Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-68/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 26 fevra l 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 1-1(093)-22/2024 nömrəli (hakim: Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi) hökmü ilə xx xxx 1997-ci ildə Biləsuvar rayonunun x kəndində doğulmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətində əməliyyat əməkdaşı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət keçən, x rayonunun x kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvan ında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum hazırki iş üzrə ev dustaqlığında olduğu müddət - 6 (altı) ay 8 (səkkiz) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il müddətə sürücülük hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin başlanğıcının 26 fevral 2024-cü il tarixdən hesablan ması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında dərhal həbsə alınması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmlə məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Qocayev Orxan Ələddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli 1-1(103)-21/2024 nömrəli (hakimlər: İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Ələkbərov Əfqan Qəzənfər oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 26 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 2 (iki) aya endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum hazırki iş üzrə ev dustaqlığında olduğu müddət - 6 (altı) ay 8 (səkkiz) gün bir günə bir gün hesabı ilə hesablanaraq hazırki qərarla təyin olunan cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 (dörd) il 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Hərbi Məhkəməsinin 26 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, ehtiyatsızlıqdan iki şəxsin ölməsinə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Belə ki, Məhkum 13 may 2023-cü il tarixdə saat 01:13 radələrində etibarnamə olmadan idarə etdiyi, X10 adı ilə qeydiyyatdan keçmiş “Chevrolet Cruze Minik” markalı, “**-TY-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşayış məntəqəsində, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə şəhər istiqamətində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70-80-100 km/saat sürə tlə hərəkətdə olarkən yolayrıcına yaxınlaşarkən svetoforun qadağanedici işığının yanmasını nəzərə almaqla avtomobilin sürətini vaxtında azaltmalı, svetoforun qırmızı işığında avtomobili yolayrıcına daxil etmədən dayandırmalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı və svetoforun yaşıl işığında yolayrıcına daxil olan avtomobilə yol verməli olduğu halda, bunlara məhəl qoymayıb cinayətkarcasına etinasızlıq edərək ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsi və həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkətini davam etdirib yol ayrıcında işı qforun qadağanedici qırmızı işığında yol ayrıcını keçərkən, sağdan işıqforun yaşıl işığında hərəkət edən yol ayrıcına istiqamətləndiyi andan 15 km/saat sürətlə hərəkət edərək toqquşmaya kimi 11 metr məsafə qət etmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi “Lifan LF 7132/2 320” markalı, “**-TF-***” dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra öz avtomaşını ilə yolun əks istiqamətində yolun sol kənarında dayanmış, içərisində sürücü və sərnişin olmayan “Ford Transit Yük” markalı, “**-KK-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, “Lifan LF 7132/2 320” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsi zamanı və nəqliyyat hadisəsindən sonra avtomaşında baş vermiş yanğın zamanı həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik ağır travm atik və hemorragik şok ilə müşayiət olunan sağ bazu sümüyünün qapalı sınığı; sol bud sümüyünün açıq, qəlpəli sınığı; sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları; bütün bədən səthinin İİİ-İV dərəcəli (təxminən 90%) termiki yanıq yaraları xəsarətləri, sərnişin Zərərçəkmiş şəxs1 isə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik alın nahiyyəsinin hematoması; burnun, sağ dirsək nahiyəsinin, sol əlin arxa səthinin, qarnın ön divarının aşağı üçdə birinin, sağ və sol dizin ön səthinin, sağ baldırın orta üçdə birinin iç səthinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; burun sümüyünün qapalı sınığı; üst çənədə ön kəsici dişlərin travmatik sınığı xəsarətləri almasına, nəticədə isə ehtiya tsızlıqdan iki şəxsin ölməsinə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 6 may 2024-cü il tarixli qərarı dəyişdirilməli Məhkum ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunmalı və o cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisində çəkməlidir. İşə baxmış apellyasiya instansiya məhkəməsi Məhkum Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməsi üçün bütün əsaslar olduğu halda, cəzanı elə təyin etmişdir ki, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olsun. Halbuki, cəzaların tətbiqi məsələsi müzakirə edilə rkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Lakin Bakı Apellyasiya Məhkəməsi X5 verdiyi cəza şəxsin islah olunmasına xidmət etməməklə ədalətsiz və ağır olmuşdur. Odur ki, zərərçəkənlərin məhkumla tam barışmalarını, onu bağışlamalarını nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunması və həmin cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Hüseynov Əli Meybulla oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkumun əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etdiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prot estinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafi əçi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, məhkuma təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qe yd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində aşağı həddə cəza təyin olunması xahiş edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prin sipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilm əsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xa rakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 6 2-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətin ə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsi, xidmət yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində gö stərilən digər məqsədləri təmin edə bilən, CMin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Belə ki, CM-in 263.3-cü maddəsinin sanksiyasında göstərilmişdir ki, əməli törədən şəxs beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq Məhkum cəza müddətinin beş ilə endirilməsini və onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab etməsə də, onun zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq cəza müddətinin qismən yüngülləşdirilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş kassa siya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 26 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 6 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-68/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-68/2024
24.09.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver