Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-68/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun məhkumlar Məhkum5 və Məhkum3 müdafiəçisi Abbasəliyev Aydın Fikrət oğlunun iştirakları ilə, Gəncə Hərbi Məh kəməsinin 08 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 134, 32.3,150.2.1, 32.3,150.2.4, 274, 332.3, 338.1 və 338.2-ci maddələri ilə və Məhkum3 CMnin 134, 32.3,150.2.1, 32.3,150.2.4, 228.2.1, 228.2.2.2, 232.2.2, 232.2.3, 274, 32.5,332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarından məhkumlar Məhkum5 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Vüqar Kamal oğlu (sədrlik edən), Nəsirov Vidadi Zahid oğlu (məruzəçi) və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) Məhkum5, xx xxxxxx 1997-ci il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində “sıravi əsgər” hərbi rütbəsində müddətli hərbi xidmətdə olmuş, əvvələr məhkum olunmamış, Ağcabədi rayonunun Minəxorlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 134, 32.3,150.2.1, 32.3,150.2.4, 274, 332.3, 338.1 və 338.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 134-cü maddəsi ilə 1 (bi r) il müddətə, CM-nin 32.3,150.2.1, 32.3,150.2.4-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 274-cü maddəsi ilə 13 (on üç) il müddətə, CM-nin 332.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 338.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 338.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq, cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum3, xx xxxxxxx 1993-cü il tarixdə Ağstafa rayonunun Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində “kiçik çavuş” hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, Ağstafa rayonunun Pirili kəndində qeydiyyatda olan CM-nin 134, 32.3,150.2.1, 32.3,150.2.4, 228.2.1, 228.2.2.2, 232.2.2, 232.2.3, 274, 32.5,332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 134-cü maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 32.3,150.2.1, 32.3,150.2.4-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə 3 (üç) il müddətə, CM-nin 232.2.2, 232.2.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 274-cü maddəsi ilə 14 (on dörd) il müddətə, CM-nin 32.5,332.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 338.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 338.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 341.3-cü maddəsi ilə 8 (səkkiz) il müd dətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq, cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 oğu CM-nin 134, 29,150.1, 32.3, 150.2.1, 150.2.4, 150.2.5, 182.2.1, 182.2.2, 182.2.3, 228.2.1, 274, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 333.6, 338.1, 338.2 və 32.5,341.3-cü maddələri ilə, Məhkum1 isə CM-nin 32.3, 150.2.1, 150.2.4, 150.2.5, 182.2.1, 182.2.2, 182.2.3, 274, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 333.6, 338.1, 338.2 və 32.5,341.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsa sən, Məhkum5 CM-nin 134, 32.3,150.2.1, 32.3,150.2.4, 274, 332.3, 338.1 və 338.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, zərərçəkmiş şəxsi hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla, öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə uşaqbazlıq etməsini təşkil etmiş, Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, qəsdən, düşmən tərəfinə keçməklə, dövlət sirrini xarici dövlətə verməklə, Azərbaycan Respublikasına qarşı düşm ənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etmiş, silah tətbiq etməklə və ağır nəticələrə səbəb olmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə əlaqədar pozmuş, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə, onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuş, habelə eyni əməlləri dövlətin təhlükəsizlik mənafeyinə zərər vurmuş və ağır nəticələrə səbəb olmuşdur. Həmin hökmlə Məhkum3 CM-nin 134, 32.3,150.2.1, 32.3,150.2.4, 228.2.1, 228.2.2.2, 232.2.2, 232.2.3, 274, 32.5,332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, zərərçəkmiş şəxsi hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla, öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə uşaqbazlıq edilməsini təşkil etmiş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq döyüş sursatını gəzdirmiş və saxlamış, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə döyüş sursatını talamış, Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərəri nə olaraq, qəsdən, düşmən tərəfinə keçməklə, dövlət sirrini xarici dövlətə verməklə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etmiş, -silah tətbiq etməklə və ağır nəticələrə səbəb olmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə əlaqədar pozulmasına kömək etmiş, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə, onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuş, habelə eyni əməlləri dövlətin təhlük əsizlik mənafeyinə zərər vurmuş və ağır nəticələrə səbəb olmuş, rəis kimi, müntəzəm olaraq, tamahkarlıq məqsədi ilə, silahdan istifadə etməklə, həmçinin digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyətdən suiistifadə etməsi, hakimiyyət həddini aşması və hakimiyyətdən qəsdən istifadə etməməsi ağır nəticələrə səbəb olmuşdur. Hökmdən məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 13 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Koll egiyasının13 dekabr 2018-ci il tarixli qərarından Məhkum5 müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) Məhkum5 ərizəsi təmin olunaraq onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Daha sonra 10 yanvar 2022-ci il tarixdə Məhkum5 Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edərək, eyni zamanda apellyasi ya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Bununla yanaşı 14 fevral 2022-ci il tarixdə Məhkum3 da Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş edərək eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı ilə ( hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) məhkumlar Məhkum5 və Məhkum3 vəsatətləri təmin edilməmiş, onların Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilmə müddətinin bərpa olunmasından isə imtina edilmişdir. Həmin qərardan Məhkum5 və Məhkum3 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin və vəsatətin dəlilləri: Məhkum5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci ilin əvvəllərində müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. H əmin vaxtı COVİD-19 virusunun geniş yayılması səbəbi ilə məhkumların məhkəmə prosesində iştirakları məhdudlaşdırıldığından, özü şəxsən məhkəmə prosessində iştirak etmək istədiyindən müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürmüşdür. İİ Qarabağ Müharibəsinin başlaması və yeganə qardaşı X5 13 oktyabr 2020-ci il tgarixdə cəbhədə gedən döyüşlərdə şəhid olması səbəbindən bərk sarsıntı keçirtmiş, ona görə də bir müddət kassasiya şikayəti verə bilməmişdir. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Məhkum5 onun Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi 22 aprel 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və həmin məhkəmənin 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkum3 isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarını rəsmi qaydada almamışdır. Həmin qərarın ona rəsmi qaydada verilməsi barədə heç bir sənəd onun şəxsi işində yoxdur. Bu barədə saxlanıldığı müəssisənin rəhbərliyi tərəfindən müdafiəçisinin sorğusuna əsasən verilmiş arayış kassasiya şikayətinə və vəsatətinə əlavə edilmişdir. Həmçinin şikayət müəllifi bildirmişdir ki, onun vaxtında kassasiya şikayəti verməməsinin əsas səbəblərindən biri həmin ərəfədə COVİD-19 virusunun geniş yayılması, həmin vaxt məhkumların məhkəmə prosesində iştiraklarının məhdudlaşdırılması olmuş, lakin o, özü şəxsən məhkəmə proesində iştirak etməklə günahsızlığını sübut etmək istəmişdir. Odur ki, kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Məhkum3 onun Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi 22 aprel 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və həmin məhkəmənin 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkumlar Məhkum5 və Məhkum3 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, hər iki məhkum məhkəmə iclasında iştirak etmək arzularını bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumlar Məhkum5 və Məhkum3 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, c inayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əs asən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nətic ələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar t əqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin təl əb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, CPM-nin 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin ə sasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsin də nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəaları”nda müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhnə, həm də yeni normalarına və 25 iyun 2020ci il tarixli Qanunun “Keçid müddəaları”na əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkumlar Məhkum5 və Məhkum3, onlara apellyasiya instansiyası məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qərarından həmin qərarın surətinin onlara verildiyi tarixdən, müdafiəçiləri isə - bu qərarın çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayətləri vermək hüququna malik olmuşlar. Cinayət işinin materiallarına əsasən, Məhkum5 və Məhkum3 apellyasiya şikayətinə məhkəmə baxışının bütün iclaslarında müdafiəçiləri ilə birlikdə iştirak etmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarı da onların və müdafiəçilərinin iştirakları ilə elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Məhkum5 və Məhkum3 barələrindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarının surəti 17 dekabr 2018-ci il tarixli 1-1(104)-114/2018 saylı məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna, məhkumların müdafiəçilərinə təqdim olunması üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, məhkumların şəxs i işlərinə əlavə olunması və onlara təqdim edilməsi üçün onların saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasına və digər proses iştirakçılarına göndərilmişdir. İş materiallarında olan qəbzdən də görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarı 19 dekabr 2018-ci il tarixdə məhkumlar Məhkum5 və Məhkum3 təqdim edilmişdir. Göründüyü kimi, 15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan qanunvericiliyə əsasən həmin qərardan kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 18 aylıq prosessual müddətin axımı 19 dekabr 2018-ci il tarixdən başlamış və 19 iyun 2020-ci il tarixdə başa çatmışdır. Kassasiya şikayətlərinin məzmununa görə, məhkumlar Məhkum5 və Məhkum3 barələrindəki 13 dekabr 2018-ci il tarixli qərardan kassasiya şikayətlərini qanunla nəzərdə tutulmuş müddətdə verməmələrini dünyada COVİD-19 virusunun yayılmasına görə elan olunmuş pandemiya dövrünə düşməsi ilə əlaqələndirmiş, həmçinin Məhkum5 göstərilən müddəti buraxmasının səbəbi kimi 13 oktyabr 2020-ci il tarixdə yeganə qardaşının cəbhədə gedən döyüşlərdə şəhid olmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən səbəblərin heç biri kassasiya şikayətinin verilməsi üçün üzürlü səbəb hesab edilə bilməz. Əvvəla, iş materiallarından görünür ki, Məhkum5 müdafiəçisi B.Q.Tağıyev 10 iyun 2020-ci il tarixdə (pandemiya dövründə), yəni kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmadan kassasiya şikayəti vermiş, lakin Məhkum5 Ali Məhkəmənin Cinayət Kollegiyasına əriz ə ilə müraciət edərək həmin şikayəti geri götürdüyünü bildirdiyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə onun ərizəsi təmin olunaraq kassasiya şikayəti geri qaytarılmışdır. Beləliklə də, müəyyən olunur ki, Məhkum5 və Məhkum3 onlar haqqında olan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayətlərini 19 iyun 2020-ci il tarixə kimi, yəni qanunla (15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan cinayət-prosessual qanunvericiliyində) müəyyən edilmiş 18 ay ərzində deyil, həmin müddət keçdikdən sonra vermiş və bununla da kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət onlar tərəfindən hər hansı üzrlü səbəblər olmadan buraxılmışdır. Məhkəmə kollegiyası apelly asiya instansiyası məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya hə min şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Hazırki cinayət işinin materialarından görünür ki, kassasiya şikayətlərinin müəllifləri istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etmələrinə, məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə onlara verilməsinə baxmayaraq, CPMnin 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə məhkumların müəyyən etdikləri yuxarıda göstərilən səbəblərlə izah etmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin e dilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən məhkumlar Məhkum5 və Məhkum3 vəsatətlərindən onlar barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulmaları, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin v axtında verilməməsinə səbəb olmuş onların iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum5 və Məhkum3 13 dekabr 2018-ci il qərardan kassasiya şikayətlərini vaxtında vermələrinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onların apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanları olsa da onlar bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum5 və Məhkum3 barələrindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və həmin müddətin bərpa edilməsi haqqında adları çəkilən məhkumların vəsatətlərinin təmin edilməməsi haqda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərardan onların verdikləri kassasiya şikayətlərinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların müdafiəçiləri A.F.Abbasəliyevin, kassasiya şikayətlərinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə Məhkum5 və Məhkum3 məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edil məməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, bu qərardan məhkumlar Məhkum5 və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 32.3,150.2.1, 32.3,150.2.4, 274, 332.3, 338.1 və 338.2-ci maddələri ilə və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 32.3,150.2.1, 32.3,150.2.4, 228.2.1, 228.2.2.2, 232.2.2, 232.2.3, 274, 32.5,332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-68/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-68/2022
15.11.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver