Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-68/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X3 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhk um olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin (hakimlər: Y.K.Məmmədov (sədlrik edən), S.B.Hüseynov və V.Z.Nəsirovdan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxx 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, MN-nin N nömrəli hərbi hissənin sabiq zabiti, N nömrəli hərbi hissənin tağım komandiri, baş leytenant, Şirvan şəhəri Leytenant İbrahimov küçəsi ev 1-də qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1, 338.2 və 341.3-cü mad dələri ilə təqsirli bilinərək,CM-nin 338.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, 338.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 341.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3cü maddəsinə əsasən cəzaları qismən toplanaraq üzərində 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (h akimlər: X4 (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və X1 ibarət tərkibdə) məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixl hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Vəliyev X13 Nazirliyinin Qazax rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 13-cü bölüyünün 3-cü tağımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən 2017-ci ilin aprel ayının sonundan may ayının sonunadək olan müddət ərzində həmin hərbi hissənin Ağstafa rayonunun Köhnə-Qışlaq kəndi ərazisində bilavasitə düşmənə qarşı durmaqla döyüş şəraitində yerləşən şərti olaraq «Mübariz» adlandırılan döyüş postunda mövqe başçısı təyin olunmaqla xidmət aparan zaman həmin tağımın 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X14 ilə birlikdə Azərbaycan Respublikası Quru Qoşunlarının Müvəqqəti Döyüş Nizamnaməsinin 9, 11-ci, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 50, 51, 129 və 130-cu maddələrində göstərilən “tağımın şəxsi heyətinin işgüzarlığını, mənəvi keyfiyyətlərini bilmək, tağımın şəxsi heyətinin hərbi intizama riayət etməsinə ciddi diqqət yetirmək, hərbi nizamnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmaq, hərbi intizamın yüksək səviyyədə olmasını təmin etmək», Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 159-166-cı maddələrində göstərilən «Dəyişdirici onun tabeliyində olan saatdarların düzgün və sayıq xidmət etmələrinə, vaxtında dəyişdirilmələrinə və postlara qoyulmalarına, postları düzgün qəbul etmələrinə və təhvil vermələrinə cavabdehdir», eləcə də N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 01 nömrəli əmrinin 1.2, 1.6 və 1.8-ci bəndlərində göstərilən “döyüş növbətçiliyinə təyin olunan şəxsi heyətə növbəyə getməzdən əvvəl təlimat keçirilməsi, mövqe böyüyünün gündüz postları 2-3 dəfədən az olmayaraq, saat 22:00-dan-07:00-dək isə ən azı hər bir saatdan bir yoxlaması, döyüş növbətçiliyində olan şəxsi heyətin növbə vaxtı yoxlanılması” və xx.xx.2017-ci il tarixli, 011 nömrəli əmrinin 6.1-ci bəndində göstərilən “hərbi qulluqçuların düşmənin xüsusi xidmət orqanlarının təsiri altına düşməsinə yol verməmək məqsədi ilə bütün səviyyədə olan komandir və rəislər şəxsi heyət arasında daim söhbət aparsın, hərbi kollektivdə mühiti və vəziyyəti öyrənsinlər, bu qəbildən olan təhlükələrin qarşısının alınması məqsədi ilə müvafiq strukturlarla sıx əməkdaşlıq qursunlar» tələblərini pozaraq, həmin nizamnamə və əmrlərə əsasən başçısı olduğu döyüş mövqeyində şəxsi heyətin döyüş növbəsi (xidməti) çəkmə qaydalarına uyğun olaraq ayıq-sayıq döyüş xidməti aparmalarını, zərurət olarsa, yəni düşmənin real hücum təhlükəsi olduğu halda mövqe başçısı kimi şəxsi heyətə döyüş həyəcanı verərək mövqenin müdafiə zolağını təşkil və təmin etməli, döyüş növbətçilərini növbədə olduqları müddət ərzində mütəmadi olaraq yoxlamalı olduğu halda, həmin vəzifələri yerinə yetirməyərək şərti olaraq «Mübariz» adlandırılan döyüş postunda tabel iyində olan şəxsi heyətin xidmətini düzgün təşkil etməmiş, döyüş növbətçiliyinin aparılmasına dair qrafik formal tərtib edilməklə əsgərlərin həmin qrafikə uyğun döyüş növbətçiliyinə çıxmalarına və xidmət aparmalarına nəzarət etməmiş, mütəmadi olaraq onlarla fərdi söhbətlər aparmamış, şəxsi və hərbi xidmətlə bağlı problemləri ilə maraqlanmamış, döyüş növbətçilərini təhlükəsizlik qaydaları ilə tanış etməmiş, növbədə olduqları müddət ərzində onları yoxlamamış, bununla da, o, rəis kimi, bir qrup şəxs halında, müntəzəm olaraq, döyüş şəraitində hakimiyyətdən qəsdən istifadə etməmiş, eləcə də Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını dövlətin təhlükəsizlik m ənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuşdur. Bundan başqa, o, həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən 2017-ci ilin aprel ayının sonundan may ayının sonunadək olan müddət ərzində çavuş X14 ilə birlikdə qeyd olunan nizamnamə və əmrlərin tələblərini pozaraq başçısı olduğu döyüş mövqeyində şəxsi heyətin döyüş növbəsi (xidməti) çəkmə qaydalarına uyğun olaraq ayıq-sayıq döyüş xidməti aparmalarını, zərurət olarsa, yəni düşmənin real hücum təhlükəsi olduğu halda mövqe başçısı kimi şəxsi heyətə döyüş həyəcanı verərək mövqenin müdafiə zolağını təşkil və təmin etməli olduğu halda, həmin vəzifələri yerinə yetirməyərək şərti olaraq «Mübariz» adlandırılan döyüş postunda mütəmadi olaraq gecələr yatmaqla və istirahət növbəsində olan əsgərləri müxtəlif işlərə cəlb etməklə rəis kimi, bir q rup şəxs halında, müntəzəm olaraq döyüş şəraitində hakimiyyət həddini aşmış, eləcə də Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuşdur. Bundan başqa, o, həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən 2017-ci ilin may ayının təxminən əvvəllərində, saat 04 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 8, 132 və 161-ci maddələrində göstərilən “patrul, yaxud qarovul heyətində kiminsə xidməti pozduğunu görən hərbi qulluqçu bu barədə qarnizon komendantına, qarovullar (hərbi hissə, gəmi, təlim mərkəzi, düşərgə toplanışı) növbətçisinə, yaxud qarovul rəisinə və özünün bilavasitə rəisinə dərhal məlumat verməlidir; dəyişdiricinin ümumi vəzifəsidir: hər növbə qayıtdıqdan sonra qarovul rəisinə növbənin dəyişilməsi, postların vəziyyəti, bütün nöqsanlar və onların aradan qaldırılması tədbirləri haqqında məlumat vermək” tələblərini pozaraq komandiri olduğu tağımın əsgərləri X5 postun qazmasının qarşısında ayıq növbədə, X11 və X6 isə postun müşahidə məntəqəsində döyüş növbəsində olarkən yatdıqlarını aşkar etməsinə baxmayaraq, tabeliyində olan şəxslərin döyüş növbətçiliyində yol verdikləri nöqsanları hərbi hissə komandanlığından gizlətmək və komandiri olduğu tağımın şəxsi heyətinin xidmətinin düzgün təşkil olunması görüntüsünü yaratmaq istəməsindən ibarət şəxsi marağına görə həmin faktlar barədə vəzifəsinə uyğun olaraq yazılı fo rmada yuxarı komandanlığa məruzə etməli olduğu halda bunu etməyərək, rəis kimi digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyətdən qəsdən istifadə etməmişdir. Baş leytenant Məhkum yuxarıda qeyd olunan əməlləri nəticəsində başçısı olduğu şərti olaraq «Mübariz» adlandırılan döyüş postunda nəzarətsizlik və özbaşınalıq mühiti yarandığından döyüş növbətçiliyi düzgün təşkil olunmamış, əsgərlər müvafiq qrafik üzrə vaxtlı-vaxtında döyüş növbəsinə çıxmayaraq təyin olunduqları yerlərdə xidmət aparmamış, döyüş növbətçiliyinə çıxan əsgərlər yorğun və yuxusuz olduqlarından düşmən istiqamətində müşahidəni dayandırıb yatmış, əsgərlər X11, X18 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X9 düşmənlə məxfi əməkdaşlığa cəlb olunaraq dövlətə xəyanət etmiş, sonuncular düşmən tərəfin dən aldıqları məxfi tapşırığın icrası ilə bağlı əsgər X7 aldadıb düşmən tərəfə keçirərək düşmən hərbi qulluqçuları tərəfindən cinsi zorakılığa məruz qalmasını təşkil etmiş, əsgərlər S.İ.Həsənov və V.A.Əliyev dəfələrlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq postun digər əsgərlərinə qarşı zor tətbiq etmiş, onlardan hədə-qorxu ilə və zor tətbiq etməklə müxtəlif məbləğlərdə pul tələb edib almış, seksual xarakterli zorakı hərəkətlər etmiş, habelə çoxlu sayda digər cinayət hadisələri və qanunsuzluqlar baş vermiş, bütün bunlar isə döyüş mövqeyinin müdafiə və döyüş qabiliyyətinin zəifləməsinə, düşmən kəşfiyyatının müdafiə ərazisinə soxulması üçün əlverişli şəraitin yaranmasına səbəb olmuş, bununla da, onun rəis kimi, bir qrup şəxs halında, müntəzəm olaraq, digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyət həddini aşması və hakimiyyətdən qəsdən istifadə etməməsi, eləcə də, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə, onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozması dövlətin təhlükəsizlik mənafeyinə zərər vurmuş və ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar çıxarılmasını və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən toplanılmış sübutlar, işin halları düzgün ar aşdırılmamış, barəsində ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, məhkəmədə irəli sürdüyü dəlil və sübutlar məhkəmələr tərəfindən qəbul edilməmiş, buna motivlər göstərilməmiş, bundan başqa, konkret olaraq hansı sübutlarla təqsirləndirilməyi, bu cinayətdə iştirakı və rolu sübut edilməmişdir. Məhkəmələrin belə bir nəticəyə gəlməsi üçün göstərdiyi sübut və dəlillər hüquqiliyi və qərəzsizliyi şübhə doğurur. Təqsirliliyi sübuta yetirilmədən günahsız şəkildə cəzalandırılaraq həbs olunmuşdur. Bundan başqa, ailəli və himayəsində bir azyaşlı övladının olması, hərbidə xidmət göstərərkən müsbət xüsusiyyətləri ilə fərqlənməsi kimi yüngülləşdirici hallar, həmçinin cinayətin xarakteri, şəxsiyyəti, ailə vəziyyəti cəza təyini zamanı nəzərə alınmamış, ona ağır cəza təyin edilmişdir. Məhkum q eyd olunanların nəzərə alınmasını, kassasiya şikayətinin təmin edilməsini, çəkilməmiş qalan cəza müddətinin hərbi məhdudlaşdırma cəza növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassa siya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymə tləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkumun özünü təqsirli bilməməsinə dair ifadələrinin müdafiə xarakterli olduğunu bildirərək, həmin ifadələrin məhkumun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanası, şahid ifadələri və işin digər materialları ilə öz təsdiqini tapdığını vurğulamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir və həmin sübutların t əkrar sadalanmasını zəruri hesab etmir. Məhkumun kassasiya şikayətində mübahisələndirdiyi bir digər məsələ təyin edilmiş cəzanın ağırlığı ilə bağlıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbi rlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə ə sasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası işin hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alıb qeyd edir ki, Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun barəsində şərti məhkum etmə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə k ollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-68/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-68/2020
14.10.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver