Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-67/2018 10.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ “09” avqust N8-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası hakim Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin xx xx N6-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx N6-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xx N6-cı il tarixli hökmü ilə (sədrlik edən hakim M.Q.Əliyev, hakimlər R.Q.Abbasov və S.H.Hacıyevdən ibarət tərkibdə) Təqsirləndirilən şəxs (xx xxxxxx 1993-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Əbilyataq kəndində qeydiyyatda olan, 637 saylı Hərbi Hissənin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, 09 aprel N5-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx N6-cı il tarixli qərarı ilə ( sədrlik edən M.Ə.Abbasov, hakimlər Q.X.Babayev və İ.M.Murquzovdan ibarət tərkib) məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx N6-cı il tarıxlı qərarından zərərçəkmiş şəxs Təqsirlə ndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 637 saylı Hərbi Hissəsinin «Şahdili» filialının 1-ci mühafizə tağımının 2-ci manqasının komandiri vəzifəsində, matros hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olan zaman, həmin hərbi hissə komandirinin N mart N5-ci il tarixli 88 №-li əmri ilə 30 mart N5-ci il tarixdə sutkalıq qarovul xidmətinə 2 №-li daxili qarovulun dəyişdiricisi qismində təyin olunaraq 31 mart N5-ci il tarixdə saat 13 radələrində 2-ci növbədə olan saatdarları xi dmətə çıxarmaq məqsədi ilə marşrut üzrə qarovulun 2-ci postuna doğru hərəkət edərkən həmin postun ərazisində ondan təxminən 60 metr məsafədə, əvvəllər tanımadığı ikı nəfər mülki şəxsi görərək yanında olan beş nəfər hərbi qulluqçu ilə birlikdə mülki şəxslərə doğru hərəkət edib onlara, yəni vətəndaşlar X1 və X6 təxminən 20 metr məsafə qalmış dayanaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 174-cü maddəsinin tələblərinə zidd olaraq “dayan, geriyə!” deyib saxlamaq əvəzinə, heç bir əsas olmadan “uzan, döyüşə!” göstərişini vermiş, daha sonra vətəndaşların qarovul ərazisinə “çaşır” otu yığmaq məqsədi ilə gəldiklərini, onların üzərində heç bir silah və təhlükəli predmet olmadığını açıq-aşkar görərək, açıq basqın etmədiklərini qorunan obyektə, ha belə qarovul heyətinin üzvlərinin həyat və sağlamlıqlarına heç bir təhlükə yaratmadıqlarını aydınlaşdırdığı halda, vətəndaş X1 durduğu yerdə qaldığını, X2 isə bir qədər sağa hərəkət etdiyini görərək hadisə yerinə qarovul rəisinin çağırılması, habelə odlu silah tətbiq etmədən vətəndaşların saxlanılaraq yuxarı komandanlığa təqdim edilməsi üçün başqa imkanlarının olmasına baxmayaraq X2 və X1 onun verdıyi əsassız “döyüşə!'' tələbini yerinə yetirməmələrini bəhanə edərək, habelə özünü bacarıqlı, nizamintizamlı, xidməti vəzifələrini layiqincə yerinə yetirən matros kimi göstərməklə yuxarı komandanlıq qarşısında nüfuz qazanmaqdan ötrü xidməti istifadəsində olan XXXX markalı ******* N°-li avtomat silahını döyüş vəziyyətinə gətirməklə X2ə tuşlamış və onu qəsdən öldürmək məqsədi ilə təxminən 4 metr mə safədən bir atəş açmaqla ona «qarın boşluğunu dəlib keçən güllə yaralanması» ilə müşayiət olunan bədən xəsarəti yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qarovul rəisinin gəlişinə qədər 20 dəqiqə müddətində gözləmiş yalnız qarovul rəisi gəldikdən sonra X2 Bakı şəhəri Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparılaraq orada ona tibbi yardım göstərilməsinə baxmayaraq odlu silah-güllə yaralanması nəticəsində aldığı «ağır travmatik şokla müşayiət olunan nazik və yoğun bağırsağın, bağırsaq müsariqələrinin arteriya və venalarının zədələnməsi, sidik kisəsinin dağılması səbəbindən baş vermiş kəskin daxili qanitirmə»dən ölmüş, bununla da Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiə çisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi əməlin CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsi düzgün olmamışdır. Belə ki, işin hallarından görünür ki, baş vermiş hadisə məhkum Təqsirləndirilən şəxs hərbi xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olmuşdur. Hadisə baş verən zaman o, səlahiyyətli hərbi rəislər tərəfindən qarovul dəyişdiricisi təyin edilmişdir. Təqsirləndirilən şəxs növbələri dəyişdirərkən hərbi hissə ərazisində mülki şəxsləri görmüş, bu zaman bunu dərhal qarovul rəisinə xəbər verməli olsa da, bunu etmək imkanı olmamış, ona görə də mülki şəxsləri görərkən onları saxlamağa cəhd etmişdir, X2 onun əmrinə tabe olmadığından nəticədə Təqsirləndirilən şəxs ona qarşı silah işlətməyə məcbur qalmışdır. Kassator qeyd edi r ki, F.X3 öldürmək niyyəti olmamışdır və iş materiallarında bunu təsdiq edən hər hansı mötəbər sübutlar mövcud deyil. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər X2i tanımayıb, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Z.Şahverdiyevə atəş açana qədər iki dəfə xəbərdarlıq atəşi açmış, zərərçəkmiş şəxsin bu halda da yenə onun üzərinə gəlməsini görüb 3-cü gülləni ona tərəf atmağa məcbur qalmışdır. Belə ki, məhkum öz ifadəsində, o atəşi zərərçəkmiş şəxsin ayağına atmaq istədiyini, sadəcə həyəcandan güllə zərərçəkmiş şəxsin qarnına dəydiyini bildirmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx N6-cı il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata bəraətve rici əsasla xitam verilməsinə dair qərarın qəbul edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətində təqsirliliyi sübut olunmadığı halda Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxardığını, bu hökmün apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanıldığını iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx N6-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətindən görünür ki, müdafiəçi Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətkar hərəkəti törətmək niyyətinin olmadığını, hadisənin zərərçəkmiş şəxsin əmrə tabe olmaması nəticəsində baş verdiyini bildirməklə, təqsirliliyi sübuta yetirilmədiyi halda Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması haqqında qənaətlərini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə tələblərini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilməsi üzərində qurmuşlar. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin h alların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü tələbin (o cümlədən, cinayət təqibini istisna edən halın olmasına baxmayaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasına dair iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onun mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcə lləsinin 3-cü maddəsinə əsasənnəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İşin müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CP M-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə həmin sübutların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətdə gətirilən dəlillərlə üst-üstə düşən dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə, eləcə də cinayətin faktiki məzmununu təşkil edən hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməm iş, Təqsirləndirilən şəxs hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun ş əxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59- cu maddələrinin tələblərinə uyğun qanuni cəza təyin etmiş, həmçinin hökmdə məhkuma təyin edilmiş cəzanı da əsaslandırmışdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunu n 23 iyul 2004-cü il və 17 mart N1-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə c əza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Bundan başqa, kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar CPM-nin 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmiş və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ədalətli həddi təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması nəticəsində gəldiyi qənaətlə razılaşdığından və kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, nə apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq, nə də ki, kassasiya şikayətinin dəlillərini təsvir edildiyindən daha ətraflı şərh etmək üçün əsas görmür. Bütün bunlar, ümumiyyətlə ci nayət işinin materialları apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın əsassız və qanunsuz hesab edilməsi, ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, eləcə də kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan xx xx N6-cı il tarixli qərarı d əyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx N6-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1-1(102)-67/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-67/2018
10.08.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver