Məhkəmə qərarları › İş №1-1(102)-68/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-68/2025

29.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-68/2025 29.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X7 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Şükürağalı kəndində daimi qeydiyyatda olan, orta təhsilli, məhkumluğu olmayan, evli, Azərbaycan Respublikası vətəndaş ı, N №-li hərbi hissənin hərbi qulluqçusu, baş gizir Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.3.2 və 32.3,335.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1-1(106)-30/2024 nömrəli 16 oktyabr 2024cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Füzuli Hərbi Məhkəməsinin (sədrlik edən Ə.Süleymanov) 1-1(097)-37/2023 nömrəli 21 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,335.1-ci maddəsi ilə barəsində həmin Məcəlləni n 62-ci maddəsini tətbiq etməklə 200 (iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları tam toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 200 (iki yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin olunmuş cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı 21 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 32.3,335.1-ci maddələri ilə məhkum edilməsi barədə Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 1-1(097)-37/2023 nömrəli hökmü ləğv edilərək cinayət işi yenidən baxılması üçün Cəlilabad Hərbi Məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə göndərilmişdir. Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)-5/2024 nömrəli 7 iyun 2024-cü il tarixli hökmü (sədrlik edən V.İ.Əhmədov, hakimlər M.V.Məmmədov və C.Ş.Səfərli) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,335.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə 200 (iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları tam toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və 200 (iki yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin olunmuş cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı 21 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən Y.X.Həşimov, hakimlər S.F.Həsənov və H.X.Bəhmənov) 1-1(106)-30/2024 nömrəli 16 oktyabr 2024-cü il tarixli qərarı ilə Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)-5/2024 nömrəli 7 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilinərək məhkum olunduğu Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq olunmaqla ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri ilə Məhkum üzərində Cəlilabad Hərbi Məhkəməsinin 7 iyun 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 32.3,335.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 200 (iki yüz) manat məbləğində cərimə cəzasını hazırkı qərarla Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə qəti olaraq ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 200 (iki yüz) manat məbləğində cərimə cəzası saxlanılması qərarı alınmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Mədədov X4 Nazirliyinin 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayına kimi Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşmiş N №-li hərbi hissəsinin rabitə bölüyünün baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edərkən 2021-ci ilin may ayının ortalarında hərbi hissə komandirinin əmri ilə həmin vaxt hərbi hissənin Beyləqan rayonunun Bolsulu kəndində yerləşən əvvəlki dislokasiya məntəqəsində rabitə döyüş növbətçiliyinə cəlb edilən həmin bölüyün telefon manqasının telefonçusu vəzifəsində xidmət edən əsgər X5 i lə hərbi hissənin köhnə dislokasiya məntəqəsinin ərazisində söhbət edərkən sonuncu ona 10 günlük növbəti və nümunəvi xidmətinə görə 7 günlük məzuniyyətə getdiyini, buna görə qanuni şəkildə məzuniyyətə getmək imkanının artıq olmadığını izah edib 5 günlük müddətə Bakı şəhərinə ailəsinin yanına getmək istədiyini demiş, bunun üçün onu qanunsuz və icazəsiz, rəsmi sənədləşmə olmadan hərbi hissədən getməsinə şərait yaratmasını xahiş etmişdir. Bundan sonra o, qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 131 və 132-ci maddələrinə əsasən “əsgərlərin düzgün xidmət etmələrinə, hərbi intizama və müəyyən edilmiş daxili qayda-qanuna riayət edilməsinə riayət etmək, bölükdə müddətli xidmət edən əsgərlərin alayın (briqadanın) yerləşdiyi ərazidən kən ara buraxıldıqdan onlara buraxılış vərəqəsini vermək, bölükdə baş vermiş hər bir hadisə barədə dərhal bölük komandirinə məruzə etmək” kimi tələblər olduğu halda vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar bu barədə yuxarı komandanlığa məruzə etməklə qanuni tədbirlər görmək əvəzinə, bununla bağlı komandanlığa məruzə edilməməsi, raport yazılmaması, rəsmi icazə olmadan əsgər B.Şahid1 məzuniyyətə və buraxılışa, yəni hərbi hissədən kənara qanunsuz buraxılması, sonuncunun hərbi hissədə olmadığı müddətdə bu halın ört-basdır edilərək gizlədilməsi və aşkar edilməməsi müqabilində, yəni qanunsuz hərəkətlərə görə B.Şahid1 100 manat pul istəmişdir. B.Şahid1 razılığından sonra o, sonuncuya hərbi hissənin köhnə dislokasiya məntəqəsində axtarıldığı halda xidməti işlə əlaqədar onunla birlikd ə olduğunu oradakı hərbi qulluqçulara deməsini tapşırmış, bu adla hərbi hissənin nəzarət buraxılış məntəqəsindən çıxmasını deyərək B.Şahid1 xidmət yerindən çölə çıxmasına məsləhətləri ilə şərait yaratmış, daha sonra əldə olunmuş razılıqdan sonra o, "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus əmək haqqı kartının 16 rəqəmli şifrəsini B.Şahid1 verərək pulun həmin karta göndərilməsini istəmiş və pul göndərildikdən sonra onun Bakı şəhərinə gedə biləcəyini demişdir. Bundan sonra B.Şahid1 həmin vaxt istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qardaşı Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə telefon əlaqəsi saxlayaraq M.F.Mədədova 100 manat pul verilməsi müqabilində rəsmi icazə olmadan qanunsuz şəkildə 5 günlük müddətə Bakı şəhərinə gəlməsinə sonuncunun şərait yaratdığına g örə onun əmək haqqı kartının 16 rəqəmini Şahid5 vermiş, bundan bir neçə gün sonra Şahid5 19 may 2021-ci il tarixdə Bakı şəhərində yerləşən MilliÖn ödəmə terminalının elektron lövhəsinə Məhkum "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı kartının 16 rəqəmini daxil etməklə həmin kart hesabına 20 manat B.Quliyevin xərcliyi üçün olmaqla ümumilikdə 120 manat pul köçürmüş, qeyd edilən 120 manat pul vəsaiti 20 may 2021-ci il tarixdə Məhkum həmin kart hesabına daxil olmuş və sonradan 25 may 2021-ci il tarixdə 100 manat pul bankomat vasitəsi ilə Məhkum tərəfindən çıxarılmaqla sonuncu həmin miqdarda pula sərəncam vermək imkanına nail olmuşdur. Bundan sonra B.Quliyev Məhkum verdiyi pulun müqabilində sonuncu ilə aralarında olan razılaşmaya əsasən 22 may 2022-ci il tarixdə saat N radələrində N №-li hərbi hissənin Beyləqan rayonu Bolsulu kəndindəki bölməsindən rəsmi sənəd olmadan çıxıb taksi vasitəsi ilə Bakı şəhərinə getmiş və 27 may 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhərindən Beyləqan rayonu Bolsulu kəndindəki xidmət yerinə qayıtmışdır. Bu hərəkətləri ilə baş gizir Məhkum əsgər B.Şahid1 5 günlük müddətə xidmət yerində olmamasına, onun xidmət yerində aşkar edilməməsinə və bu halın ört-basdır edilərək gizlədilməsinə görə vəzifəli şəxs kimi qanunsuz hərəkətlərə görə rüşvət almış, eləcə də hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmişdir. Bundan başqa o, N №-li hərbi hissənin Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində yerləşən rabitə bölüyünün baş çavuşu vəzifəsində xidmətdə olarkən, 14 iyun 2021-ci il tarixdə səhər saatlarında istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xidməti işlə əlaqədar əsgər X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayan zaman sonuncu 7 günlük müddətə Bakı şəhərinə ailəsinin yanına getmək istədiyini demiş, bunun üçün onu qanunsuz və icazəsiz, rəsmi sənədləşmə olmadan hərbi hissədən getməsinə şərait yaratmasını yenidən xahiş etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 131 və 132-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozaraq vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar bu barədə yuxarı komandanlığa məruzə etməklə qanuni tədbirlər görmək əvəzinə, bununla bağlı komandanlığa məruzə edilməməsi, raport yazılmaması, rəsmi icazə olmadan əsgər B.Şahid1 məzuniyyətə və burax ılışa, yəni hərbi hissədən kənara qanunsuz buraxılması, sonuncunun hərbi hissədə olmadığı müddətdə bu halın örtbasdır edilərək gizlədilməsi və aşkar edilməməsi müqabilində, yəni qanunsuz hərəkətlərə görə B.Şahid1 təkrarən 100 manat pul istəmişdir. B.Şahid1 razılığından sonra o, sonuncuya hərbi hissədə olmadığı müddətdə bu halı gizlədəcəyini, ört-basdır edəcəyini demiş və "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus əmək haqqı kartının 16 rəqəmini yenidən B.Şahid1 verərək pulun həmin karta göndərilməsini istəmişdir. Əldə olunmuş razılıqdan sonra B.Quliyev həmin vaxt eyni hərbi hissədə xidmət edən əsgər X1 Bakı şəhərinə getməsini məlumat vermədən borc kimi pul lazım olmasını deyib ona 150 manat pul verməsini bildirmiş və pulun köçürülməsi üçün Məhkum məxsus əmək haqqı kartının 16 rəqəmini M.Mirzəyevə vermişdir. Sonuncu da istifadəsində olan Birbank kartının mobil tətbiq proqramından "xxxx" ASC tərəfindən verilmiş M.F.Mədədovun əmək haqqı kartına 14 iyun 2021-ci il tarixdə 150 manat pul köçürmüş, qeyd edilən 150 manat pul vəsaiti 16 iyun 021-ci il tarixdə Məhkum həmin kart hesabına daxil olmuş və sonradan 16 iyun 2021ci il tarixdə həmin gün də 100 manat pul bankomat vasitəsi ilə Məhkum tərəfindən çıxarılmaqla sonuncu həmin miqdarda pula sərəncam vermək imkanına nail olmuşdur. Bundan sonra B.Şahid1 Məhkum verdiyi pulun müqabilində sonuncu ilə aralarında olan razılaşmaya əsasən 14 iyun 2021-ci il tarixdə saat N radələrində N №-li hərbi hissənin Beyləqan rayonu Bolsulu kəndindəki bölməsindən rəsmi sənəd olmadan çıxıb taksi vasitəsi ilə Bakı şəhərinə getmiş və 21 iyun 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhərindən Beyləqan rayonu Bolsulu kəndindəki xidmət yerinə qayıtmışdır. Bu hərəkətləri ilə baş gizir Məhkum əsgər B.Şahid1 7 günlük müddətə xidmət yerində olmamasına, onun xidmət yerində aşkar edilməməsinə və bu halın ört-basdır edilərək gizlədilməsinə görə vəzifəli şəxs kimi qanunsuz hərəkətlərə görə təkrarən rüşvət almış, eləcə də hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1-1(106)-30/2024 nömrəli 16 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Protest müəllifi kassasiya pro testdə qeyd edir ki, CM-nin 62-ci maddəsində qeyd edilmişdir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Lakin məhkəmə kollegiyası bu halı tam müzakirə etməmiş, məhz hansı səbəbdən Məhkum qanunda nəzərdə tutulduğundan aşağı həddə cəza təyin olunması qənaətinə gəldiyini əsaslandırmamışdır. Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 59.2-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.1.-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, qanunda göstərilməyən halların cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsi əsaslandırılmalıdır. Məhkəmə isə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdir ən hallar kimi qəbul etməsinin motivlərini qərarının təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, həmin halların gəlmiş olduğu nəticəyə təsirini tutarlı dəlillərlə əsaslandırmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxslə barışıq əldə edib əməlindən peşman olması kimi davranışını və onun Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Baş naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, “Qüsursuz Xidmətə görə” 1-ci dərəcəli medalı, “Qüsursuz Xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubi ley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı, hərbi hissə komandanlığı tərəfindən Fəxri Fərmanlarla təltif olunmasını müstəsna hallar kimi qiymətləndirmiş, Cinayət Məcəlləsinin 32.3,335.1-ci maddəsi ilə yanaşı Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinə həmin Məcəllənin 62.1-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az cəza təyin olunmasını və təyin olunmuş cəzaları tam olaraq toplanılmasını cəzanın məqsədi və cəza təyin edilmənin ümumi əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 8, 9, 41,58 və 62-ci maddələrinin tələbləri baxımından məqsədəuyğun saymışdır. Məhkəmə nəzərə alm amışdır ki, Məhkum tərəfindən törədilmiş əməl CM-nin ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 62-ci maddəsinə əsasən iş üzrə elə müstəsna hallar olmalıdır ki, məhkəmə məhkuma az cəza təyin etməklə islah və tərbiyə olunacağı qənaətinə gəlsin. cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədinə nail olmaq, Məhkum ittiham olunduğu maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruri olmasına baxmayaraq, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi ilə aşağı həddə cəza təyin etməklə islah olunmasını mümkün saymışdır. Məhkəmə nəzərdən qaçırmışdır ki, Məhkum cəzasını yüngülləşdirən qeyd olunan hallar, ona real olaraq ittiham olunduğu maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirən, onun tərəfindən törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məqsəd və motivini, özünün şəxsiyyətini, eləcə də işin digər faktiki hallarını heç də dəyişdirməməklə yanaşı həmin halların mövcudluğunu aradan qaldırmır. Göründüyü kimi, məhkəmənin qeyd olunan qərarı törədilən cinayətin ağırlığına və təqsirkarın şəxsiyyətinə uyğun olmadığından açıq-aydın ədalətsiz olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, lakin apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfind ən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protesti vermiş şəxs verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CM-in 32.3-cü maddəsinə əsasın cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində “vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma təkrar tör ədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsində “hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırması” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qə rarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum düzgün olaraq CM-nin 311.3.2 və 32.3,335.1-ci maddələri ilə məhkum edilməsi iş materialları ilə sübut edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanunili yini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasına uyğun təyin olunmuş, kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası, kassasiya protestinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair aşağıdakıları qeyd edir: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlük əliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qan unvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir k i, CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zəruriliyinə əsaslanaraq cəzanı yüngülləşdirən halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış edilməli, yəni həmin halların müstəsnalığı və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəbləri lazımınca əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində məhkum barəsində CM-in 62-ci maddəsinin düzgün tətbiq edilməməsi barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində düzgün olaraq CM-in 62-ci maddəsi tətbiq edilərək daha aşağı həddə cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar apellyasiya məhkəməsi t ərəfindən düzgün nəzərə alınmışdır. Məhkəmə kollegiyası həmçinin kassasiya protesti ilə bağlı qeyd edir ki, apeliyasiya instansiyası məhkəməsi təsbit etmişdir ki, Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 1-1(097)-37/2023 nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, lakin dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmiş və hökmün qanuniliyi mübahisələndirilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2024-cü il tarixli qərarı ilə cinayət işində məhkəmə iclasının audioyazısı olmadığı üçün apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 32.3,335.1-ci maddələri ilə məhkum edilməsi barədə Füzuli Hərb i Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 1-1(097)-37/2023 nömrəli hökmü ləğv edilərək cinayət işi yenidən baxılması üçün Cəlilabad Hərbi Məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə göndərilmişdir. Füzuli Hərbi Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 1-1(097)-37/2023 nömrəli hökmündən narazı qalan müdafiə tərəfindən verilmiş və nəticəsi poztiv olaraq güman edilən apellyasiya şikayətinin nəticələri sonunda onun, yəni məhkum edilmiş şəxsin ziyanına gətirib çıxarılmasına səbəb olması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, CPM-in 397.2-ci maddəsinin ikinci cümləsinin tətbiqi ilə bağlı hüquqtətbiqedənlər arasında yaranmış mübahisənin həlli üçün həmçinin CPM-in 392.2-ci maddəsinin də müəyyən rolu vardır. Belə ki, bu maddəyə əsasən apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılmalıdırlar. Belə hallarda cinayət prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılır. Məzmunundan göründüyü kimi, CPM-in 392.2-ci maddəsi apellyasiya icraatında məhkum edilmiş şəxsin vəziyyətinin pis ləşməsinin mümkünlüyünü təsdiq etsə də, o, bunun apellyasiya müraciətinin hətta məhkum edilmiş şəxsin özü və ya müdafiəçisi və yaxud ittihamçı tərəfindən həmin şəxsin xeyrinə verildiyi hallarda mümkün olubolmamasına toxunmur. Bu maddənin mövcudluğu CPM-in 91.7-ci maddəsinin tələbini ləğv etmir və təqsirləndirilən şəxs tərəfindən hüquqlarının, o cümlədən qanuni qüvvəyə minməyən birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş, lakin hələ də təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququnun həyata keçirilməsinin onun ziyanına şərh edilməsi və ona münasib olmayan nəticələrə gətirib çıxarmasına (məsələn, vəziyyətinin pisləşməsinə) səbəb ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəmə kollegiyası düzgün ola raq hesab etmişdir ki, məhkum edilmiş şəxsin müdafiəçisi Füzuli Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 1-1(097)-37/2023 nömrəli hökmündən məhkum edilmiş şəxsin vəziyyətinin yaxşılaşdırılması (bəraət verilməsi) üçün apellyasiya şikayəti verdiyindən (sözgüdən hökmdən apellyasiya protesti verilməmişdir), sonrakı aparılan məhkəmə baxışı iclaslarının nəticələri məhkumun vəziyyətini mübahisələndirilmiş məhkəmə aktının nəticəsindən daha çox pisləşdirə bilməz. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini zəruri bilir. Belə ki, apellyasiya məhkəməsi məhkumun CM-nin 32.3,335.1-ci maddəsinə əsasən törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötməsinə diqqət yetirməmiş və məhkum CM-in 32.3,335.1-ci maddəsinə əsasən cəzal andırılmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.3,335.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuşdur, yəni həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 11-ci fəslində cinayət məsuliyyətindən azad etmə əsas ları müəyyən edilmişdir ki, bunlardan biri də müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmədir. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işi üzrə ittiham aktından və iş üzrə q əbul edilmiş qərarlardan görünür ki, Məhkum 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayınadək tarixlərdə X3 hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasında iştirakşı olmuşdur. İş üzrə Cəlilabad Hərbi Məhkəməsinin hökmü 7 iyun 2024-cü il tarixdə, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı isə 16 oktyabr 2024-cü il tarixdə qəbul olunmuşdür. Göründüyü kimi, həmin məhkəmə qərarları qəbul olunduqda məhkumun CM-nin 335.1-ci maddəsi ilə törətdiyi cinayət üzrə məsuliyyətə cəlb edilmə müddətindən qanunla nəzərdə tutulmuş vaxtdan artıq vaxt keçmişdir. Apellyasiya məhkəməsi bu hala münasibət bildirməmiş və məhkum cinayət iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,332.1-ci maddəsi ilə cəzalandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Göstərilənlərə əsasən, kassasiya protestinin və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyildir. X8 Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilərək həmin qərardan və onunla bağlı Cəlilabad Hərbi Məhkəməsinin 7 iyun 2024-cü il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən, Məhkum Azərbaycan Respublikası CM-in 32.3,335.1-ci maddəsi və Azərbaycan Respublikası C M-in 66.3-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11(106)-30/2024 nömrəli 16 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin 1-1(106)-30/2024 nömrəli 16 oktyabr 2024-cü il tarixli qərarından və onunla bağlı Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)-5/2024 nömrəli 7 iyun 2024-cü il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən, Məhkum Azərbaycan Respublikası CM-in 32.3,335.1-ci maddəsi və Azərbaycan Respublikası CMin 66.3-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar