Məhkəmə qərarları › İş №1-1(102)-69/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-69/2019

15.08.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-69/2019 15.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Hacıqayıbov İmran Teymurxan oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin 23 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 16 may 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin 23 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Əliyev) 07.01.1992-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, N saylı hərbi hissənin artilleriya divizionunun 1-ci artilleriya batareyasının 2-ci tağımının dartıcı manqasında sürücü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 315.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Cinayə t Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 16 sentyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 14 may 2017-ci il tarixdə saat 02 radələrində həmkəndlisi, Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini X5 ilə birlikdə Bakı şəhərində olarkən, talama məqsədi olmad an, avtomobili qaçırmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti 56 ünvanında Zərərçəkmiş şəxs2 məxsus VAZ 21074 markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin açıq olmasından istifadə edib maşının qapısını açaraq qanunsuz içəri daxil olmuş və naqilləri birləşdirmə yolu ilə avtomobilin mühərrikini işə salaraq qaçırıb yaşadıqları Beyləqan rayonu Kəbirli kəndi ərazisinə sürüb gedərək orada qoyub getmişlər. Bundan başqa, o, 15 sentyabr 2017-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yerləşən “Laza” otelində otelin əməkdaşı ilə aralarında yaranmış mübahisə zamanı əsassız tələblər edərək səs-küy salıb mübahisə yaratmışdır. Həmin vaxt orada olan Abşeron rayon polis idarəsinin əməkdaşları ondan sənədlərinin təqdi m olunmasını tələb edərkən kobud sürətdə imtina edərək onların ünvanına təhqiramiz sözlər işlətmiş, Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Zərərçəkmiş şəxs1 sinəsindən itələmişdir. Polis əməkdaşları ondan hərəkətlərinə son qoymasını tələb edib, şəxsiyyətinin müəyyən olunması və yaratdığı mübahisənin səbəbinin aydınlaşdırılması məqsədilə ona polis bölməsinə getməyi təklif edib polis maşınına oturtmuşlar. Yolda Məhkum avtomaşında onun yanında oturmuş polis leytenantı Zərərçəkmiş şəxs1 yumruqla vuraraq hərəkətdə olan avtomobildən düşüb, Masazır dairəsi yaxınlığında yerləşən “ABU petrol” yanacaqdoldurma məntəqəsi istiqamətinə qaçmışdır. Yanacaqdoldurma məntəqəsinin ərazisində onu təqib edib çatan polis leytenantı Zərərçəkmiş şəxs1 ondan t abe olmasını tələb edərkən, Məhkum sonuncunun burun nahiyyəsinə yumruqla vurub, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümaəyəndəsinə müqavimət göstərərək ona dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid “burun sümüklərinin qapalı yerdəyişmiş sınıqları” xəsarəti yetirməklə Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və H.Ə.Nəbiyevdən ibarət tərkibdə) 16 may 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 16 may 2018-ci il tari xli qərarından Məhkum kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə razı olmadığını göstərərək, kassasiya şikayətinin təmin olunmasını və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı K6 çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 16 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayəti nə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Məhkum məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmiş, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbi qinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin 23 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Resp ublikası CM-in 185.2.1 və 315.2-ci maddələri ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində Məhkum əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmiş, hökm və apellyasiya şikayətinə məhkəmə baxışının yekun qərarı isə adı çə kilən məhkumun barəsində qanunun tələblərinə uyğun qaydada tərtib edilmişdir. Məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62ci maddəsinin tətbiq edilməsinə dair dəlilinə gəldikdə isə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar və.s. nəzərə alınmaqla məhkum barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər. Qanunverici Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməsinin ağağıdakı əsaslarını nəzərdə tutur; 1.Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu və onun da vranışı ilə bağlı müstəsna halların olmasını. 2.Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların mövcudluğunu. 3.İştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsini. Məhkəmə kollegiyası belə hesab edir ki, Məhkum barəsində 62.1-ci maddəsinin tətbiqini nəzərdə tutan əsaslar mövcud olmadığından, onun barəsində qeyd olunan maddənin tətbiqi məqsədəmüvafiq deyil. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci m addəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməs inə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 16 may 2018-ci il tarixli qərarı kassasiya şik

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar