Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-67/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1 iştirakı ilə, Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirləndirilən Məhkum barəsində cinayət işinin icraatının dayandırı lmasına dair Tərtər Hərbi Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli ilkin baxış qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işi 14 aprel 2020-ci il tarixdə Tərtər hərbi məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin 17 iyun 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs məhkəməyə verilmiş və məhkəmə iclası ilkin olaraq 01 iyul 2020-ci il tarixə təyin edilmişdir. İş üzrə icraat bir neçə dəfə təxirə düşdükdən sonra 01 oktyabr 2020-ci il tarixdə məhkəmə iclası dövlət ittihamçısı və müdafiə tərəfi iştirak etmədən keçirilərək, N nömrəli hərbi hissənin zabiti Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmışdır. Dövlət ittihamçısı Azad Orucov tərəfindən 12 noyabr 2020-ci il tarixdə Tərtər hərbi məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya protesti vermə müddətinin bərpasına dair vəsatət və apellyasiya protesti verilmiş, Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmiş, apellyasiya şikayəti vermə müddəti bərpa edilməmişdir. Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tə rəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli ilkin baxış qərarı ilə apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, Tərtər hərbi məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddəti bərpa edilmiş və qərar icra olunması üçün cinayət işi 11 mart 2021-ci il tarixdə Tərtər hərbi məhkəməsinə göndərilmişdir. Tərtər hərbi məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmiş və məhkəmə baxışı 30 mart 2021-ci il tarixə təyin edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli cinayət işinin icraatının dayandırılması barədə qərarından dövlət ittihamçısı tərə findən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə) 26 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmiş, Tərtər Hərbi Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərarını ləğv etmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, Tərtər Hərbi Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərardan verilmiş apelyasiya protestinə baxarkən, artıq 12 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir və dövlət ittihamçısının etirazına səbəb olmuş hal aradan qaldırılmışdır. Gəncə Apelyasiya Məhkəməsində eyni xarakterli müxtəlif cinayət işləri üzrə fərqli qərarlar qəbul edilmiş və müdafiə tərəfi dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsi və cinayət işləri üzrə icraatın təzələnərək məhkəmə baxışı təyin edildiyindən və iş üzrə icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni artıq cinayət işi üzrə icraatın dayandırılması qərarı icraatın təzələnməsi ilə öz hüquqi əhəmiyyətini itirdiyindən, nəticədə apelyasiya baxışı predmetsiz qaldığından protestin təmin edilməsi üçün əsaslar mövcud olmaması ilə bağlı mövqeyi ilə razılaşaraq belə mövqeyi daha qanunauyğun və ədalətli hesab edir. Belə protestlərə baxark ən məhkəmə öncə nəzərə anlamalıydı ki, bu protestlər formal xarakterlidir və məhkəmə baxışının əsassız uzadılmasına gətirib çıxardır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar Vətən Müharibəsi zamanı zərurətdən qəbul edilməsinə baxmayaraq, belə protestlər həm dövlətin, həmdə ordunun maraqlarına ziddir. Belə ki, bu protestə baxaraq, döyüş tapşırığını yetirən hərbi qulluqçu ən azından xüsusi nəqliyyat ayrılaraq, Gəncə Apelyasiya Məhkəməsinə gətirilməlidir və nəticə etibarı ilə bu hal orduda döyüş hazırlığına mənfi təsir göstərilməsini istisna etmir. Həm məhkəməyə, həm də dövlət ittihamçısına məlumdur ki, təqsirləndirilən şəxs mənfur düşmənə qarşı gedən döyüş əməliyyatlarında iştirak edir və məhkəmə də məhz bu səbəbdən cinayət işi üzrə icraatı dayandırmışdır. Belə olduğu təqdirdə məh kəmə tərəfindən döyüş əməliyyatlarında iştirak edən, öz canını vətən uğrunda qurban verən hərbi qulluqçu barəsində axtarış elan edilməsi məsələsi qəbul edilməzdir Odur ki, hesab edirəm ki. apelyasiya protesti təmin edilməməli və Məhkum CM-in 330.1 -ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi mahiyyəti üzrə məhkəmə baxışında baxılması üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılmalıdır. Hesab edirəm ki, Məhkum CM-in 330.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışı təyin edildiyindən və iş üzrə icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni artıq cinayət işi üzrə icraatın dayandırılması qərarı icraatın təzələnməsi ilə öz hüquqi əhəmiyyətini itirdiyindən, nəticədə apelyasiya baxışı predmetsiz qaldığından protestin təmin ed ilməsi üçün əsaslar mövcud deyil. Müdafiəçi Gəncə Apelyasiyası Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli 1 (104)-65/2021 saylı qərarını ləğv edib, Tərtər Hərbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə N nömrəli hərbi hissənin baş leytenantı Məhkum CM-in 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi icraat təzələnərək məhkəmə baxışma təyin edildiyindən dövlət ittihamçısının protesti, protestdə qeyd edilən qərar artıq qüvvədə olmadığından təmin edilməyərək, geri qaytarılması və cinayət işinin materiallarının mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində k assasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirləndirilmə sinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilərək məhkəmə baxışı 01 oktyabr 2020-ci il tarixə təyin edilmiş, lakin məhkəmə 27 sentyabr 2020-ci il tarixdə döyüş əməliyyatlarının başlanması ilə əlaqədar 01 oktyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxsin, dövlət ittihamçısının və müdafiəçinin iştirakı olmadan məhkəmə iclası keçirərək cinayət işi üzrə icraatın dayandırılmasına dair qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclası dövlət ittihamçısının və müdafiə tərəfinin iştirakı olmadan keçirilmiş, iş üzrə icraatın dayandırılması haqqında qərarda həmin cinayət prosesi tərəflərinin, yəni çəkişmə tərəflərinin iştirakı olmadan qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icr aatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. 32.2. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə: 32.2.1. hər bir tərəf məhkəmədə təmsil olunur; 32.2.2. hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir; 32.2.3. ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 32.2.4. müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib ed ir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İV hissəsində qeyd edilmişdir ki, cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Konstitusion prinsip olan çəkişmə prinsipinin mahiyyətinə görə hər bir halda ittiham və müdafiə tərəfin cinayət-mühakimə icraatında iştirakı təmin olunmalıdır. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, cinayət-porosessual qanunvericilikdə cinayət mühakimə icraatı zamanı ittiham və müdafiə tərəfin işt irakı olmadan məhkəmə baxışının keçirilməsi nəzərdə tutulmamışdır. Heç bir üzrlü səbəb cinayət mühakimə icraatında dövlət ittihamçısının iştirakını istisna edən səbəb kimi qiymətləndirilə bilməz. Əgər müəyyən səbəblərdən dövlət ittihamçısı məhkəmə iclasına gəlməmiş olsa belə məhkəmə iclası baş tutmamalı və ittiham tərəfin iştirakı təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, dövlət ittihamçısı Azərbaycan Respublikası CPM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə iclasında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün CPM-nin 84.6 və 84.7-ci maddələri nəzərdə tutulmuş hüquqlardan istifadə etmək və vəzifələrini yerinə yetirmək imkanından məhrum olmuşdur. CPM-nin 314.3-cü maddəsinə görə isə dövlət ittihamçısının ictimai və ya ictimaixüsusi ittiham üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Dövlət ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət ittihamçısı ilə əvəz etmək mümkün olmadıqda, məhkəmə baxışı təxirə salınır və başqa vaxta keçirilir. İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın müdafiəsinə hazırlaşması üçün vaxt verilir. CPM-nin 314.4-cü maddəsində qeyd edilmişdir ki, dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəməyə əvvəlcədən məlumat vermədən məhkəmə iclasına təkrarən üzrlü səbəb olmadan gəlmədikdə və onun həmin məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda məhkəmə Azərbaycan Respublikasının Baş prokuro ru qarşısında dövlət ittihamçısının intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsisinin çəkişmə prinsipinə uyğun olaraq ittiham və müdafiə tərəfinin iştirakını təmin etmədən mühüm cinayət-prosessual qərar qəbul etməklə faktiki olaraq cinayət-prosessual qanunvericiliyin tələblərinə cavab verməyən qanunsuz qərar çıxarmasına dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Göstərilənlərə əsasən artıq icraatı təzələnmiş iş üzrə icraatın dayandırılması qərarının ləğv edilməsi barədə kassasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla əsassız hesab edilir və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya d əyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-67/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-67/2021
13.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver