Məhkəmə qərarları › İş №1-1(102)-69/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-69/2018

29.11.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-69/2018 29.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ 29 noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X19, məhkum X14 müdafiəçisi X21 və zərər çəkmiş şəxs X8 hüquqi varisi X10 iştirakları ilə, Naxçıvan Mux tar Respublikası Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli blinib məhkum olunmuş X25 barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum və məhkum X2in müdafiəçisi T.M.İbrahimov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xx2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.S.İbrahimov) xx xx1988-ci ildə Cəlilabad rayonunun Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, evli, bir uşaq atası, ali hərbi təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissənin 1-ci artilleriya divizionunun 3-cü artilleriya batareyasının komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət etmiş, xx xx 2016-cı ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X25 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 341.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-i n 331.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 700 (yeddi yüz) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xx 2016-cı ildən hesablanması və Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir. xx xx1982-ci ildə Babək rayonunun Aşağı Buzqov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, evli, iki uş aq atası, orta təhsilli, Babək rayonunun Aşağı Buzqov kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissədə 1-ci artilleriya divizionunun 3-cü artilleriya batareyasının top komandiri vəzifəsində MAHHXHQ kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, xx xx2016-cı ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsində cəzaçəkən Məhkum Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə və CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 400 (dörd yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xx2016-cı ildən hesablanması və Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir. İ Ş İ N H A L L A R İ: Məhkəmənin hökmünə əsasən X2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, N №li hərbi hissədə batareya komandiri vəzifəsində, baş leytenant rütbəsində xidmət edərkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən " hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar" və 47ci maddəsində göstərilən “komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq xx xx 2016-cı ildə “qalx” komandasından sonra üzünü qırxmaması səbəbindən hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan həmin batareyada sürücü vəzifəsində xidmət edən əsgər X11 xidməti otağında, iyun ayının axırlarında maskalanma torunu itirməsini bəhanə edib parkda boynunun arxasından tutub baş nahiyəsini bir neçə dəfə topun təkərinə çırpmaqla, iyul ayının əvvəllərində avtomaşını boksa düzgün verməməsi səbəbindən boksda yumruqla sinəsinə, şillə ilə başına, avqust ayını n ortalarında idarə etdiyi avtomaşının çirkli olması səbəbindən avtomobil parkında kitabla başına, yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla, N avqust 2016-cı ildə idarə etdiyi avtomaşının şüşəsiləninin sınması səbəbindən yaxasından tutub sifətinə yumruq, ayağına təpik zərbələri vurub döyərək nahar yeməyinə getməyə qoymayıb parkda saxlayaraq şüşəsiləni tapıb bərpa etməyi tapşırmış, həmin gün saat 16:30 radələrində İlqar Məmmədzadə N.Məmiyevin ona qarşı etmiş olduğu qanunsuz hərəkətlər nəticəsində parkın ərazisini özbaşına tərk etmiş, bir neçə saatdan sonra N №li hərbi hissənin ərazisindən tapılıb təlim mərkəzinə aparılmış, N avqust 2016-cı ildə İ.Məmmədzadənin idarə etdiyi avtomaşını təlim mərkəzinə aparmaq üçün gələrkən hərbi hissəni özbaşına tərk etməsi səbəbindən onu hə rbi hissədə döymüş, sonra yenidən onunla poliqona getmiş, həmin gün poliqondan qayıtdıqdan sonra yenidən eyni səbəbdən nahar yeməyindən sonra yataqxanada xidməti otağında döymüş, 2016-cı ilin iyun ayının 27-dən sentyabr ayının 9-dək olan müddətdə batareyaya aid yazı işlərini İ.Məmmədzadəyə yazdırıb “yat” komandasından sonra onun normal istirahət etməsinə imkan verməmiş, yazıları yazarkən səhvliyə yol verdiyindən müntəzəm şillə, yumruq, təpik və kitabla vurmaqla onu döymüş, N avqust 2016-cı ildə hərbi hissəni özbaşına tərk etməsinə görə hərbi hissə komandiri tərəfindən “kazarma vəziyyəti” elan edilməsi, 2016-cı ilin sentyabr ayının əvvəllərində onun hərbi hissəni özbaşına tərk etməsi araşdırılarkən N.Məmiyev tərəfindən döyülməsini bildirməsi səbəbindən həmin və sonrakı günlərdə dəfələrlə onu cərgənin qarşısına çıxarıb sıxışdırıb nalayiq sözlərlə söyüb şərəf və ləyaqətini alçaltmış, 2016-cı ilin iyun ayının 27-dən sentyabr ayının 10-dək olan müddətdə X2in, eləcə də avqust ayının 30-dan sentyabr ayının 10-dək həmin batareyada manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ-su kiçik çavuş Məhkum xidməti cəhətdən onlardan asılı olan əsgər X1 ilə amansız rəftar edib onun ləyaqətini mütəmadi olaraq alçaltmaları nəticəsində X1 emosional gərginlik halını keçirərək ölümündən əvvəlki dövrdə hərəkətləri arasında məntiqi əlaqə pozularaq davranış aktlarına nəzarət, idrak imkanları, özünütənzimi və özünüidarəetməsi aşağı səviyyəyə enmiş, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkərək autoaqressiv (insanın aqressivliyinin özünə qarşı yönəlməsi) davranış aktını yerinə yetirməklə xx xx2016-cı ildə saat 04-dən 06-dək olan müddətdə hərbi hissənin yataqxanasındakı ayaqyolunda yataq yerlərindən götürdüyü döşəkağılarını bir-birinə bağlamaqla özünü asaraq asılma ilə əlaqədar boyun orqanlarının sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiyadan ölmüşdür. Bundan başqa, X2 2016-cı ilin fevral ayında poliqonda təlimdə olarkən tabeliyində olan əsgər X15 idarə etdiyi avtomaşının akkumulyator batareyasında nasazlıq olduğuna görə nizamnamə qaydalarını pozub qeydiyyat iş dəftəri ilə sifətinə vurmuş, o etiraz etdikdə sifətinə yumruqla vurub yerə yıxıb yerdə təpik-yumruq zərbələri vurub dodağını və burnunu qanatmış, 2016-cı ilin aprel ayının əvvəllərində öz tabeliyində olan əsgər E.R.Kərimovu saçını qırxdırdıqdan sonra alın və boynunda tük qaldığına görə xidməti otağında sinəsi nə yumruq zərbəsi, 28 avqust 2016-cı ildə sıra baxışı zamanı saçının uzun olmasına görə irad tutulması səbəbindən saçını yolub əlinin içi ilə başına zərbələr vurmaqla, 2016-cı ilin sentyabr ayının əvvəllərində araşdırma aparılarkən X1ni döyməsini bildirdiyindən E.R.Kərimovla X1ni dəfələrlə sıranın qarşısına çıxarıb nalayiq sözlərlə söyüb şərəf və ləyaqətini alçatmaqla, 2016-cı ilin iyun ayının ortalarında öz tabeliyində olan əsgər X3 düz durmadığına görə sifətinə şillə zərbələri, avqust ayının 7-də məzuniyyətdən qayıdarkən irad tutulduğuna görə xidməti otağında sifətinə şillə zərbələri, avqust ayının axırlarında poliqonda bayraqla başına, təpiklə arxasına vurmaqla, sentyabrın 7-də parkda avtomaşını boksa düz vermədiyinə görə başına yumruq zərbələri vurmaqla, 2016-cı ilin yay aylarında tabe liyində olan əsgər X22 idarə etdiyi avtomaşını boya sexinə düzgün verməməsi səbəbindən onu nalayiq sözlərlə söymüş, o narazılıq etdikdə yaxasından yapışıb maşınların arasına çəkib sifətinə və boynuna yumruq zərbələri vurmuş, həmin vaxt döyməsini başqasına dediyindən ona “sən sukasan” deyərək yenidən yaxasından tutub dizi ilə sinəsinə və qarnına vurmaqla, 07 avqust 2016-cı ildə xidməti otağında əsgər X29 məzuniyyətdən gələndə irad tutulduğuna görə çənəaltı nahiyəsinə qeydiyyat iş dəftəri ilə vurmaqla, 2016-cı ilin avqust ayının əvvəllərində kiçik çavuş X30 yeməyə tək getdiyindən yataqxananın qarşısında qeydiyyat iş dəftəri ilə boğazına və başına, 09 sentyabr 2016-cı ildə poliqonda topun nişangahını döyüş vəziyyətinə düzgün gətirmədiyinə görə qeydiyyat iş dəftəri ilə başına zərbələr vurmaqla, 2016-cı ilin yay aylarında tabeliyində olan əsgər X26 parkda paltarını gec dəyişdiyindən təpik, şillə və yumruqla, avqust ayının 8-də saxlanc otağını yaxşı təmizləmədiyinə görə bel sapı, dəbilqə, şillə-təpiklə, avqust ayının 20-də başqasının vasitəsi ilə adının buraxılışa yazılması, avqust ayının 21-də buraxılışdan qayıdarkən tapşırdığı əşyaları gətirməməsi səbəbindən şillə-təpik zərbələri vurmaqla, 07 avqust 2016-cı ildə əsgər X31 məzuniyyətdə olarkən üzü tüklü olduğundan irad tutulub bu barədə məzuniyyət vərəqəsində qeydiyyat aparıldığına görə xidməti otağında yumruq və qeydiyyat iş dəftəri ilə, bundan bir neçə gün sonra topu yaxşı təmizləmədiyinə görə parkda yumruqla başına və kürəyinə, həmin gün saxlanc otağında apardığı təmizlik işləri xoşuna gəlmədiyinə görə badalaq verib yerə yıxa raq təpiklə və yumruq zərbələri ilə vurmaqla onları təhqir edərək döymüşdür. Həmçinin, X2 batareya komandiri vəzifəsində xidmət edərkən öz qulluq mövqeyindən tamahkarlıq məqsədi ilə, müntəzəm sui-istifadə edib 2016-cı ilin iyun ayının 2-dən 12-dək məzuniyyətə buraxılmış əsgər X20 40 manat, 2016-cı ilin iyun ayının 12-dən 22-dək məzuniyyətə buraxılmış əsgər X6 100 manat, iyul ayının 29-dan avqust ayının 7-dək məzuniyyətə buraxılmış əsgərlər X5, X16, X17 100 manat pul istəmiş, E.R.Kərimov və X1 məzuniyyətdən qayıtdıqdan sonra onların hər birindən 20 manat pul almış, H.A.Hacağayevin atası Ağasən Hacağayevə 10 avqust 2016-cı ildə Naxçıvan şəhər Mərkəzi Poçtuna 100 manat pul göndərtdirib alıb mənimsəmişdir. Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, N №li hərbi hissədə top komandiri vəzifəsində, kiçik çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən "hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar" və 47-ci maddəsində göstərilən “komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq idarə etdiyi avtomaşının şüşəsilənini bərpa etməsi barədə batereya komandirinin tapşırığını yerinə yetirməməsi səbəbindən N avqust 2016-cı ildə hərbi hissənin parkında öz tabeliyində olan həmin baterey ada sürücü vəzifəsində xidmət edən əsgər X2 sillə zərbələri vurmaqla, 2016-cı ilin sentyabr ayının əvvəllərində X18 Xidmətinin əməkdaşına batareya komandiri baş leytenant X14 onu döyməsi barədə məlumat və izahat verməsi səbəbindən onu dəfələrlə şəxsi heyətin qarşısında nalayiq sözlərlə söyüb şərəf və ləyaqətini alçaltmaqla, 07 sentyabr 2016-cı ildə üzü tüklü olmasına görə yataqxanada sifətinə sillə zərbələri vurmaqla, N sentyabr 2016-cı ildə hərbi hissənin əsgər yataqxanasında batereya komandirinin iş otağında saatdarın vəzifə borcunu bilməməsi səbəbindən onun bədən nahiyəsindən zərbələr vurmaqla, 09 sentyabr 2016-cı ildə təlimə gedərkən idarə etdiyi avtomaşına əyləc edərkən yük yerində yıxılması səbəbindən poliqonda onu nalayiq sözlərlə söyüb çiyin nahiyəsindən tutub ayağına təpik, sinəsi nə yumruq zərbələri vurub yerə yıxmaqla, həmin gün təlim mərkəzindən parka gəldikdən sonra batareya komandirini satmasını bəhanə edib yenə ona nalayiq söz işlədib sifətinə şillə, sinəsinə yumruq zərbələri vurmaqla döymüş, 2016-cı ilin iyun ayının 27-dən sentyabr ayının 10-dək olan müddətdə X2 və avqust ayının 30-dan sentyabr ayının 10-dək Məhkum xidməti cəhətdən onlardan asılı olan əsgər X1 ilə amansız rəftar edib onun ləyaqətini mütəmadi olaraq alçaltmaları nəticəsində X1 emosional gərginlik halını keçirərək ölümündən əvvəlki dövrdə hərəkətləri arasında məntiqi əlaqə pozularaq davranış aktlarına nəzarət, idrak imkanları, özünütənzimi və özünüidarəetməsi aşağı səviyyəyə enmiş, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkərək autoaqressiv (insanın aqressivliyinin özünə qarşı yönəlməs i) davranış aktını yerinə yetirməklə xx xx2016-cı ildə saat 04-dən 06-dək olan müddətdə hərbi hissənin yataqxanasındakı yataq yerlərindən götürdüyü döşəkağılarını ayaqyolunun su krantına bağlayıb özünü asmış, boyun damarlarının ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiyadan ölmüşdür. Bundan başqa, Məhkum nizamnamə qaydalarını pozub 2016-cı ilin iyul ayında bədən baxışı keçirilərkən tabeliyində olan əsgər X13 ayağında yara olması səbəbindən əsgər yataqxanasında təpiklə ayağına, şillə ilə sifətinə, 2016-cı ilin iyul ayının əvvəllərində X9 idarə etdiyi avtomaşının düzgün işləməməsini divizion komandirinə məruzə etməsi səbəbindən, bundan 2 gün sonra üzünün tüklü olmasına görə yataqxanada onun sifətinə şillə zərbələri vurmaqla, 2016-cı ilin avqust ayının axırlarında parkda ərazi ni təmizləyərkən əsgərlər X12 ilə X8 mübahisə etməsi səbəbindən X23 və X1 şillə, avqust ayında parkda heç bir səbəb olmadan Ş.R.Rüstəmliyə şillə vurmaqla, N sentyabr 2016-cı ildə X1ni otaqda döyərkən onu döyməsinə etiraz etdiyinə görə X4 şillə ilə, bədəninə yumruq zərbələri vurmaqla onları döyüb təhqir etmişdir. Hökmdən məhkum X2 və Məhkum müdafiəçisi A.Q.Ağayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: Ə.K.Allahverdiyev (sədrlik edən və məruzəçi), Y.S.Qurbanov və Q.N.Məmmədovdan ibarət tərkibdə) xx xx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il ta rixli qərarından Məhkum və məhkum X2in müdafiəçisi T.M.İbrahimov tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. KASSASİYA Ş İ K A Y Ə T L Ə R İ N İ N D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinin qərarını düzgün və ədalətli hesab etmədiyini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2 və 331.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilmədiyini qeyd etmişdir. Belə ki, məhkəmə baxışı zamanı zərər çəkmiş şəxslərin və şahid ifadələri ziddiyyətli olmuş, onların sübut kimi qiymətləndirilməsində əsaslı şübhələr olmasına baxmayaraq Azərbaycan Respublikası CPM-in 28, 125.1, 145, 349.3, 349.5-ci maddələrinin və Azərbaycan Respublikası CM-in 42-ci maddəsinin tələbləri pozulmaqla i ttiham hökmü çıxarılmışdır. Qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini, ona bəraət verilməsini, bu mümkün olmadıqda isə cəzasının şərti tətbiq olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkum X2in müdafiəçisi T.M.İbrahimov kassasiya şikayətində məhkumun özünü Azərbaycan Respublikası CM-in 125, 331.2 və 341.1-ci maddələri ilə təqsirli bilmədiyini, yalnız CMin 331.3-cü maddəsi ilə təqsirli olduğunu, onun yalnız bir dəfə mərhum İ.Məmmədzadəni üzü tüklü olduğu üçün vurduğunu, bundan başqa onu döymədiyini, təhqir etmədiyini və hər hansı vasitə ilə ona fiziki ağrı vermədiyini qeyd etmişdir. Bundan başqa kassasiya şikayətində məhkəmə baxışı zamanı əsas şahidlərin gəlmədiyi, hökmdə yalnız onların ibtidai istintaq zamanı verdikləri ifadələrə istinad edildiyi, ifadələr arasında ziddiyətlərin olduğu, məhkəmə psixoloji ekspertizasının rəylərinin hansı metodiki vasitəyə əsaslandığı, məhkəmə tibbi ekspertizasının və şahid ifadələri arasındakı ziddiyyətlərin olduğu göstərilmişdir. Qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə zərər çəkmiş şəxs X1nin hüquqi varisi R.X.Məmmədov etiraz ərizəsi vermiş, məhkumlar X2 və Məhkum kassasiya şikayətlərinin təmin edilməməsini və onlara daha ağır cəza verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum X2in müdafiəçisi T.M.İbrahimovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.Z.Əliyevin və zərər çəkmiş şəxs X1nin hüquqi varisi R.X.Məmmədovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkumlar X2 və Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərərçəkmiş şəxslər A.A.Hacağayev, H.A.Hacağayev, E.R.Vəliyev, E.R.Kərimov, M.A.Quluzadə, E.R.Əsgərov, T.V.Cəfərov, Ş.R.Rüstəmli, S.V.Əliy ev və R.Y.İbrahimov isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCPM-in 419.4-cümaddəsinəəsasənişəonların iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar