Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-67/2019 25.07.2019 ALİ MƏHKƏMƏ 1-1(102)-67/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ “25” iyul 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 məhkumun müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyas iya Məhkəməsinin Hərbi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, № 1-1(093)-60/2019 saylı hökmü ilə (sədrlik edən hakim X4) xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı Hərbi Məhkəməsinin 02 mart 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək ona aylıq pul təminatının 10 faizi dövlət nəfinə keçirilməklə 03 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan, N saylı hərbi hissənin hərbi qulluqçusu, gizir, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirlən dirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 21 fevral 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. O, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsinin “Z” dəstəsinin kəşfiyyatçı-operatoru vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən, 04 avqust 2018-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, ********************* küçəsi, bina 37-nin qarşısında keçmiş qaynı Zərərçəkmiş şəxs, oğlu Şahid6 onunla görüşdürmək istəməmələrini bəhanə gətirərək əli ilə yanına çağırmış, Zərərçəkmiş şəxs ona tərəf gedən zaman o, anidən Zərərçəkmiş şəxs sifətinə bir kəllə, ardınca bir yumruq, daha sonra sağ topuq nahiyəsinə daha bir təpik vuraraq yerə yıxmış, yerdə olan zaman sağ topuq nahiyəsinə daha bir təpik vuraraq “sağ topuq sümüklərinin sınığı, pəncənin çıxığı” diaqnozlu az ağır və “burun nahiyəsinin yumşaq toxumalarının əziyi, şişkinliyi” diaqnozlu dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzəri ndə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.H.Əkbərov, hakimlər F.A.Qasımov və N.E.Məmmədovdan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs Yadigar oğlu tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 21 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs Yadigar oğlu və onun nümayəndəsi Müdafiəçi3 tə rəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatların öz təsdiqini tapmadığını, məhkəmə tərəfindən işin hallarına və şahid ifadələrinə düzgün qiymət verilmədiyini, iş üçün bütün əhəmiyyətli halların araşdırılmadığını, məhkumun 2016-cı il Aprel döyüşlərində iştirak etdiyini, qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunduğunu, himayəsində iki azyaşlı övladının olduğunu, xidməti yer üzrə müsbət xarakterizə olunduğunu, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, Bak ı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarının ləğv edilərək, məhkumun əməlində heç bir cinayət tərkibi olmadığına görə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın yüngül olduğunu, ikinci dəfə məhkum olunması ilə əlaqədar olaraq xidməti yer üzrə müsbət xarakterizə olunmasının düzgün olmadığını, təyin olunmuş cəzanın ağırlaşdırılmasını, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya instansiyası baxışına təyin olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası cinayət işinin materiallarını öy rənib kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi3 ayrı-ayrılıqda tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə və dövlət ittihamçısı K6 kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, məhkum Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin d əlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Odur ki, məhkəmə kollegiyası kassasiya instasiyası məhkəməsinin səlahiyyətlərindən çıxış edərək məhkumun müdafiəçinin, zərərçəkmiş şəxs və nümayəndəsinin kassasiya şikayətləri ilə əlaqədar Bakı Apellyasiy a Məhkəməsinin Hərbi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 kassasiya tələbini müzakirə edərək, iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası CPM, maddə 42). Həm birinci instansiya, həm də apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışd ır. Belə ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi halı, bu halı təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni yolla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclas da sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən ona bəraət verilməsini və Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarı nın ləğv edilərək onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya instansiyası baxışına təyin olunması, məhkuma təyin olunmuş cəzanın ağırlaşdırılması barədə kassasiya tələblərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumun əməlində cəzasını ağırlaşdıran halların olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, xidməti yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cin ayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə uyğun qanuni cəza təyin etmiş, həmçinin hökmdə (qərarda) məhkuma təyin e dilmiş cəzanı da əsaslandırmışlar. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bundan başqa, kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar CPM-nin 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmiş və təqsirli bilindiyi maddənin sanksiyasında nə zərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının ədalətli həddi təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmu ş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi, zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 01 may 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan dəlillərin yoxlanılması nəticəsində gəldiyi qənaətlə razılaşdığından və kassasiya şikayətlərində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, nə apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq, nə də ki, kassasiya şikayətlərinin dəlillərini təsvir edildiyindən daha ətraflı şərh etmək üçün əsas görmür. Bütün bunlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətlərində ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın əsassız və qanunsuz hesab edilməsi, ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 01 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsində olan 01 may 2019-cu il tarixli qərarı məhkumun müdafiəçisi, zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1-1(102)-67/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-67/2019
25.07.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver