Məhkəmə qərarları › İş №1-1(102)-67/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-67/2025

31.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-67/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 3 11.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1-1(103)-18/2024 nömrəli qərarından Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 1986-cı il tarixdə Ağdam rayonu Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Şıxbabalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park qəsəbəsində yaşamış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin həqiqi h ərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsində işləmiş və sərəcamda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

3. Belə ki, o, 08 oktyabr 2022-ci il tarixli 65 nömrəli əmrlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən həmin Xidmət rəisi tərəfindən təsdiq edilmiş “Funksional vəzifələr haqqında təlimat”a əsasən, şöbənin işini təşkil etmək və ona rəhbərlik etmək, çağırışçıların hərəkət jurnalını aparmaq, çağırışçıları hərbi qeydiyyata götürmək və çıxarmaq, həqiqi hərbi xidmətə çağırışa düşən çağırışçıların şəxsi işlərinin mövcudluğuna cavabdehlik daşımaq, çağırışa hazırlıq zamanı və çağırışın gedişinə əlavə tibbi müayinəyə göndərilən çağırışçılar barədə hərbi hə kim komissiyası qərar qəbul etdikdən sonra onları çağırışa cəlb etmək, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun müvafiq maddələri ilə möhlət verilmiş və çağırışın son yaş həddinə çatmış, elmlər namizədi dərəcəsi almış, ağır cinayət törətdiklərinə görə həbs edilmiş və cəzaçəkmə müəssisələrindən azadlığa burxılmış çağırışçıların şəxsi işlərini çağırışın son yaş həddinə çatdıqda hərbi vəzifəlilərin ehtiyata verilməsini təşkil etmək, daxili işlər, təhqiqat və ibtidai istintaq, məhkəmə orqanlarından, müalicə-proflaktik, mənzil-istismar müəssisələri, təşkilat və idarələrdən alınmış məlumatlar əsasında çağırışçıların şəxsi işlərində müfaviq qeydlərin aparılmasına nəzarət etmək, Azərbaycan Respublikası Prezidentinin növbəti çağırışın keçirilməsi haqqında sərəncamı dərc edildikdən sonra vətə ndaşların həqiqi hərbi xidmətə çağırışının təşkili, keçirilməsi, eləcədə çağırış komissiyasının tərkibi barədə sərəncam layihəsini hazırlamaq, yerli icra hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında idarə rəisinin növbəti hərbi xidmətə çağırış haqqında əmrini hazırlamaq, həqiqi hərbi xidmətə çağırışla əlaqədar olaraq, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 8-ci maddəsinə əsasən çağırışçıların hərbi qeydiyyatının tam və düzgün aparılması məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən, daxili işlər, təhqiqat və istintaq orqanlarından, VVAQ-dan, məhkəmə icraçılarından, həkim-əmək ekspert komissiyasından nəzərdə tutulmuş məlumatların toplanmasına nəzarət etmək, çağırışçıların çağırış komissiyasına gəlmə cədvəlinə uyğun olaraq gündəlik gəlmə siyahılarının hazırlanmasını təş kil etmək, hərbi xidmətə çağırışla əlaqədar olaraq, ruhi-əsəb, narkoloji, vərəm əleyhinə, dəri- zöhrəvi, cüzam və digər dispanserlərdə qeydiyyatda olan çağırışçıların siyahılarının alınmasına nəzarət etmək, həqiqi hərbi xidmətə çağırışla əlaqədar olaraq ƏSMM-dən əlilliyə görə təqaüd alan və TSEK-dən əlillik dərəcəsi verilmiş çağırışçıların siyahılarının alınmasına nəzarət etmək, çağırış başa çatdıqdan sonra daxili yoxlama aktı tərtib etmək, hərbi xidmətə çağırılan çağırışçıların hərbi qeydiyyatdan çıxarılması və əlifba-qeydiyyat kitabında müvafiq qeydlərin aparılmasına nəzarət etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnaməyə əsasən, dinc dövründə hərbi xidmətə yararsız, müharibə dö vrü məhdud yararlı və hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmiş çağırışçıları ehtiyata verilməsini təşkil etmək, vətəndaşların çağırış komissiyasına gəldikləri gün protokol kitabına daxil edilməsinə nəzarət etmək, idarə rəisinin digər əmr və tapşırıqlarını yerinə yetirmək və digər səlahiyyətləri həyata keçirməklə təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə bilə qanunsuz hərəkətə görə, yəni həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar X5 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə görə 2022-ci ilin dekabr ayında sonuncunun anası Şahid1 özünə müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 10.000 (on min) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov 12a ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı rüşvət qismində istəyərək, Şahid1 razılığını alıb, həmin niyyətlə 09 yanvar 2023-cü il tarixdə işlədiyi idarənin inzibati binasındakı xidməti otağında sonuncudan özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar X7 xx.xx.2023-cü il tarixli Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 42c maddəsinə əsasən dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə dair SX № ******* seriya və nömrəli hərbi biletin verilməsini təmin etməklə, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə almış, həmin hərəkətləri ilə vəzifəli şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini əhali arasında nüfuzdan salıb, etimadsızlığına və həqiqi hərbi xidmətə çağırış prosedurlarının şəffaflığına dair həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə ol unan qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

4. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə, yəni həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar X8 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə görə 2023-cü ilin fevral ayında sonuncunun atası X9 həmin İdarədə məxfikargüzar vəzifəs ində işləyən Babaşova Kəmalə İsmayıl qızı vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan 12.000 (on iki min) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov 12a ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında Kəmalə Babaşova vasitəsilə rüşvət qismində təkrarən istəyərək, Nəbi Osmanlının razılığını Kəmalə Babayeva vasitəsilə alıb, həmin niyyətlə 2023-cü ilin fevral ayının ortalarında işlədiyi idarənin inzibati binasındakı xidməti otağında X6 özü üçün birbaşa yolla Kəmalə Babaşova vasitəsi ilə külli miqdarda maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almış, həmin hər əkətləri ilə vəzifəli şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini əhali arasında nüfuzdan salıb, etimadsızlığına və həqiqi hərbi xidmətə çağırış prosedurlarının şəffaflığına dair həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir.

5. Bakı Hərbi Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X10 və X2 ibarət məhkəmə tərkibində) 19 yanvar 2024-cü il tarixli, 1-1(093)-11/2024 nömrəli hökmü ilə Məhkum CM-in 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 311.3.2 və 311.3.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 341.2.3-cü maddəsi ilə 3 (üç) il müddəttə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2023-cü il tarixdən hesablanması, brəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

6. Həmin hökmdən məhkum olunmuş Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X15 və X4 oğlundan ibarət məhkəmə tərkibində) 25 aprel 2024-cü il tarixli, 11(103)-18/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin (ona əlavə ilə birlikdə) təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1-1(093)-11/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli, 11(103)-18/2024 nömrəli qərarından Məhkum müdafiəçisi X3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, bir sıra qanunvericilik normalarına və məhkumun cəzasını yüngülləşdirən hallara istinadlar edilərək apelyasiya müraciətinin dəlilləri təkrarlanmaqla, məhkəmələr tərəfindən Cinayət-Prosessual Məcəllənin normalalrının tələblərinə əməl edilməməsi, qanunsuz və əsassız olaraq məhkum barəsində CM-in 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə ittiham hökmü çıxarılması qeyd edilərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1-1(103)-18/2024 saylı 25 aprel 2024-cü il tarixli qərarının dəyişdirilərək Məhkum əməlinin CM-in 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələrindən 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməsini və ona azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

11. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Məhkum müdafiəçisi kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini və cəza təyini məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1-1(103)-18/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsi nin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Məhkəmə kollegiyası Məhkum CM-in 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

20. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək barəsində daha yüngül cəzanın təyin edilməsinin mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

21. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmi ş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

23. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

24. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Məhkəmə kollegiyası kassas iya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

26. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısnın çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1-1(103)-18/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1-1(103)-18/2024 nömrəli qərarı Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar