixə təyin edilmişdir. Təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasına gəlməməsi ilə əlaqədar Tərtər Hərbi Məhkəməsinin 26 avqust 2004-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Məhkum Gürcüstan Respublikasının ərazisində yaşayır, onun həmin ölkənin vətəndaşı olduğundan məhkəmə iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına gətirmək mümkün olmamışdır. Tərtər Hərbi Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə iclası 02 oktyabr 2023-cü ilə təyin edilmişdir. Həmin tarixdə təqsirləndirilən şəxs Məhkum Gürcüstan Respublikasında yaşadığı ünvana onun məhkəmə iclasında iştirak etmək zəruriliyi barədə məktub göndərilmişdir. Təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasına gəlməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi məhkəmə baxışı keçirərək təqsirləndirilən şəxsə məhkəmə tərəfindən təyin edilmiş müdafiəçinin vəsatəti əsasında cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum CM-in 333.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və işin icraatına xitam verilməsi barədə 17 oktyabr 2023-cü il tarixli qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsinin bu qərarı apellyasiya protesti əsasında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Yeni baxışı zamanı birinci instansiya məhkəməsi işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxıb, təqsirləndirilən şəxsə təyin edilmiş müdafiəçinin vəsatəti əsasında cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CPM-in 43.3-cü maddəsinə əsasən Məhkum CM-in 333.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və işin icraatına xitam verilməsi barədə 03 dekabr 2024-cü il tarixli qərar qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 0 3 dekabr 2024-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi F.İ.İsgəndərov kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Apellyasiya instansiya məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-in 391.8-ci maddəsi ilə nəzərdə tutulmuş kobud pozuntularına yol verilərək qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 311.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edir və bu Məcəllənin 91.5 və 91.6-cı maddələrində nəzərdə tutulmuş hüquqlardan istifadə edir. Həmin Məcəllənin 311.4-cü maddəsinin təlıəblərinə görə bu Məcəllənin 51-2-ci və 311.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Birinci instansiya məhkəməsi işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxmış, təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasının mümkünlüyü Azərbaycan Respubli kası CPM-in 311.2 və 311.2.1-ci maddələrinin tələbləri, habelə cinayət təqibi üzrə qiyabi icraatla bağlı yeni institutun cinayət prosessual qanunvericiliyinə daxil olması ilə əlaqədar prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Belə ki, qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, “CPM-in 311.2 və 311.2.1-ci maddələrində göstərilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəmə gəlməkdən qəsdən boyun qaçırdıqda onun iştirfakı olmadan məhkəmə baxışına yol verilir.” Qeyd edilməlidir ki, qərar qəbul edildiyi vaxt birinci instansiya məhkəməsinin istinad etdiyi prosessual qanunun normaları mövcud olmamışdır. Azərbaycan Respublikası 22 dekabr 2023-cü il tarixli 1061-VİQD Qanunla CPM-in 311.2-ci maddəsi yeni redaksiyada verilmiş, həmin qanun 27 yanvar 2024-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası CPM-in 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. Birinci instansiya məhkəməsinin qərarının qəbul edildiyi vaxt qüvvədə olan CPM-in 311.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız bu Məcəllənin 299.9.2-ci və 299.9.3-cü maddələrində nəzərdə tutulmuş hallarda yol verilir. Həmin Məcəllənin 299.9.2-ci maddəsində qeyd edilir ki, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə tö rətməyən cinayətin törədilməsində təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda; 299.9.3-cü maddədə isə qeyd edilmişdir ki, bu Məcəllənin 467-13.1-ci maddəsində nəzərdə tutulmuş halda. Azərbaycan Respublikası CPM-in 467-13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324cü maddələri, eləcə də həmin maddələrlə yanaşı eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə, yəni az ağır cinayət törədilməsində ittiham irəli sürülmüş və həmin maddə ilə məhkəməyə verilmişdir. Beləliklə, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar olmamış, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxaraq CPM-in 391.8.8-ci maddəsinin tələblərini pozaraq kobud qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası CPM-in 391.8 və 391.8.8-ci maddələrinə əsasən birinci instansiya məhkə məsində məhkəmə baxışı dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və ya onun müdafiəçisinin iştirakına dair tələblərin pozulması ilə keçirildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Birinci instansiya məhkəməsi məhkəmə baxışını təqsirləndirilən şəxsin iştirakı təmin edilmədən, yəni qanunun bu tələbi kobud şəkildə pozulmaqla keçirdiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərarın ləğv edilərək cinayət işinin yeni məhkəmə baxışına qaytarılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.9-c u maddəsinin tələblərinə tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.9-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin razılığı olmadan onun barəsində olan cinayət işinin icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar, yəni bəraətverici əsaslar olmadan xitam verərək cinayət prosessual qanunvericinin normalarının tələblərini və təqsirləndirilən şəxsin hüququnu kobud sürətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə olan halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq CPM-in 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən CPM-in 41.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə halda, tədqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə q ərar çıxara bilməz. Bu halda cinayət təqibi üzrə icraat CPM ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 1-1(104)40/2025 nömrəli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 11(098)-644/2023 nömrəli qərarının ləğv edilməsi cinayət-prosessual qanunvericiliyinin tələblərinə tam uyğun olmuşdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1-1(104)-39/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-cü il tarixli 1-1(104)-39/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-66/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-66/2025
23.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver