Məhkəmə qərarları › İş №1-1(102)-69/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-69/2023

23.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-69/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X40 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X16, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X26 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1-1(104)-63/2022 nömrəli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1989-cu il tarixdə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuşdur.

2. İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama görə, o, Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsin də, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin aprel ayının əvvəllərində Şəmkir rayonu Bayramlı kənd sakini X34 tanışı, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X35 müraciət edərək N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olubolmaması ilə maraqlanmış, Aslan Qasımov da 2021-ci ilin aprel ayının əvvəllərində Məhkum ona söhbət əsnasında hərbi hissədə yanğınsöndürmə komandasına yanğınsöndürən vəzifələrinə və qazanxanaya mülki şəxslər üçün nəzərdə tutulmuş vakant vəzifələrin olduğunu, həmin vəzifələrə düzəlmək istəyən şəxsləri 1000 manat pul müqabilində yaxın münasibətdə olduğu hərbi hissə komandirinin vasitəsi ilə işə düzəldə biləcəyini deməsini xatırlayaraq, öz növbəsində gös tərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Ceyhun Əliye və müraciət etmişdir. Ceyhun X3 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Aslan Qasımova guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun tanışı Elgün Ələkbərovu hərbi hissəyə mülki işçi kimi qazanxanaya nəzarətçi vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1000 (min) manat pul verilməli olduğunu bildirərək Aslan Qasımov vasitəsi i lə Elgün Ələkbərovu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gündən sonra Şəmkir rayonu Bayramlı kəndi ərazisində X45 Qasımovun vasitəsi ilə 1000 (min) manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

3. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin aprel ayının sonlarında, Tovuz rayon Aşağı Quşçu kənd sakini X21 həmkəndlisi, əsgər Aslan Qasımova müraciət edərək oğlu Elqam Abdullayevi N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Aslan Qasımov da öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Ceyhun X1 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Aslan Qasımova guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun həmkəndlisi X19 Abdullayevi hərbi hissəyə mülki işçi kimi yanğınsöndürən vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1000 (min) manat pul verilməli olduğunu bildirərək Aslan Qasımov vasitəsi ilə Musa Abdullayevi dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaq la təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində X46 Qasımov vasitəsi ilə 1000 (min) manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

4. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin may ayının əvvəllərində Tovuz rayon Qovlar şəhər sakini X55 tanışı, əsgər Aslan Qasımova müraciət edərək N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Aslan Qasımov da öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Ceyhun X11 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əv əzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Aslan Qasımova guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun tanışı Elşən Qəribovu hərbi hissəyə mülki işçi kimi qazanxanaya nəzarətçi vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1000 (min) manat pul verilməli olduğunu bildirərək Aslan Qasımov vasitəsi ilə Elşən Qəribovu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra Tovuz rayonu Qovlar şəhəri ərazisində X57 Qasımov vasitəsi ilə 1000 (min) manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

5. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin may ayının əvvəllərində, Tovuz rayon Əyyublu kənd sakini X48 həmkəndlisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X27 müraciət edərək oğlu Elçin Rəhimovun N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilməsinə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Nemət Abdıyev də öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Ceyhun X8 xeyrinə hər hansı hərəkət etmək niyyəti ol madan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Nemət Abdıyevə guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, tanışı olan səlahiyyətli vəzifəli şəxsin vasitəsi ilə onun həmkəndlisi X32 Rəhimovu hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində həmin vəzifəli şəxsə 3500 (üç min beş yüz) manat pul verilməli olduğunu bildirərək Nemət Abdıyev vasitəsi ilə Rafiq Rəhimovu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində özü Rafiq Rəhimovdan 3500 (üç min beş yüz) manat pul almış, sonuncunun həmin məbləğdə pulu asanlıqla verdiyini görüb, oğlunun iş yükü az olan vəzifəyə təyin etdirəcəyi adı ilə də Nemət Abdıyevin vasitəsi ilə Rafiq Rəhimovdan 300 manat pul almış, ümumilikdə sonuncudan 3800 (üç min səkkiz yüz) manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

6. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin may əvvəllərində Tovuz rayon Qovlar şəhər sakini X68 tanışı, əsgər Aslan Qasımova müraciət edərək oğlu Afiq Həsənovu N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-o lmaması ilə maraqlanmış, Aslan Qasımov da öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Ceyhun X15 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Aslan Qasımova guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun tanışı X51 Həsənovu hərbi hissəyə mülki işçi kimi yanğınsöndürən vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1000 (min) manat pul verilməli olduğu nu bildirərək Aslan Qasımov vasitəsi ilə Əli Həsənovu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra Tovuz rayonu Qovlar şəhəri ərazisində X71 Qasımov vasitəsi ilə 1000 (min) manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

7. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin may ayının əvvəllərində Tovuz rayon Qovlar şəhər sakini X50 tanışı, əsgər Aslan Qasımova müraciət edərək N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Aslan Qasımov da öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab et diyi Məhkum müraciət etmişdir. Ceyhun X9 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Aslan Qasımova guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun tanışı Orxan Əhmədovu hərbi hissəyə mülki işçi kimi qazanxanaya nəzarətçi vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1000 (min) manat pul verilməli olduğunu bildirərək Aslan Qasımov vasitəsi ilə Orxan Əhmədovu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra Tovuz rayonu Qovlar şəhəri ərazisində X58 Qasımov vasitəsi ilə 1000 (min) manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

8. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin may ayının sonlarında Tovuz rayon Qovlar şəhər sakini X56 tanışı, əsgər Aslan Qasımova müraciət edərək N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Aslan Qasımov da öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Ceyhun X12 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Aslan Qasımova guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun tanışı İlham Avılovu hərbi hissəyə mülki işçi kimi qazanxanaya nəzarətçi vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1000 (min) manat pul verilməli olduğunu bildirərək Aslan Qasımov vasitəsi ilə İlham Avılovu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra Tovuz r ayonu Qovlar şəhəri ərazisində X64 Qasımov vasitəsi ilə 1000 (min) manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

9. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin iyun ayının əvvəllərində Tovuz rayon Əyyublu kənd sakini X41 həmkəndlisi, əsgər Nemət Abdıyevə müraciət edərək N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Nemət Abdıyev də öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Ceyhun X6 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Nemət Abdıyevə guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun həmkəndlisi Zaur Qarayevi hərbi hissəyə mülki işçi kimi yanğınsöndürən vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1500 (min beş yüz) manat pul verilməli olduğunu bildirərək Nemət Abdıyev vasitəsi ilə Zaur Qarayevi dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, xx.xx.2021-ci il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisində Zaur Qarayevdən 1500 (min beş yüz) manat pul alıb verdi yi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

10. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin iyun ayının əvvəllərində Tovuz rayon Əyyublu kənd sakini X23 həmkəndlisi, əsgər Nemət Abdıyevə müraciət edərək oğlu Xəqani Rzayevi N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Nemət Abdıyev də öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Ceyhun X2 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək sə lahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Nemət Abdıyevə guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun həmkəndlisi X25 Rzayevi hərbi hissəyə mülki işçi kimi yanğınsöndürən vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1500 (min beş yüz) manat pul verilməli olduğunu bildirərək Nemət Abdıyev vasitəsi ilə Xanlar Rzayevi dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra Tovuz rayonu Əyyublu kəndi ərazisində X59 Abdıyev vasitəsi ilə 1500 (min beş yüz) manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

11. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin iyun ayının əvvəllərində Tovuz rayon Əyyublu kənd sakini X38 həmkəndlisi, əsgər Nemət Abdıyevə müraciət edərək oğlu Cavid Kərimlini N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Nemət Abdıyev də öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Ceyhun X4 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə re al imkanı olmadığı halda Nemət Abdıyevə guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun həmkəndlisi X20 Kərimlini hərbi hissəyə mülki işçi kimi yanğınsöndürən avtomobilinə sürücü vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1500 (min beş yüz) manat pul verilməli olduğunu bildirərək Nemət Abdıyev vasitəsi ilə Mehriban Ağayevi dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissənin yaxınlığında Mehriban Ağayevdən 1500 (min beş yüz) manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlak ını ələ keçirərək dələduzluq etmişdir.

12. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin aprel ayında Tovuz rayon Aşağı Quşçu kənd sakini X21 həmkəndlisi, əsgər Aslan Qasımova müraciət edərək qohumu X30 N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Aslan Qasımov da öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Məhkum Rüstəm Musayevin xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək sonuncunun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Aslan Qasımova guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun tanışı Samir Musayevi hərbi hissəyə mülki işçi kimi yanğınsöndürən avtomobilinə sürücü vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1000 (min) manat pul verilməli olduğunu bildirərək Aslan Qasımov vasitəsi ilə Samir Musayevi dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, 2021-ci ilin aprel ayının axırları Tovuz rayonun Qovlar şəhəri ərazisində X60 Qasımov vasitəsi ilə 500 (beş yüz) manat, həmin ilin iyul ayında yenə də Tovuz rayonu Qovlar şəhəri ərazisində Aslan Qasımov vasitəsi ilə 500 (beş yüz) manat olmaqla vahid niyyətlə üm umilikdə 1000 (min) manat pulunu almış, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

13. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin avqust ayının əvvəllərində Tovuz rayon Qovlar şəhər sakini X42 tanışı, əsgər Aslan Qasımova müraciət edərək N nömrəli hərbi hissədə mülki işçi kimi işə düzəlməyə kömək etmək imkanının olub-olmaması ilə maraqlanmış, Aslan Qasımov da öz növbəsində göstərilən məsələni həll etmək imkanında olmasını hesab etdiyi Məhkum müraciət etmişdir. Ceyhun X7 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həm in məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Aslan Qasımova guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, hərbi hissə komandirinin vasitəsi ilə onun tanışı Emin Quliyevi hərbi hissəyə mülki işçi kimi qazanxanaya nəzarətçi vəzifəsinə işə düzəltməyi təmin edəcəyinə dair yalan vəd verib, bunun müqabilində komandirə 1000 (min) manat pul verilməli olduğunu bildirərək Aslan Qasımov vasitəsi ilə Emin Quliyevi dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, 2021-ci ilin may ayının əvvəllərində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Aslan Qasımov vasitəsi ilə 600 (altı yüz) manat, bir neçə gün sonra yenə də Tovuz rayonu Q ovlar şəhəri ərazisində X66 Qasımov vasitəsi ilə 400 (dörd yüz) manat olmaqla vahid niyyətlə ümumilikdə 1000 (min) manat pulunu almış, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

14. Gəncə Hərbi Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1-1(095)-042/2022 nömrəli hökmü ilə (hakimlər X43 (sədrlik edən), X31 (məruzəçi) və X10 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə isə 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6000 (altı min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Məhkum həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 1 (bir) gün müddətin nəzərə alınaraq ona təyin edilmiş 6000 (altı min) manat məbləğində cərimə cəzasının yüngülləşdirilməsi və üzərində 3000 (üç min) manat məbləğində cərimə cəzasının saxlanılması hökm edilmiş, hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

15. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1-1(104)-63/20 22 nömrəli hökmü ilə (hakimlər X39 (sədrlik edən və məruzəçi), X44 və X5 ibarət tərkibdə) dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, Gəncə Hərbi Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1-1(095)-045/2022 nömrəli hökmünün ləğv edilməsi, iş üzrə yeni ittiham hökmünün çıxarılması, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə cəzası, CMnin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib 8000 manat məbləğində cərimə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum üzərində qəti olaraq 9 000 manat məbləğində cərimə cəzasının saxlanılması, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Məhkum həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 1 gün müddətin nəzərə alınaraq ona təyin edilmiş 9 000 manat məbləğində cərimə cəzasının yüngülləşdirilməsi və üzərində 5000 manat cərimə cəzasının saxlanılması, Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1-1(104)-63/2022 nömrəli hökmündən Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

18. Məhkum kassasiya şikayətinin dəlilləri qismində göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə onun vəziyyəti ağırlaşmışdır. Belə ki, CM-in 32.4, 312.1-ci maddəsindən CM-in 32.4, 312.2-ci maddəsinə keçilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin hökmündə ibtidai istintaq zamanı ona verilməmiş ittiham əks olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı ona verilmiş ittihamda CM-in 312.2-ci maddəsində yalnız təkrar cinayəti törətməyi göstərilsə də, Gəncə Apellyasiya Məhkəməsi hökmündə ittihamı ağırlışdıraraq onun qanunsuz hərəkətə görə rüşvət verməyi cinayətini törətməyi əks olunmuşdur. Bundan başqa, Konstitusiya Məhkəməsinin 6 may 2022-ci il tarixli qərarına əsasən onun əməlində ittihamın verildiyi təkrarçılıq əlamətinin olmadığını Gəncə Apellyasiya Məhkəməsi qəbul etmişdir. X54 Məhkəməsi onun Rafiq Rəhimovdan 3500 manatı aldıqdan sonra yenidən 300 manatı almaq epizodunu təkrar rüşvət verməyə təhrikçilik kimi qiymətləndirilmişdir. Halbuki ibtidai istintaq orqanı onun həmin əməlini verilmiş ittihamda təkrar rüşvət verməyə təhrikçilik kimi nəzərə alınmamışdır.

19. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1-1(104)-63/2022 nömrəli hökmünün ləğv edilməsini və Gəncə Hərbi Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, hökmünün qüvvəsində saxlanılmasını xahiş etmişdir.

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

21. Hökmdən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

22. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

23. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.

24. Məhkumun kassasiya şikayətinin başlıca dəlili Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təqsirli bilindiyi 32.4, 312.2-ci maddəsi ilə əməlində cinayət tərikibinin olmaması, bu epizod üzrə birinci instansiya məhkəməsinin hökmünün ədalətli olması səbəbindən həmin hökmün qüvvəsində saxlanılması olmuşdur.

25. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifə li şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermədə ifadə olunur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu t ətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

27. Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən Məhkum təqsirləndirildiyi AR CM-in 32.4, 312.2-ci maddəsini həmin Məcəllənin 32.4, 312.1-ci maddəsinə tövsif etsə də, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, habelə şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin ed ilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə sövq edərək təhrik etməkdən ibarət olan əməli Azərbaycan Respublikası CM-nin CM-in 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə tövsif olunmalıdır.

28. Bu hərəkətlərin rüşvət verməyə təhrik etmə cinayətinin tərkibini yaratması barədə qənaətini ibtidai istintaq orqanı və apellyasiya məhkəməsi ilk növbədə onunla izah etmişdir ki, həmin hərəkətlər CM-in 312.2-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmiş, rüşvət verməyə cinayətinin obyektinə zərər dəymişdir.

29. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CM-in 32.4,312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutul maqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarının təsvri-əsaslandırıcı hissəsind ə göstərilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir.

31. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

32. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının s əbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.

33. Psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73-1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir.

34. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4,312.2-ci maddələri ilə olan ittihamdan görünür ki, onun niyyəti rüşvət verməyə deyil, zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə yönəlmiş, əldə edilmiş pulları müvafiq vəzifəli şəxsə çatdırmaq vədi isə aldatma, yəni dələduzluğun üsulu kimi çıxış etmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, AR CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə sorğu ilə bağlı Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.

36. Təqsirkarın əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsini n 178 və 32.4,312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır.

37. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvətverməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir.

38. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 2022-ci il 14 iyul tarixli Qərarında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış edərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarları və qərardadında olan izahları nəzərə alaraq hesab edir ki, Məhkum zərərçəkmişləri aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə onlardan pul vəsaitlərinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlləri CM-in 178-ci maddəsi ilə tam əhatə olunmaqla yalnız dələduzluq cinayətinin tərkibini yaradır və ümumiyyətlə CM-in 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tu tulmuş cinayət hadisəsinin mövcudluğu istisna edir.

40. İşə kassasiya şikayəti üzrə baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün və obyektiv qiymət verməmiş və bununla da, təqsirləndirilən şəxsin əməlinin tövsifi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəflivə obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, Məhkum törətdiyi əməldə CM-in 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu öz təsdiqini tapmamışdır.

42. Məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə he sab edir ki, Məhkum verdiyi kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1-1(104)63/2022 nömrəli hökmü Azərbaycan Respublikası CM-in 32.5, 312.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə dəyişdirilməlidir.

43. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 13 oktyabr 2022-ci il tarixli, 1-1(104)-63/2022 nömrəli hökmü Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə məhkum olunmasına aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsinə aid müddəalar ittihamdan və hökmdən, 66.3-cü maddəsinə aid m üddəalar hökmdən xaric edilsin. Məhkum üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 4000 (dörd min) manat məbləğində cərimə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Məhkum həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 1 gün müddət nəzərə alınaraq ona təyin edilmiş 4 000 manat məbləğində cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1000 manat cərimə cəzası saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 11(104)-63/2022 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar