Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-68/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X8 və onun müdafiəçisi, “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili Əsgərov Elxan Yusif oğlunun iştirakları ilə x xxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, N nömrəli hərbi hissənin 3-cü xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmiş, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 27 may N2-ci il tarixdə ehtiyata buraxılmış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may N3-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 5 okty abr N2-ci il tarixli hökmü ilə (hakim İ.M.Quliyev) X6 - Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən, bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may N3-cü il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), S.B.Hüseynov və N.T.Əliyev) verilmiş apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 5 oktyabr N2-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilən ittihama görə, X10 müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən on gündən artıq, lakin bir aydan çox olmayaraq xid mət yerinə vaxtında qayıtmamışdır. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü xüsusi əməliyyat taborunun, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N nömrəli hərbi hissənin bütün şəxsi heyətinin təlim məqsədi ilə Müdafiə Nazirliyinin Goranboy rayonu, Yuxarı Ağcakənd kəndində dislokasiya olunmuş N nömrəli hərbi hissəyə ezam olduğu vaxt xx.xx.N2-ci il tarixdə saat 17:00 radələrində N nömrəli hərbi hissədə olan zaman xidmət yerini özbaşına tərk etmiş və həqiqi hərbi xidmətə yararlı olub-olmamasını müəyyən edilməsi məqsədi ilə hərbi-həkim komissiya müayinəsindən keçməsi üçün N nömrəli hərbi hissənin Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Mərkəzi Hərbi Poliklinikasına göndərişinə əsasən x idmət yerini özbaşına tərk etdiyi müddətdə xidmət yerinə qayıtmadan xx.xx.N2-ci il tarixdə birbaşa həmin poliklinikaya gedib hərbi-həkim komissiyasının müayinələrindən keçməyə başlamaqla on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, məhkəmə istintaqı zamanı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N2-ci il tarixli 3445 nömrəli «Xəstəlik Haqqında Şəhadətnamə»sinə əsasən X7 «Partlayış travması (xx.xx.N0). Keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, astenonevrotik təzahürlər. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır » və «Sol tərəfli varikoselektomiyadan. Kistektomiyadan sonrakı (xx.xx.N2) vəziyyət. Diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Lokal parodentit. 14, 15, 25-ci dişlərin kökü. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» diaqnozları ilə «Xəstəliklər cədvəli»nin 48 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən «Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 20 (iyirmi) gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra, təkrar şəhadətləndirilməlidir» qeyd olduğundan bu səbəbdən həmin müddətdə məzuniyyət verilərək, yəni N mart N2-ci il tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətinə məzuniyyət verilərək 11 aprel N2-ci il tarixdək hesablanmalı olduğu halda, N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 83 nömrəli əmri ilə N mart N2-ci il tarixdən hesablanmaqla 17 (on yeddi) gün müddətinə məzuniyyət verilərək, əsassız olaraq həkim göstərişi icra olunmayaraq, məzuniyyət müddəti N aprel N2-ci il tarixədək hesablandığından və məzuniyyət müddəti başa çatdıqdan sonra, imperativ xarakter daşıyan və X3in müvəqqəti hərbi xidmətə yararsız olub-olmaması müddətini müəyyən edilməsi üçün ona təkrar şəhadətləndirilməsi barədə həkim göstərişinə əsasən N nömrəli hərbi hissə komandanlığı tərəfindən müvafiq göndəriş verilməyərək və X3in yalnız 25 aprel N2-ci il tarixdə təkrar şəhadətləndirilərək hərbi xidmətə yararlı sayıldığından, 16 mart N2-ci il tarixdən 25 aprel N2-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N2-ci il tarixli 3445 nömrəli «Xəstəlik Haqqında Şəhadətnamə»sinə əsasən faktiki olaraq «Hərbi xidmətə müvəqqəti yararsızdır» sayılan X3 ittiham olunduğu CM-nin 333-cü maddəsi üzrə xüsusi subyekt olmadığından hərbi hissənin dislokasiya yerini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək, yəni on gündən artıq, lakin bir aydan çox olmamaqla üzrlü səbəb olmadan xidmət yerini özbaşına tərk etməsi əməlində cinayət tərkibi olmaması sübuta yetirilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may N3-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya məhkəməsinin qeyd olunan qərarı qanunsuz və əsassızdır. Belə ki, tədqiq edilmiş sübutlardan göründüyü kimi, Ü.Xankişiyev məzuniyyət müddəti bitdikdən sonra N aprel N2-ci il tarixdə təkrar şəhadətləndirilməkdən ötrü hərbi həkim komissiyasından keçmək üçün göndəriş almaq məqsədi ilə mülki formada hərbi hissəyə gələrək ona dərhal göndəriş verilməsini tələb etmiş, hərbi hissə komandirinin onun komissiyaya göndərilməsinə dair müvafiq sənədləşmə işləri həyata keçirilənədək təlimlərə və digər fəaliyyətə cəlb edilmədən tibb məntəqəsində tibbi nəzarətdə saxlanılması barədə göstərişinə əməl etməyərək həmin gü n hərbi hissəni özbaşına tərk etmişdir. Ü.Xankişiyev hərbi hissəni özbaşına tərk etdikdən sonra hərbi hissənin nümayəndələrinin onun xidmət yerinə qayıtması barədə dəfələrlə etdiyi çağırışlara məhəl qoymamış, hərbi hissəyə qayıtmaqdan qətiyyətlə imtina etmişdir. Bundan sonra o, barəsində olan 18 aprel N2-ci il tarixli, 1110 nömrəli göndərişin hərbi həkim komissiyasına göndərildiyini və onun gedib komissiyaya təqdim oluna biləcəyi barədə hərbi hissənin nümayəndəsi tərəfindən məlumatlandırılmağına baxmayaraq, komissiyaya həmin vaxt getməmiş, 11 gün sonra, yəni 29 aprel N2-ci il tarixdə komissiyaya təqdim olunaraq komissiyadan keçmiş və həmin gün komissiya tərəfindən verilmiş rəyə əsasən hərbi xidmətə yararlı olduğunu bilsə də, hərbi hissəyə qayıtmamış, yalnız N may N2-ci il tarixdə xidmət ye rinə qayıtmışdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, Ü.Xankişiyev yuxarı komandanlıq tərəfindən prosedur qaydalarına uyğun və qanunla müəyyən edilmiş qaydada verilmiş göstərişə tabe olmamış, heç bir üzrlü səbəblər olmadan hərbi hissəni özbaşına tərk etmiş və beləliklə o, bir hərbçi kimi üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən və şahidlərin ifadələrindən görünür ki, Ü.Xankişiyev N mart N2-ci il tarixdə «Lanset» klinikasında «Soltərəfli varikoselektomiya, kistektomiya» diaqnozu ilə əməliyyat olunmuş, 05 mart N2-ci il tarixdə evə buraxılmışdır. Bundan sonra o, hərbi hissəyə qayıtmalı olduğu halda,qayıtmamış, yalnız hərbi hissəyə qayıtdıqdan sonra ona iyirmi gün müddətinə hərbi xidmətə müvəqqəti yararsız kimi həmin müddətə məzuniyyət v erilmişdir. Qeyd etmək lazımdır ki, hərbi qulluqçunun hərbi xidmətə müvəqqəti yararsız olması onun xüsusi subyekt olmaması anlamına gəlməsədə də, Ü.Xankişiyevin hərbi xidmətə müvəqqəti yararsız hesab olunduğu müddət, yəni komissiyanın müəyyən etdiyi iyirmi gün N mart N2-ci il tarixdən 2N mart N2-ci il tarixə olan dövri əhatə etsə də o, hərbi hissəni N aprel N2-ci il tarixdə tərk etmişdir. Yəni Ü.Xankişiyevin hərbi hissəni özbaşına tərk etdiyi müddət məhkəmənin onun hərbi xidmətə yararsız hesab etdiyi müddətlə üst-üstə düşmür. Məhkəmə hərbi qulluqçunun hərbi xidmətə yararlı olub-olmamasını müəyyən edən yeganə orqanın-Müdafiə Nazirliynin Mərkəzi Hərbi Həkim Komissiyasının Ü.Xankişiyevin hərbi xidmətə yararlı olması barədə 29 aprel N2-ci il tarixli, 5432 nömrəli rəyini nəzərə almamış, Ü.Xanki şiyevin hərbi xidmətə müvəqqəti yararsız olmasını əsas gətirməklə əməlində cinayət tərkibi olmaması əsasına görə onun barəsində bəraət hökmü çıxarmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Ü.Xankişiyevin və müdafiəçi E.Əsgərovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mür aciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilibedilməməsi məsələsini yoxlayı r. Protest müəllifi qeyd edir ki, Ü.Xankişiyevin əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinə əsasən, “Zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə — iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi nə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndiri lən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş ci nayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təq ibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq X6 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamış, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Belə ki, ittihama görə X3 müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü xüsusi əməliyyat taborunun, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəz ifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N nömrəli hərbi hissənin bütün şəxsi heyətinin təlim məqsədi ilə Müdafiə Nazirliyinin Goranboy rayonu, Yuxarı Ağcakənd kəndində dislokasiya olunmuş N nömrəli hərbi hissəyə ezam olduğu vaxt xx.xx.N2-ci il tarixdə saat 17:00 radələrində N nömrəli hərbi hissədə olan zaman xidmət yerini özbaşına tərk etmiş və həqiqi hərbi xidmətə yararlı olub-olmamasını müəyyən edilməsi məqsədi ilə hərbi-həkim komissiya müayinəsindən keçməsi üçün N nömrəli hərbi hissənin Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Mərkəzi Hərbi Poliklinikasına göndərişinə əsasən xidmət yerini özbaşına tərk etdiyi müddətdə xidmət yerinə qayıtmadan xx.xx.N2-ci il tarixdə birbaşa həmin poliklinikaya gedib hərbi-həkim komissiyasının müayinələrindən keç məyə başlamaqla on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən edilmişir ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Nevrologiya bölməsinin xx.xx.N0-ci il tarixli 7330 nömrəli xəstəlik tarixi çıxarış epikrizinə əsasən əsgər X10 xx.xx.N0-ci il tarixdə yaralandığı qeyd edilərək, ona «Partlayış travması, qapalı-kəllə beyin travması, baş beyin silkələnməsi. Partlayış travması nəticəsində xroniki diksogen bel-oma radikulitinin kəskinləşməsi, qapalı-kəllə beyin travması, baş beyin silkələnməsi. L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Sol diz oynağının medial meniskinin arxa buynuzunun horizontal xətti yı rtığı. Popliteal nahiyənin kiçik ölçülü Beyker kistası» diaqnozu qoyulmuş, bununla əlaqədar olaraq hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə, xəstəliyə görə 20 (iyirmi) gün müddətinə məzuniyyət verilməli olduğu, məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməli olduğu barədə rəy verilmişdir. Bundan sonra xidmət müddətində onun xəstəlikləri kəskinləşərək, «Lanset» Klinikası tərəfindən verilmiş 05 mart N2-ci il tarixli epikrizə əsasən X3 xx.xx.N2-ci il tarixdə «Sol tərəfli varikosel. 3-cü 4-cü dərəcə» diaqnozu ilə həmin Klinikada əməliyyat olunmuş, ona ev şəraitində müaicə olunmaqla yanaşı 1 ay ağır fiziki işdən azad olunması, 3 ay idman hərəkətlərindən azad olunması məsləhət görülmüşdür. N nömrəli hərbi hissənin təhqiqatçısının 1N mart N2-ci il tarixli qərarına əsasən X 4 barəsində xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək xəstəliklə əlaqədar olaraq xidmət yerinə gəlməməsi, xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək xidmət yerini xəstəliklə əlaqədar tərk etməsi əməllərinə görə CM-nin 333.3-cü maddəsinin tərkibi yaranmadığından CPM-nin 39.1.12-ci maddəsinin tələblərinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cərrahi əməliyyatdan sonra X3 şəhadətləndirilməsi üçün 12 mart N1-ci il tarixdə MN-nin Baş Klinik Hospitalına göndərilmiş, MN-nin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.N2-ci il tarixli 3445 nömrəli «Xəstəlik Haqqında Şəhadətnamə»sinə əsasən onda qeyd olunan xəstəliklərlə əlaqədar «Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 20 (iyirmi) gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət m üddəti bitdikdən sonra, təkrar şəhadətləndirilməlidir» həkim rəyi verilmişdir. Bu rəyə əsasən ona həmin müddətdə məzuniyyət verilməli olduğu halda, əsassız olaraq hissə komandanlığı tərəfindən N mart N2-ci il tarixdə 17 (on yeddi) gün müddətinə məzuniyyət verilərək məzuniyyət müddəti 0N aprel N2-ci il tarixədək hesablanmışdır. Məzuniyyət müddəti bitdikdən sonra 0N aprel N2-ci il tarixdə X11 qəsəbəsinə hərbi hissənin yeni dislokasiya olunduğu xidməti yerinə gedərək ona təkrar şəhadətləndirilməsi üçün göndəriş verilməsi barədə komandanlığa müraciət etmiş, lakin hərbi hissə komandanlığı tərəfindən ona şəhadətləndirilməsi üçün göndəriş təxirə salınmadan verilməli olduğu halda, həmin gün ona göndəriş verilməyərək, həmin dövrdə hərbi xidmətə müvəqqəti yararsız olan X3ə israrla hərbi formanı geyi nib sıraya durub gözləməsi bildirilmişdir. X3 komandanlıq tərəfindən ona göndəriş verilməsi üçün həmin gün saat 1200-dan 17-00-dək xidmət yerində gözləmiş, xəstəliklə əlaqədar ağrılardan əziyyət çəkdiyindən ağrıkəsici dərmanların belə təsirinin olmamasını və şəhadətləndirilməsi üçün göndəriş vərəqəsinin verilməsinin zəruri olduğunu bildirmək üçün hərbi hissə komandirinin qəbuluna düşmək istəmiş, lakin nə özü, nə də atası komandirin qəbuluna düşə bilməmişdir. Ona «Lanset» Klinikasında əməliyyatdan sonra 1 ay ağır fiziki işdən azad olunması, 3 ay idman hərəkətlərindən azad olunması tövsiyyə edildiyindən məcburən müalicəsini davam etmək üçün yaşadığı evə qayıtmış və müalicəsini ev şəraitində davam etdirmişdir. Onun barəsində hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı başlanılmış cinayət işi üzrə göndəriş MN-nin Mərkəzi Hərbi Poliklinikasına göndərilərək, bu barədə məlumat verilərək X3ə təkrar şəhadətlənmədən keçməsi üçün MN-nin Mərkəzi Hərbi Poliklinikasına getməsi bildirilmişdir. Bundan sonra o, göndəriş vərəqəsinə əsasən xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək Mərkəzi Hərbi Poliklinikasında tibbi müayinələrdən keçməklə təkrar şəhadətləndirilərək, yalnız xx.xx.N2-ci il tarixdə növbəti həkim rəyinə əsasən artıq hərbi xidmətə yararlı hesab edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, X3 0N mart N1-ci il tarixdə əməliyyat olunduqdan sonra 16 mart N2-ci il tarixdə hərbi xidmətə müvəqqəti yararsız sayılmış və yalnız xx.xx.N2-ci il tarixdə təkrar şəhadətlənləndirildikdən sonra hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, X3 xx.xx.N2-ci il tarixdə cərrahi əməliyyatdan sonra 16 mart N2ci il tarixli həkim rəyinə əsasən hərbi xidmətə müvəqqəti yararsız olması müddəti onun məzuniyyəti bitdikdən sonra da, yəni növbəti şəhadətləndirməyədək davam etmişdir və onun hərbi xidmətə yararlığının yoxlanılması üçün 16.03.22-ci il tarixli həkim rəyində qeyd edilmiş göstərişə uyğun olaraq o, məzuniyyətdən qayıtdıqdan sonra hərbi həkim komissiyası tərəfindən təkrarən şəhadətləndirilməli idi. Bu göstəriş X3 məzuniyyətdən sonra xidmətə başlamadan hərbi hissə komandanlığı tərəfindən təxirə salınmadan müvafiq göndəriş verilməklə icra olunmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçunun hərbi xidmətə müvəqqəti yararsız olması hər bi nizamnamənin tələblərinə görə onun hərbi xidmət üzrə vəzifələrinin icrasından azad edilməsi üçün əsasdır və hərbi xidmətə müvəqqəti yararsız olduğu müddət ərzində o, hərbi xidmət üzrə vəzifələrinin icrasına, o cümlədən sıra düzülüşünə cəlb edilə bilməz. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, X3 xəstəliyi ilə əlaqədar ona verilmiş məzuniyyətdən geri qayıtdıqdan sonra təkrar tibbi şəhadətləndirmə keçirilmədən onun xidməti vəzifələrinin icrasına başlaması ilə bağlı hərbi hissə komandanlığının tələbləri qanunsuz olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hərbi hissə komandanlığının X3 xəstəliyi ilə əlaqədar ona verilmiş məzuniyyətdən geri qayıtdıqdan sonra təkrar tibbi şəhadətləndirmə keçirilmədən onun xidməti vəzifələrinin icrasına başlaması ilə bağlı tələblərinin qanu nsuz olması məhkəmə kollegiyasının apellyasiya icraatı zamanı məhkəmə istintaqı çərçivəsində birinci instansiya məhkəməsinin təqdimatı üzrə görülmüş tədbirlər barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış sorğuya cavab məktubunda da öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsinin təqdimatında N nömrəli hərbi hissə komandanlığı tərəfindən yol verilmiş yuxarıda göstərilən və eləcə də digər qanun pozuntuları qeyd edilməklə belə qanun pozuntularının törədilməsinin səbəb və şəraitinin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsinin zəruriliyi Müdafiə Nazirliyinin diqqətinə çatdırılmış, öz növbəsində həmin hərbi hissənin tabe olduğu Müdafiə Nzirliyinin N nömrəli hərbi hissəsinin rəhbərliyi tərəfindən təqdimat müzakirə edilməklə onda qeyd edilən pozuntuların aradan qaldırılmasının və gələcəkdə belə halların baş verməsinin istisna edilməsi məqsədi ilə komandir heyətinə və aidiyyəti vəzifəli şəxslərə qanunların, nizamnamələrin, hərbi xidmətin təşkili və aparılması üzrə digər rəhbəredici sənədlərin tələblərinə ciddi əməl olunmasının, bu tələblərin təbliğatının daha da gücləndirilməsinin, bu sahədə xidməti vəzifəsinə məsuliyyətsiz, laqeyd münasibət göstərən şəxslərin qanunvericiliyə, hərbi nizamnamələrin tələblərinə müvafiq olaraq cəzalandırılmasının, belə qayda-qanun pozuntuları hallarına qarşı qətiyyət göstərmələrinin komandir heyətinin və aidiyyəti vəzifəli şəxslərin diqqətinə çatdırıldığı bildirilmişdir (iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin xx.xx.N3-cü il tarixli, 21 saylı məktubu). Məhkəmə kollegiyası hesab e dir ki, hərbi xidmət mənafeyinin təmin edilməsi baxımından hərbi hissə komandanlığı tərəfindən X3in şəhadətləndirilərək hərbi xidmətə yararlılığının müəyyən edilməsi məqsədi ilə o, xəstəliyə görə məzuniyyətdən qayıtdıqdan sonra tibbi göstərişə müvafiq olaraq təxirə salınmadan onun şəhadətləndirilməsi üçün göndəriş verilməli olduğu halda, buna əməl edilməyərək qanunun tələbləri pozulmuş, bununla da xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək olan müddətdə X3in hərbi xidmətə müvəqqəti yararsız hərbi qulluqçu kimi xidmətdən kənarda qalmasına zəmin yaranmışdır. İşin faktiki hallarından göründüyü kimi, X3 tibbi sənədlərə əsasən 16.03.22-ci il tarixdən xx.xx.N2-ci il tarixə kimi xidmətə müvəqqəti yararsız sayıldığından onun üzərinə hərbi xidmət üzrə hər hansı bir vəzifə qoyula bilməzdi. Bu vəzifələrin icra edilməməsi və ya bu vəzifələrin icrası ilə bağlı hərbi hissə komandanlığı tərəfindən verilmiş göstərişlərə əməl edilməməsi heç bir hüquqi nəticə yarada bilməz. Məhkəmə kollegiyası hesab edir ki, X3 hərbi həkim komissiyasının rəyinə əsasən xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək olan müddətdə hərbi xidmətə müvəqqəti yararsız olduğundan və bu səbəbdən həmin müddət ərzində hərbi xidmət üzrə vəzifələrin icrasından azad edilməli olduğundan onun hərbi hissədən getməsi və göstərilən müddətdə hərbi hissədə olmaması hərbi hissəni özbaşına tərk etmə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, X3ə verilən ittiham üzrə onun 0N aprel N2-ci il tarixdən 25 aprel N2-ci il tarixədək olan dövrdə hərbi xidmətə müvəqqəti yararsız olduğundan aşağı instansiya məhkəm ələri düzgün olaraq onun əməlində hərbi hissəni özbaşına tərk etmə cinayətinin tərkib əlamətləri olmadığı qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, X6 elan olunmuş ittihamla bağlı işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən şəxs barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirə rək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may N3-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X3 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may N3-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-68/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-68/2023
20.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver