Məhkəmə qərarları › İş №1-1(102)-68/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-68/2018

26.07.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-68/2018 26.07.2018 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-68/18 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ 26 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 331.2 və 151-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018 tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xx2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim R.Q.Abbasov) xx xx 1986-cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 11-ci bölyünün komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət edən, Füzuli Hərbi Məhkəməsinin 13 mart 2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsir li bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası 30 mart 2013cu ildə ödənilmiş, məhkumluğu olmayan, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına və Azərbaycan Respublikası CM-in 151-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar tam toplanılmaqla üzərində qəti olaraq 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 700 (yeddi yüz) manat miqdarında cərimə cəzası saxlanılmış, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən ona təyin olunmuş cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı rəis olaraq tabeliyində olan şəxsi təhqir etmiş və zərər çəkmiş şəxsin ondan asılılığından istifadə etməklə onu seksual xarakterli hərəkətlərə məcbur etmişdir. Belə ki, Məhkum N saylı hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olduğu zaman, 2015-ci ilin sentyabr ayının 13-də günorta saatlarında komandiri olduğu bölüyün 1-ci tağımının 3 -cü manqasının qumbaraatanı vəzifəsində xidmət edən əsgər X3 xidməti otağına çağıraraq ona vəzifə borclarını bilməməsini irad tutduqda X1 savadsız olduğunu, oxuyub-yazmaqda çətinlik çəkdiyini bildirmiş, bu zaman Məhkum X1i vəzifə borclarını bilməməsini əsas tutaraq dizbata atmaqla hədələyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını tələb etmiş, X1 onun tələbi ilə razılaşmadıqda yenidən «səni dizbata atdıraram» deyərək hədələməklə sonuncudan şalvarını soyunmasını tələb etmiş, bu zaman X1 bölük komandirinin tabeliyində olduğunu və həqiqətən də onu cəzalandıra biləcəyindən qorxaraq şalvarını və tumanını aşağı çəkərək Məhkum qucağında oturmuş, sonuncu da şalvarını və tumanını aşağı çəkərək gərginləşdirilmiş cinsiyyət üzvünü X1in arxa nahiyəsinə və iki ayağının arasına sürtərək əli ilə X1in qarın nahiyəsindən tutmaqla cinsiyyət orqanını təxminən 2 (iki) dəqiqə aşağı-yuxarı hərəkət etdirməklə zərər çəkmiş şəxsin ondan rütbəcə və vəzifəcə asılılığından istifadə edərək onu seksual xarakterli hərəkətlərə məcbur etmişdir. Eyni zamanda Məhkum yuxarıda göstərilən vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olduğu zaman 2015-ci ilin sentyabr ayının ortalarında günorta saatlarında 11-ci bölüyün 2-ci tağımının 3-cü manqasının tuşlayıcısı vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən X2 yanına çağırmış, ondan X1ə qarşı etdiyi seksual xarakterli hərəkətləri görsə belə heç kimə bildirməməsini tələb etmiş, əgər bildirərsə onu tutduracağı ilə hədələyib Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin, İntizam Nizamnaməsinin 1 və 3-cü maddə lərinin «hərbi qulluqçular bir-biri ilə münasibətdə həmişə nəzakətli və təmkinli olmalarına», həmçinin həmin nizamnamənin 47-ci maddəsinin «komandirin, rəisin tabeliyində olanlara rəğbət və ehtiram göstərməsinə, qayğılarına qalmalı olmasına, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməsinə» dair tələblərini pozaraq P.Ə.Cavadlının sifət nahiyəsinə yumruqla bir zərbə vuraraq hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı rəis olaraq öz tabeliyində olan şəxsi təhqir etmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: M.H.Zeynalov (sədrlik edən və məruzəçi), F.G.Zeynallı və N.R.Mövsümovdan ibarət tərkibdə) xx xx 2017-ci il tarixli hökmü ilə Bakı Hərbi M əhkəməsinin xx xx2016-cı il tarixli hökmü ləğv edilmiş və Məhkum Azərbaycan Respublikası CM-in 331.2 və 151-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetməməsinə görə ona bəraət verilmişdir. Dövlət ittihamçısı T.Əsədov tərəfindən verilmiş kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər: G.L.Rzayeva (sədrlik edən və məruzəçi), F.A.Kərimov və İ.T.Hacıqayıbovdan ibarət tərkibdə) 24 oktyabr 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2017-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: H.Ə.Nəbiyev (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xx2018-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, Bakı Hərbi Məhkəməsinin xx xx 2016-cı il hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Məhkum Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə cəza təyin edilməmiş və onun barəsində bu hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini, Məhkum təqsirliliyi sübuta yetmədiyinə görə ona bəraət verilməsini və əvvəlki xidmətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2018-ci il tarixli qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan kassasiya instansiyası məhkəməsində ləğv edilməli, iş üzrə Məhkum təqsirliliyinin sübuta yetməməsi əsası ilə hər iki maddə ilə bəraət verilməsi barədə qanuni və əsaslı qərar qəbul olunmalıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbləri üzrə tam, hərtərəfli və obyektiv tədqiq etmədən iş üzrə ziddiyyətlər aradan qaldırılmadan, sübutların mötəbərliyi yoxlanılmadan onlara düzgün hüquqi qiymət verilməmişdir. Bun dan başqa, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsinin hərbi kollegiya iclaslarında toplanmış mötəbər sübutlara, şahidlərin verdiyi obyektiv ifadələrə, zərərçəkmiş şəxslərin qanuni, əsaslı, obyektiv, səmimi ifadələrinə deyil, yalnız dövlət ittihamçısının verdiyi kassasiya protestinə göstərilənlərə istinad etmişdir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Məhkum qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamım sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Yuxarıda sadalanan xüsusatlara, cinayət işinin materiallarında göstərilənlərə, Azərbaycan Respublikası CPM-nin 151.2ci maddəsinə, 42-ci maddəsinə, Azərbaycan Respublikası Konstitus iyasının 63-cü maddəsinə və İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarı tamamilə ləğv edilməli, Məhkum təqsirliliyi sübuta yetmədiyinə görə ona bəraət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədq iq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xx2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2 və 151-ci maddələri ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin xx xx2016-cı il tarixli hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Məhkum Azərbaycan Respublikası CMnin 331.2-ci maddəsi ilə cəza təyin edilməmiş və onun barəsində bu hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Hazırkı kassasiya şikayətində isə Məhkum müdafiəçisi Müdafiəçi əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirmiş, məhkum barəsində CM-in 331.2 və 151-ci maddələri ilə təqsirliliyi sübuta yetmədiyinə görə ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, müdafiəçinin kassasiya şikayətində göstərdiyi dəlillər əsassızdır, özünü müdafiə xarakteri daşıyır və məhkumun törətdiyi cinayət əməlində məsuliyyətini yüngülləşdirməyə cəhd kimi qiymətləndirilir və sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 331.2 və 151-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətm əsi istintaq və məhkəmə baxışları zamanı dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (CPM, maddə 42). Apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. Bundan başqa cinayətişininmateriallarındanvəməhkəmətərəfindənqəbuledilmişyekunməhkəməaktındangörünürki, Məhkum ittihamolunduğucinayətəməlinitörətməsihalları, buhallar ıtəsdiqedənifadələrvəibtidaiaraşdırmazamanıqanuniüsullarlatoplanmışbaşqasübutlarapelly asiyainstansiyaməhkəməsininməhkəməiclaslarındatam, hərtərəflivəobyektivaraşdırılmış, ətraflıtəhliledilmiş, həminiclasdasübutlarıntoplanmasıvəaraşdırılmasızamanıprosessualpozuntulara, ocümlədəntəqsirləndirilənşəxsinAzərbaycanRespublikasıCPM-in 91cimaddəsindənəzərdətutulmuşhüquqlarınınpozulmasınavəyabuhüquqlarınhəyatakeçirilməsininməh dudlaşdırılmasınayolverilməsi, sübutlarıntədqiqindənəsassızimtinaolunmasıvəyolverilməzsübutlardanistifadəedilməsimüəyyənedil məmişdir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 331.2 və 151-ci maddələri ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək ona bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanl ara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayətəməliAzərbaycan Respublikası CM-in 331.2 və 151-ci maddələriilədüzgüntövsifedilmişdir. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məh kəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 151-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: Hafiz Nəsibov Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar