Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-69/2017 08.06.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-69/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının Q Ə R A R İ xx xxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu və məhkum Təqsirləndirilən şəxs xxxoğlunun müdafiəçisi Bağırov Abdul Ağacavad oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs xxxoğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs xxxoğlunun müdafiəçisi Bağırov Abdul Ağacavad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim R.Q.Abbasov, hakimlər M.Q.Əliyev və S.H.Hacıyevdən ibarət tərkibdə) xx xxxxxx 1979-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi N saylı hərbi hissədə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 34, mənzil 44 ünavnında yaşamış, N saylı hərbi hissənin zabiti, 3-cü dərəcəli kapitan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs xxxoğlu AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan sonra AR CM)263.3cümaddəsiilətəqsirlibilinərək bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, NaibovAnarZehtioğlunun xx xxx 2015-ci il tarixdən xx xxx 2015-ci il tarixə kimi həbsdə saxlanılması ona təyin edilmiş yekun cəza müd dətindən çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 5 (beş) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması,cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkməsinin əvvəlinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması, cinayət işi üzrə yol nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X1 dəymiş 3500 (üç min beş yüz) manat və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş 595 (beş yüz doxsan beş) manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxs NaibovAnarZehtioğlundantutularaq zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxsə ödənilməsi,işüzrəmaddisübutolan 4 ədədelektrondaşıyıcıdiskincinayətişininmateriallarındasaxlanılması,işüzrəekspertizaxərciol an 460 (dördyüzaltmış) manatın təqsirləndirilənşəxsNaibovAnarZehtioğlundantutularaqDövlətbüdcəsinəkeçirilməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs xxxoğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, avtomobili idarə etdiyi zaman onun yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. N saylı hərbi hissənin Döyüş gəmiləri dəstəsi qərargahının zabiti (dəniz kəşfiyyatı üzrə) vəzifəsində 3-cü dərəcəli kapitan hərbi rütbəsində xidmət edərkən xx xxxxxxxx 2014-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “Opel Astra” markalı **-EK*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ilə Naxç ıvanski dairəsi istiqamətində idarə edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin müddəalarını pozub, həmin qanunun “sürücü yerdəyişməzdən əvvəl manevri təhlükəsiz etməli və digər hərəkət iştirakçılarına mane yaratmamalı” tələbinə riayət etməyərək “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə sürət həddi 80 km/saata qədər məhdudlaşdırılmış yolun sağ tərəfindəki 1-ci hərəkət zolağı ilə avtomobili daha artıq sürətlə hərəkət etdirərkən Xətai rayonu, Zığ yolu 39 ünvanda olan “SOCAR” YDM-in yaxınlığında sağdan ötmə əməliyyatı aparıb, manevr qaydalarını pozaraq, idarə etdiyi avtomobilin ön sol hissəsi ilə eyni istiqamətdə, yolun 2-ci hərəkət zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Qaz el” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük hissəsinin sağ tərəfinə vurub, idarəetməni itirmiş və həmin avtomobili ötüb onun qabağı ilə sola hərəkətlənərək, yolun mərkəzində olan beton yolayrıcının üzərindən yolunəkshərəkəthissəsinəaşmış və Zığ yolu ilə Nobel prospekti istiqamətində hərəkət edən X2 idarə etdiyi “Vaz 2107” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna daxil olaraq, həmin avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Şahin Nərimanov “kəllə tağı sümüklərinin əzilib dağılması, baş beyin toxumasının eventerasiyası, üz skeleti sümüklərinin tamamilə əzilib dağılması, sol said sümüklərinin əzilib dağılmış açıq sınığı, qabırğaların iki tərəfli çox saylı qapalı sınıqları, bədənin çox saylı sıyrıqları” və avto mobildə olan sərnişin X4 “baş beyinin əzilməsi, təpə ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, başın və bədəninin çoxsaylı sıyrıqları” ilə müşayiət olunan, sağlamlığa ağır zərər vurmaya aid olan, həyatla bir araya sığmayan bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, “Qazel” markalı 10–XN-315 dövlət qeydiyyat nişanlı yük avtomobilinə 595 manat, “Vaz 2107” markalı 90- KX-776 dövlət qeydiyyat nişanlı avtomobilə isə 3500 manat məbləğində ziyan vurulmuşdur. Hökmdən zərər çəkmiş şəxsin hüquqi varisi X3 və müdafiəçisi (həmçinin nümayəndəsi) X5, məhkum Təqsirləndirilən şəxs xxxoğlunun müdafiəçiləri X6 və Bağırov Abdul Ağacavad oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məru zəçi), M.S.Hüseynov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi A.A.Bağırov kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi A.A.Bağırov kassasiya şikayətində cinayət işi üzrə bir sıra xüsusatlara, o cümldən məhkum Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və hadisənin baş vermə şəraiti ilə bağlı ifadələrinə, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə istinad etməklə göstərir ki, istintaq orqanı məhkəmə ekspertlərinə yol-nəqliyyat hadisəsi barədə yanlış məlumatlar təqdim etməklə həqiqəti əks etdirməyən rəy almış, bu qeyri-obyektiv rəy əsasında Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin səbəbkarı bilinməklə məhkəmə məsuliyyətinə verilmiş və qanunsuz olaraq məhkum edilmişdir. Kassasiya şikayətində daha sonra göstərilir ki, istintaq orqanı tərəfindən “komisyon ekspertizanın təyin edilməsi haqqında” xx xxxxx 2015-ci il tarixli qərarda ekspertlərin müzakirəsinə təqdim edilmiş, hadisə günü və hadisə vaxtı sürücü Naibovun idarə etdiyi “Opel Astra” markalı avtomobili Zığ yolu ilə Naxçıvanski dairəsi istiqamətində yüksək sürətlə (təxminən 150-180 km /saat) hərəkət etdirməsi xüsusatı əvvəlcədən yanlış olmuş, belə bir qeyri-dəqiq məlumata əsaslanmaqla verilmiş ekspert rəyi isə həqiqətdən uzaq, qeyri-obyektiv və əsassız olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.A.Bağırovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs xxxoğluna cəza təyini hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 6 (altı) ay müddətə endirilməlidir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Cinayət işinin materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istin ad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə ARCM-in 263.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və belə hallar a.şkar olunmamaqla apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, həmin əməllərə görə ona 263.3-cü maddəsi ilə irəli sürülmüş ittiham məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilmişdir. Bundanbaşqa, cinayətişininmat eriallarındanvəməhkəmələrtərəfindənqəbuledilmişyekunməhkəməaktlarındangörün ürki, Təqsirləndirilən şəxs ittihamolunduğucinayətəməlinitörətməsihalları, buhallarıtəsdiqedənifadələrvəibtidaiaraşdırmazamanıqanuniüsullarlatoplanmışbaşqasübutlarbirincii nstansiyaməhkəməsininməhkəməiclaslındatam, hərtərəflivəobyektivaraşdırılmış, apellyasiyainstansiyasıməhkəməsitərəfindənətraflıtəhliledilmiş, həminiclaslardasübutlarıntoplanmasıvəaraşdırılmasızamanıprosessualpozuntulara, ocümlədəntəqsirləndirilənşəxsinAzərbaycanRespublikasıCPM-in 91cimaddəsindənəzərdətutulmuşhüquqlarınınpozulmasınavəyabuhüquqlarınhəyatakeçirilməsininməh dudlaşdırılmasınayolverilməsi, sübutlarıntədqiqindənəsassızimtinaolunmasıvəyolverilməzsübutlardanistifadəedilməsimüəyyənedil məmiş, hökmvəapellyasiyaşikayətinəməhkəməbaxışınınyek unqərarıisəadıçəkilənməhkumunbarəsindəqan ununtələblərinəuyğunqaydadatərtibedilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş və Təqsirləndirilən şəxs təqsirini sübuta yetirmək üçün toplanmış sübutların məcmusuna yenidən qiymət verilmiş, o cümlədən ƏdliyyəNazirliyiMəhkəməEkspertizaMərkəzininyol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin böyük eksperti Hikmət İbişov dindirilmiş və o ifadəsində iş üzrə verdiyi xx xxxxxx 2014-cü il tarixli 21309 saylı və 04 may 2015-ci il tarixli 8585 saylı rəylərdəqeydedilənləri müdafiə etdiyini bildirərək qeyd edilən rəyə gələrkən əsaslandığı hallar barədə ətraflı izahat vermişdir. Qeyd olunanlara əsa sən məhkəmə kollegiyası ekspert rəyinin qeyriobyektiv olması barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, müdafiəçi tərəfindən hazırkı kassasiya şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmadığından və cinayət işinin yuxarıda qeyd edilən materialları ilə təkzib edildiyindən həmin dəlillər Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2016-cı tarixli qərarının ləğv edilməsinə əsas ola bilməz. Bundan əlavə cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, habelə, onun əməlind ə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs münasibətdə cəza təyini ilə əlaqədar mövqeyini düzgün olması qənaətinə gələrək onun cəzasının yüngülləşdirilməsiüçün qanuni əsaslar olmadığını qeyd etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkum Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının və onun müddətinin müəyyən edilməsinə dair yuxarıda qeyd edilən mövqelərini təhlil edən məhkəmə kollegiyası hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olsa da, həmin cəzanın müddəti cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipləri baxımından azaldılmalıdır. Belə ki, A.Z.Naiobovun təqsirli bilindiyi AR CM-in 263.3-cü maddəsinin sanksiyası beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. AR CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxsl ər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-in 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Mə hkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol v erməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Zərər çəkmiş şəxsin hüquqi varisi E.N.Qulamova xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını, gələcəkdə də olmayacağını göstərmişdir. Bundan başqa iş materiallarında olan N saylı hərbi hissədən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunması, əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət törətməsi, himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. AR CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.10cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs cəza təyini məsələsi həll edilərkən onun N saylı hərbi hissədən təqdim edilmiş xidməti xasiyyətnamədə müsbət cəhətdən xarakterizə olunması, əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət törətməsi, himayəsində iki azyaşlı uşağının olması, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də kifayət qədər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd olunan halları, həmçinin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almaqla, cinayət qanunvericiliyinin cəza təyininə dair yuxarıda qeyd edilən normalarının məzmunu baxımından Təqsirləndirilən şəxs AR CM-in 263.3-cü maddəsiilətəyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) il 6 (altı) ay müddətinə endirilməsini mümkün və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in “Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar” adlanan 416-cı maddəsinin tələblərinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından biridir (maddə 416.0.21.). Yuxarıda göstərilənlərə əsasən və Az ərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs xxxoğluna cəza təyininə dair hissədə dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayət Məcəlləsinin263.3-cü maddəsiilətəyin edilmiş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) ay müddətinə endirilsin. Təqsirləndirilən şəxs xx xxx 2015-ci il tarixdən xx xxx 2015-ci il tarixə kimi həbsdə saxlanılması ona təyin edilmiş yekun cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 3 il müdd ətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 5 (beş) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1-1(102)-69/2017
Ali Məhkəmə Qərar — İş №1-1(102)-69/2017
08.06.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver